İnstitusional (latınca "təsisat" deməkdir) mədəniyyət hər hansı ictimai qurum formalarına,
münasibətlərin hüquq normalarına malikdir. Teatr institusional mədəniyyətin təsisatı kimi dövlət
sisteminə daxil olur. İnstitusional mədəniyyətin başlıca məqsədi ona qədərki dövrdə qazanılmış
təsisatına keçən teatr bugünkü Akademik Milli Dram Teatrıdır (AMDT). Peşəkar Azərbaycan
teatrının tarixi həmçinin məhz AMDT-nin təşəkkül günü kimi hesablanır. Teatrın müxtəlif adları
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikası yaradılıb. Siyasi
hadisələrlə bağlı olaraq Hökumət bir neçə ay Gəncə şəhərində fəaliyyət göstərib və Bakıya oktyabr
ayında köçürülüb. Elə bu ərəfədə "Müdiriyyət" teatr truppası və əksər yaradıcı şəxslərin
bir qüvvədə
birləşdikləri dəstə afişa və proqramlarda "Azərbaycan Hökumət Teatrı" sözlərini yazırdı. Lakin hələ
dövlət teatrı rəsmi şəkildə öz təsisatına çevirə bilməmişdi. 1919-cu ildə Bakıda mövcud olan teatr
truppalarının əksəriyyəti birləşdirilərək "Hökumət Türk Teatrosu" adlandırılıb. Teatr tam şəkildə
dövlətin təsisatında olmasa da, bu adla yaradıcılıq fəaliyyəti göstərib, milli dəyərlərə geniş yer
ayırmağa çalışıb. Tamaşalar opera teatrında və "Türk ocağı"nda oynanılıb, çünki Tağıyev teatrının
yanmış binası hələ bərpa edilməmişdi. Opera teatrı əsasən "Rus operası" kollektivinin ixtiyarında
idi. Bu binanın icarədarı Pavel Amiraqo sayılırdı. O, binanı Azərbaycan teatrına kirayə ilə və keyfi
istədiyi vaxtda verirdi.
Türk Dövlət Teatrının dövlət təsisatı kimi rəsmi qeydiyyata düşməsi 1919-cu ilin
avqustundan başlayıb. Onun rəsmi açılışı isə 1919-cu il oktyabrın 24-də olub.
Teatra direktor Qulamrza Şərifzadə (Abbasmirzə Şərifzadənin qardaşı), müavin isə Zülfüqar
bəy Hacıbəyov təyin ediliblər. Məmmədəli Sidqi teatr heyətinin vəkili idi. Müsavat Hökumətinin
rəsmi orqanı olan "Azərbaycan" qəzeti 1919-cu ilin sentyabr və oktyabr aylarında teatra işləməyə
aktyorlar dəvət edib. Belə elan verilib ki, Dram, Opera və Operetta teatrları dövlətin olacaq. Oktyabr
ayının 22-də qəzet aşağıdakı ardıcıllıqla truppaya daxil olmuş siyahısını dərc edib.
Dostları ilə paylaş: