Aktyor və rejissor 19 avqust 1901-ci ildə Bakıda dənizçi ailəsində doğulub. İsmayıl
mərasimlərindən başlayıb. Atası Hüseyn kişi onu molla məktəbində təhsilə yollamışdı. Kasıb övladı
qalıb və ticarət müəssisələrində pirkeşlik etməyə başlayıb. Elə həmin ildən də Bakıdakı müxtəlif
dram həvəskarları dərnəklərində aktyorluq edib, hətta tamaşalar hazırlayıb. Müəllim Mirzə Rza
Vaizzadənin "Səyavuş" dramını tamaşaya qoyub (1919). Bununla da peşəkar teatr dəstələri ilə
1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib "Dövlət Teatrosu" kimi fəaliyyətə
başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də vardı. O, bugünkü Milli Dram Teatrında
Hacıbəyovun "Koroğlu" operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına
rejissor ştatına keçib. Az sonra kollektivə baş rejissor təyin olunub və ömrünün sonunadək burada
İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru
rollar oynamağa keçmiş, "Sevil"dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra
bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənmişdi. Şərif, Mazandaranski, Əmiraslan bəy
Salamov və Xosməmməd ("Almaz", "1905-ci ildə", "Oqtay Eloğlu" və "Dönüş", Cəfər Cabbarlı),
Şvandiya ("Lyubov Yarovaya", Konstantin Trenyov), Şmaqa ("Günahsız müqəssirlər", Aleksandr
Ostrovski), Hacı Qara ("Hacr Qara", Mirzə Fətəli Axundzadə), Cücə və Şakro ("Topal Teymur" və
"Knyaz", Hüseyn Cavid), Pyer ("İki yetimə", Adolf D'Enneri və Germon), Rəmzi ("Tələbələrin
kələyi", Brandon Tomas), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə) Baron ("Yurdsuz
insanlar", Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.
"Almaz" filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə Azərbaycan
Respublikasının əməkdar artisti (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə xalq
artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub. İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə
Bakıda vəfat edib.
Aktyor kimi coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə civə kimi çevik və
həssas görünürdü. Olduqca qızğın temperamentini obrazın ictimai-sosial xarakterinin, vəziyyətin,
geniş mənada tamaşanın ali məqsədinin açılmasma istiqamətləndirməkdə ustaydı. Aydın, işıqlı və
mənalı gözləri vardı. Pauzalarda gözlə məzmunlu, cazibəli və ən əsası, xarakterin təbiətinə uyğun
estetik tərzdə oynayır, səhnənin ucqar nöqtəsində də (verilən mizandan asılı olaraq) tamaşaçını cəlb
edə bilirdi. Oynadığı obrazların hamısına xarakterik sürət-ritm tapmağa çalışırdı.
Tərcümə əsərlərindəki xarakter rolları oynayanda ilk növbədə həmin obrazların danışığındakı
şirəliliyin, koloritin, jarqon deyimlərinin azərbaycanca qarşılığını tapmağa ciddi səy göstərirdi.
* * *
Bu dövrün müxtəlif illərində Milli Dram Teatrında yaradıcılıqları müxtəlif üslublar əsasında
intişar tapan Musa Hacızadə, Mollağa Bəbirli, Qəmər Topuriya, Tamara Paşazadə, Nəzirə Əliyeva,
Ziba Şahtaxtinskaya, Bağır Cabbarzadə, Dadaş Şaraplı, Məhəmmədhəsən Atamalıbəyov, Əkbər
Şəfi, Cəvahir Hüseynova, Fərəc Süheyli, Şərqiyyə Pepinova, Əlihüseyn Kərimov, Fəxrəndə
Ağazadə, Hüseynbala Samizadə, Rzabala Rzayev, Əlikövsər Yusifov, Böyükxanım Axundova
(Qubuşova), Əli Nəbi (Mustafa), 1960-1970-ci illərə qədər truppada çalışan Hökümə Qasımova,
Nataliya Lizma, Hüseyn Rafi, sonralar əməkdar artist adı ilə təltif olunan Atamoğlan Rzayev, Qafar
Həqqi, Haşım Kələntərli, Mirvari Novruzova, Məcid Şamxalov, Hacıməmməd Qafqazlı, Abbas
Rzayev, Qəmər Topuriya, Sadıq Saleh (Bağırov), Süleyman Tağızadə, Məmməd Sadıqov, Fateh
Fətullayev, Cabbar Əliyev, Ətayə Əliyeva kimi aktyorlar vardı.
Dostları ilə paylaş: