Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə240/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   470
İBRAHİM HƏMZƏYEV 

(25.12.1908-4.2.1982) 

 

Aktyor və rejissor olub. Naxçıvan teatrının formalaşmasında, aktyor və rejissor 



yaradıcılığının inkişafında, kollektivin truppasının müntəzəm olaraq yeniləşməsində, sənət ocağının 

özəl üslubunun təsdiqində  İbrahim Həmzəyevin böyük xidmətləri var. Teatrın bir sıra qabaqcıl 

sənətkarlarını səhnəyə o gətirib. Naxçıvan teatrının həm dram, həm də musiqili dram kollektivləri 

kimi yetkinləşməsi ilk növbədə onun adıyla bağlıdır. 

İbrahim (Mir İbrahim) Tağı  oğlu Həmzəyev Gəncə  şəhərində doğulub. Səhnə  sənətinə 

məhəbbəti yeniyetmə yaşlarından başlayıb.  Əvvəlcə  Gəncə  İşçi klubunda, sonralar Qadınlar 

klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. 

Əksəriyyətini özü və həmçinin Ədil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. 

Dram dərnəyinin repertuarının  əsasını  İbrahim Həmzəyevin səhnə  təfsiri verdiyi "Aydın", 

"Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" 

(Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib. 

İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik 

illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra 

Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub. 

Son dərəcə yaraşıqlı  səhnə görkəmi, ifa məlahəti, ehtiraslı  və emosional daxili aləmi, 

səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu 

kollektivdə Qacar ("Ağa Məhəmməd  şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Pərviz və Gavə 

("Dəmirçi Gavə",  Şəmsəddin Sami), Arif ("İblis", Hüseyn Cavid), Həsən bəy ("Məşədi Ibad", 

Üzeyir bəy Hacıbəyov), Rodriqo ("Otello", Vilyam Şekspir), Yaşar, Elxan, Balaş ("Yaşar",  "Od 

gəlini" və "Sevil", Cəfər Cabbarlı), Seyran ("Namus", Alensandr Şirvanzadə) rollarını oynayıb. 

İbrahinı  Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı  İncəsənət  İşləri  İdarəsinin 

sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor 

və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda 

direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor 

(1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947-

1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor 

kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub. 

Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin 

rollar qalereyasında 150-dən artıq səhnə obrazı var. Bu rolları  şərti olaraq iki qismə bölmək olar. 

Birincisi, romantik faciə, faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları. ikincisi, müxtəlif 

ictimai-sosial mənşəli tipik və xarakterik səhnə obrazları. 

Birinci bölümə  yığcam  şəkildə bu obrazları daxil etmək olar: Arif, Şeyx Sənan ("İblis" və 

"Şeyx Sənan", Hüseyn Cavid), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Babək ("Babək", 

Osman Sarıvəlli), Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov), Yaşar, Elxan, Oqtay, Balaş, 

Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər 

Cabbarlı), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Məlik Məmməd ("Məlik Məmməd", 

Əyyub Abbasov), Heydər bəy ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Qatır Məmməd ("Qatır 

Məmməd", Zeynal Xəlil), Fərhad, Vaqif ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), İsgəndər 

("Ölülər", Cəlil Məmmədquluzadə), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), 

Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Tərlan ("Sənsiz" Şıxəli Qurbanov), Nizami 

("Nizami", Mehdi Hüseyn), Otello ("Otello", Vilyam Şekspir), Karl Moor ("Qaçaqlar",  Fridrix 

Şiller), Bersenyev ("Hücum", Boris Lavrenyov), Pekievanov ("Zirehli qatar 14-69", Vyaçeslav 

İvanov), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Sanço ("Sevilya ulduzu", Lope 

de Veqa), Gavə ("Dəmirçi Gavə",  Şəmsəddin Sami), Seyran ("Namus", Aleksandr Şirvanzadə"), 

Aleksandr ("İki qardaş", Mixail Lermontov). 



Aktyorun ikinci bölümə aid daha bitkin xarakterik rollarının yığcam siyahısını belə  tərtib 

etmək olar. Camal ("Nişanlı qız", Sabit Rəhman), İbad ("Almaz", Cəfər Cabbarlı), Şahmar ("Aslan 

yatağı", Məmmədhüseyn Təhmasib), Adil bəy ("Laçın yuvası", Süleyman Sani Axundov), Cavad 

kişi ("Qız atası",  Əfqan  Əsgərov), Polis ("Toros canavarı",  Əziz Nesin), Hacı  Həsən ağa, Fazil 

("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə),  İbişli ("Adamın adamı", Anar), Abbas 

("Həyat", Mirzə İbrahimov), Oqtay Çingizov ("Sahil əməliyyatı", Cəmşid Əmirov), Nadir ("Vətən 

namusu", Georgi Mdivani), Surxay ("Toy", Sabit Rəhman). 

Naxçıvan teatrının aparıcı aktyorları 1940-1980-ci illərdə özlərinin möhtəşəm rollarının, 

teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının  əksəriyyətini  İbrahim Həmzəyevin quruluş 

verdiyi tamaşalarda ifa ediblər. Rejissor teatrın səhnəsində  həm milli, həm də dünya 

dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb. Azərbaycanm klassik 

ədiblərindən Cəfər Cabbarlının "Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin  şah", "Solğun çiçəklər", 

"Yaşar", Nəcəf bəy Vəzirovun "Hacı  Qəmbər", Cəlil Məmmədquluzadənin "Ölülər", Hüseyn 

Cavidin "Səyavuş", Nəriman Nərimanovun "Nadir şah",  Əbdürrəhim bəy Haqverdiyevin "Pəri 

cadu", Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Sabit Rəhnıanın "Toy", "Xoşbəxtlər", "Əliqulu 

evlənir", "Nişanlı  qız", hyas Əfəndiyevin "Bahar suları", "Atayevlər ailəsi",  Əlyar Yusiflinin 

"Vicdan  əzabı",  İsgəndər Coşqunun "Komsomol poernası", Abdulla Şaiqin "Vətən",  Əyyub 

Abbasovun "Aqil və Sərvinaz", Cabbar Məcnunbəyovun "İldırım", Zeynal Xəlilin "Qatır Məmməd", 

Ənvər Məmmədxanlının "Od içində", İslam Səfərlinin "Ana ürəyi", Hüseyn Razinin "Odlu diyar", 

Süleyman Rüstəmin "Qaçaq Nəbi", Vilyam Şekspirin "Otello", Lope de Veqanın "Sevilya ulduzu" 

faciə, dram və komediyalarını Naxçıvan teatrı rejissor İbrahim Həmzəyevin quruluşlarında oynayıb. 

Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və 

arvad", "Məşədi  İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", 

Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" 

əsərlərinə quruluş verib. 

İbrahim Həmzəyev tərcümə  əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi 

diqqət yetirib. O, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını 

əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. Bu baxımdan onun quruluşunda 

oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" 

(Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı 

ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir. 

İbrahim Həmzəyevin yaradıcılığının aktyorluq qolu əlvan idi və çoxçalarlı mahiyyət 

daşıyırdı. İfa etdiyi rollarda romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini ayrılıqda və 

vəhdət halında təcəssüm etdirə bilirdi. 

Məlahətli və dramatik xarakterli səsi, coşğun daxili temperamenti ilə mürəkkəb və psixoloji 

rollara əzəmətli monumentalizm verə bilirdi. 

Məhəbbət qəhrəmanlarının rollarında aktyor emosional və lirik-psixoloji ifadə vasitələrinə 

üstünlük verir və bununla da obraza ülviyyət aşılamağı bacarırdı. Bu dəyişmə prosesində  səsinin 

çalarlarından dəqiqliklə və ifadəli tərzdə istifadə edirdi. 

Yaradıcılığının özünəməxsus cəhətlərindən biri də o idi ki, hadisələrin yüksək psixoloji-

dramatik məqamlarında daxili ehtirasını səfərbər edir, obrazın mənəvi gərginliyini sifət cizgilərində 

qabarıq canlandırır, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verirdi. 

İbrahim Həmzəyevin rejissurası daha çox monumentalğı ilə xarakterik idi. Məzmunun 

fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı ustalıqla 

bacarırdı. Naxçıvan teatrında bədii və musiqi tərtibatlarının romantik xarakterdə  səhnə  təcəssümü 

tapmasını ilk dəfə özünün quruluş verdiyi tamaşalarda reallaşdıran rejissor jbrahim Həmzəyevdir. 

Naxçıvan teatrında mövcud olan romantik və realist aktyor məktəblərini nəzəri prinsiplər 

üzərində estetik ölçülərə salıb. Bu kollektivdə lirik-psixoloji üslubun yaradıcısı olub və həmin janrda 

maraqlı tamaşalar hazırlamaqla yeni məktəbin ənənələrini yaradıb. 



İbrahim Həmzəyevin yüksək bədii zövqü vardı  və buna görə  də onun rejissurası  sənətkar 

təxəyyülünün genişliyi, ifadə vasitələrinin zərifliyi, qurduğu  şaxəli mizanlar estetik çalarlarının 

əlvanlığı, tamaşaya verdiyi forma poetik hüsnü ilə seçilirdi. 

Aktyorluq və rejissorluq fəaliyyətinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının 

əməkdar artisti, 15 oktyabr 1965-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

İbrahim Həmzəyev Naxçıvanda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin