Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Məhsul istehsalı texnologiyası haqqmda isə aşağıdakı iki fərziyyə



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə258/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   262
2-ci movzu demoqrafiya

Məhsul istehsalı texnologiyası haqqmda isə aşağıdakı iki fərziyyə
mövcuddur: 
1) sahədə həmin fəaliyyət növü ilə məşğul olan müəs­
sisələrdə istehsal edilən bütün məhsullar üzrə xərclərin strukturu eynidir 
(sahə texnologiyası); 2) bu və ya digər qrupa aid olan bütün məhsullar 
hansı “təsərrüfat” sahəsində istehsal edilməsindən asılı olmayaraq eyni 
struktura malikdirlər (məhsulların texnologiyası). Konkret şəraitə uyğun 
gələn fərziyyənin seçilməsi olduqca çətindir. Çünki bu, ölkə iqtisadiy­
yatının strukturundan, ixtisaslaşma dərəcəsindən, istifadə olunan milli 
texnologiyaların yekcinsliliyindən və s.-dən asılıdır. Təcrübədə digər 
şərtlər eyni olmaqla məhsulların istehsalı texnologiyası haqqmda 
fərziyyəyə üstünlük verilməsi məsləhət görülür.
“Çevirmə modeli” o deməkdir ki, əvvəlcə hər bir “təsərrüfat sahəsin­
də sərf olunan bütün xərclərdən həmin sahə üçün səciyyəvi olmayan
387


məhsulların istehsalına sərf edilən xərclər çıxılır. Sonra onun üzərinə 
həmin sahənin əsas fəaliyyət növünə aid olan, lakin iqtisadiyyatın hər 
hansı bir digər sahəsində istehsal olunan məhsullara sərf edilən xərclər 
əlavə edilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, əgər 
sənaye müəssisələrində yardımçı təsərrüfat yaradılmışdırsa və burada 
kənd təsərrüfatı məhsulları istehsal olunursa, onda bu məhsulların 
istehsalına sərf edilən xərclər sənaye üzrə bütün xərclərdən çıxılır. Sonra 
əldə edilən ədədin üzərinə kənd təsərrüfatında istehsal olunan sənaye 
məhsullarına (məsələn, kənd yerlərindəki şərab emalı zavodlarında 
istehsal edilən məhsullara) sərf edilən xərclər əlavə olunur.
Keçirilən ikinci məhsulun həcmi yalnız iqtisadiyyatda istehsalın təşki­
lindən deyil, həm də SAB üçün ayrılan sahələrin sayından (ayrılan 
sahələrin sayı nə qədər çox olarsa ikinci məhsulların həcmi də bir o qədər 
çox olur) asılıdır. İkinci məhsulların keçirilməsinə yardımçı məhsulların 
daxil edilməsi də mümkündür. Lakin bu məhsulların ayrılması süni 
xarakter daşıya bilər. 
Bu, yardımçı istehsalı texnoloji cəhətdən əsas 
məhsulun istehsalından ayırmaq mümkün olmadıqda baş verir.
Üçüncü mərhələdə ümumi buraxılış metodu ilə əmtəə axını tərtib 
olunur. Bunun üçün ümumi buraxılış modelinin sətirləri üzrə ölkədə 
istehsal olunan və idxal edilən məhsullardan istifadə müəyyən olunur. Bu 
zaman təqribən ölkədə 3000 adda istehsal olunan və idxal edilən məh­
sullar nəzərdən keçirilən “xalis” sahələr və son istifadə kateqoriyası üzrə 
bölüşdürülür. Xərc metodundan fərqli olaraq burada “çevirmə mo- 
deli”ndən istifadə etməyə ehtiyac yoxdur. Çünki hesablamalar lap baş­
lanğıcdan əmtəə və xidmət növləri və “xalis” sahələr üzrə aparılır. Bütün 
mərhələlərdə aparılan hesablamaların nəticəsində əmtəə və xidmət 
növləri və “xalis” sahələr üzrə “xərclər - məhsul buraxılışı” cədvəli 
alınır. Beləliklə, dünya təcrübəsində aralıq istehlakı hesablamaq üçün iki 
metoddan istifadə olunur. SAB-ın I kvadrantının alınmasında iki 
metoddan istifadənin əsas üstünlüyü ondadır ki, bir metodla əldə edilən 
statistik informasiyalardakı boşluqlar başqa bir metodla əldə edilən 
nəticələrin köməyilə doldurula bilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin