Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə84/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   328
______________Milli Kitabxana_____________ 

 106


şəhərində meydana gəlibmiş. Aydındır ki, şumerlərin təsəvvürünə 

görə, hakimiyyət göydən düşmüşdür, yəni allah tərəfindən bəxş 

edilibmiş. Buna uyğun olaraq şumerlər  əfsanəvi hökmdarların 

hakimiyyətini min və yüz illərlə ölçürdülər. Şumerlərin «Hökmdar 

siyahısı» erkən hakimiyyəti əfsanəvi «Ümumdünya daşqınından» 

əvvəlki dövrə  şamil edirdi. Məsələn,  Şuruppak  şəhərinin hakimi 

Ziusudra belə hökmdarlardan biri hesab edilirdi. Onun adı 

əfsanəvi «Ümumdünya daşqını» ilə  əlaqələndirilirdi. Guya o, 36 

min il hökmdarlıq etmişdi. Ziusudra əfsanəvi hökmdar idi. Onun 

surəti akkad dini əsatirlərində Utnapiştim, Tövratda Noy, 

müsəlman dinində Nuh adı altında verilmişdir. 

Şumerdə hökmdar hakimiyyətinin meydana gəlməsi e.ə. III 

minilliyin birinci yarısına təsadüf edir, halbuki şumer yazılı 

mənbələri, deyilən kimi, hökmdar hakimiyyətinin yaranmasını 

daha  əvvəlki,  əfsanəvi dövrlərə  şamil edir. Şumerdə dövlət 

hökmdar hakimiyyəti  şəklində artıq e.ə. IV minilliyin sonunda 

meydana gəlmişdi. 

Erkən sülalələr.  Şumer  şəhər-dövlətləri e.ə. III minilliyin 

birinci yarısında meydana gəlmişdilər.  Şumerdə mövcud olmuş 

dövlətlər adətən erkən sülalələr adı daşıyırdılar. Erkən sülalələr 

dövrü e.ə. XXVIII-XXIV əsrləri  əhatə edir. Birinci erkən sülalə 

dövründə (e.ə. XXVIII-XXVII əsrlər) Kiş  şəhər-dövləti siyasi 

üstünlük  əldə etmişdi. I Kiş sülaləsinin onuncu hökmdarı guya 

1560 il hakimiyyətdə olmuş  əfsanəvi Etana idi. «Hökmdar 

siyahısı» göstərir ki, Etana çoban idi. Guya o, qartal qanadı 

üstündə göyə qalxmış, hakimiyyət rəmzini gətirmiş, sonra bütün 

ölkəni birləşdirmiş  və hökmdar olmuşdur. Etana Şumer dövrü 

əfsanələrinin qəhrəmanı kimi məlumdur.  Əfsanədə onun qartal 

qanadı üstündə göyə qalxmağı  təsvir edilmişdir. Kişdən sonra 

Uruk  şəhər-dövlətinin yüksəlişi başlandı. Uruk sülaləsi Kiş 

sülaləsi ilə yanaşı mövcud olmuşdur. Birinci Uruk sülaləsinin 

görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. 

En-Merkar  şərqdə Aratta ölkəsi ilə münaqişəyə girmiş  və son 

məqamda iqtisadi əlaqə yaratmışdı. Aratta Urmiyyə gölü hövzəsi 

(Cənubi Azərbaycan)  ərazisinə verilən ad idi. Arattadan Uruka 

qızıl, gümüş, inşaat daşı, lacivərd (lazurit) və başqa qiymətli 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin