______________Milli Kitabxana_____________
263
qablarının müxtəlif formalarda olmasına dəlalət edir. Bu qablar
təkqulplu, bir və ikiağızlı, şaquli və üfqi gövdəli olub, müxtəlif
dekor ünsürləri ilə bəzədilmişdir. Belə su qablarının üstündə
düymələr, gözlüklər, cızma xətlər, eşmə formalı qabarıq çevrələr
görünür. Üfqi şəkilli ikiqulplu Mingəçevir və Yaloylutəpə
matralarında isə qabın boğaz və sinə tərəflərində narın cızma
naxışlara rast gəlirik. Belə qabların plastik forması və naxışları
göstərir ki, onlar mənşə etibarilə tuluqlardan əmələ gəlmişdir.
Matraların bir tipi də onun zoomorf fiqurlu keramikadan
əmələ gəldiyini göstərir. Belə qablara zoomorf matra deyilir.
Onlar quyruğu saxlanmış başsız quş şəklində olan zoomorf
qablardır ki, matra kimi işlənmişdir. Belə matralar da zoomorf
keramikanın tənəzzülünü izləməyə imkan verir.
Yaloylutəpə tipli qablar ilk dəfə 1937-ci ildə arxeoloq D.
Şərifov tərəfindən Qutqaşen rayonunun Yaloylutəpə deyilən
qədim yaşayış məskənindən tapılmışdır. Bununla əlaqədar olaraq
sonralar Mingəçevir, Qəbələ, Molla İsaqlı, Torpaqqala, Gəncə,
Qazax və digər yerlərdən tapılmış eyni şəkilli qablara Yaloylutəpə
tipli məmulat deyilmişdir. Bu keramika qırmızı-kərpici rəngdə
olub, gövdəsinin bikonik şəkli, ağzının uzunluğu və tək qulpunun
yanda olması ilə fərqlənir. Onların bir qrupu oturacaqsız, digər
qrupu isə yastı oturacağı olan silindrik dayaq üzərində yerləşir. Bu
qab-ların boğazları bəzən qabartma halqalar, gövdələri isə üç ədəd
gözlük naxışlarla bəzənir. Qabartma halqalar qabdakı mayeni
bədxah ruhlardan, gözlük şəkilli naxışlar isə bədnəzərdən
mühafizə edirmiş.
Yaloylutəpə qabları şərabçılıq təsərrüfatı ilə əlaqədar olaraq
istehsal edilmişdir. Həmin qablar formalarının mütənasibliyi və
plastik gözəlliyi ilə qədim Azərbaycan keramikasında xüsusi yer
tutur.
Bu dövrün keramikasındakı dekorativ bəzək xüsusiyyətləri
ənənəvi və yeni tipli olması ilə iki qrupa bölünür.
Tunc dövründən gəlmə ənənəvi bəzək üsullarına misal
olaraq, cilalanmış qara rəngli naxışları, az maddə ilə həkk edilmiş
ornamentləri göstərmək olar. Bundan əlavə, şaquli girintilər
şəklində olan kannelyurlar, gil düyməciklər və qabartma xətlər də
______________Milli Kitabxana_____________
264
daha qədimdən gəlmiş dekorativ formalardır. Belə ənənəvi bəzək
ünsürlərindən biri də məhsuldarlıq kultu ilə əlaqədar olan taxıl
dənələrinin dekorativ motiv kimi işlədilməsidir.
Bu dövrün keramikasında yeni bəzək üsulları və motivləri
də özünü göstərir. Misal üçün, Yaloylutəpə qablarında iki-iki, üç-
üç yerləşmiş düymələrin və cızılmış naxışların sadəliyinə
baxmayaraq, onlar məmulatın keramik forması ilə o dərəcədə
ahəngdardır ki, qabların plastik nöqsanlarını hiss etdirmədən
gizlədir, gözəl quruluş cəhətlərini isə nəzərə çarpdırır. Bu hal
Qafqaz Albaniyası dulusçularının əsas yaradıcılıq prinsiplərindən
birini təşkil edir.
Tunc dövründə qara cilalı qabları bəzəyən qabarıq bəzək
motivləri bu dövrdə daha kəskin şəkil alır, daha çox plastikləşmiş
halda nəzərə çarpdırılır. Bu motivlər və onlarla yanaşı işlənən
kannelyurlar ikinci dövrdə torevtika sənətində də öz əksini tapır.
Bu dövrün astral kultu ilə əlaqədar olaraq istər qara, istərsə
də qırmızı rəngli keramikada dini səciyyəli günəş və ay tipli
naxışlar meydana çıxır.
Mingəçevir və Yaloylutəpə ustaları keramikada qabarıq -
ayşəkilli naxışlar yaratmağa xüsusi fikir vermişlər. Ayı təmsil
edən naxışlar bu dövrdə dini təbliğat məqsədi daşımışdır. İkinci
dövrdə isə ay naxışları ornamental motivlərə çevrilmiş və ay kultu
tənəzzülə uğradıqca, bu yeni bəzək forması da ortadan çıxmışdır.
Ay kultu axirət dünyası ideyaları ilə sıx surətdə bağlı
olmuşdur. Odur ki, axirət dünyası haqqında təlimatlar, göstərişlər
yazılırdı. Bu yazılar təsvirli yazılar-piktoqramlar olub, qırmızı
boya ilə kərpici rəngli qablar üzərinə yazılırdı. Üzərində
piktoqram olan belə qablar Mingəçevirdən tapılmışdır.
həmin piktoğramların məzmunundan aydın olur ki, bu
dünyanın dindarları o dünyada-axirət dünyasında da günəş və ay
allahları qarşısında müqəddəs borclarını yerinə yetirməlidirlər,
onların yolunda qurban verməyi unutmamalıdırlar.
Qafqaz Albaniyasının bədii keramikası ikinci dövrdə
tənəzzülə uğrasa da, bu mərhələdə inkişaf tapmış bütün dekorativ
sənət növləri üçün tükənməz yaradıcılıq mənbəyi olmuşdur.
Alban incəsənətinin ikinci mərhələsində memarlıq, bədii
______________Milli Kitabxana_____________
265
şüşə, torevtika (bədii metal emalı), zərgərlik, həkkaklıq,
heykəltəraşlıq və bədii oyma kimi sənətlər tərəqqi tapmışdır.
Memarlıq. Bu dövrün memarlığı üçün müdafiə-qala
istehkamları, xristian məbədləri və saraylar xarakterik sayılır.
Müdafiə tikintiləri xalqımızın yadelli istilaçılara qarşı mübarizə
tarixi ilə əlaqədardır. Belə tikililər ilk növbədə qədim şəhərləri
müdafiə məqsədi ilə yaradılırdı. Eramızdan əvvəl I əsrdə salınmış
Qəbələ şəhərinin qala istehkamlarını buna misal göstərmək olar.
Qəbələ Qafqaz Albaniyasının paytaxt şəhərlərindən biri idi. Bu
şəhər XIV əsrdə monqol istilası zamanı tamamilə dağılmışdır.
Qəbələ Selbir və Qafır adlı iki qaladan ibarət olmuşdur.
Beşbucaqlı şəklində tikilmiş Selbir qalasının qalın divarları ara-
sıra tikilmiş bürclərlə daha da möhkəmləndirilmişdi. Qafır
qalasının cənub tərəfindəki bürc və darvazalar indiyə kimi
qalmışdır. Yarımdairə şəklində olan bürclərin hündürlüyü 9-10,
diametri isə 15 metrdir. Divarların qalınlığı 4 metrə çatır. Bütün
bunlar göstərir ki, vaxtilə Qəbələ şəhərinin bişmiş kərpicdən
tikilmiş qala istehkamlarının əzəmətli görkəmi olmuşdur.
Qəbələnin sakinləri kommunal ehtiyaclara da xüsusi diqqət
yetirmiş, saxsı borulardan istifadə edərək şəhəri su ilə təchiz
etmişlər.
Müdafiə tikintilərinin görkəmli nümunələrindən biri də V-
VII əsrlərdə tikilmiş Dərbənd divarlarıdır. Dərbənd keçidində
uzanan bu divarlar «Uzun divarlar» adı ilə məşhurdur. Bu
əzəmətli abidə yonulmamış daşdan və kərpicdən tikilərək,
şimaldan axın-axın gələn köçəri tayfaların qarşısını kəsən bir sədd
vəzifəsini görmüşdür. O, bir sıra müdafiə tikintilərinin
kompleksindən ibarətdir. Bu kompleksə bir neçə böyük qala da
daxildir. Onlardan ən məşhuru, hündür qaya üzərində tikilmiş
«Çıraqqala»dır. Bu qalanın qarşısında geniş müşahidə sahəsi
açılır; onun böyük müdafiə imkanları vardır.
Dərbənddə belə mürəkkəb müdafiə sisteminin ümumi
uzunluğu 120 km, divarların qalınlığı 8 m, hündürlüyü isə 18-20
metrə qədərdir. Bu abidənin müdafiə sistemində heykəltəraşlıq
əsərlərinə də böyük yer verilmişdir. Heykəllər insan və heyvan
surətlərindən ibarət olub, dairəvi və barelyef şəklində
______________Milli Kitabxana_____________
266
yonulmuşdur. O vaxt şəhərin əhalisi bu heykəllərə müdafiə
tikintilərinin tilsimi kimi baxırdılar. Guya qala divarlarının və
qapılarının taleyi, möhkəmliyi bu tilsimli heykəllərdən asılı imiş.
Şəhərdə su mənbələrinin üstündə, ovdanlarda da belə heykəllər
qoyulurmuş. Dərbənd qala qapısının üstündə indi də şir başı
barelyefi qalmaqdadır.
IV əsrdən başlayaraq xristian dininin yayılması ilə əlaqədar
olaraq Azərbaycanda xristian məbədləri tikilir.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd indi dağınıq
bir haldadır. Onun divar və sütunlarının ancaq aşağı hissəsi
salamat qalmışdır. Məbədin tikintisində çaydaşı, bişmiş qırmızı
kərpic və yonulmuş əhəngdaşı işlədilmişdir. Abidənin ümumi
quruluşu dairəvi şəkildədir. Şimal, cənub-şərq və qərb tərəflərdə
dörd giriş qapısı vardır. Qapılar zahirdən portal şəklindədir.
Binanın daxili quruluşu diqqəti daha çox cəlb edir. Məbədin
mərkəzi hissəsini örtən günbəz 4 qüvvətli dayaq və onların
arasındakı sütunlar üzərinə yatan tağlar üstündə yerləşmişdir.
Mütəxəssislər binanın plan quruluşuna əsasən onun IV-V əsrlərdə
ikimərtəbəli tikildiyini güman edirlər.
Bu abidəni bəzi tədqiqatçılar xristian məbədi, digərləri isə
aya sitayiş məbədi kimi qəbul edirlər. Onun ay məbədi olmasını
güman etməyə də əsaslar çoxdur. I əsrdə Şəki yaxınlığında belə
bir ay məbədi var imiş. Yunan tarixçisi Strabon həmin məbəddə
insanın qurban verilməsi ayinini «Coğrafiya» əsərində ətraflı
təsvir edir.
Həmin dövrdə Azərbaycanda ay kultu çox geniş yayılmışdı.
Qədim əcdadlarımız aya həm su və məhsuldarlığın, həm də axirət
dünyasının himayəkarı, tanrısı kimi pərəstiş edirdilər. Mingəçevir
və Yaloylutəpə keramikasında üzərində ay şəkilli qabartma olan
qırmızı və qara rəngli su qabları bu kultla əlaqədar olaraq
yaradılmışdır.
Qax rayonunun Qum kəndindəki məbəd bazilika tiplidir. Bu
növ binalar sırf xristian məbədləri hesab olunur. Məbədin VI
əsrdə, yonulmuş böyük çaydaşılarından tikildiyi müəyyən
edilmişdir, Binanın daxilində iki sıra sütun qoyulmuşdur.
Sütunların əmələ gətirdiyi mərkəz hissə daha hündür olduğu
______________Milli Kitabxana_____________
267
halda, kənar hissələr alçaq tikilmişdir. Bu da bazilika tipli
məbədlər üçün səciyyəvidir. Orta hissənin sonunda dairəvi
formada absida (mehrab) deyilən yer ayrılmışdır. Sütunların
əmələ gətirdiyi üç nef məbədin absida olmayan tərəfində
üstüörtülü eyvanlar yaratmağa imkan vermişdir. Midiya dövründə
ant tipli binalarda rast gəldiyimiz eyvan memarlıq forması bu
abidədə daha kamil şəkildə tətbiq edilmişdir. Məbədin tağları
nalvarı formadadır.
Mingəçevir məbədi də tipik xristian məbədidir. V-VII
əsrlərdə çiy kərpicdən tikilmiş bu binanın damı bişmiş böyük
kirəmitlərlə örtülü imiş. Arxeoloji qazıntı nəticəsində aşkar
edilmiş bu abidə bir neçə dini səciyyəli binadan ibarətdir.
Binalardan birinin qurtaracağında absida var imiş.
Məbədin divarlarında həndəsi və nəbati naxışlardan ibarət
divar rəsmləri çəkilmişdir. Məbədin içərisində heykəltəraşlıq
əsərləri də tapılmışdır. Onlardan kəc üzərində işlənmiş süvari
qabartmasını və böyük daş (üst səthi 78X69 sm, alt səthi 67X62
sm, hündürlüyü 4.5 sm) üzərində yonulmuş iki tovuz quşunu
göstərmək lazımdır. Təsvirlərdən yuxarıda, daşın bütün kənar
haşiyəsi boyu cızma yazılar verilmişdir. Bu yazıların qədim alban
və yaxud qədim türk yazısı olduğunu iddia edən iki fikir vardır.
Daşın üst tərəfdən diametri 19 sm olan bir girintisi vardır. I
Sarayların memarlığı haqqında məlumatımız çox
müxtəsərdir. Tarixçilərin göstərdiyinə görə, qədim alban
padşahlarının əzəmətli sarayları olmuşdur. VII əsrdə hökmranlıq
etmiş Cavanşir saray tikintisinə xüsusi diqqət yetirmiş, öz sarayını
təmtəraqlı görkəmə saldırmışdı.
Bu dövrdə əhalinin köçəri vəziyyətdən oturaq həyata
keçməsi ilə əlaqədar olaraq şəhərsalma işləri xeyli inkişaf etmişdi.
II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Qafqaz
Albaniyasının 29 şəhər və kəndinin adını çəkir. I-III əsrlərə aid
tarixi mənbələrdə Naxçıvan, Qəbələ, Şamaxı kimi şəhərlərin adına
rast gəlirik. Daha sonralar III-VII əsrlərin salnamələrində həmin
şəhərlərdən başqa yeni şəhər adlarına da təsadüf edirik. Onlardan
Dərbənd, Şabran, Şirvan (Şarvan), Çola, Şake (Şəki), Beylakan,
Bərdə, Xalxal, Kalankaytuk, Alven, Minkiçavır (Mingəçevir) kimi
______________Milli Kitabxana_____________
268
şəhərləri göstərmək lazımdır.
Bədii şüşə sənəti. Azərbaycanda şüşə sənətinin yaranması
alban dövrü incəsənətinin inkişafının birinci mərhələsinə təsadüf
edir. Lakin şüşə ustaları bu dövrdə ancaq bəzək şeyləri (bilərzik,
müxtəlif muncuqlar və s.) yaratmaqla kifayətlənmişlər. Şüşə
qablar istehsalı isə ikinci dövrün məhsulu idi.
Qədim Azərbaycanda şüşə istehsalının inkişafı, birinci
növbədə, ölkənin təbii zənginlikləri ilə bağlı olmuşdur.
Azərbaycan torpağında kvars qumunun, soda və əhəng
yataqlarının olması şüşənin yerli materialdan bişirilməsi üçün
imkan yaratmışdır. Bu işdə başlıca şərtlərdən biri də yanacaq
mənbəyi olan meşə materialının bolluğu idi. Doğranmış
ağaclardan yüksək dərəcədə istilik verən yanacaq, onların
külündən isə tərkibində natri və kali duzları və hətta əhəng də
olduğundan, xammal kimi istifadə edilirdi. Bundan başqa, şüşə
materialının əridilməsi üçün odadavamlı gildən kiçik tiyanlar
hazırlamaq vacib idi. Belə gillər isə Azərbaycanda çox olub,
dulusçuluqda da tətbiq edilirdi.
Bədii şüşə məmulatı Mingəçevirdə, İsmayıllı rayonunun
Qalagah, Şamaxı rayonunun Xınıslı, Qax rayonunun Torpaqqala
kəndlərində və habelə qədim Azərbaycanın başqa yerlərində
tapılmışdır.
İkinci dövrdə şüşədən ən çox bədii effektə malik material
(şəxsi möhürlər, bəzək əşyaları və s.) kimi, habelə maye
qablarının hazırlanması üçün istifadə edilirdi.
Mingəçevir şüşə möhürlərində dekorativ elementlərlə
yanaşı, insan başı və yarımfiquru da cızılırdı.
Mingəçevir ustaları şüşədən qadın bəzəyi üçün müxtəlif
formalı muncuq, hamar və eşmə bilərziklər hazırlamışlar.
Bilərziklər abı, yaşıl, qəhvəyi, qara, sarı və başqa rənglərdə
istehsal olunurdu. Bilərziklərin belə rəngarəng alınması üçün
müxtəlif metal oksidlərindən istifadə edilmişdir. Bəzən şüşə
bilərziklərin ucları gümüş bilərziklərdə olduğu kimi ilan başı
formasında düzəldilirdi. Bu, ilan kultunun incəsənətə göstərdiyi
təsirlə izah edilir. Uzun əsrlər boyu ilan axirət dünyasının simvolu
kimi ibtidai insanların şüurunda yaşamış və bu anlayış nəsildən-
______________Milli Kitabxana_____________
269
nəslə keçmişdir. Lakin eramızın ilk əsrlərindən etibarən qədim
Azərbaycanda ilan kultu və digər totemistik təsəvvürlər ay kultu
tərəfindən sıxışdırılır. Bunun nəticəsində ilan və başqa totemistik
motivlər dulusçuluqda olduğu kimi getdikcə ideya əhəmiyyətini
və təsvir tamlığını itirir, şəkilcə təhrif olunaraq ornamental
formaya çevrilir. Belə ideoloji dəyişiklik kənd təsərrüfatının,
xüsusilə suvarma kanalları şəbəkəsinin genişləndirilməsi ilə
əlaqədardır. Belə ki, əvvəllər dinə görə axirət dünyasının allahı
sayılan Ay, sonralar suvarma sisteminin hamisi hesab edilirdi.
Qədim Azərbaycanda şüşə istehsalının mövcud olduğunu
sübut edən arxeoloji abidələrə misal olaraq Torpaqqalada (IV-VI
əsrlər) və Qəbələdə (VII-VIII əsrlər) tapılmış şüşə bişirən
emalatxanaların qalıqlarını göstərmək lazımdır.
Şüşə məmulatı içərisində kiçik qablar öz bədii keyfiyyəti ilə
diqqəti daha çox cəlb edir. Azərbaycan Dövlət Tarix muzeyində
saxlanan şüşə qabları zahiri görkəminə görə altı qrupa bölmək
olar.
Birinci qrupun qabları küpə şəklindədir. Onlar əksər
hallarda bəzəksiz olur. Lakin bəzi qabların üzərində şüşə
saplarının gəzdirilməsindən alınan naxışlara da rast gəlirik. Buna
misal olaraq I-III əsrlərdə yaradılmış Mingəçevir qabını göstərə
bilərik. Onun gövdəsi ilanyolu-sınıq xətlərlə bəzədilmişdir. Həmin
dövrdə türk tayfaları belə ziqzaq xətlərin fövqəladə sehrkar
qüvvəsinə inanırdılar. Belə xətlər gecənin zülmətini dağıdan
şimşəyin, göyləri lərzəyə salan ildırımın timsalı kimi qəbul
edilmişdi. Xalq belə xətlərdən bədxah qüvvələrə, bədnəzərə qarşı
mühafizəedici bir nişan kimi istifadə edir, onların sehrkar
qüvvəsinə inanırdı. Buna görə də o dövrün gil qablarında, metal
əşyalarında, taxta və sümük daraqlarda ziqzaq xətlərə tez-tez
təsadüf edirik.
Mingəçevirdən tapılmış bu qrupun nümunələri içərisində
gövdəsi kannelyurlarla bəzədilmiş bənövşəyi rəngli qablara da
təsadüf edirik. Onların bəziləri I-II, bəziləri isə IV-VIII əsrlərdə
yaradılmışdır. Ədəbiyyatda bu tip qabların qədim Finikiyadan
gətirildiyi qeyd edilir. Lakin bunların Azərbaycanda geniş
miqyasda işlədildiyini və buna görə də yerli ustalar tərəfindən
______________Milli Kitabxana_____________
270
təqlid edildiyini də inkar etmək olmaz.
İkinci qrupa aid olan şüşə qablar armudu formada olduğu
halda, üçüncü qrupun nümunələri özünün şaquli kompozisiyaları
ilə fərqlənir.
Üçüncü qrupa daxil olan qablar, əsasən, Mingəçevirdə
tapılmışdır. Onları gövdələrinin zahiri formalarına görə üç tipə
bölmək olar. Birinci tip qabların gövdəsi küpə şəklində olduğu
halda, ikinci tip qablarda gövdə uzunsovlaşmış şəkil almışdır.
Üçüncü tip qablar isə konik formaları ilə fərqlənirlər. I-III əsrlərə
aid olan bu üç tipdən başqa Mingəçevirdə IV-VIII əsrlərin
dördkünc prizma şəkilli şüşə qabları da tapılmışdır.
Dördüncü qrup qablar müxtəlif formalı dekorativ-
ornamental bəzəkləri ilə fərqlənir. Onlardan III-IV əsrlərdə
hazırlanmış uzunsov naxışlı qabları göstərmək olar. Belə naxışlar
Mingəçevirin I əsrə aid keramik qablarında da vardır. Bu növ şüşə
qablar Mingəçevirdə IX-XIII əsrlərdə də istehsal edilmişdir. Şüşə
qabların badamı çıxıntılarla bəzədilməsi onlara metal məmulatının
görkəmini verir.
Beşinci qrupa zərif, dairəvi oturacağı olan şüşə piyalələr
daxil edilir. Bu tipli qablar İsmayıllı rayonunun Qalagah və
Şamaxı rayonunun Xınıslı kəndlərindən tapılmışdır. Onlar I-II
əsrlərə aiddir. Bu qabların zahiri bəzəyində qabartma ünsürlərə
tez-tez rast gəlirik.
Sonuncu, altıncı qrupa şaquli formalı piyalələr aiddir. Bir
qayda olaraq, onların dairə şəkilli alçaq dayaqları olur.
Şüşə sənəti Qafqaz Albaniyasının digər dekorativ sənətləri
ilə (məsələn, keramika və torevtika sənətləri ilə) sıx əlaqədə
yaranmış və inkişaf etmişdir. Bu sənət ölkədə maddi mədəniyyətin
formalaşmasında görkəmli rol oynamış və orta əsrlərdə
Azərbaycanda orijinal şüşə sənətinin yaranması üçün zəngin
mənbə olmuşdur.
Qədim incəsənətimizin ikinci inkişaf dövründə (I-VII əsrlər)
bədii şüşə sənəti bir çox səbəblərə görə tənəzzülə uğramış
dulusçuluğun zəifləməsini daha da sürətləndirmişdir. Bu yeni
sənət ikinci dövrün ictimai amillərinə daha çox uyğun idi; bu vaxt
dini təsəvvürlər getdikcə zəifləyir, feodal saraylarında eyş-işrət,
______________Milli Kitabxana_____________
271
əyləncə məclisləri adi hal alır və şəhər həyatı korlanmağa başlayır.
Odur ki, şüşə istehsalına olan ehtiyac dövrün ictimai zərurəti kimi
ortaya çıxır.
Şüşə sənətinin inkişafı VIII əsrdən etibarən Azərbaycanda
şirəli dulusçuluq məmulatının istehsalı üçün texnoloji baza
yaratmışdı. Belə ki, şüşə və keramika üçün şirələrin istehsalı,
təxminən, eyni texnoloji proseslər və eyni xammal tələb edirdi.
Qədim Azərbaycanın şüşə məmulatı qəlibə salmaq və
üfürmək kimi iki üsulla hazırlanırdı. Bu dövrdə ustalar şüşənin
hələ tamamilə ağ rəngdə alınmasına nail ola bilməmişlər.
Xammalın (qum, soda, əhəng) tərkibində olan dəmir qatışıqları
şüşənin yaşılımtıl rəng almasına səbəb olurdu.
Şüşə məmulatı içərisində göy, yaşılaçalan göy və abı rəngli
qablara da rast gəlirik.
O vaxt ustalar hələ dəmiri və misi lazımlı əsas materialdan
ayıra bilmirdilər. Təmiz ağ rəngli şüşə alınması üçün qumu
tərkibində müxtəlif metal oksidləri olan duzlardan ayırmaq lazım
idi.
Şüşə kürələrində xammalın bişməsi üçün 1500°-yə qədər
istilik tələb olunurdu. İstənilən istiliyi əldə etmək üçün isə
meşələrdə olan bol və yararlı ağaclardan istifadə edilirdi. Lakin
ibtidai şəkildə qurulmuş kürələrdə istiliyin çox hissəsi ətrafa
dağılır və itib gedirdi. Əldə edilən istiliyin kifayət etməsi üçün
şüşə xəmiri ibtidai və kiçik qazanlarda bişirilirdi. Nəzərə almaq
lazımdır ki, qazandan götürülən şüşə xəmiri tez soyuyur, soyuq
halda isə ona forma vermək olmurdu. Bütün bu çətinliklərin
nəticəsidir ki, o dövrdə ancaq kiçik həcmli qablar istehsal etmək
mümkün olmuşdur.
Alban dövründə bədii şüşə istehsalının inkişafı iki
mərhələdə (I-IV və IV-VII əsrlər) baş vermişdir. İkinci dövrdə
qabların həcminin nisbətən böyük olması, yəqin ki, şüşə bişirən
kürələrin təkmilləşməsindən irəli gəlmişdir. Bu texniki tərəqqi isə
həmin dövrdə dəmirçiliyin inkişafı və dəmirçi kürələrinin daha
məqsədəuyğun şəkildə qurulması ilə əlaqədardır. Dəmirçiliyin
tərəqqisi isə, şübhəsiz ki, istehsal alətlərinin istehsalı və
müharibələrlə sıx surətdə bağlı idi.
______________Milli Kitabxana_____________
272
Bədii metal. Zərgərlik.
Qədim Azərbaycanda bədii metal sənətinin inkişafı alban
dövründə yeni mərhələyə qədəm qoyur. Bu sənət artıq, əvvəlki
dövrlərin dini təsəvvürlərin-dən azad olaraq, əsasən, məişət
ehtiyac-larına və həyati ideyalara xidmət etməyə başlayır. Bədii
metal ustaları tunc və gümüşdən məişətdə lazım olan qablar
hazırlayırlar. Bədii metal sənətinin bu növünə torevtika deyilir.
Qafqaz Albaniyasında torevtika sənəti xüsusilə I-VII əsrlərdə
geniş surətdə yayılır.
Bu dövrdə Mingəçevirdə, Torpaqqalada və Qafqaz
Albaniyasının ərazisinə daxil olmuş Cənubi Dağıstanda torevtika
nümunələri istehsal edən emalatxanalar fəaliyyət göstərmişdir. Bu
emalatxanaların məhsulu sırf praktik əhəmiyyət daşısa da,
qabların bəzəyində əvvəlki dövrlərin dini təsəvvürlərindən doğan
motivlər yenə də qalmaqda idi. Lakin bu ünsürlər getdikcə dini
əqidələrdən uzaqlaşır və dekorativ-ornamental motivlərə
çevrilirdi. Bu baxımdan Mingəçevir və Torpaqqaladan tapılmış
gümüş camlar çox maraqlıdır. I-II əsrlərə aid Mingəçevir camı
ritmik olaraq dörd dəfə təkrar edilən dörd barmaq naxışla
bəzədilmiş, bu qruplaşmış naxışların arasındakı boşluqlar isə cüt
üzüm salxımı qabartmaları ilə doldurulmuşdur.
Üzüm salxımları birinci dövrdə məhsuldarlıq, bərəkət
kultunun əlamətlərindən biri sayıldığı halda, bu mərhələdə qabın
dekorativ bəzək ünsürünə çevrilmiş ornament motivi kimi qəbul
edilir.
Torpaqqaladan tapılmış III əsrlərə aid gümüş camın içində
maralı yıxıb parçalayan qanadlı şirin təsviri cızılmışdır.
Heyvanların təsviri realist səpkidə yaradılmışdır. Burada qanadlı
şirin rəsmi atəşpərəstlik kultu ilə əlaqədardır. Şir od və günəşin
ilahiləşmiş qüdrətini təmsil etdiyi halda, maral təslim olmuş,
ölümə məhkum, köməksiz bir varlığın obrazıdır. Həmin təsvirlər
simvolik səciyyə daşıyır.
Cənubi Dağıstanda yaradılmış VI-VII əsrlərə aid tunc su
qablarının təsvirləri də ənənəvi olaraq davam edən qədim
motivlərdəndir. Həmin motivlər əvvəlki dövrlərdə sırf dini
səciyyə daşıdığı halda, bu dövrdə artıq dekorativ bəzəklərə
______________Milli Kitabxana_____________
273
çevrilmişdir. Rusiya Federasiyası Dövlət Ermitajında belə metal
qab nümunələrindən ikisi saxlanılır.
Armudu şəkilli, təkqulplu birinci qabın üstündə müqəddəs
ağacın rəsmi, onun iki tərəfində isə tovuz quşunun təsvirləri
döyülmüşdür.
Tovuz quşunun müqəddəs sayılan təsviri zaman keçdikcə
atəşpərəstliyin ortadan çıxması ilə əlaqədar olaraq öz formasını
dəyişib sadələşmiş və nəhayət, «buta» şəklinə düşmüşdür. Buta
isə türk xalqlarında başlıca ornament motivi kimi qəbul edilmiş və
sonralar başqa qonşu xalqların da incəsənətinə daxil olmuşdur.
Qulpsuz, armudu şəkilli tunc su qabının döymə üsulu ilə
bəzədilmiş gövdəsi nəbati naxışlarla örtülmüşdür. Naxışların
üstündə yerləşdirilmiş qoşa butalar naxışlarla üzvi surətdə
əlaqələndirilmişdir. Təsvirdə butaların tovuz quşundan əmələ
gəldiyini göstərən bir ünsür özünün arxaik xüsusiyyətini yaxşı
saxlamışdır: bu, butaların aşağısında görünən və tovuz quşunun
quyruğunu xatırladan rəsmdir.
Bu dövrün tunc qablarında xalis bəzək elementi kimi
işlənmiş naxış motivlərinə də rast gəlirik. Onlardan ən təsirlisi
kannelyur ornament motividir. Kannelyurlar qabın gövdəsinin
döymə üsulu ilə ritmik şəkildə yan-yana düzülmüş şaquli batıqlara
bölünməsindən alınır. Bu motiv Azərbaycan torevtikasına Qafqaz
Albaniyasının bədii keramikasından keçmişdir.
Torevtikanın inkişafı ölkənin Sasani dövləti tərəfində Bizans
dövlətinə qarşı vuruşması faktı ilə də əlaqədardır. Çünki müharibə
edən ölkəyə çoxlu silah və zirehli geyimlər lazım idi. Bu isə
qədim Azərbaycanda dəmirçiliyin geniş yayılmasına kömək etmiş,
bundan əlavə, hərbi qənimət ki-mi əldə edilən antik torevtika
nümunələri də bu sahədə mədəni əlaqələrin genişlənməsinə,
qabaqcıl texnikanın və yunan bədii formalarının
mənimsənilməsinə səbəb olmuşdur. Antik dövr sənət
xüsusiyyətlərinin Qafqaz Albaniyası ustaları tərəfindən qəbul
edildiyini göstərən nümunələrə tez-tez rast gəlirik. V-VII əsrlərə
aid olan iki tunc Dağıstan məcməyisini buna misal göstərə bilərik.
Hər iki məcməyidə antik təsvir formalarının təsiri görünür.
Torevtika sənətinin inkişafı göstərir ki, qədim Azərbaycan
______________Milli Kitabxana_____________
274
incəsənəti bu dövrdə dönüş mərhələsi keçirib dini əqidələrdən
uzaqlaşır və dünyəvi ideyalarla sıx surətdə bağlanır.
Alban dövründə zərgərlik sənəti iki inkişaf mərhələsi
keçmişdir. Birinci mərhələ e. ə. IV-I əsrlərini, ikinci mərhələ isə I-
VII əsrləri əhatə edir.
Birinci mərhələdə Mingəçevirin və Yaloylutəpənin qədim
zərgərləri tərəfindən üzüklər, sırğalar, baş bəzəkləri (cütqabağı),
qol bilərzikləri, arpa şəkilli qızıl muncuqlar və s. hazırlanmışdır.
Bu bəzək məmulatının əksəriyyəti alban dövründən də əvvəl
qədim azərbaycanlıların məişətində işlənmiş və ənənəvi olaraq
sonrakı dövrlərdə davam etdirilmişdir.
Birinci mərhələdə bəzəklərin əksəriyyəti dini səciyyə
daşıyırdı. Bu baxımdan qızıl sırğalar və bilərziklər birinci mərhələ
üçün səciyyəvi sayılan əşyalardır.
Sırğaların asma hissəsi hansı formada olursa-olsun
halqalarının ucları, bir qayda olaraq, ilan başını təmsil etməli idi.
Bu, birinci mərhələdə ilan kultunun çox qüvvətli olmasından,
hətta bəzəklərə də öz təsirini göstərməsindən irəli gəlirdi.
Bir sıra qızıl və gümüş sırğalar da vardır ki, onların asma
hissəsi dənlərdən tərtib edilmiş bərabərtərəfli üçbucaqlar
şəklindədir. Belə sırğalardakı dənlər taxılı, digər dənli bitkiləri və
üzümü təmsil edir. Demək, bu tip bəzək şeyləri bərəkət,
məhsuldarlıq kultuna həsr edilmişdir. Yaloylutəpənin aypara
şəkilli qızıl sırğalarının aşağı hissəsində də üç dən yerləşdirilir.
Görünür ki, bunlar da bərəkət kultu ilə əlaqədar olmuşdur.
Qol bilərzikləri tuncdan və gümüşdən düzəldilirdi. Onların
ucları ilan və qoyun başları formasında tökmə üsulu ilə
hazırlanırdı. Güman etmək olar ki, ölüləri axirət dünyasına
göndərmək ayinində ilan başlı qol bilərziklərindən də istifadə
edilmişdir. İbtidai insanların etiqadına görə, qolunda belə bilərzik
olan ölülər axirət dünyasında bədxah ruhların əzabından xilas
olurlar.
Qol bilərziyində qoyun başının olması totemizmin
əlamətidir. O vaxtlar hər qəbilənin bir totemi-himayəkar heyvanı
vardı. Belə totemlərin surətlərini özləri ilə boyunlarında,
qollarında gəzdirən qədim insanlar elə zənn edirdilər ki, artıq hər
______________Milli Kitabxana_____________
275
cür bədbəxt hadisələrdən qorunacaqlar, onlara bədxah ruhlar heç
vaxt toxuna bilməyəcək. Belə bilərziklərdə ilan və qoyun
başlarının ünsürləri-gözləri, ağzı və burnu kəsmə üsulu ilə
dəqiqləşdirilmiş, başların yan tərəfləri isə narın kəsilmiş xətlərlə
bəzədilmişdir.
Birinci dövrün texnoloji və bədii nailiyyətlərindən görünür
ki, qədim ustalar tökmə, döymə (çekan) və basma (ştamp) kimi
üsullardan müvəffəqiyyətlə istifadə etmişlər. Onlar lövhə şəkilli
Mingəçevir sırğalarında qırmızı rəngli daşlar tətbiq etməklə qədim
Azərbaycan zərgərliyinə yeni texnoloji xüsusiyyət və əvəzedilməz
bədii estetik keyfiyyət gətirmişlər.
İkinci mərhələnin zərgərlik məmulatı dini təsəvvürlərdən
uzaqlaşaraq, dünyəvi ideyalara, dekorativ məqsədlərə xidmət
etmişdir.
Bu dövrdə Qafqaz Albaniyasının Mingəçevir, Xınıslı,
Qalagah (İsmayıllı rayonu) və Torpaqqala (Qax rayonu) kimi
zərgərlik mərkəzləri olmuşdur. Belə qədim şəhərlərdən tapılmış
bəzək şeyləri formalarının orijinallığı ilə fərqlənir. İkinci dövrdə
hazırlanan qızıl məmulatı sayca çox və bədii keyfiyyətcə daha
yaxşı olduğu üçün, bu dövr zərgərlik sənətinin yüksəliş dövrü
hesab edilir.
I-VII əsrlərdə zərgərlər sırğa, belbağı toqqası, qızıl
muncuqlar, bilərziklər, sancaqlar və üzüklər hazırlamaqla bərabər
silahları da bəzəyirdilər.
Birinci mərhələdə qeyd etdiyimiz üç dənli qızıl sırğalar bu
dövrdə daha da təkmilləşmişdir. İndi dənlərin sayı daha da
çoxalmış, onlar birbaşa halqaya yox, halqaya bənd edilmiş qızıl
kürəciyə yapışdırılırdı. Mingəçevirdə belə sırğalardan çox
tapılmışdır. Onların içərisində elələri də var ki, qızıl kürəcik
əvəzinə qırmızı əqiq-dən muncuq qoyulmuşdur.
Bu dövrün zərgərlik işlərində təbii daşlardan, xüsusilə
qırmızı rəngli daşlardan geniş surətdə istifadə olunurdu. Belə
daşlar həm üzüklərdə, həm də sırğalarda tətbiq edilirdi. Məsələn,
Torpaqqaladan tapılmış sırğada dörd üçbucaq çərçivə içərisinə
qırmızı daşlar yerləşdirilmişdir. Eyni tipli, lakin daha mürəkkəb
quruluşlu sırğa Qalagahdan tapılmışdır.
______________Milli Kitabxana_____________
276
İkinci mərhələdə zərgərlər daha sadə və daha zərif məmulat
yaratmağa çalışırdılar. Onlar sadə konstruktiv formalardan,
ornamental dekor elementlərindən istifadə edirdilər. Bundan
əlavə, aydın görünür ki, zərgərlik sənətinin inkişafı bir tərəfdən
texnoloji proseslərin təkmilləşməsindən, digər tərəfdən isə estetik
zövqün yüksəlməsindən asılı olmuşdur. Nəticədə, zərgərlik
işlərində yüngül ornamental formalara daha çox yer verilmiş və
beləliklə də, sonralar inkişaf edən şəbəkə üsullarının əsası
qoyulmuşdur:
Həkkaklıq və heykəltəraşlıq. Gil, daş, metal, qiymətli daş,
şüşə kimi cisimlər üzərində müxtəlif rəsmlərin iti uclu alətlər
vasitəsi ilə oyulması heykəltəraşlıq və həkkaklıq sənətini
yaratmışdır. Cəmiyyət tarixinin və eləcə də incəsənətin inkişaf
mərhələlərinin öyrənilməsində bu sənət etibarlı mənbələrdən
hesab edilir.
Ədəbiyyatda üstü təsvirli daşlara gemma deyilir. Gemma iki
cür olur: üzərindəki təsvir cızılmış olanda i n t a l i y a, qabarıq
olanda k a m ey a adlanır.
Azərbaycan ərazisində tapılmış həkkaklıq (qliptika)
nümunələri e. ə. I minilliyin başlanğıcından eramızın XX əsrinə
qədər olan uzun bir dövrün müxtəlif mərhələlərində yaradılmışdır.
Onların əksəriyyəti alban dövrünə aid olub, Mingəçevir, Xınıslı,
Torpaqqala, Qəbələ, Örənqala, qədim Gəncə kimi yerlərdən
tapılmışdır.
Həkkaklıq nümunələrinin köməyi ilə ayrı-ayrı dövrlərdə
oyma sənəti ilə məşğul olmuş rəssamların ustalıq səviyyəsini
öyrənmək olur.
Azərbaycan ərazisində tapılmış həkkaklıq nümunələrini üç
qrupa bölmək olar. Birinci qrupa yunan-Roma sənətkarlarının
yaratdığı nümunələr, ikinci qrupa Sasani sənətkarlarının əsərləri
və üçüncü qrupa qədim Azərbaycanın oyma ustalarının kiçik
cisimlər üzərindəki rəsmləri daxildir.
Antik həkkaklıq nümunələri Azərbaycana hələ e. ə. IV-III
əsrlərdə İrandan gətirilmişdir. Lakin antik oyma əşyalarının ardıcıl
olaraq Azərbaycana gətirilməsi, e. ə. I əsrin ortalarında (66-65-ci
illərdə) Lukull və Pompeyin rəhbərlik etdiyi Roma qoşunlarının
______________Milli Kitabxana_____________
277
Qafqaza hücumu ilə əlaqədardır. Bu tipli antik nümunələrin
Romadan asılı vəziyyətdə olan Qafqaz Albaniyasına gətirilməsi
IV əsrə qədər davam etmişdir.
Roma gemmalarında allahların, dini kult əşyalarının
rəsmləri və simvolik səciyyəli təsvirlər verilmişdir. Onların içində
əlində nizə və qalxan tutmuş müharibə allahı Marsın, məhəbbət
allahı Erotun, günəş allahı Heliosun, məhəbbət və gözəllik ilahəsi
Beneranın rəsmlərinə rast gəlirik. Simvolik səciyyəli təsvirlər də
diqqəti cəlb edir. Misal üçün, məhsuldarlıq və əmin-amanlıq
simvolu olan lalənin sünbül ilə birlikdə rəsmi, yaxud məhəbbət,
dostluq və razılıq ifadə edən iki əlin bir-birini sıxması da Roma
həkkaklığı üçün xarakterikdir.
III əsrdən başlayaraq Qafqaz Albaniyası ilə Roma
arasındakı ticarət və mədəni əlaqələr getdikcə zəifləyir.
Azərbaycanın Sasani dövləti ilə siyasi və mədəni münasibətləri isə
getdikcə qüvvətlənir. Bununla əlaqədar olaraq, III əsrdən sonra
Sasani həkkaklıq nümunələri Azərbaycana daha çox gətirilirdi.
Onlar şəxsiyyəti bildirən möhürlər kimi işlədilirdi. Bu möhürlərin
çərçivəsi tunc, gümüş və qızıldan, qaşı isə əqiq, xalsedon, lazurit,
dağ bülluru kimi daşlardan, bəzən də metaldan düzəldilirdi.
Möhürlərin rəsmlərində insanlar, dini ayinlərin icrası, fantastik
varlıqlar, heyvanlar, quşlar, nəbatat, astral işarələr və yazılar təsvir
edilirdi. Bu təsvirlərin əksəriyyəti atəşpərəstliklə əlaqədardır.
Qədim azərbaycanlılar e. ə. I minilliyin ilk əsrlərindən
etibarən həkkaklıq texnikasına yaxşı bələd idilər.
Yerli ustaların yaratdıqları ilk həkkaklıq nümunələri e. ə.
IV-III əsrlərə aiddir. Bunlar çaxmaqdaşı kimi adi daşlar üzərində
cızılmış sxematik rəsmlərdən ibarətdir.
Parfiya-Sasani dövründə isə yerli möhürlərdə heyvan,
nəbatat, səma cisimlərinə (Günəş, Ay) və müxtəlif işarələrdən
ibarət rəsmlərə rast gəlirik. Onlarda Zərdüşt dininin təsiri də
özünü göstərir.
Ustalar daş möhür qaşlarını müxtəlif metalların çərçivəsinə
salırdılar ki, onların təsvirlərini hər hansı bir materialın üzərinə
köçürmək asan olsun. Çox zaman işin texnoloji prosesini
sadələşdirmək üçün daş əvəzinə, tunc və gümüş üzüklərin dairəvi
______________Milli Kitabxana_____________
278
və düzbucaqlı möhürlüyündən istifadə edirdilər. Metal rəsmlərdə
ay motivinin müxtəlif variantları cızılmışdır.
Uçar rayonunda III əsrə aid olan maraqlı bir gemma parçası
tapılmışdır. Onun üzərində ağacda oturub fleyta çalan
heyvanabənzər bir varlıq təsvir edilmişdir.
Qədim Azərbaycanda həkkaklıqdan mal sahibini göstərən
möhür, insanları bədxah ruhlardan qoruyan tilsim və bəzək kimi
də istifadə edilirdi. Tilsim olan gemmalarda ilahi qüvvələrin,
qədim totemlərin, allahların, xeyirxah ruhların təsvirləri verilirdi.
Həkkaklıq sənəti qədim Azərbaycanda təsviri sənətin
inkişafını və səciyyəvi xüsusiyyətlərini əyani surətdə göstərən
mötəbər mənbələrdəndir.
Heykəltəraşlıq Qafqaz Albaniyası incəsənətinin ikinci
dövründə (I-VII əsrlər) tərəqqi tapmışdır. Qədim plastik sənətin
müxtəlif nümunələrini üç qrupda ümumiləşdirmək olar. Birinci
qrupa qabartma tipli təsvirlər, ikinci qrupa dairəvi heykəllər,
üçüncü qrupa isə qəbirüstü abidələr daxil edilir.
Birinci qrupu Mingəçevirdən tapılan ucları qoyun, ilan başı
şəklində oyulmuş gümüş bilərziklər, daşdan, kəcdən hazırlanmış
əsərlər və gildən yoğurulmuş keramik nümunələr təşkil edir.
Zərgərlik sənəti bəhsində deyildiyi kimi, bilərziklər ən
qədim dini əqidələrdən olan totemizmlə əlaqədar olaraq heyvan
başları ilə bəzədilmişdir. Belə bilərziklər e. ə. IV-I əsrlərə və e. I
əsrinə aiddir. Lakin daha əvvəlki dövrlərdə tunc bilərziklər metal
kultu ilə əlaqədar olaraq insanları qorumaq «qüdrətinə» malik idi.
Odur ki, qədim azərbaycanlılar belə bilərzikləri həm qollarına
həm də qıçlarına salırdılar. Bu ayin qədim insanların metala, tunca
oddan törəmiş, od qüvvəsinə malik ilahi bir varlıq kimi pərəstiş
etmələrinin nəticəsi idi. Lakin zaman keçdikcə əcdadlarımız
metalların sirrinə daha çox bələd olur və dərk etməyə başlayırdılar
ki, tunc, gümüş adi şəkildə insanı qoruya bilməz, onlarda ilahi
qüvvə yoxdur, çünki onları insan özü yaradır və şəkildən-şəklə
salır. Ulu babalarımızın bu «kəşfindən» sonra ustalar tunc və
gümüş bilərziklərə və eləcə də başqa metal əşyalara totem
allahların surətini əlavə etməklə, onların ilahi «qüvvəsini» bərpa
etmiş oldular.
______________Milli Kitabxana_____________
279
V-VI əsrlərə aid Mingəçevir daş qabartmasında müqəddəs
ağacın sol və sağında üzbəüz dayanmış iki tovuz quşu əks
edilmişdir. Daşın xarici səthinin çopurlaşmasına baxmayaraq,
qabartmanın təsvirlərində plastik ifadə və dürüst rəsm özünü
göstərməkdədir. Quşların boğazlarındakı lentlər (qüdrət və hökm
nişanəsi) kompozisiyanın dinamikliyini və plastikliyini artırır.
Maraqlı burasıdır ki, qabartmada tovuz quşları dirilik
ağacının, həyat ağacının keşiyində durmuş vəziyyətdə təsvir edilir.
Xanlar rayonundan tapılmış tunc dövrünün qara gil qablarında da
buna bənzər cızma rəsmlər vardır. Orada dirilik ağacı svastika
şəkilli iki günəş təsvirinin əhatəsində verilmişdir. Belə müqayisə
göstərir ki, günəş, od əcdadlarımızın təsəvvürünə görə həmişə
həyatın xidmətində olmuş, onu himayə etmişdir. Daşın yuxarı
hissəsində onun bütün perimetri boyu yazılar vardır. Bu yazıların
qrafik quruluşunu və dövrün tarixi şəraitini nəzərə alaraq onların
alban və ya qədim türk yazıları olduğu ehtimal edilir. Nəticə
etibarı ilə qeyd etmək lazımdır ki, qabartmalı daşın yaradılması
sasani-atəşpərəstlik ideyalarının Azərbaycanın türk qəbilələri
arasında təbliğ edildiyi bir vaxta təsadüf etmişdir.
Kəc üzərində hazırlanmış süvari təsviri isə VIII əsrə aiddir.
Bu qabartmada süvarinin başı və atın qıçları qalmamışdır.
Heykəltəraş ən kiçik əşyaları belə təfərrüatı ilə verməyə
çalışmışdır. Bunun nəticəsində süvarinin geyimi və qoşqu
alətlərinin ornament bəzəkləri yaxşı nəzərə çarpır. Əsər bədii
təsirə malik olmaqla, kəc üzərində ən qədim Azərbaycan
qabartması kimi çox qiymətlidir.
İkinci qrupa daxil olan dairəvi heykəllər plastika sənətinin
bu dövrdə daha çox inkişaf etdiyini sübut edir. Bu qrupa gil, tunc
və daş heykəllər daxildir. Əksər hallarda qadın fiqurlarından ibarət
olan sxematik və kobud gil heykəlciklər Mingəçevir və Xınıslı
kimi qədim mədəniyyət mərkəzlərində, İsmayıllı, Şəmkir,
Qutqaşen və s. rayonlarda tapılmışdır. Onları dörd qrupa bölmək
olar. Birinci qrupa daxil olan heykəlciklər ölü ilə birlikdə qəbirə
basdırılırdı ki, axirət dünyasında mərhumun bütün əziyyətlərini
çəksin ona xidmət etsin (tunc dövründə bu məqsədlə qulları
öldürüb qəbirlərə basdırırdılar, alban dövründə isə onlar gil
______________Milli Kitabxana_____________
280
heykəlcikləri ilə əvəz edilirdi). İkinci qrupa daxil olan fiqurlar da
dini animistik təsəvvürlər nəticəsində yaranmışdır. Ölü ilə yanaşı
qəbirə qoyulmuş bu heykəlciklərdə guya dəfn edilmiş adamın
ruhu əbədi olaraq yaşayacaqmış. Axirət dünyasında ölüləri
əyləndirmək məqsədi ilə yaradılmış heykəlciklər üçüncü qrupu
təşkil edir. Dördüncü qrupda isə müxtəlif allahları təmsil edən,
xəstəlik «köçürülmüş» və s. fiqurlar cəmlənir.
Tunc və daş heykəllərdə daha mürəkkəb kompozisiya,
müxtəlif plastik forma və bədii xüsusiyyətlərə rast gəlirik. Mum
qəliblərdə tökülmüş tunc heykəllər içərisində Mingəçevirdə
tapılmış maral (I əsr), Cənubi Dağıstandan tapılmış tovuz, keçi və
qaz fiqurları (V-VII əsrlər) xüsusi yer tutur. Bu heykəllər məişətdə
müxtəlif vəzifələr daşımışdır: maral öz zəngi ilə bədxah ruhları
qovub dağıdan və qəbiləyə himayəkarlıq göstərən ilahi qüdrətli
totemin fiqurudur, tovuz fiquru isə ətirli tüstü verən qab kimi
işlədilmişdir. Belə qablarda yandırılan bitkilərin tüstüsü guya evi
bədxah ruhlardan, bəd nəzərlərdən qoruyurmuş (bu cür bitkilərdən
biri də üzərlikdir). Keçi və qaz heykəllərindən su qabı kimi
istifadə edilmişdir.
Naxçıvanda tapılmış tunc süvari heykəli (VII əsr)
Azərbaycan hökmdarı Cavanşirin yeganə plastik obrazıdır. Bu
əsərdə Cavanşir zərif bir gəncin surətində təsvir edildiyi halda,
Azərbaycan dövlətinin rəmzi olan at fiquru daha əzəmətli və daha
qüdrətlidir.
Daş heykəllərdə monumentallıq kimi yeni plastik keyfiyyət
ortaya çıxmışdır. Bunu, Xınıslıdan tapılmış heykəllərdə aydın
görürük. Belə heykəllər e. d. I minilliyin sonunda və eramızın ilk
əsrlərində yaradılmışdır. Şamaxı rayonunun Dağkolanı kəndindən
tapılmış heykəl də bu qrupa daxildir. Bu vaxta qədər Xınıslı
heykəlləri qədim bütlərin, allahların heykəli hesab edilirdi. Yeni
fərziyyəyə görə isə bu əsərlər qədim türk ayinlərindən birinə -
ölünün ruhunun onun qəbri üstündə qoyulmuş heykəlində
yaşaması əqidəsinə həsr edilmişdir.
Tovuz rayonunun Qəribli kəndindən tapılmış qadın heykəli
(I-VII əsrlər) məhsuldarlıq, bərəkət ilahəsinin obrazıdır. Belə
heykəlləri o vaxt hər evdə qoyurmuşlar ki, evdən ruzi əskik
______________Milli Kitabxana_____________
281
olmasın.
VI əsrdə tikilmiş Dərbənd qala divarlarının yanında
tikintinin tilsimi hesab edilən şir qorelyefi, ovdan üstündə isə
insan və şir heykəlləri qoyulmuşdu ki, bunlar şəhəri və suyu
düşmənlərdən və bədxah ruhlardan qorusunlar. Ərəb tarixçilərinin
dediyinə görə, bu qədim sənət əsərləri X əsrə qədər yaşamışdır.
Heykəlləri memarlıqda belə tətbiq etmək ənənəsi orta əsrlərdə də
özünü göstərir.
Üçüncü qrupa daxil olan qəbirüstü abidələr at və qoyun
heykəllərindən ibarətdir. Bu abidələrin üzərində çox zaman ov
təsvirlərinə rast gəlirik. Belə qəbirüstü heykəllər türk qəbilələrinin
maldarlıq təsərrüfatı ilə bağlı olaraq yaranan dini əqidə və
təsəvvürlər əsasında doğmuş, XV-XVI əsrlərdən başlayaraq
oğuzlar bu fiqurlardan «ölülərin ruhunu cənnətə aparan» vasitə
kimi istifadə etmişlər.
Beləliklə, ərəb istilasına qədər uzun bir inkişaf dövrü keçmiş
qədim heykəltəraşlıq sənətimiz xalqımızın mənəvi zənginliyi,
qəbilələrin ənənəvi ayinləri və əqidələri əsasında yaranaraq böyük
bir mədəniyyətə çevrilmişdir.
Keçən əsrin ortalarında Altayda yerli türklərin Pazırıq
(Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim
kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (iskit)
boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və
rəngini itirməmiş bir xalı da vardı. “Pazırıq xalısı” adı ilə bu gün
Ermitajda saxlanan bu xalının yaşı m.ö. V əsrə aid edilir, çünki
mütəxəssislərin rəyinə görə, bu xalının tapıldığı kurqanda aşkar
olunan digər əşyalar və onların kimyəvi analizi onların 2500 il
əvvəl bu məzara (basırığa) qoyulduğunu əks etdirir. Bu qədim
xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə
basırıqda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz
bağlaması və xalının buzun içində qalması idi
1
.
1
F.Ağasıoğlu. 2500 il öncə Qarabağda toxunmuş Bərdə (sağa - oğuz) xalısı.
Bakı, 2009.
______________Milli Kitabxana_____________
282
180 x 200 sm ölçüdə olan dünya şöhrətli bu xalının
üzərindəki naxışların, at və maralların, ortadakı çərçivədə 24
xananın anlamı bir çox alimin tədqiqat mövzusuna çevrilmişdir.
Əksər tədqiqatçılar burada verilən simvolların saqa (skit) sənət
əsərlərindəki “heyvan üslubu” ilə üst-üstə düşən və ayrılan
cəhətlərinə də toxunmuşlar. 1960-cı illərdən şüşə arxasında
saxlanan bu xalının toxunma üsulu haqqında da müxtəlif fikirlər
vardır: bəziləri onu ilməkli, bəziləri də bukle (dolama, sarma, lülə)
üsulu ilə toxunduğunu qeyd etmişlər.
Başqa-başqa ölkələrdə yaşayan bir neçə alim Pazırıqda
ortaya çıxan xalının Türkmənistan, Azərbaycan və Anadoluda
geniş yayılmış oğuz (türkmən) xalıları ilə eyni tipdə olması
haqqında bir bir-birindən xəbərsiz olaraq, eyni qənaətə gəlmişlər.
Bu xalı ilə türkmən xalıları arasındakı tipoloji yaxınlıqla bərabər,
istifadə olunmuş toxuma üsulları, eyni naxışlar, eyni boya (rəng)
çalarları vardır.
Xalçanın tapıldığı kurqanda saqa elbəyi (hökmdarı)
basdırıldığı fikri irəli sürülmüş və bu bunu əksər tədqiqatçılar
qəbul etmişlər, belə ki, kurqanın möhtəşəmliyi, oradakı əşyaların
zənginliyi və xalçanın üzərindəki simvollar da həmin fikri
təsdiqləyir. Kurqanın aid olduğu tarixdə (m.ö. V əsr) heyvandar,
yarımköçəri saqa boyları Azov dənizindən Altaya qədər olan
ərazilərdə müxtəlif dövlətlər qurmuşdular. Bu durum şərq və qərb
qollara ayrılan hunlar və sonralar Göy-Türk xaqanlığı çağlarında
da davam etmişdir.
Quzey Qafqazdan m.ö. VII əsrin əvvəllərində Azərbaycana
qayıdan saqa boyları indiki Ermənistanı da içinə alan və
Dərbənddən Urmu gölünə qədər uzanan bir ərazidə, qədim
Azərbaycanda çox qüdrətli bir dövlət qurmuşlar. Antik çağ
yazarları burada oturan Saqa elbəylərinin qonşu ölkələrdən bac-
xərac, vergi aldığını və bəzən uzaq ellərə yürüş etdiklərini, hətta
Misirə qədər getdiklərini yazmışlar. Buradakı saqa elbəylərindən
biri də haqqında əfsanələr yaranmış məşhur Əfrasiyab (Tunqa Alp
Ər) idi. Urmu gölü yaxınlığında öldürülən bu türk başbuğunun yas
törənində yazılmış “Tunqa Alp Ər öldümü?” misrası ilə başlanan
ağıtı XI əsrdə M. Kaşğari yazdığı “Türk dillərinin lüğəti”
______________Milli Kitabxana_____________
283
kitabında yad etmişdir.
Sonralar qonşu Urartu və Manna dövləti ilə birlikdə Saqa
______________Milli Kitabxana_____________
284
dövləti də süqut etmiş, əraziləri Mada (Midiya) dövlətinin
tərkibinə qatılmışdır. Son dəfə Saqa elinin adı m.ö. VI əsrin
əvvəlində (593-cü ildə) Tövratda çəkilir. Artıq bu çağlarda saqa
boylarının bir hissəsi Azərbaycandan çıxıb Azov yaxasına
qayıtmış, sonra orada böyük Saqa dövləti qurmuşdular. Oradakı
elbəylər Qonur, Savlı, Ata kimi türk adları daşıyırdı. Üzərində 90
yaşında Makedoniyalı İsgəndərin atası ilə döyüşdə ölmüş saqa
elbəyi Atanın (m.ö. III əsr) adı və rəsmi olan bu sikkə də elmə
bəllidir.
Saqa (skit) adı altında müxtəlif xalqlar vardı, lakin
Azərbaycanda dövlət quran saqa boyu oğuz türkləri idi, çünki
antik çağ yazarlarının qələmə aldığı elbəyi saqaların (царские
скифы) soy şəcərəsində və mifologiyasında keçən adlar oğuz
türkcəsində olub, sonrakı Oğuznamələrdə təkrar olunur.
İki əsrdən sonra Saqa elinin (dövlətinin) yerində alpan/aran
adlı türk boylarının qurduğu Alban (Aran) dövlətinin tərkibində
həmin saqa boylarından qalanlar da vardı. Alban çağında
Sakasena bölgəsi onların adı ilə bağlı idi. Şəki, Şaqan, Pir-Saqat
və çoxlu Sahatlı yer adları həmin atlı saqa boylarından qalmadır.
Beləliklə, m.ö. VII əsrdə Quzey Azərbaycanda
hakimiyyətdə olan saqa (oğuz) boyları buradakı xalçaçılıq
sənətinin və xalçalar üzərində yabanı heyvanların stilizə olunmuş
saqa boylarına məxsus “an üslubu” (звериный стиль) gələnəyinin
inkişafına təkan vermişdir. Bu baxımdan, Altayda ölən saqa
elbəyinin dəfnində istifadə edilən Pazırıq xalısının m.ö. V əsrdə
Qarabağda toxunduğunu irəli sürən xalçaşünaslar haqlıdır. Lakin
bəzi alman alimlərinin bu xalını Qarabağ ermənilərinə aid
olduğunu yazması isə acı gülüş doğurur. Elmdən və gerçək
durumdan çox uzaq olan bu yanlış fikrə aşağıda qayıdacağıq,
hələlik xalının əsas atributlarına baxaq:
1. Toxunma üsulu. Xalının zahiri görünüşü ilməkli-xovlu
xalçalara bənzədiyi üçün əvvəllər güman edilirdi ki, gördes ilməyi
(güllabi ilmə) üsulunda toxunmuşdur. Doğrudur, bu üsuldan
Quba, Qarabağ və Şirvan xalçalarında geniş istifadə olunur, lakin
Pazırıq xalısının sonrakı tədqiqi (K. Erdmann, F. Tekçe və b.)
göstərdi ki, o, bukle (Noppen) üsulunda toxunmuş xovsuz xalıdır.
______________Milli Kitabxana_____________
285
Tanınmış xalçaşünas Lətif Kərimov Azərbaycanda xovlu
xalçaların iki üsulla, xovsuz xalçaların isə yeddi növ texnologiya
ilə toxunduğunu qeyd edir. Xalının bukle üsulu ilə toxunduğunu
yazan məşhur xalçaşünas alim prof. Kurt Erdmann “İlməkli şərq
xalısı” adlı əsərində bunu Noppen türü adlandıraraq yazır: “Bu cür
toxumada çözgü teli (arış) arasından keçirilən atqı ipliyi (arğac)
həm də çözgü üzərinə yerləşdirilmiş incə çubuqlara da sarılır.
Çubuqları çəkəndə Noppen türü alınır və artıq ortadan yarılanda
ilməkli xalının xovuna bənzər görüntü yaranır”.
2. Rənglər. Azərbaycanda ta qədim çağlardan bitki
kökündən və yarpağından təbii boya alınması gələnəyi vardı.
Haqqında danışdığımız xalının toxunduğu əsrdə yaşayan Herodot
Qafqazda yarpağını əzib suda qarışdıranda boya alınan ağac növü
olduğunu yazır və özəlliklə bu boyanın solmadığını, hopduğu
parça yuyulanda itmədiyini vurğulayırdı. Qarabağ xalçaları mis
rəngi, qırmızı, al, palıdı, qızılı sarı, mavi rəngləri və bu rənglərin
çalarları ilə seçilir. Pazırıq xalısında da bu rənglərdən istifadə
olunmuşdur.
3. Naxışlar. Xalının orta bölümündə 24 ədəd hun gülü
deyilən nilufər çiçəyinin simvolu vardır. Bu naxışın azacıq fərqli
variantı ilə üçüncü zolağın içi də bəzədilmişdir. Nilufər çiçəyi
işıqda deyil, qaranlıq düşəndə açıldığı üçün onun qaranlıq
dünyada yaşam simvolu vardır. Oğuz xalçalarında bu naxışdan
geniş istifadə olunur. Soldakı şəkildən göründüyü kimi, həmin
naxışı Qarabağ xalçaları da yaşadır.
4. Süjet və simvolika. Xalıdakı digər naxışlar, onların
simvolik anlamı və bunların oğuz xalçalarında yaşaması haqqında
geniş bilgi verməyə lüzum yoxdur. Burada qısa da olsa, yalnız
səkkiz guşəli damğa, at və marallara aid simvolika üzərində
dayanmaq gərəkdir, çünki bunlar əsas atributlar olub, həmin
xalının hansı məqsədlə toxunduğunu açıq sərgiləyir:
a) Atlar olan ikinci bölmədə yuxarı sol tərəfdə iki təkər və
ya səkkiz guşəli ( ) ulduz şəkli vardır. Bunlar əgər təkərdirsə,
onda elbəyin araba ilə basdırılmasına (bu kurqanda araba qalığı
vardı) işarə və bu araba ilə o biri dünyaya gedəcəyinin
simvoludur. Lakin xalıda araba şəkli olmadığı üçün bu versiya
______________Milli Kitabxana_____________
286
inandırıcı deyil.
Əgər bunlar təkər yox, səkkiz guşəli damğadırsa, onda bu
damğanın hələ şumer çağından tanrı simvolikası olub, elə dingir
(tengri) kimi oxunan sözün işarəsidir. Ön Asiyada mixi yazıdan
istifadə edən xalqların (şumer, akkad, het, urartu və s.) hamısı bu
işarəni həmin mənada işlətmişlər. Bu baxımdan, xalıdakı
damğanın məhz quyruğu düyünlü atlar olan bölmədə verilməsinin
mənası aydınlaşır. Belə ki, burada sıralanmış atlar elbəyin yolunda
tanrıya qurban veriləsidir.
b) Şəhid olan türk döyüşçüsünü atı ilə birlikdə basdırmaq
gələnəyi Azərbaycanda hələ m.ö. II minilin son əsrlərinə aid
Şahtaxtı və Xaçbulaq kurqanlarında görünməkdədir. Orta əsrlərdə
isə artıq atı yox, onun daşdan yonulmuş heykəlini qəbrin yanında
qoyurdular. Belə gələnək oğuzlarda geniş yayılmışdı. Bunun
örnəyinə Azərbaycanın hər bölgəsində rast gəlmək olur.
Saqa atlılarından başlayaraq türklərdə görünən atın
quyruğunu düyünləyib savaşa girmək gələnəyi özü ilə birlikdə
atının da “şəhid” olmağa hazırlanması idi. Atın quyruğunu
düyünləməyə at çərmətmək, dullamaq və M. Kaşğarinin qeyd
etdiyi kimi düymək deyilirdi. Çinlilər daş oymalarda təsvir
etdikləri qonşuları atlı türklərin atının quyruğunu düyünlü şəkildə
verirdilər. Mahmud Kaşğari də savaşa gedən döyüşçülərin atının
quyruğunu düyünlədiyini əks etdirən “Kudruk katığ tügdimiz”
(Quyruğu qatı düyünlədik) misrası ilə başlanan bir şeir parçası
vermişdir. Bu gələnək orta əsrlərdə də davam etmişdir, belə ki,
Alp Arslan atının quyruğunu düyünləyib Malazgird savaşına
girmişdi.
Saqa və türk savaş atlarında olduğu kimi Pazırıq xalısındakı
yalı kəsilən bu atlar maralların hərəkətinə tərs yöndə düzülmüş və
quyruqları da düyünlənmişdir:
Solda verilən Təbriz və özəlliklə Şirvan xalçasında da
atların quyruğu eyni formada düyünlənmişdir. Göründüyü kimi,
aradan min illər keçsə də, Azərbaycan xalça toxuyanları savaş
atının quyruğuna eyni formada düyün vururlar.
Qarabağda toxunub, Pazırıqda ortaya çıxarılan xalıdakı
atların quyruğuna düyün vurulması bir daha göstərir ki, xalı yas
______________Milli Kitabxana_____________
287
törəni üçün hazırlanmışdır.
Keçmişdə atın sahibi öləndə onun yəhərini bir neçə gün
tərsinə qoyardılar ki, adamın ruhu qayıdıb evdəkilərə xətər
toxundurmasın. Bu inancla bağlı “Yəhərin tərsə çevrilsin!” qarğışı
da yaranmışdır. Bu baxımdan, xalıda maralların hərəkətinə tərs
istiqamətdə atların düzümü də yas törəninin simvolik göstəricisinə
çevrilir.
c) Ən qədim çağlardan prototürklər yazın (yeni ilin)
gəlməsini və payızın düşməsini qoç və maral timsalında
simvollaşdırmış və sonralar bir sıra türk boyları onların şəkilini
soy-boy damğası kimi istifadə etmişlər. Bu boyların təsviri
sənətində yazın gəlməsi yeni qoç və ya maralın doğulması,
payızda soyuqların düşməsi isə onların yırtıcı heyvan tərəfindən
parçalanması kimi verilmişdir. Saqa rəsmlərindəki an üslubunun
əsasını təşkil edən də bu motivlərdir.
d) Xalının ən kənar şöbəsi olan zolaqda və 24 iç xana ilə 24
maral arasındakı zolaqda yerləşən qrifonlar saqa an üslubunda
gördüyümüz dördayaqlı heyvan bədənli, quş başlı və quş qanadlı
yırtıcı heyvan şəklində verilmişdir. Lakin burada qrifon maralı və
ya qoçu parçalayan pozada deyil, yalqız durumda verilmişdir.
Qanadlarını və quyruğunu yuxarı qaldırıb geriyə baxan bu
qrifonların da hərəkətində gərginlik yox, bir durğunluq var. Olsun
ki, bu kiçik ölçülü qrifonların ən kənar zolaqda kiçik haşiyələr
içində hərəkətsiz durumda verilməsi payıza hələ çox vaxt
qaldığını əks etdirir.
Beləliklə, Pazırıq xalısında eyni istiqamətdə düzülüb sakit
otlayan marallar burada həyat (yaşam) simvoludur. Maralların
sayının da simvolik anlamı vardır. Belə ki, burada verilən 24
maral Mete çağında hunların və Oğuznamələrdə oğuzların bəlli 24
boyunu əks etdirir. Xalının simvolik “dilində” yaşam simvolu olan
maralın sayı ilə (24) xalının orta bölümündə nilufər gülü (hun
gülü) naxışı ilə yer alan 24 saqa-oğuz boyuna və Dədə Qorqud
eposunda “24 sancaq bəyi” deyimi ilə xatırlanan boy başçılarına
sanki “baş sağlığı” verilib, onlara yeni yaşam arzulanır.
Saqa an üslubunda adətən heyvanlar dinamik və gərgin
hərəkətli pozada verilir. Bu xalıdakı at və maralların hərəkətində
______________Milli Kitabxana_____________
288
isə gərginlik yox, bütöv kompozisiyaya uyğun bir həzin sakitlik
və yas ovqatı vardır. Məhz bu fərqi duya bilməyən bəzi yazarlar
yanlış olaraq, buradakı təsvirin saqalara yad olduğunu
söyləmişlər.
5. Toxunma yeri. Qarabağ qədimdən xalça sənətinin
mərkəzlərindən idi və bu gələnək günümüzə qədər davam
etmişdir. X əsrdə əl-Müqəddəsi yazırdı ki, “misli olmayan”
xalçalar Qarabağda toxunub Bərdə bazarında satılır. Yuxarıda
verilən müqayisələr göstərir ki, m.ö. V əsrdə Altayda saqa
elbəyinin yas törəni üçün Azərbaycandan göndərilmiş “saqa-oğuz
xalısı” sonrakı Qarabağın bir hissəsini (o cümlədən Bərdəni) içinə
alan o çağın Sakasena bölgəsində yaşayan saqalar tərəfindən
toxunmuşdur.
Beləliklə, istifadə olunmuş rənglərdən tutmuş, toxunma
üsuluna, naxış və simvollara qədər Qarabağ, o cümlədən türkmən
xalçaları ilə genetik və tipoloji bənzərliyi ilə ortada olan bu
əvəzsiz sənət əsəri saqa-oğuz xalısıdır. Bəs, bu xalının erməni
(hay) xalqına mənsub olduğunu söyləyənlər hansı elmi-tarixi
faktlara əsaslanır?
Vaxtilə xalı ticarəti ilə məşğul olmuş məşhur xalçaşünas
alman alimi Ulrix Şürman “Pazırıq, mənşəyi və yozumu” adlı
kitabında Pazırıq kurqanının m.ö. V əsrdə qərbdən Çinə qədər
uzanan ipək yoluna və ucsuz-bucaqsız bozqırlara nəzarət edən
önəmli bir saqa (skit) kralına aid olduğunu qeyd edir. O, yas törəni
üçün toxunmuş Qafqaz mənşəli xalıdakı səkkiz guşəli naxışın
araba təkəri olduğunu basırıqdakı arabanın qalıqları ilə bağlayır.
Xalının türkmənlərə deyil, ermənilərə aid olduğunu yazan, lakin
qədim tarixdən elementar bilgisi olmayan bu yazara görə, guya bu
sənət əsəri ona görə türkmən xalısı ola bilməz ki, o çağlarda
Altaydan bu yana türklər yox imiş, ermənilər isə Qafqaz
dağlarının güney ətəyindən tutmuş ta Assurun quzey sınırına
qədər böyük bir ərazidə yaşayırmış. Yazar kitabını bu son cümlə
ilə bitirir: “Dəfn mərasimi üçün toxunmuş Pazırıq xalısı bütün
əlamətlərinə (?) görə erməni sənətinin bir şedevr əsəridir”.
Tarixdən bəllidir ki, Van gölü yaxınlığında m.ö. V əsrdə
Ermən (Armeniya) bölgəsi Urartu çağından qalan və öncə Mada,
______________Milli Kitabxana_____________
289
sonra Əhəməni dövlətinin kiçik bir əyaləti idi. Bu bölgəyə haylar
xalının toxunduğu çağdan bir neçə əsr sonra Suriyanın quzeyindən
gəlib yerləşmiş və obyektiv erməni alimlərinin yazdığına görə,
daha sonralar bir xalq kimi burada formalaşmışlar. Buradan çox
sadə bir sual ortaya çıxır, saqa xalısının toxunduğu çağdan bir
neçə əsr sonra formalaşan bir xalq bu xalını necə toxuya bilərdi?
Başqa bir başabəla “alim” Volkmar Gantshorn elmi dərəcə
almaq üçün yazıb Kölndə çap etdirdiyi irihəcmli “Xristian Şərq
xalısı” (1990) adlı kitabında bu xalını ermənilərə aid etməklə
kifayətlənmir, Altaydakı Pazırıq kurqanının da ermənilərə məxsus
olduğunu yazır. Bu yazara görə, hətta türk xalçaçıları xalı-xalça
toxumağı ermənilərdən öyrənmişlər. Bu sərsəm fikrin cavabını bir
gürcü alimin sözləri ilə vermək yerinə düşər. 1886-cı ildə Şuşaya
gələn gürcü tədqiqatçısı Zedgenidze yazırdı ki, burada xalçalar
azərbaycanlı ailələrdə toxunur, “ermənilər xalça toxumağı
onlardan öyrənməlidir”.
Bəzi yazarlar xalının üzərində olan orta xanaların fərqli
rənglərdə yox, eyni rəngdə olduğunu nəzərə almadan onun bir
dama oyunu üçün və ya xalının toxunduğu vaxtdan bir əsr əvvəl
yaşamış Əhəməni şahı Daraya hədiyyə kimi, yaxud şahların
oturduğu taxtın üzərinə salmaq üçün toxunduğunu qeyd etsələr də,
bu fikirləri təsdiq edəcək əsaslı elmi dəlillər gətirə bilməmişlər.
Saqa boylarının mifoloji dünyagörüşünə və bunun saqa tətbiqi
sənətində simvolik təsvirinə uyğun olan bu xalının Saqa elbəyinin
yas törəni üçün Azərbaycanda toxunması fikrini isə əksər ciddi
alimlər dəstəkləyir. Odur ki, Ermitajda “Pazırıq xalısı” adı ilə
saxlanan Azərbaycan xalça sənətinin bu şah əsərini Qarabağ
xalçaçılıq məktəbinin “Saqa-Oğuz xalısı” adlandırmaqla tarixi
gerçəkliyi bərpa etmiş və bununla 2500 il əvvəl bu xalını toxuyan
azərbaycanlının ruhunu da şad etmiş olarıq.
______________Milli Kitabxana_____________
290
______________Milli Kitabxana_____________
291
______________Milli Kitabxana_____________
292
______________Milli Kitabxana_____________
293
______________Milli Kitabxana_____________
294
______________Milli Kitabxana_____________
295
______________Milli Kitabxana_____________
296
______________Milli Kitabxana_____________
297
______________Milli Kitabxana_____________
298
______________Milli Kitabxana_____________
299
______________Milli Kitabxana_____________
300
Dostları ilə paylaş: |