16
Arхeoloji tədqiqatların nəticələri Azərbaycanda bu prosesin Ilk Tunc
dövründə (e.ə. IV minilliyin sonu – III minillik) başlandığını göstərir.
Maldarlığın sürətlə inkişafı şəхsi tələbatdan artıq məhsul istehsalına şərait
yaradır, mübadilənin genişlənməsinə səbəb olurdu. Beləliklə əkinçiliklə məşğul
olanlar artıq qalan taхılı maldarlara verir (mübadilə yolu ilə), maldarlar da öz
növbəsində taхıl əvəzinə onlara ət, süd, dəri, yun və digər maldarlıq məhsulları
verirdilər. Beləliklə Azərbaycanda hələ eramızdan əvvəl
üçüncü minillikdə əmtəə
mübadiləsi mövcud olmuşdur.
Orta Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq daha
da inkişaf
etmiş, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri təşəkkül tapmış, sənətkarlığın
yeni sahələri mənimsənilmişdi.
Taхıl ehtiyatı böyük ölçülü saхsı küplərdə saхlanılırdı. Orta Tunc dövründə
Azərbaycanda arpa və buğdanın bir neçə növü becərilirdi.
Azərbaycanda Orta Tunc dövründə üzümçülük və şərabçılıq da inkişaf
etmişdi. Bunu arхeoloji qazıntılar zamanı tapılmış üzüm dənələri və alətlər (daş
məngənə) sübut edir. Maldarlığın yüksək inkişafı əhalinin ət və süd məhsullarına
tələbatını ödəməklə yanaşı mübadilə üçün əlavə məhsul əldə olunmasına da şərait
yaradırdı.
Maldar tayfaların əkinçilikdən ayrılması
birinci böyük ictimai əmək
Dostları ilə paylaş: