Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə106/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   328
______________Milli Kitabxana_____________ 

 128


olurlar,  şəhər və istehkamlar yaradırlar. Qorx ki, onlar bizə tay 

olmasınlar... Onların sayını azaltmaq lazımdır, onları qorxutmaq 

lazımdır ki, özlərini allahlara tay saymasınlar... Vəhşi heyvanları 

yaradaq ki, onlar insanları  məhv etsin və sayını azaltsınlar. Yer 

kürəsinə bürkü və  çəyirtkə göndərək ki, aclıq başlansın və 

adamların sayı azalsın. Zalım  İrranı (taun, vəba allahını) onların 

üstünə qaldıraq, qoy o, insanları 60 dərd-bəla ilə  qırsın. Onda 

adamların sayı azalar və onları barmaqla saymaq mümkün olar. 

Adamların bir-biri ilə arasını vuraq, qoy qardaş qardaşı, qonşu 

qonşunu qırsın, qoy tayfa tayfaya, xalq xalqa qarşı dursun. Onda 

adamların sayı azalar, itaətdə olar və bizim qarşımızda qorxudan 

əsərlər». Enlil Enkinin məsləhətinə uyğun hərəkət etdi. «Onlar 

hətta xalqları ayırdılar və hər xalq öz dilində danışmağa başladı». 

İnsanların sayı azaldıqdan sonra qırğın dayandırıldı.  

Əfsanədə insan cəmiyyətində baş verən hadisələrə, 

adamların qarşılıqlı münasibətlərində mövcud olan naqis cəhətlərə 

dini don geyindirilmişdi. 

İnsan nəslinin kökünü kəsmək məqsədilə allahların törətdiyi 

«Ümumdünya daşqını»  əfsanəsi qədim  Şumer və Akkad 

əsatirlərində  əks olunmuşdur. Sonrakı dini kitablarda (Tövrat, 

Quran) da «Ümumdünya daşqını» allahın qəzəbindən doğan əməl 

kimi şərh edilmişdir. Bu dini müddəa da İkiçayarası əfsanələrinin 

təsiri altında meydana gəlmişdi. 

«Ümumdünya daşqını» əfsanəsi hadisələrin gedişini Anu və 

Enlil başda olmaqla allahlar şurasının qərarından başlayır. Qeyd 

edək ki, şumer rəvayətini  əks edən kitabə  zədələnmişdir, buna 

görə çatışmayan hissələr Akkad rəvayəti  əsasında bərpa 

olunmuşdur. Allahlar bu qərarı adamlara xəbər verməyəcəklərinə 

and içirlər. Anu və Enlil qəfildən su selini törətmək niyyətində 

imişlər. Lakin bəzi allahlar insan nəslini məhv etmək qərarından 

narazı imişlər. Belə allahlardan biri, yəqin ki, Enki (akkadlarda 

Ea) bu qərarı gizli surətdə insanlara çatdırmaq niyyətinə düşür. O, 

allahlardan qorxan və dindar Ziusudra adlı bir hakimin evinə 

yaxınlaşır və allahların gizli niyyətini evin divarlarına söyləyir. 

Ziusudra divar arxasında ilahi sözləri eşidir, baş verəcək 

daşqından agah olur. Əfsanənin Akkad nüsxəsində deyilir ki, Ea 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin