Dərslik. Bakı 2010. 490 səh. Udk 373. 167. 1913. Bbk. 26. 8YA72M17. İSbn 978-5-358-05-275-8 (k n L)


rin,  eləcə  də  məişət  və  əmək  vərdişlərinin,  davranış  stereotipləri  və  həyat  stilinin  özünəməxsus-



Yüklə 21.25 Mb.
Pdf просмотр
səhifə5/98
tarix12.05.2017
ölçüsü21.25 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   98

rin,  eləcə  də  məişət  və  əmək  vərdişlərinin,  davranış  stereotipləri  və  həyat  stilinin  özünəməxsus- 
luğunun  izahı  bu və ya  digər təbii şərait və sərvətlərin  töreməsi  mənasında  axtanlmalıdır.
29
’  wCoğrafi ensiklopedik lüğət».  «Anlayışlar və terminlər».  «Sovet ensiklopediyası»  nəşriyyatı.  1988-ci il.  Səhifə  50.
’  K.S.Losev  və  M.D.Ananiçeva.  «Ruslyanın  və  qonşuluğunda  olan  ərazilərin  ekoloji  problemləri».  -M.:  «Noosfera»,  2000. 
Səhlfə  12.
^ «Ekoloji ensiklopedlk lüğəts.  cNeosfera» nəşriyyatı.  1999-cu II.  S8hifs438.
' Bütün  hadisələrin  qanunauyğunluğu  və  səbebiyyət əlaqəsindən  asılı  olduğu  haqqında  nəzəriyyə.
*
 T eb iət və cemiyyətdə qanuna  uyğunluğu  və  səbəbiyyəti inkar edən  idealist fəlsəfı cərəyan.

Tarixi  coğrafi  determinizm  (N.N.Baranski  onu  «coğrafi  fatalizm»  adlandınrdı)  hələ  coğrafiya 
elminin  təşəkkül  tapdığı  ilk  illərdə  yaranıb  və  sonraki  iki  min  II  yanm  dövr  ərzində  az  qala  hakim 
ideya  olub.  Əgər  biz  qədim  dünya  və  orta  əsrlər  tarixinə  nəzər  salsaq,  bunu  asanlıqla  izah  edə 
bilərik.  Lakin  coğrafı fatalizm  mövcudluğu XVIII  və XIX əsrlərdə də  pariaq surətdə təzahür edib.
Artıq  XVIII  əsrdə  Fransada  maarifçilik  dövründə  yaşayan  Şarl Monteskye  yazırdı:  «lqlim   ha- 
kimiyyəti  hər  bir  hakimiyyətden  güciüdür».  X IX  esrdə  digər  fransız  Elizə  Rəklü  dövlət  haki- 
miyyətinin  formalannadək  cəmiyyətin  təbiətin  təyinedici  təsirindən  asılılığını  deyirdi.  Elə  həmin 
əsrdə Almaniyada  görkəm li coğrafiyaşünas  alim lər Karl Rittərin,  Fridrix  Rattselin  («Atropocoğra- 
fiya»  əsərinin müəllifı)  və  Alfred Gəttnerin  əsərlərində  coğrafi fatalizm  ideyası  öz  əksini  tapmışdı. 
Coğrafi fatalizm  bilavasitə  fransız  və  alman  coğrafiya  məktəblərinin  təsiri ilə  Rusiyada  da  geniş 
yayılmışdı.  X X  əsrdə  ABŞ-da  coğrafiyaşünas  nəzəriyyəçilər Riçard Hartşorn  və  Elevort  Hantinq- 
ton  coğrafi  fatalizmi  daha  da  yüksəklərə  qaldırdılar.  Elevort  Hantinqton  iqlimin  rolunu  o  qədər 
çox şişirdirdi ki,  Y.Q.Sauşkin onun konsepsiyasmı dəqiq olaraq «iqlim determinizmi»  adlandırdı.
Zaman  keçdikcə,  elmi  biliklər  genişlənlb  dərinləşdikcə,  coğrafi  fatalizmin  mövqeyi  zəifləməyə 
başladı.  Hələ  XIX  əsrin  sonunda  fransız  insan  coğrafıyası  məktəbində  (Vidal  de  la  Blaş,  Emma- 
nuel  Martoni,  Albert  Demanjon)  «possibilizm»  (bu  söz fransız  sözü  «possibilite»dən  əmələ  gəlib 
və  tərcümədə  «imkan»  deməkdir)  cərəyanı  yaranır  ki,  bu  da  fatalizmin  kəskin  fonnasını  inkar 
edərək  o  nöqteyi-nəzərdən  çıxış  edir  ki,  həqiqətən  də  təbii  mühit  insan  fəaliyyətinin  nəticəsi  olan 
mədəni  landşaftlann formalaşmasına  şərait və  zəmin yaradır,  lakin  onların  istifadəsi,  ilk  növbədə, 
insanın özündən asılıdır.  Possibilizm  bizim  günlərdə də geniş yayılıb.
Bununla  yanaşı,  coğrafi  fatallzmin  daha  bir  axını  -  «invayronmentalizm»  (bu  söz  ingilis  sözü 
«environment»dən  əmələ  gəlib və tərcümədə  «mühit»  deməkdir)  geniş  yaılıb.  O,  hələ  də  təsərrü- 
fatın  inkişaf və yeriəşməsini təbli şəralt və  sərvətiərdən  asılı  sayır.
Xaraktərikdir ki,  bizim günlərdə coğrafi fatalizm xüsusilə  Qərbin  orta məktəb coğrafiya  dərslik- 
lərində  öz  gəniş  əksini tapıb.  Dərsliklərdə yazılanlann  böyük  əksəriyyətində  söhbət  «iqlim  deter- 
minizminin»  üzərində  dayanır.  Məsələn,  ABŞ-da  mövcud  olan  dərsliklərdə  Sovet  Ittifaqınm  və 
Rusiyanın  (həle  bu  yaxınlaradək)  son  dərəcə  soyuq  ölkə  olduğu  göstərilir.  Sanki  bura  Qrenlan- 
diya, yaxud Alyaskadır.  Baş vərən bir sıra problem lər və səhv addımlar da,  məsələn,  taxılın  vaxtlı- 
vaxtında yığılmaması,  yaxud taxıl çatışmazlığı çox vaxt məhz kəskin  hava şeraiti ilə əlaqələndirilir. 
Və  əlbəttə  ki,  1941-ci ildə Moskva yaxınlığı ətrafında alman işğalçılan  üzərində qələbə  çalan  «ge- 
neral qış» olub.
Coğrafi  mühitin  insanların  həyat  və  fəaliyyətinə  təsirinin  qiymətləndirilməməsi  elmi  ədəbiy- 
yatda  adətən  «coğrafi  indeterminizm»  adlandırıriar  (N.N.Baranski  bunu  «coğrafi  nihilizm»  ad- 
landınrdı).  Təbii  şərait  və  sərvətlərin  təsirinin  qiymətləndirilməməsi  və  nəzərə  alınmaması  Qərbin 
coğrafi  məktəblərində  geniş  yayılıb.  Lakin  buna  Rusiya  coğrafiyaşünaslığında  daha  çox  rast  gəl- 
mək olar,  ələlxüsus  aşağıdakı  şüardan  sonra:  «Biz təbiətdən  mərhəmət  gözləməməliyik.  Biz təbi- 
ətdən  hər  şeyi  özümüz  almalıyıq.  Bu,  bizim  vəzifəmizdir».  Gəlin,  Rusiya  elmi-kütləvi  kitablarmda 
yazılanlan  yada  salaq:  meşelərimiz o  qədər genişdir ki,  bu  ərazidə  20  Italiyanı,  200  Belçikanı  yer- 
ləşdirmək  olar,  bizim  qara  torpaq  əraziləri  Fransanın  ümumi  ərazisindən  dörd  dəfədən  çox 
böyükdür.
Indi  məlum  olub  ki,  bu  baxışlar  hansı  dəhşətli  nəticələrə  səbəb  olub.  Yaxşı  ki,  «coğrafi  nihi- 
lizm»i  milyonlann  beynindən  çıxamıaq  üçün  xeyli  iş  görülüb  və  bu  işlər  bu  gün  də  davam  edir. 
Amma  yaddan  çıxannaq  lazım  deyil  ki,  ölkədə  bir  neçə  nəsil  bu  konsepsiyanın  hakim  olduğu 
mühitdə  yetişib,  odur  ki,  qısa  bir  müddət  ərzində  insanlan  yeni  bəşəri  dəyərlərə  yönləndirmək 
mümkün  deyil.  Gənc nəsiin  yeni formada tərbiyələndirilməsi xüsusilə vacibdir.
Vaxtı  ilə  N.N.Baranski yazırdı:  «Coğrafi fatalizmin faktiki ziyanı  odur ki,  təbii  şəraitə mütləq  həl- 
ledici  əhəmiyyət verməklə  insanlar arasında  elə  bir əhval-ruhiyyə  yaradır ki,  ölkənin  gələcək  inki- 
şafını  təbii  şərait  müəyyən  edir»\  Burada  o,  coğrafi  nihilizm  haqqında  da  yazırdı:  «Bu  nəzəriyyə- 
nin  səhvi  odur ki, təbii  şeraitin təsirinin  inkar edilməsi  ve cəmiyyətin  onun  mövcud  olduğu  və  inki- 
şaf etdiyi  maddi  mühitdən  aynlması  idealizmə  doğru  yolu  qaçılmaz  edır».  Demək  olar ki,  fatalizm 
və  nihilizm  iki  ifrat nəzəriyyədir ki, onlarm  ikisindən  də uzaq olmaq  lazımdır.
30
31
12.  Faydalı  qazıntılardan  istifadə olunması tarixindən
Bu  gün  250  növ  faydalı  qazıntı  və  demək  olar  ki,  200  növ  əqiq  və  qiymətli  daş  məlumdur.  La- 
kin  onlann  təsən-üfat  dövriyyəsinə  cəlb  edilməsi  sivilizasiya tarixinin  bütün  dövrü  ərzində tədricən 
baş verib.
Çox  güman  ki.insanm  tanıdığı  ən  birinci  metal  mis olub.  Arxeoloqlarm  fikrincə.  təbii  misdən  hə- 
lə  eramızdan  əvyel  XII-XI  minilliklərdə,  yəni,  daş  dövründə  istifadə  etməyə  başlayıbiar.  Bundan 
sonra  mis  dövrü  başlanıb.  Ə w elcə  bu  dövr  özünü  Yaxın  Şərqdə,  sonralar  isə  Avropada.  Orta 
Asiyada,  Zaqafqaziyada,  Rusiyada  və  Ukraynada  büruzə  verib.  Qədim  zamanlarda  misi  Suriya- 
da,  Fələstində  və  Kiprdə  (yeri  gəlmişəkən,  «Kipr»  sözü  məhz  latın  sözü  «kuprum»dan  əmələ  gə- 
lib  ki,  bu  da  tərcümədə  «mis»  deməkdir)  Ispaniyada,  Serbiyada,  Bolqarıstanda,  Qafqazda  və 
Hindistanda  hasil  edirdiler.  Misdən  minilliklər ərzində  müxtelif əmək  alətləri,  avadanlıqlar və zinət 
əşyalan,  eləcə də  sikkələr hazıriayırdılar.
Təxminən  dörd  min  il  keçdikden  sonra   
qarışığmı  aldə  etdilər.  Bu  qarışıqdan  əvvəlcə  Yaxın  Şərqdə,  sonralar  isə  Avropada  (Böyük  Brita- 
niyada)  istifadə  etməyə  başladılar.  Deyilənlərə  görə,  «bürünc»  sözü  öz  kökünü  cənubi  İtaliyada 
mövcud  olan  «Brindizi  (Brundizi)  Jimanından  götürür,  bu  xəlitənin  istehsalma  ilk  olaraq  məhz  bu- 
rada  başlayıblar.  Mis  kimi  bürüncdən  də  müxtəlif cür əmək  alətlərinin  hazırlanmasmda  geniş  isti- 
fadə  olunurdu.  Tarixçilerin  ve  arxeoloqlann  fikrincə,  Misirdəki  məşhur  Xeops  ehramınm  daşlan 
məhz  bürünc alətlərin  köməyi  ilə  yonulub.  Bundan  başqa,  bürünc  konstruksiya  materialı  kimi  isti- 
fadə  olunmağa  başladı.  Dünyanm  yeddi  möcüzəsindən  biri  sayılan  «Rodos  nəhəngi»  məhz 
bürüncdən  hazırlanmışdı.
Amma  qədim  zamanlarda  bəşəriyyətin  mineral  xammal  sərvətini  yalnız  mis,  qalay  və  bürünc 
təşkil  etdiyini  iddia  etmək  səhv  olardı.  Bu  xammal  ilə  yanaşı,  diger  metallardan  və  daşlardan  da 
geniş istifadə olunurdu.
Bu sözlər,  ilk növbədə,  qızıla  aiddir.  Külçə  qızıl da,  külçə mis kim i qədim zamanlardan insanla- 
ra  məlum  idi.  O  ki,  qaldı  qızılın  hasilatına,  çox  güman  ki,  onu  ilk  olaraq  qədim  Misirdə  hasil  et- 
məyə başlayıblar.  Bildiyim iz kimi,  o  vaxt bu metalı sitayiş etdikləri Günəşlə  bağlayırdılar.  Eramız- 
dan  xəyli  ə w ə l  qızıl  hasilatı  ilə  Kiçik Asiyada,  Hindistanda  və  qədim  Romada  yaxından  məşğul 
olublar.  Bu  xammal,  ilk  növbədə,  m üxtəlif zinət əşyalannın,  sitayiş  bütlərinin  və  sikkəlerin  hazır- 
lanmasında  isrifadə  olunardı.  Cənubi Amərikada  inklərin  imperiyası  zəngin  qızıl xəzinəsinə  maJik 
idi.  Məhz bu xəzinə  vaxtı iləYeni Dünyanın istilası zamanı ispan konkistadorlarını cəlb edirdi.
Vaxt  ötdükcə  qədim  Yunanıstanda  və  qədim  Romada,  eləcə  də  dünyanm  bir  sıra  ölkələrində 
qurğuşun,  civə,  kükürd,  mərmər,  lazurit,  zümrüd  və  firuzə  istehsalı  ilə  məşğul  olmağa  başladılar. 
Civədən  əsasən  qırmızı  boyaq  maddəsi  hazırianardı.  Eramızdan  evvəl  üçüncü  minillikdə  isə  Qol- 
konda  (cənubi  Hindistan)  medənlərində almaz  istehsalma  başlandı.
Tədricən  bürünc  əsri  demir esri  iis əvəz olundu.  Dəmir əsri  təxminən  3,5  min  il  sürdü.  Arxeo- 
loji tədqiqatlar neticəsində  müəyyənləşib  ki,  dəmir insan  sivilizasiyanın  təkamülündə  həlledici  rol- 
lardan  birini  oynayıb.  Demir filizinin  əridilməsi  və  ilk  dəmir  memulatlannm  itehsalı  eramızdan  əv- 
vəl  ikinci  minilliyə təsadüf edir (Misir,  Mesopotamiya).  Sonralar  dəmir filizindən Avropada,  cənubi 
Rusiyada  və  Qafqazda  da  geniş  istifadə  olunmağa  başlayıblar.  Dəmirdən  əmək və  məişət alətlə- 
ri,  silah və  bu  kimi  başqa  məmulatlar hazırianardı.
Demək  olar  ki,  qədim  dünyada  olduğu  kimi  orta  əsriərdə  və  yeni  dövrün  XVIII-XIX  əsrlərində 
baş  verən  sənaye  inqilablannadek  bəşəriyyetin  mineral  xammal  bazasmı  mis,  dəmir,  qızıl, 
gümüş,  qalay,  qurğuşun  və  civə,  eləcə  de  əqiq  və  qiymətli  daşlar  təşkil  edirdi.  Lakin  XIX  əsrin 
ikinci  yansmda,  XX əsrin  birinci  yansında  bu  bazanm terkibində çox ciddi  dəyişikliklər baş verdi.
Bu,  ilk  növbədə,  faydalı  yanacaq  qazmtılarma  aiddir.  Mədən  kömüriərinin  geniş  istifadəsinə 
başlandı,  hərçənd  onlan  o vaxta  qədər də qeyri-sənaye  üsullan  ilə əldə edirdilər.  Eyni  sözləri  neft 
istehsalına  da  aid  etmək  olar.  Məlum  olduğu  kimi,  təbii  bitumdan  hələ  bir  neçə  min  il  bundan  əv- 
vəl  istifadə  olunurdu.  Amma  ilk  primitiv neft  buruqlan  yalnız XVII  əsrdə  meydana  gəldi.  Neftin  sə- 
naye  üsulu  ilə  istehsalı  ise  yalnız  XIX  əsrin  ortalannda  birdən-birə  bir  neçə  ölkədə,  o  cümlədən 
Polşada,  Rumıniyada,  Azərbaycanda  və  ABŞ-da  başlanıldı.  XIX  əsrin  ortalannda  ilk  dəfə  olaraq 
metallik  uran  alındı.  Uran  filizinin  hasilatma  (ilk  növbədə,  ondan  radiumun  aynlması  məqsədi  ilə)
XX  əsrin  əvvəllərində  başlanılıb.
^  Baranski  N.  N.  Sovet iqtisadi coğrafıyası elminin əsasmın  qoyulnnası.  -M .:  Mısl,  1980. -  səh.77

Dünyada  təbii  filiz  ehtiyatlannın  istehsalı  da  nəzəreçarpacaq  dərəcədə  dəyişikiiklərə  məruz 
qaldı.  Bu,  ilk  növbədə,  alüminiuma  aiddir.  Boksit  ehtiyatlan  birinci  olaraq  XX  əsrin  əvvəllərində 
Fransanın  cənubundakı  Boks  məntəqəsinin  yaxınlığında  tapılıb  («boksit»  sözü  də  məhz  buradan 
götürülüb).  Həmin  əsrin  ortalannda  bu  metalın  sənaye  üsulu  ilə  istehsalı  mənimsənildi.  Lakin 
onun  kütləvi  istehsalı  və  istehlakı yalnız XX əsrdə  başlandı.  Elə  həmin  dövrdə  manqan,  xrom  (bu. 
yunan  sözü  olan  «xromos»  sözündən  götürülüb  və  bu  da  tərcümədə  «rəng»  deməkdir),  nikel, 
vanadium,  volfram,  molibden və maqneziumun  mənimsənilməsinə  başlanıldı.
Bu  dəyişikliklər həm  də filizsiz mədənlərə,  o cümlədən fosforitlərə,  asbestə,  almazlara,  kalium- 
lu  duzlara  da  aiddir.  ilk  «almaz  xəstəliyi»  hələ  XVIII  əsrin  birinci  yarısında  Braziiiyada  qeydə  alı- 
nıb.  XIX  əsrin  ikinci  yansında  isə  bu  «xəstəlik»  cənubi  Afrikada  və  ABŞ-da  (Kaliforniya)  qeydə 
alındı.  1829-cu  ildə  14 yaşlı  Pavel  Popov  Rusiya ərazisində,  daha  dəqiq  desək,  Ural mədənlərinin 
birində ilk almaz tapıb.
Bəşəriyyətin  mineral-xammal  bazasında yeni  keyfiyyət və  kəmiyyət dəyişiklikləri XX əsrin  orta- 
larında  elmi-texniki  inqilab  nəticəsində  başlayıb.  Söhbət,  ilk  növbədə,  «XX  əsrin  metallanndan» -  
titandan,  kobaltdan,  berillindən,  sirkondan,  litiumdan,  niobiumdan,  telluridən,  tantaldan,  qerma- 
niumdan  gedir.  Əgər  bu  metallar  olmasaydı  elmi-texniki  inqilabın  təcəssümü  olan  ən  müasir  is- 
tehsal sahələrinin  inkişafı  da  olmazdı.
13.  Mineral yanacağın və xammaltn dünya ehtjyatları
Coğrafiya  elmində  Yerin  tekindən  çıxan faydalı  qazıntıları  mineral  ehtiyatlar adlandınrlar.  Müa- 
sir  təsərrüfatda  mineral  yanacağın  və  xammalın  təxminən  200  növündən  istifadə  oiunur.  Onlann 
müxtəlif  təsnifatı  ola  bilər.  Resurslann  texniki  istifadəsi  əsasında  aparılan  təsnifat  daha  geniş 
yayılıb.  Bu  zaman  onları  yanacaq,  metal,  texniki  ehtiyatlan  və  tikinti  materiallannı  ayınrlar.  Gene- 
tik  təsnifatdan  da  istifadə  edirlər.  Onun  əsasını  yaş  və  yaranma  xüsusiyyətləri  təşkil  edir.  Bu  za- 
man  adətən  kembriy,  aşağı  paleozoy,  yuxan  paleozoy,  mezozoy  və  kaynozoy  geoloji  dövrlərini 
ayınrlar.  Mineral  yanacaq  və  xammalın  dünya  ehtiyatlan  Dünya  Enerji  Şurasının  (əvvəllər bu  təş- 
kilat  «Dünya  Enerji  Konfransı»  adlanırdı)  sessiyalannda,  eləcə  də  dağ,  geologiya,  neft,  qaz  və 
digər konqreslərdə  qiymətləndirilir.
Ənənəvi  olaraq  vanacaq  ehtivatları  daha  böyük  maraq  doğurur.  Onlar  iki  kateqoriya  üzrə 
qiymətləndirilir -  ümumgeoloji  və  tədqiq  edilmiş  (səhih,  sübüt  və  təsdiq  olunmuş)  yanacaq  mən- 
bələri.  Bu  mənbələr  Yer  kürəsində  qeyri-bərabər  yerləşir.  Məsələn,  ötən  əsrin  90-cı  illərinin  so- 
nunda  aparılan  qiymətləndirməyə  görə,  bu  ehtiyatlann  ölçüsünə  görə  birinci  və  ikinci  yerlər  MDB 
və  Asiya-Avstraliya  regionları  arasında  bölünür.  Üçüncü  yerdə  Şimali  Amerikadır.  Sonrakı  yerlər- 
də  isə  Yaxın  və  Orta  Şərq  ölkələri,  Avropa,  Afrika  və  Latın  Amerikası  gedir.  Təbii  ki,  ayrı-ayn 
regionlar  öz  yanacaq  ehtiyalannın  strukturuna  görə  də  bir-birindən  fərqlənirlər.  Ümumiyyətlə,  bu 
gün  dünyada  daş  kömürün  payına  bütün  yanacaq  ehtiyatiannın  70-75  faizi  düşür,  yerdə  qalan 
hissə  isə  təxminən  bərabər  səviyyədə  neft  ilə  təbii  qaz  arasında  bölüşdürülür.  Özü  də  ki,  məsə- 
lən,  əgər Avropada  daş  kömür ehtiyatfannın  payı  90  faiz  səviyyəsindədirsə,  Yaxın  və  Orta  Şərq 
ölkelərində  isə əksinə,  neft ve tebii qaz ehtiyatlannın  payına  100 faiz düşür.
Das  kömür  Yerin  təkində  çox  geniş  yayılmış  təbii  sərvətdir.  Hazırda  dünyada  3,6  min  daş 
kömür  hövzəsi  və  yatağı  melumdur  ki,  bu  da  Yerin  quru  hissəsinin  15  faizini  təşkil  edir.  Daş 
kömür  ehtiyatlannın  ümumi  və  keşf  edilmiş  həcmi  neft  və  təbii  qazın  həcmindən  xeyli  çoxdur. 
Beynəlxalq  geologiya  konqresinin  1984-cü  ildə  keçirilən XXVII  sessiyasmda  dünyanın  ümumi  daş 
kömür  ehtiyatlan  14,8  trilyon  ton  (o  cümlədən  9,4  trilyon  ton  daş  kömür  və  5,4  trilyon  ton  boz 
kömür),  90-cı  illərin  ikinci  yarısında  isə  müxtəlif  qiymətləndirilmələrə  əsasən  5,5  trrlyon  ton  (o 
cümlədən 4,3 trilyon ton daş və  1,2 trilyon ton  boz kömür) qiymətləndirilb.
Lakin  son vaxtlar elmi-məlumat və tədris ədəbiyyatında  daha  çox mövcud texniki  və iqtisadi  is- 
tifadə  kriteriyalan  ilə  işlənməsi  mümkün  olan  kəşf edilmiş  ehtiyatlar  haqqında  yazılır.  Həiə  1984- 
cü  ildə  bu  ehtiyatlar  1,2 triiyon  ton qiymətləndirilirdi,  1990-cı  ildə  isə  bu  rəqəm  artaraq  1,75 trilyon 
ton  oldu.  Kəşf  olunmuş  kömür  ehtiyatlarının  həcminə  görə  yerlər  aşağıdakı  qaydada 
bölüşdürülüb:  Şimali Amerika,  Asiya,  Avropa,  MDB,  Avstraliya  və  Okeaniya,  Latm  Amerikası.  Ay- 
n-ayn ölkələrin  payını təyin  edərkən  kəşf olunmuş  ehtiyatlann  həcmi  nəzərə alınır (12-ci c‘=»dvəl).
32

Cedvəl  12
TƏDQİQ OLUNMUŞ  DAŞ  KÖIWÜR  EHTİYATLARINA 
GÖRƏ İLK ON ÖLKƏ
33
Ölke
Ehtiyatlar,  mlrd t
Ölke
ABŞ
445
106
AFR
Çin
296
78
Hindistan
Rusiya
202
47
Ukrayna
CAR
116
45
Böyük  Britaniya
Avstraliya
116
34
Qazaxstan
Cedvəlden  göründüyü  kimi, 
dünyada  tədqiq  olunmuş  daş 
kömür  ehtiyatlannın  tən  yarısı 
ABŞ-ın,  Çinin  ve  Rusiyanın  pa- 
yına  düşür və ilk onluqda  iqtisadi 
cəhətdən  inkişaf  etmiş  ölkelər 
inkişaf  etməkdə  olan  ölkələrdən 
xeyli  üstündür.
Ümumiyyətlə, 
daş 
köm ür 
mənbələri  dünyanın  83  ölkəsin- 
də  kəşf edilib.  Onların  Yenn  təkində  bölüşdürülmesinin  geoloji qanunauyğunluğu  bir sıra  alimlər 
tərəfindən dərindən öyrenilib.  Məsəien,  akademik P.I.Stepanov hələ  1937-ci ilde geoioji dövrlerin 
xüsusiyyəiləri  və  paleocoğrafi  vəziyyətle  əlaqədar  dünyanm  ehtiyat  yataqlarında  daş  kömürün 
maksimum  və  minimum  toplanma  hecmlərini  müəyyenləşdirib.  Onun  hesablamalan  sonralar 
mütexəssislər  terəfindən  dəfələrlə  dəqiqləşdirildi.  Müasir  hesablamalara  görə,  dünyada  daş 
kömür ehtiyatlannın  47 fa izi paleozoy,  37 faizi mezozoy,  16 faizi isə  kaynozoy dövrlərinə  düşür. 
Ayrı-ayrı dövrler arasmda  m aksim um  yığılma perm,  karbon  ve mel,  daha az dərecədə,  neogen  və 
paleogen  geoloji  dövrlərinin  payına  düşür  Bu  gün  Avropada  karbon  ve  paleogen-’neogen  daş 
kömürləri,  Asiyada isə perm   köm ürü  üstünlük təşkil e dir
Neft Yerin  təkində  daş  kömürə  nisbətən  daha  çox  yayılıb.  indiyədək  geoloqlar 600-dək  neft və 
qaz  hövzəsi  aşkar  ediblər  və  onların  400-nü  tədqiq  etməyə  nail  olublar.  Nəticədə  real  olaraq 
müxtəlif hesablamalara  əsasən,  dünyanın  15  milyon  km^-dən  50  milyon  km^-dək  bir ərazisi  neft 
(və təbii qaz) perspektivli  sayılır.  Bununla yanaşı qeyd  etmək lazımdır ki,  dünyanın  neft  ehtiyatlan 
daş kömür ehtiyatlanndan  xeyli azdır.
Bu  sözlər  eynilə  ümumgeoloji  ehtiyat  mənbələrinə  də  aiddir.  Hesablamalara  görə,  onların 
həcmi  250-500  milyard  ton  arasındadır.  Bəzən  bu  rəqəm  800  milyard  tona  qədər  qalxır.  Amma 
bu  vaxt  adi  neft  məhsulları  ilə  yanaşı,  bitum  qumlannda  və  neft  şistlərində  yerləşən,  sənaye  sə- 
viyyəsində  istifadə  edilməyən  ağır  neftin  də  həcmi  nəzərə  alınır.  2000-ci  ildə  dünyada  kəşf  edil- 
miş  neft ehtiyatlannın  həcmi  140-150  milyard ton təşkil edirdi.
13-cü cədveldə  kəşf edilmiş  neft yataqlannın  iri  regionlar arasında  paylanması  göstərilib, 
Cədvəldə  gördüyünüz  bu  yerlər  regionlar  arasında  tədricən  dəyişir.  Cənub-Qərbi  Asiyada, 
Şimali  və  Qərbi  Afrikada,  Avropada  (Şimal  dənizində),  Latın  Amerikasında,  eləcə  də  SSRl-də 
(Volqa-Ural,  Qəbri  Sibir)  (9-cu  şəkil)  neft və  qaz  yataqlan  kəşf edildikcə  cədvəldə  yerlər də  dəyi- 
şir.  Buna  baxmayaraq,  ərəb  dövlətləri  ən  zəngin  hövzələrə  malikdirlər  və  bu  sahədə  üstünlüyü 
əldən  vermək  fikrində  deyillər.  Söhbət  ələləxüsus  iran  körfəzindən,  eləcə  də  Ərəbistan  yanma-
dasından 
və 
Irandan  gedir.  Iranda  neft  eh-
Cedvəl  13 
İRİ  REGİONLAR ARASINDA  KƏŞF 
EDİLMİŞ  NEFT YATAQLARININ  PAYLANMASI
Region
Tədqiq  edilmiş 
ehtiyatlar
mlrd t
%
MDB
9,0
6,4
Xarici Avropa
2,5  /
1.9
Xarici Asiya
98,0
69,2
Afrika
10,0
7,1
Şimali Amerika
4,5
3,4
Latın  Amerikası
17,6
11,7
Avstraliya və Okeaniya
0,4
0,3
BÜTÜN  DÜNYA
142,0
100,0
tiyatlannın  ümumi  hecmi  92  milyard  tondur. 
Bu  da  dünya  üzrə  neft  ehtiyatlannın  üçdə 
iki  hissəsini  təşkil  edir.  ölkədə  30 
iri  neft 
yatağı  var  ki,  onlar  da  bütün  dünyada  tanı- 
nır.  Bu  neft  yataqlannın  ilkin  emalı  500 
milyon  tondan  tutmuş  1  milyard  tona  qə- 
dərdir.  Onlardan  bəzilərinin  adlannı  çəkmək 
istərdik:  Səudiyyə  Ərəbistanında  «Qavar», 
Iranda 
«Ağacari»  ve  Küveytdə  «əl-Burkan» 
neft yataqlan.
Bü  gün  dünyanın  102  ölkəsində  ümu- 
mən  35-40  min  neft  yatağı  mövcuddur.  Ən 
çox  neft  yatağı  iran  körfəzindədir.  Təbii  ki, 
bu  ölkəler  ehtiyat  neft  yataqlan  baxımından 
dünyada  birinci  yeri  tutur.  Bunu  14-cü  cəl- 
vəldən  də aydın  görmək olar.
1   2   3   4   5   6   7   8   9   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə