"NİCAT" TEATR TRUPPASI
Bakıda teatr prosesi 1906-cı ildə müəyyən yeniliklərlə nəzəri cəlb edib. İlin əvvəlində
şəhərdəki "Müsəlman dram artistləri" truppası əsasında "İkinci teatr dəstəsi" yaranıb. Dəstə müxtəlif
mətbuat səhifələrində "Tovarişestvo", "Müsəlman artistləri tovarişestvosu", "Yeni müsəlman teatr
dəstəsi" adları ilə də təqdim olunub. Dəstənin əsas aktyorları Murad Muradov, İbrahim
Rüstəmbəyov, Mirzə Muxtar Məmmədov, Hüseynqulu Sarabski, Mehdi bəy Cuvarlinski, Əbülfət
Vəli, Hacı bəy Axundov (Şirvanski) olublar.
Tanınmış aktyorlar Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Mirmahmud
Kazımovski "Şirkətdə" (birinci dəstədə) qalmışdılar.
İlin ikinci yarısında Mirzağa Əliyev özü "Həmiyyət" (ərəbcə mənası "qeyrət", "şərəf hissi"
deməkdir) adlı müstəqil teatr truppası yaradıb. Ziyalı Məmmədsadıq Axundov bu işdə ona yardımçı
idi. Truppa bir ilə yaxın fəaliyyət göstərib.
Azərbaycanda maarifçiliyi genişləndirmək məqsədilə 1906-cı ildə Bakıda "Nicat" mədəni-
maarif cəmiyyəti yaradılıb. Cəmiyyət kitabxanalar, məktəblər açıb, qiraətxanalar təşkiİ edib, gecə
kursları yaradıb, müxtəlif mədəni-kütləvi müsamirələr keçirib və oradan toplanan vəsaiti, verilən
ianələri, əsasən, yoxsul şagirdlərin tədrisinə xərcləyib.
Fəaliyyətə başlayanda cəmiyyətin atdığı uğurlu addımlardan biri də teatr truppası yaratmaq
olub. "Nicat" teatr truppası 1906-cı ilin noyabrından (6 noyabr. Tağıyev teatrı, Nikolay Qoqolun
"Müfəttiş" komediyasının tamaşası ilə) fəaliyyətə başlayaraq milli teatr sənətinin inkişafında və
tərəqqisində, peşəkar aktyorluq sənətinin formalaşmasında böyük işlər görüb. "Nicat" 1917-ci ildə
öz fəaliyyətinə son qoyub.
"Nəşri-maarif" xeyriyyə cəmiyyəti Bakıdakı müxtəlif teatr dəstələrinə yaxından köməklik
göstərib, 1908-ci ildən ısə öz fəaliyyətini "Nicat"la birgə aparıb.
Qısa fasilələri nəzərə almasaq, "Nicat" truppasının əsas baş rejissoru Hüseyn Ərəblinski,
daha səmərəli fəaliyyət göstərən sıravi rejissorları Əbülfət Vəli , Hüseynqulu Sarabski və son illərdə
Abbasmirzə Şərifzadə olublar.
Truppa təzə fəaliyyətə başlayanda tamaşalara rejissorluğu aktyorlar və bir neçə dəfə rus
teatrından dəvət olunmuş Saracan Valentinov edib. 1906-cı ildə "Nicat" "Döymə qapımı, döyərlər
qapını" (Haşım bəy Vəzirov) və "Hacı Qəmbər" (Nəcəf bəy Vəzirov) komediyalarını da oynayıb.
1907. "Nicat"ın bu il ərzindəki uğurlu işləri Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (rejissor
Əbülfət Vəli. Hacı Qara - Cahangir Zeynalov, Heydər bəy - Məhəmməd bəy Əlvəndi, Naçalnik -
Hüseyn Ərəblinski), Henrix Heynenin "Əl Mənsur" (rejissor Hüseyn Ərəblinski. Əl Mənsur -
Məmməsadıq Axundov, Don Qanzalo - Hüseyn Ərəblinski), Fridrix Şillerin "Qaçaqlar" ("Əşqiya".
Rejissor Hüseyn Ərəblinski. Qoca Moor - Cahangir Zeynalov, Karl Moor - Mehdi bəy Hacınski,
Frans Moor - Hüseyn Ərəblinski, Şveytser - Əbülfət Vəli və Hüseynqulu Sarabski), Əbdürrəhim bəy
Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (rejissor və Qacar rolunun ifaçısı Hüseyn Ərəblinski,
Mürtəzaquulu xan - Əbülfət Vəli, Cəfərqulu xan - Hüseynqulu Sarabski və Qulamrza Şərifzadə),
Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Silistirə"), Nəriman Nərimanovun "Nadir şah" (Nadir şah -
Hüseyn Ərəblinski) əsərlərinin tamaşaları olub.
1908. Yanvar ayının 12-də ilk milli muğam operası olan Üzeyir bəy Hacıbəyovun "Leyli və
Məcnun"unu "Nicat" truppası Hüseyn Ərəblinskinin rejissorluğunda Tağıyev teatrı binasında
oynayıb (Məcnun - Hüseynqulu Sarabski, Leyli - Əbdürrəhman Fərəcov).
Bu il truppa əvvəllər dəfələrlə oynadığı əsərlərin təkrar quruluşlarından əlavə, repertuarına
yeni pyeslərin tamaşalarını da daxil edib. Bunlardan "Əmir Əbül Üla" və "İbrahim bəy" (Hüseyn
Bədrəddin və Məhəmməd Rüfət. Tərcümə edəni Qulamrza Şərifzadə), "Sultan Osman" (Fransua
Volter. Çevirəni Əbdürrəhim bəy Haqverdiyev), "Dəmirçi Gavə" (Şəmsəddin Sami. Tərcüməçi
Süleyman Sani Axundov), "Qəzavat" (S.Lanskoy. Tərcüməçi Əbdürrəhim bəy Haqverdiyev),
"Bəxtsiz bala" (Namiq Kamal. Təbdil edəni Səkinə Axundzadə), "Zorən təbib" (Jan Batist Molyer.
Tərcüməçi Əhməd Qəmərli) tamaşalarını göstərmək olar.
Hüseyn Ərəblinski bir qrup sənət dostu ilə bu ilin mart və aprel aylarında Tiflisə qastrola
gedib. Sentyabr ayında "Nicat" qüvvələrini səfərbər edərək həftədə bir tamaşa oynamağa qərar
verib.
Bu ildən başlayaraq, təxminən on il ərzində repertuarda Mirzə Fətəli Axundzadənin "Hacı
Qara", "Lənkəran xanının vəziri" və "Müsyö Jordan və dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun
"Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli" və "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu" və "Ac həriflər",
Nəriman Nərimanovun "Dilin bəlası" ("Şamdan bəy"), "Nadir şah" komediya və faciələri vaxtaşırı
təzə quruluşlarda göstərilib.
Hüseyn Ərəblinski Xlestakov ("Müfəttiş") rolunda uğurla çıxış edib
1909. "Nicat"ın idarə heyətinin rəhbərlərindən İsa bəy Aşurbəyli ilə aktyorlar arasında ixtilaf
yarandığına görə, başda Ərəblinski olmaqla, aparıcı sənətkarlar bir müddət truppadan uzaqlaşıblar.
Onlar qayıtdıqdan sonra truppanın repertuarında yeni canlanma yaranıb.
Hüseyn Ərəblinskinin rəhbərliyi ilə truppanın bir qrup aktyoru Tiflisdə, İrəvanda, Batumda,
Naxçıvanda qastrollarda olub.
Repertuarda son on ildə oynanılan əsərlərlə yanaşı, Çirikovun "Yəhudilər" (tərcüməçi
Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkilləri" ("Təbriz vəkilləri"
adı ilə), Viktor Dükanjın Qumarbazın otuzillik həyatı" (tərcüməçi Vəli Qasımov), Məhəmməd
Ehsanın "Cövdət bəy" (tərcüməçi Qulamrza Şərifzadə) dram və komediyaları da tamaşaçılara
göstərilib. Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun təbdil və məzhəkələri, Myasnitskinin
"Mən ölmüşəm", Lentovskinin "Aktyorun həyatı", Vasaq Mədətovun "Tamahkarlıq düşmən
qazanır" vodevilləri vaxtaşırı oynanılıb.
Sentyabr ayında "Nicat"ın artıq kiçik sayılan teatr bölməsi ləğv olunub və onun əsasında
daha böyük dəstə yaranıb. Truppaya, bu aktyorlar daxil ediliblər: Hüseyn Ərəblinski, Məhəmməd
bəy Əlvəndi, Əbülfət Vəli, Hüseyqulu Sarabski, Əliabbas Rzayev (Avarski), Rüstəm Kazımov,
Məmmədhaşım Əliyev, Mirmahmud Kazımovski, Hüseyn Ağayev, Mirzağa Əliyev, İmran
Qasımov, Mehdi bəy Hacınski, Süleyman Səlimbəyov, Qulamrza Şərifzadə, Murad Muradov, Hacı
İbrahim Qasımov, Xəlil Hüseynov, Murad Muradov, Məmmədbağır Əlinski, Məhəmmədhəsən
Həsənov, Abbasmirzə Şərifzadə. Truppaya, həmçinin azərbaycanca az-çox danışmağı bacaran
Mislavskaya, Aleksandra (Şura) Olenskaya, Tamarina-Qruzinskaya, Doqmarova, Stepanova da
aktrisa kimi qəbul olunublar.
1910. Azərbaycan operetta teatrının bünövrəsmin qoyulması da "Nicat" teatr truppası ilə
bağlıdır. Bu il may ayının 24-də Üzeyir bəy Hacıbəyovun operetta janrında yazdığı ilk "Ər və arvad"
musiqili komediyası oynanılıb. Nikitin qardaşlarının sirkində göstərilən tamaşaya quruluşu rejissor
Hüseyn Ərəblinski verib və əsas rolları Mirzağa Əliyev (Kərbəlayı Qubad), Hüseynqulu Sarabski
(Mərcan bəy) və Əhməd Ağdamski (Minnət xanım) ifa ediblər.
Repertuarda ilk dəfə göstərilən tamaşalardan İvan Turgenevin "Pulsuzluq" (tərcüməçi
Ceyhun bəy Hacıbəyli), Nikolay Qoqolun "Evlənmə" (tərcüməçilər İsa bəy Aşurbəyli və Mehdi bəy
Hacınski), Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", Qulamrza Şərifzadənin "Molla
Nəsrəddin", Ələsgər Kamalın "Bədbəxt oğul", Yusif Talıbzadənin "Xalid ibn Valid" ("Suriyanın
fəthi"), Vilyam Şekspirin "Otello" (tərcüməçi Haşım bəy Vəzirov, rejissor Hüseyn Ərəblinski.
Otello-Hüseyn Ərəblinski, Yaqo - Məhəmməd bəy Əlvəndi), Rudolf Batşalm "Qafqaz çiçəkləri"
(tərcüməçi Abdulla Şaiq Talıbzadə), Yusif Talıbzadənin "Ərmənusə" ("Fəthi-Misir"), Əhməd
Qəmərlinin təbdilində "Cavanların məişəti", Hüseynqulu Sarabskinin "Cəhalət" pyeslərinin
quruluşları da oynanılıb.
Qurban bayramı münasibətilə yanvarın 30-da Azərbaycan teatr həyatında ilk dəfə olaraq
aktyor və rejissor Kərbəlayı Cahangir Zeynalova yaradıcılığının 25 illiyi münasibətilə yubiley
təntənəsi keçirilib. Tağıyev teatrı binasında keçirilən bayram mərasiminin rəsmi hissəsindən sonra
"Lənkəran xanının vəziri" komediyası göstərilib. Tamaşada əsas rolları Cahangir Zeynalov (vəzir
Mirzə Həbib) və rejissor Hüseyn Ərəblinski (Teymur ağa) oynayıblar.
1911. Ötən illərdə teatr tamaşaları iri binalardan, əsasən, Tağıyev teatrında, Nikitin
qardaşlarının sirkində, Ağa Musa Nağıyev teatrında, Dənizçilər klubunda, "Obşest-vennoye
sobiraniye"də göstərilib. Bu il fevralın 28-də Modem Musorqskinin "Boris Qodunov" operası ilə
Mayılov teatrının (hazırki Opera və Balet Teatrı) açılışı olub. "Nicat" kirayə ilə həmin binada da
tamaşalar göstərməyə başlayıb.
Truppa bu ildən etibarən Əbdülhəq Hamidin "Tariq ibn Ziyad, yaxud Əndəlis" (tərcüməçilər
Dadaş Bünyadzadə və Pirqulu Mürsəlzadə), Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Vahid
Lütfinin "Naci bəy" ("Naci bəy fədakari-hürriyyət". Tərcüməçi Dadaş Bünyadzadə) pyeslərini də
oynamağa başlayıb.
Tədricən truppanın repertuarında musiqi janrlı tamaşaların göstərilməsi üstünlüyü ələ alıb.
Mətbuatda buna narazılıq bildirilib və ayrı-ayrı qəzetlər müəyyən qərəzli mövqelərdən Üzeyir bəy
və Zülfüqar bəy Hacıbəyov qardaşlarına qarşı qərəzli hücumlar ediblər.
Bakı şəhər polisi Azərbaycanda teatr sənətinin tərəqqisindən təşvişə düşüb. "Nicat"ın
göstərdiyi tamaşaların hamısında polisin nümayəndəsi birinci sırada əyləşib və səhnədən deyilən
senzuradankənar "siyasi" sözləri öz idarəsinə çatdırıb.
Dostları ilə paylaş: |