və xidmətlərin isə (II kvadrant çərçivəsində) istehlakçılara çatdırılması ilə
əlaqədar ticarət-nəqliyyat xərclərini göstərir. Məsələn,
I kvadrant
çərçivəçində “Nəqliyyat” sətrinin “Kənd təsərrüfatı”
sütunu ilə kəsişdiyi
yerdə digər sahələrdə istehsal olunmuş məhsulların kənd təsərrüfatı tərə
findən əldə edilməsi ilə əlaqədar sərf olunan nəqliyyat xərclərini səciyyə
ləndirən qeydlər ediləcəkdir. Eyni zamanda II kvadrantda “Nəqliyyat”
sətri ilə ev təsərrüfatlarının son istehlak xərcləri üçün ayrılmış sütunun
kəsişdiyi yerdə son istehlakçıların müəyyən istehlak mallarını əldə
edərkən ödəməli olduqları nəqliyyat xərcləri göstərilir. Əsas qiymətlər və
alıcı (son istifadə) qiymətləri ilə SAB-ı tərtib edərkən onlardakı məh
sullara qoyulan vergilərin xüsusiyyətlərinin şərhini vermək olar. Məsələn,
son istehlak (alıcı) qiymətləri ilə tərtib
olunmuş SAB-da məhsullara
qoyulan xalis vergilər ayrıca sətirdə, onun iqtisadiyyatın sahələri üçün
ayrılmış sütunla kəsişdiyi yerdə göstərilir. Həm də məhsullara qoyulan
“xalis vergilər” sətri ümumi əlavə dəyərin olduğu bölmədən kənara çı
xarılsa da, yenə də III kvadrantdadır. Digər tərəfdən əsas qiymətlərlə tər
tib olunmuş SAB-da məhsullara qoyulan vergilərin bir hissəsi I kvad
rantda (burada istehsalda sərf olunan bütün aralıq əmtəə və xidmətlərə aid
edilən “məhsullara qoyulan vergilər” göstərilir), bir hissəsi isə II kvad
rantda (burada bütün son əmtəə və xidmətlərə aid edilən «məhsullara
qoyulan xalis vergilər) göstərilir. Qeyd etmək lazımdır ki,
hər iki halda
ümumi əlavə dəyər əsas qiymətlərlə, başqa sözlə “məhsullara qoyulan
vergilər” çıxılmaqla və məhsullara görə
verilən subsidiyalar əlavə
olunmaqla əmələ gələn qiymətlərlə qiymətləndirilir.
Dostları ilə paylaş: