Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏLİK DADAŞOV (7.6.1924 - 3.12.1996)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə161/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   470
 

MƏLİK DADAŞOV (7.6.1924 - 3.12.1996) 

 

Yaradıcılıq yönümü xarakter rollarında formalaşan, dramatik və satirik obrazları da 



oynamaqda böyük səriştəsi olan Məlik Yusif oğlu Dadaşov 7 iyun 1924-cü ildə Bakıda doğulub. 

Asəf Zeynalh adına musiqi məktəbində  təhsil alıb. 1941- 1945-ci illərdə Böyük Vətən 

müharibəsində vuruşub. 

Ordudan qayıtdıqdan sonra rejissor Məhərrəm Haşımovun çağırışı ilə  Gənc Tamaşaçılar 

Teatrına aktyor götürülüb. Az sonra Zaqatala Dövlət Dram Teatrında, 1946-cı ilin mayında Şəmkir 

Dövlət Dram Teatrında işləyib və bir il sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr 

İnstitutuna, Ədil Isgəndərovun rəhbərlik etdiyi aktyorluq kursuna qəbul olunub. 

Məlik Dadaşov 1950-ci il oktyabrın 30-dan Milli Dram Teatrında işləyib. Arada teatrdan 

çıxaraq institutda müəllim və Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib və 

sonra yenə Akademik teatra qayıdıb. Həmçinin  İnstitutda aktyor sənətindən dərs deyirdi. Tədris 

Teatrında tələbələrlə  məşq zamanı  səhnədə  yıxılıb başından ağır yara alan Məlik Dadaşov üç gün 

sonra, 3 dekabr 1996-cı ildə dünyasını dəyişdi. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır. 

Milli Dram Teatrının səhnəsində  Səməd Vurğunun "Fərhad və  Şirin" (Bizans sərkərdəsi, 

Şiruyə və Şapur), "Vaqif" (Kürd Musa və Qacar), Cəfər Cabbarlının "Od gəlini" (Aqşin və Elxan), 

Mirzə İbrahimovun "Közərən ocaqlar" (Mazar bəy və Nəriman Nərimanov), Bəxtiyar Vahabzadənin 

"Yağışdan sonra" (Aslan), Şıxəli Qurbanovun "Sənsiz" (Tərlan), Hüseyn Muxtarovun "Ailə 

namusu" ("Allanın ailəsi". Arif), İmran Qasımovun "Nağıl başlananda" (Qurban), Əkrəm Əylislinin 

"Yastı  təpə" (Manafov), İlyas  Əfəndiyevin "Atayevlər ailəsi" (Ziyad Şahsuvarov), Rüstəm 

İbrahimbəyovun "İstintaq" (Kamera qonşusu), Nəbi Xəzrinin "Mənsiz dünya" (Bodenştedt), Raço 

Stoyanovun "Qısqanc ürəklər" (Şiveko), Nazim Hikmətin "Türkiyədə" (Bəkir), Aleksey 

Ostrovskinin "Cehizsiz qız" (Paratov), Aleksİs Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası". 

Ralf Ounes), Leonqard Frankin "Yad adam" (Ruprext) pyeslərinin tamaşalarında oynayıb. 

Aktyorun faciə rolları içərisində Yaqo, Praspero ("Otello" və "Fırtına", Vilyam Şekspir), 

Viktor Karenin ("Canlı meyit", Lev Tolstoy), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), tragikomik 

obrazı  Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), komediya personajlarından Sebastian 

("On ikinci gecə", Vilyam Şekspir), Camal, Kəblə Muxtar ("Nişanlı  qız" və "Küləklər", Sabit 

Rəhman), Don Aryas ("Sevilya ulduzu", Lope de Veqa), kovoler delya kotri ("Məzəli hadisə", Karlo 

Haldoni), Dərviş  Məstəli  şah ("Müsyö Jordan və  dərviş  Məstəli  Şah", Mirzə  Fətəli Axundzadə) 

obrazları bədii cəhətdən daha cazibəli olub. 

Çəkildiyi çoxlu bədii filmlər arasında "Dəli Kür" (Molla Sadıq), "Axırıncı aşırım" (Qəmlo), 

"Fəryad" (Aram Xaçaturyan) kinolentlərindəki rolları yaddaqalandır. 



"Birisi gün gecə yarısı"  filminə görə Dövlət mükafatı laureatıdır (26 may 1986). 24 may 

1960-cı ildə Azərbaycan Respublikasının əməndar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları 

ilə təltif edilib. 

Məlik Dadaşov daxilən rahatsız aktyor idi. Çılğın ehtiraslı xarakteri "ölçüyə  sığmayan" 

obrazlara ciddi maraq göstərirdi. Obrazın ritmini, səhnə hərəkət və davranışını uzun müddət axtarır, 

dəfələrlə  sınaqdan çıxarır və sonra tamaşada "özününküləşdirirdi".  Əməl-fəaliyyət xəttinin sürət-

ritmi iti olan (məsələn, Şeyx Nəsrulla, Məstəli şah) rollara məxsusi danışıq tərzi tapırdı. Cingiltili 

səsini istədiyi ritmdə və istədiyi ton yüksəkliyində asanca və aydın işlədirdi. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin