Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İstehsalın məhsulu olmayan qeyri-maliyyə aktivlərinə aşağıda­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə196/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   262
2-ci movzu demoqrafiya

İstehsalın məhsulu olmayan qeyri-maliyyə aktivlərinə aşağıda­
kılar aiddir:
1) maddi aktivlər (torpaq, yeraltı sərvətlər, becərilməyən və ya yetiş­
dirilməyən bioloji resurslar və su resursları);
2) qeyri-maddi aktivlər (patentlənmiş obyektlər, icarə haqqında mü­
qavilələr, müştərinin cəlb edilməsi və «əldə saxlanılması» üçün görülən 
tədbirlər və ya buna imkan verən şərtlər, istehsalın məhsulu olmayan 
digər qeyri-maliyyə aktivləri.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək belə bir nəticəyə gəl­
mək olar ki, istehsalın məhsulu olan qeyri-maliyyə aktivləri iqtisadiyyatın 
ayrı-ayrı sahələrində fəaliyyət göstərən, məhsulların və xidmətlərin isteh­
salı prosesində istifadə olunan əsas fondlardan, maddi dövriyyə vəsaitləri 
ehtiyatlarından, qiymətlilərdən və əhalinin mülkiyyətində olan ev əm­
lakından ibarətdir.
Əsas fondlar 
milli sərvətin istehsal prosesində yaradılan, natura-əşya 
(maddi) forması dəyişmədən uzun müddət ərzində, dəfələrlə istifadə olu­
nan, öz dəyərini hazırlanan məhsulların üzərinə tədriclə keçirən his­
səsidir.
Dövriyyə vəsaitləri 
ölkənin malik olduğu milli sərvətin sürətlə hərə­
315


kət edən hissəsidir. Bunlar istehsal ehtiyatlarından (xammal, material, 
yanacaq, ehtiyat hissələri, təsərrüfat malları, toxumlar, əkin materialları, 
yem, cavan və kökəldilməkdə olan heyvanlar və i. a.), bitməmiş istehsal­
dan, hazır məhsullardan, yenidən satılmaq üçün nəzərdə tutulan əmtəələr­
dən və maddi ehtiyatlardan ibarətdir. Milli sərvətin bu hissəsi bir istehsal 
tsiklində (dövründə) iştirak edir, onlarm natura-əşya (maddi) forması 
dəyişir, dəyəri istehsal olunmuş əmtəə və xidmətlərin dəyərinə birdən- 
birə və tamamilə daxil edilir.
Bitməmiş istehsal 
dedikdə, müəssisədə hazırlanan, lakin istehsalı hələ 
başa çatmamış, başqa sözlə, tam “emal” olunmadığına görə son istehlaka 
göndərilməsi mümkün olmayan, emal, yaxud da yığılma prosesində olan 
məhsullar nəzərdə tutulur. Bitməmiş istehsala bitki və ağaclar, bir dəfə 
istifadə olunmaq üçün yetişdirilən ev quşları, cavan və kökəldilməkdə 
olan heyvanlar və s. aiddir. Tikintisi başa çatmamış obyektlər, habelə 
sifarişçi ilə müqavilə bağlanmadan həyata keçirilən, başa çatmadığına 
görə dəyəri ödənilməmiş əsaslı təmir də bitməmiş istehsala aid edilir. 
Tikintinin aparılması üçün müqavilə olduqda və iş təsərrüfat üsulu ilə 
həyata keçirildikdə bitməmiş tikinti və başa çatmamış əsaslı təmir əsas 
kapitala (əsas fondlara) aid edilir.
Hazır məhsul 
müəssisədə istehsal olunan, lakin onun öz daxilində 
başqa struktur bölmələrində istifadə üçün nəzərdə tutulmayan, digər 
iqtisadi vahidlərə satılana qədər anbarda saxlanılan əmtəələrdən ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin