Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu



Yüklə 3.69 Kb.
PDF просмотр
səhifə1/11
tarix10.07.2017
ölçüsü3.69 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

TƏSVİRİ İNCƏSƏNƏT
Ümumtəhsil məktəblərinin
IX sinfi  üçün dərslik
Bakı – 2016
LAYİHƏ

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Təsviri incəsənət” fənn kurikulu-
munun əsa sın da hazırlanmışdır. 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Təsviri incəsənət” dərslik komplek-
tinə daxildir:
1. Dərslik
2. Müəllim üçün metodik vəsait
“Təsviri incəsənət” – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Bakı – 2016, 136 səh.
LAYİHƏ

LAYİHƏ

LAYİHƏ

MÜNDƏRİCAT
 1. ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
1-2. 
Pol Sezann: kompozisiya, forma və rəng 
8
3-4. 
Pablo Pikasso: yaradıcılıq mərhələləri 
13
5. 
Vasili Kandinski: abstrakt sənətdə axtarışlar 
21
6. 
Henri Spenser Mur: heykəltəraşlıqda təbiət fəlsəfəsi 
27
7. 
Paul Klee: rəngkarlıqda xətlərin hərəkəti 
31
8. 
Naum Qabo: heykəltəraşlıqda xətlərin həndəsiləşməsi 
35
9-10.  Salvador Dalı: dahinin sürrealist kainatı 
39
11. 
Xuan Miro: realizmdən rəmzlərə 
44
12. 
Alberto Cakometti: heykəlin zərif silueti 
49
 2. AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
13. 
Mikayıl Useynov: memarlıqda konstruktivizm prinsipləri 
58
14. 
Mircavad Mircavadov: miqyas, rəng və forma 
63
15. 
Ömər Eldarov: gözəllik və harmoniya 
67
16. 
Tahir Salahov: neft mövzusu  
71
17. 
Fazil Nəcəfov: insan obrazında forma axtarışları  
75
18. 
Arif Hüseynov: Azərbaycan nağılı  
80
19. 
Fərhad Xəlilov: Abşeron motivləri 
84
20. 
Sakit Məmmədov: müasir və klassik üslubun sintezi 
87
 
 3. ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
21. 
Rəssam və teatr sənəti 
94
22. 
Rəsm əsərindən fotoşəklədək 
100
23. 
Fotoqrafiya və kompüter 
107
24. 
Rəssam və kino sənəti 
112
25-26.  Animasiya sənəti 
119
27. 
Karikatura və şarj: şəkilli əhvalatlar 
125
LAYİHƏ

D Ə R S L İ K L Ə   TA N I Ş L I Q
Dərslikdəki mövzular üzrə təlim materialları aşağıdakı ardıcıl-
lıqla verilmişdir:
1.  İncəsənət  haqqında  dialoq  və  Xatırlayın  –  mövzuya  maraq 
oyadan  sual,  şəkil,  anlayışların  çıxarılması  əvvəllər  qazanıl-
mış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
2.  Tanış olun – dərs materialı üzərində müstəqil iş və müzakirə 
üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun cə-
miyyətdə rolu haqqında məlumatlar, müxtəlif sxem və cədvəl-
lər əks olunur.
3.  Görkəmli rəssamlar – Azərbaycanın və dünyanın görkəmli təs-
viri sənət nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq. 
4.  Təsviri sənət qalereyası – estetik münasibət bildirmək üçün 
Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, hey-
kəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərindən nümunələr.
5.  Müzakirə üçün suallar – məzmunun mənimsənilməsinə xidmət 
edən və təfəkkürü fəallaşdırmaq üçün vacib sayılan suallar.
6.  Bu, maraqlıdır  Bilirsinizmi? – mövzu ilə əlaqəli olan, dün-
yagörüşü genişləndirməyə xidmət edən maraqlı faktlar və ha-
disələr öz əksini tapır.
7.  Düşünün və izah edin – verilmiş fikrin izahı.
8.  Sənətkar məsləhəti – yeni üsul və vasitələrə, praktik və yara-
dıcı tapşırıqlarda əməl edilməsi vacib olan qaydalara dair töv-
siyələr.
9.  Sərbəst iş üçün tapşırıqlar – mövzu ilə bağlı nəzəri və praktik 
tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların izahı 
və rəsmin çəkilməsinə yardım edən təsvir ardıcıllığı.
10.  Müəyyən edin və Yaradıcı fəaliyyət – maraq və bacarığa görə 
seçim imkanı verən tapşırıqlar.
11.  Özünüzü yoxlayın və Ümumiləşdirici tapşırıqlar – özünüqiy-
mətləndirmə və əldə olunmuş nəticələri ümumiləşdirmək üçün 
verilmiş sual və tapşırıqlar.
LAYİHƏ

XX  əsrin  təsviri  sənəti  bir-neçə  cərəyan  əsasında  inkişaf 
etmişdir:  fovizm,  kubizm,  abstraksionizm,  sürrealizm… 
Lakin  heç  bir  cərəyan  bir-birindən  əmələ  gəlməmiş,  heç 
biri  yenisinin  yaranmasına  səbəb  olmamış,  heç  bir  üslub 
istiqaməti  təsviri  sənəti  bütövlükdə  əhatə  etməmişdir.  Hər 
bir  cərəyanın  taleyi  müxtəlif  olsa  da,  yalnız  qarşılıqlı  təsir 
göstərməklə onlar XX əsr təsviri sənətinin tarixini yaratdılar.
ƏN YENİ DÖVR – 
XX ƏSRİN
TƏSVİRİ SƏNƏTİ 
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
8
Təsviri sənət qalereyası
POL SEZANN:  KOMPOZİSİYA,
 
FORMA VƏ RƏNG
Tanış olun
XX əsr təsviri sənətinin səciyyəvi xüsusiyyətlərindən biri – rəssam-
ların çoxşaxəli yaradıcılığı, onların yaradıcı axtarışlarının müxtəlifl iyi 
və ziddiyyətli olması idi.
Postimpressionizmin görkəmli nümayəndəsi, fransız rəssamı Pol Se-
zann məhz belə rəssamlardandır. Sezann impressionistlərin sərgilərində 
iştirak  etmiş,  onların  təsvir  tərzindən  çox  şey  öyrənmişdir.  Lakin  im-
pressionistlərdən əksinə olaraq, Sezann təsvirlərə ümumiləşdirici xarak-
ter verməyi, ümumiyyətlə, dünya haqqında düşüncələrini ifadə etməyi 
məqsəd  seçərək,  sabit  həcmli  formaların,  onların  konstruktivliyinin, 
forma və rəngin məntiqi sintezinin çatdırılmasına səy göstərirdi.
“Şaftalılar və armudlar”. 1880-ci illərin sonu.
A.S.Puşkin adına Dövlət Təsviri Sənət muzeyi, 
Moskva 
“Marna sahili”. 1888. Ermitaj, Sankt-
Peterburq.
1
 Təmiz rəng – rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.
Sezann mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi, lakin 
onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olunmuşdur. 
Rəssam  sabit  kompozisiya  quruluşlarındakı  təmiz  rəng

ardıcıllığının 
köməyi ilə əşyalar aləminin dəyişməz keyfi yyətlərini, təbiətin əzəmətlili-
yini və onun formalarının üzvü bütövlüyünü aydınlaşdırmağa çalışırdı. 
Postimpressionistlərin yaradıcılığında əsas xüsusiyyətlər hansılar idi?
Pol Sezannın əsərlərində rəngin təravəti, formaların ümumiliyi
Postimpressionizm cərəyanına aid hansı rəssamları sadalaya bilərsiniz?
İncəsənətə dair dialoq
Xatırlayın
1-2
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
9
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG 
ROMANTİK DÖVR (1860–1872)
Sezannın  erkən  rəngkarlıq  yaradıcılı-
ğında tünd, dolğun qara rənglər üstünlük 
təşkil edirdi. Rəssam öz duyğularını, yaşan-
tılarını, çoxqatlı və bədbin fi kirlərini ifadə 
etməyə cəhd göstərirdi. O, hələ nə rəngə, nə 
işığa, nə for  maya, nə də yaxma lar la işləmə  
texnikasının  icra  kamilliyinə  malik,  buna 
görə  də  istədiklərini  sona  qədər  ifadə  edə 
bilmirdi. Onun həmin zamanlarda yaratdığı 
əsərlərdəki deformasiyaya uğramış fi qurlar 
qeyri- sabit tarazlığı ilə fərqlənirdi.
“Piano  çalan  qız”.  1868.  Rəssamın  bacısı 
Mari və anasının portreti. Ermitaj, Sankt-
Peterburq
Pol Sezann yaradıcılığını bir neçə mərhələyə ayırmaq olar:
İMPRESSİONİST DÖVR
(1872–1879)
Bu dövrdə Sezann impres sio nist  lə   rin 
yaradıcılığı ilə ta nış olur, onun əsərlərin-
də rəngin təravəti, ke çid lərin yumşaqlığı 
hiss olunur. Bu dövr üçün işıq-hava mü-
hitinin  zərif  keçidi  və  daha  işıq lı  rəng 
qamması xarakterikdir. Onun yaradıcı-
lığında mənzərə və çiçəkli natürmortlar 
əsas janra çevrilir. Əsərlər də əşyaların 
yerləşməsi ba xımından hələ qəliz de yil. 
Onlarda rəssamın öz bənzərsiz rəng ça-
larlarını  –  tünd  gö yümtül  mavi  və  sa-
rım  tıl narıncının uyğunluğunu yaratdı-
ğını görmək mümkündür.
KONSTRUKTİV DÖVR
(1879–1888)
Sezann yaradıcılığının kamilliyi ilə 
seçilən  bu  dövrü  –  onun  sənətkarlığı-
nın zirvəsi olub, iri formaların və ciddi 
kompozisiyaların harmonik uyğunluğu 
ilə fərqlənir. Bu onun rəngkarlığın dahi 
qurucularından  biri  olmasını  şərtlən-
dirmişdir. Sezann öz əsərlərində həndə-
si formalardan daha çox istifadə edir və 
harmoniyanın məğzini vurğulayırdı.
“Alma, şaftalı, armud və üzüm”.
1879–1880.  Ermitaj, Sankt-Peterburq
“Vazada gül dəs tə si”. 1873–1875. Ermi-
taj, Sankt- Peterburq
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
10
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
“Parça və bardaq ilə natürmort”. 
Təxminən 1899-cu il.
 Ermitaj, Sankt-Peterburq.
SİNTETİK DÖVR (1888–1899)
Mənzərə  və  natürmort  bu  dövrdə 
onu uydur ma süjetlərdən daha çox cəlb 
edirdi.  Sezannın  natürmortları  qəlizli-
yi, müx təlif ölçülü ləvazimat və meyvə-
lər lə yük lənməsi, onlarda ağırqatlı, sal-
la nan rəngbə rəng parçaların yer alması 
ilə diqqət çəkir.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq 
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
(QƏFİL) RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu  dövr  əsərlərin  kompozisiya-
sının  əvvəlcədən  düşünülməsi  bila-
vasitə  iş  prosesində  öz- özünə  peyda 
olması ilə seçilir. Rəssamın cəsarətli  
sərt palitrasında lirik çalarlar görün-
məyə başlayır.
Rəssamın  öz  natürmortlarında  istifadə  etdiyi  əşyalar  nə  qeyri-adi,  nə  də 
təmtəraqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O, daha çox mey-
və, tərəvəz, qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər 
 yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina 
edərək, natürmorta üz tutmasında heç şübhəsiz Sezannın böyük təsiri olmuşdur.
Bilirsinizmi?
Sezan dünyanı yeniləşdirməyi arzulayırdı. Onu ətraf mühitin dinami-
kası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlandırmırdı. 
Onun əsərlərini ayrı-ayrı perspektivli məkanların üst-üstə düşərək qo-
vuşması səciyyələndirir. Dəqiq düz xətlərə az rast gəlinir: onlar gah qat-
lanır, gah əyilirlər. Sezannın boyaları üç rəngin – yaşıl, mavi, noxudu və 
təbii ki, bəyaz rənglərin uyarlığıdır.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
11
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG 
Pol Sezann
(fr. Paul Cézanne)
Həyat xronologiyası
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
19.01.1839–22.10.1906
Eks-an-Provans, Cənubi Fransa
Eks-an-Provansda bələdiyyə rəsm məktəbi (1858-1860), 
Parisdə Süis Akademiyası
postimpressionizm; rəngkarlıq
mənzərə, natürmort, portret
“Viktor Şokenin portreti” (1875), “Küçə boyunca ev-
lər” (1881), “Estak körfəzi” (1886), “Qırmızı jiletli 
oğlan”  (təxminən  1890),  “Kart  oynayanlar”  (1890-
1892),  “İri  şam  ağacı”  (1892-1896),  “Sent-Viktuar 
dağı” (1902-1904) və s. 
Nə xətlər, nə də formalar mövcuddur, yalnız ziddiyyətlər 
var. Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ 
gəlir. Forma çalarların dəqiq nisbəti ilə yaranır. Çalarlar 
harmonik və ardıcıl düzüldükdə əsər öz-özünə yaranır.
GÖRKƏMLİ RƏSSAMLAR
Pol Sezannın yaradıcılığı haqqında sayt
http://paulcezanne.tumblr.com/
Sezann özünün oxşar düzbucaqlı yaxma sis-
temini  icad  etmişdi:  yaxma  lövhənin  diaqonalı 
üzrə: adətən yuxarı sağ küncdən aşağı sol küncə 
enir və bütün kətanı bürüyürdü. Zaman keçdikcə 
o, yaxmanın istiqamətini təkcə müxtəlif əsərlərdə 
deyil, həm də eyni əsərin müxtəlif hissələrində də-
yişirdi, amma hər sahənin içində yaxmanın eyni 
formanı saxlamasına və eyni paralel istiqamətdə 
yayılmasına ciddi diqqət yetirirdi. Yaxmanın bu 
cür yayılması Sezann rəngkarlığına parça, hətta 
xalça səthi ilə oxşarlıq, “Medan qəsri” kimi əsər-
lərə isə ritmik hərəkət hissi bəxş edir.
Bu, maraqlıdır
“Medan qəsri”. 1881.
Kunsthauz muzeyi. Sürix, İsveçrə
Hansı  postimpressionist  üslubunda  fəaliyyət  göstərən  rəssam  özü nə məxsus 
yaxma sistemi yaratmışdı? O öz əsərlərində bunu necə əks  etdirirdi?
Düşünün və izah edin
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
12
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG 
3. 
P.Sezannın yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim 
edin.
1. Karandaşla eskiz
2. Rəngləmə
Müəyyən edin
1. 
P.Sezannın müxtəlif yaradıcılıq dövrlərinin əsas xüsusiyyətləri han-
sılardır?
Yaradıcı fəaliyyət
2. 
P.Sezannın natürmortlarından birini təkrarlamağa çalışın.
Sənətkar məsləhəti
Sezannın əsərini təkrarlayarkən, əvvəlcə onun sadə karandaşla eskizini çəkin. 
Masa, stul və qatlanmış parçanın yerlərini müəyyən edin. Meyvə və  bardağı 
rəngləyərkən təmiz rənglərdən istifadə edin.
Pastel təbaşirlər, quaş, akvarel

P.Sezannın əsərləri impressionistlərin əsərlərindən nə ilə fərqlənir?

Təsviri sənətin inkişafında P.Sezann hansı rolu oynayıb?
Sərbəst iş üçün tapşırıqlar
Özünüzü yoxlayın
2
 Kubizm – (fr. cubismecube – kub) – XX əsrin əvvəlində ilk nəhəng formalist cərəyan. 
Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar 
naturanın əsasında sadə həndəsi formaların durduğu fikrini əsas tuturdular.
Rəngkarlığa  özünəməxsus  baxış  Sezannı  onun  müasirlərinin  əksə-
riyyətindən  fərq lən dirir.  O,  XIX  əsrin  sonuna  xas  olan  impressionizm 
üslubu ilə XX əsrin əvvəlinin yeni bədii istiqaməti – kubizm
2
 arasında 
körpü saldı. Təsviri sənətdə yeniliyin əsasını qoyan Sezannın rolu gələ-
cək nəsillər tərəfindən layiqincə qiymətləndirildi.
Pol Sezann təkcə dahi kompozisiya yox, həm də böyük kolorit ustası 
idi. Klassisizm və romantizm ənənələrini əsas götürən Sezann onları tam 
yekdilliyə çatdırmaqla bütöv bir dövrü başa vurdu. Sonrakı nəsillər şək-
siz etiraf etdilər ki, Sezann sənət aləmində yeni yol açmışdır.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
13
“Yelpikli xanım”. 1907. 
Rusiya, Sankt-Peterburq, 
Dövlət Ermitaj Muzeyi
“Masada çörək və meyvə qabı”. 
1909. Bazel Təsviri Sənət Muze-
yinin kolleksiyası. İsveçrə
“Kraliça İzabo”. 1909. A.S.Puş-
kin adına Dövlət Təsviri Sənət 
Muzeyi. Moskva, Rusiya
Təsviri sənət qalereyası
Tanış olun
Dünyanı həndəsi fi qur formaları vasitəsilə dərk edən primitivizm əs-
lində elə kubizmdir. Bu cərəyanın mənbəyi öz əksini yalnız Pol Sezannın 
rəngkarlıq əsərlərində tapmamışdır. Kubizmin ən məşhur nümayəndələ-
rindən biri – şöhrətli Pablo Pikassodur. O, müxtəlif həndəsi formaların 
birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsərləri  yaradırdı.
Pablo Pikassonun yaradıcılığı çox zəngindir. O, dünya təsviri sənət 
tarixinə kubizmin yaradıcısı kimi daxil olsa da, kubizm onun yaradıcılı-
ğındakı dövrlərdən biri və rəssamın yaradıcılığının yalnız on ilini təşkil 
edir.
Primitivizm üslubunda yaradılan əsərlər haqqında nə demək olar? Bu 
cərəyanın əsas ideyası nədən ibarət idi?
Pikassonun əsərlərində sadə həndəsi formalar
İncəsənətə dair dialoq
Əşyaların formalarının dəyişdirilməsi, onların sadələşdirilməsi, mü-
əy yən həndəsi fi qurlara bölünməsi hansı üsluba işarədir?
Xatırlayın
PABLO PİKASSO:  YARADICILIQ
 
DÖVRLƏRİ
3-4
Təsviri sənətin elə bir janrı yoxdur ki, Pikasso orada özünü sınamasın. 
Onun əsərlərinin rəngkarlıq janrlarına bölünməsi tamamilə şərtidir. Rəs-
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
14
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
ERKƏN İLLƏR (1889–1901)
Balaca  Pablo  artıq  üç  ya şın dan 
rəsm çəkməyə hə vəs göstərməyə baş-
layır.  “Sarı  pikador”  Pi kassonun 
öküz  döyüşünün  təə ssüratı  altında 
yağlı boya ilə çək diyi ilk rəsmlərin-
dən biri hesab edilir.
MAVİ DÖVR (1901–1905)
1901-ci ilin payızında Pikasso öz 
fərdi  üslubuna  doğru  sıçrayış  edir. 
Həmin  vax tadək  o,  impressionistlə-
rin  istedadlı  şa gir di  və  təqlidçisi 
olmuşdur.  1901-ci  il dən  mavi  dövr 
başlayır.
“Ana və uşaq”. 1901 (20 ya şında). Foqqa 
Mu ze yi, Harvard İncəsənət Mu zeyi, ABŞ
“Sarı pikador”. 1889 (8 yaşında). Oğlu 
Klod Pikasso nun şəxsi kolleksi yası 
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında). A.S. Puşkin 
adına Dövlət Təsviri Sənət Muzeyi. Moskva, Rusiya 
ÇƏHRAYI DÖVR (1904–1906)
Çəhrayı dövrü çox zaman həm də sirk döv rü 
adlandırırlar.  Pi kas sonun  yeni  rəngkarlığının 
sevimli motivlərindən biri – sirk mövzusudur. O, 
sonsuz  sayda  arlekin-təlxək  və  ak ro batların  şə-
killərini çəkmişdir.
samın əsərləri janra görə deyil, onun yaradıcılığının bu və ya digər mər-
hələsini müəyyən edən üslub və rənglərin üstünlüyünə görə fərqlənir. 
Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
15
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
AFRİKA DÖVRÜ (1907–1909)
Bu  dövrdə  Pikasso  özü  üçün  arxaik-(köhnə) 
Afrika incəsənətini kəşf edir və onu öz yaradıcılıq 
üslubunun təsiri altında dəyişmək zərurətini hiss 
edir.  O,  təsvir  etdiyi  əşyaların  formasını  sadələş-
dirməyə, onları monumental və ifadəli etməyə, per-
sonajların  simasını  deformasiya  etməyə  başlayır. 
Bu  qısa  dövrü  bəzən  “sezansayağı”  adlandırırlar, 
çünki həmin vaxtlar Pikasso təsvirdə Sezann me-
todunu – formaları şar, silindr, konus formasına-
dək sadələşdirməyi sınayır. Afrika dövrü kubizmin 
“ixtirasına” gətirib çıxardı. “Avinyon qızları” Pi-
kassonun  kubizm  üslubunda  yaradılmış  ilk  əsəri 
sayılır.
“Avinyon qızları”. 1905 (24 ya-
şında).  Müasir  İncə
 
sənət  Mu-
zeyi, Nyu York. ABŞ
ANALİTİK KUBİZM (1909–1912)
Analitik  kubizm  dövrü  rəngkarlığının  fərq-
li  xüsusiyyətlərindən  biri  –  monoxromluqdur
1

İkincisi – hər bir detalın dəqiq ifadəsindən imtina 
etməkdir. Üçüncü fərqləndirici xüsusiyyət – ku-
bizmdə perspektiv və onun qanunları yoxa çıxır. 
Nəyin təsvir edildiyini yalnız tək-tək detalların 
əlamətinə  əsasən  anlamaq  olar.  Pikasso  onla-
rı  “atribut”  adlandırırdı.  Rəssamlar  dünyanın 
necə göründüyünü deyil, necə qurulduğunu öy-
rənmək və analiz – “təhlil etmək” istəyirdilər.
“Mandolinalı qız”. 1910 (29 yaşında).
 Müasir İncəsənət Muzeyi, Nyu-York. ABŞ
1
 Monoxrom (yunanca birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2
  Kollaj  (fransızca  collage)  –  təsviri  sənətdə  üsul  və  texnika.  Rəng  və  fakturaya  görə 
fərqlənən hər hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
SİNTETİK KUBİZM (1912–1917)
Kubizmin bu dövrü təsadüfən sintetik adlan-
dırılmayıb  –  Pikasso  öz  dekorativ  kollajlarını
2
 
yaradaraq, onları sanki “sintez edir”. Kompozi-
siyalar rəngli olur və dekorativləşir. Həmin döv-
rdə onun tablolarında şriftlər və tək-tək hərfl ər 
görünür.
“Masada meyvələrlə natürmort”. 1915 (34 yaşında). 
Kolumbus İncəsənət Muzeyi. ABŞ
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
16
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
3
 Sürrealizm (fr. surrealisme – “realizmdən üstün”) – XX əsrin birinci yarısında dünya in-
cəsənətində bədii istiqamət. Sürrealist rəssamlar xəstə təxəyyülün qarabasmalarını, dəh-
şətli yuxuları, mistik görüntüləri incəsənətdə göstərməyi öz qarşılarında məqsəd qoyurlar. 
Cəfəngiyat və sərsəmlik onlar üçün dünyanın yeganə qanunauyğunluğudur. Onlar hesab 
edirlər ki, ağlın çaşması yaradıcı proses üçün ideal haldır. Belə incəsənətin məqsədi – ta-
maşaçını iradədən, dərrakədən, aktivlikdən məhrum etməkdir.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında).
 Pikasso Muzeyi. Paris, Fransa
KLASSİSİZM DÖVRÜ (1917–1925)
Klassisizm  –  Pikassonun  həyat  və  yaradıcı-
lı ğında  çox  parlaq  və  zəngin  dövrdür.  O,  on  il 
ər zində altı rus balet quruluşunun bədii tərti ba-
tın da iştirak edib. Əhatələndiyi mühit – klassik 
balet, həm də Roma və bütünlükdə antik memar-
lıq klassikasının təsiri onun əsərlərinin üslubu-
nu  müəyyənləşdirmişdir.  Pikasso  klassikanın 
dər hal tanınan, lakin özünəməxsus və bənzərsiz 
variantını yaratmışdır.
SÜRREALİZM
3
 DÖVRÜ (1925–1937)
Həmin illərdə sürrealizm cərəyanı Pi kas   soya 
tə sir  göstərməyə  baş la yır.  O,  qadınların  təsvir 
olunduğu bir neçə tablo çəkir və oradakı forma-
ları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati 
elementlərini  birləşdirir.  O, Afrika  heykəltəraş-
lığından  aldığı  təəssüratlarını  kubizm  və  sürre-
alizm  üsulları  vasitəsilə  uyğunlaşdıraraq  hey-
kəltəraşlıqla aktiv məşğul ol ma ğa davam edir.
“Qiraət”. 1932 (51 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
30-cu İLLƏRİN SONU VƏ MÜHARİBƏ
DÖVRÜ (1937–1945)
O, 1930-cu illərin sonunda, İkinci Dünya mü-
haribəsi ərəfəsində, eləcə də onun vətəni İspaniya-
nı bürümüş müharibə zamanı xeyli ağlayan qadın 
portreti çəkir.
“Ağlayan qadın”. 1937 (56 yaşında).
Teyt qalereyası.  London, Böyük Britaniya
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə