Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu



Yüklə 30.77 Mb.
Pdf просмотр
səhifə10/11
tarix10.07.2017
ölçüsü30.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

121
ANİMASİYA SƏNƏTİ
Cizgi filmi və yaxud animasiya – çəkilmiş (qrafika, yaxud çəkilmiş ciz-
gilər) və yaxud həcmli (həcmli və ya kukla animasiyası) obyektlərin ardıcıl 
hərəkət fazasının hər bir kadr ardıcıllığı üzrə çəkiliş metodu ilə yaradıldığı 
kino sənəti növüdür. Cizgi filmi sənəti ilə animatorlar məşğul olurlar.
Cizgi  filmində  personajın  hərəkəti  onun  duruşunun  kadrdan-kadra 
mərhələli dəyişikliyinə əsaslanıb. Məsələn: tutaq ki, dəftərçədə at şəkli 
çəkiblər, həm də elə çəkiblər ki, o, hər səhifədə ayaqlarının vəziyyətini 
azacıq dəyişir. Dəftərçəni sürətlə vərəqlədikdə elə təəssürat yaranır ki, 
sanki at hərəkət edir. Personajın hərəkətinin dəyişən fazalarda çəkilən 
rəsmi cizgi filminin təməli oldu. Vizual animasiyanın bütün növləri kadr-
lardan – hərəkət və ya dəyişiklik təəssüratı yaratmaq üçün tamaşaçıya 
sürətlə göstərilən şəkil və ya fotoların ardıcıllığından istifadə edir.
Atın qaçışında hərəkətin dövriyyəsi. 8 kadrlıq animasiya
dəfə  animasiyada  səs  və  rəngdən  istifadə  etdi.  Onun 
filmləri  və  qəhrəmanları,  xüsusilə  Miki  Maus  nəinki 
hər yaşda tamaşaçının qəlbini fəth etdi, həm də onun 
filmlərinin təsvir üslubu təqlid edilməyə başlandı. İlk 
geniş  nümayiş  animatorlarının  kommersiya  uğuru 
yeni animasiya studiyalarının meydana çıxması üçün 
zəmin hazırladı. Disney studiyası öz fəaliyyətinə görə 
12 “Oskar” mükafatına layiq görülüb.
Uşaq və böyüklər üçün xeyli gözəl cizgi filmi yaratmış sovet cizgi fil-
mi məktəbi animasiyanın bədii inkişafına böyük töhfə verib.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
122
ANİMASİYA SƏNƏTİ
Azərbaycanda animasiyanın yaranması XX əsrin 30-cu illərinə təsadüf edir.
Bəziləri bu filmləri “multiplikasiya”, bəziləri “cizgi filmləri” adlandı-
rır. Əslində isə bunlar animasiya filmləridir. Çünki cizgi qrafik anlayış-
dır, “animasiya” sözü isə calandırmaq mənasını verir. Animasiya filmləri 
çoxşaxəlidir – kukla filmləri, aplikasiya filmləri və cizgi filmləri. 
Tıq-tıq xanım, Cırtdan, Təpəğöz və digərləri bir çox tamaşaçının hə-
yatına daxil olmuş, yaşamağa yardım etmiş, uşaqlıq təbəssümünü qoru-
muş və ürəkləri fəth etmişdir. 
Animasiya  filmlərinin  çəkilməsi  çox  mürəkkəbdir.  Şəkillər  çəkilir, 
nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün təx-
minən 30-40 min şəkil lazım olur. Şəkillərin dəyişdirilməsi yolu ilə ani-
masiya filmləri əmələ gəlir.
Azərbaycanın görkəmli animatoru Elçin Hami Axundov 
Kukla animasiyası – həcmli cizgi filmi metodudur. Onun yaradılma-
sında maket səhnədən və aktyor kuklalardan istifadə edilir. Səhnənin fo-
tosu kadrlar üzrə çəkilir, hər kadrdan sonra səhnəyə minimal dəyişiklik 
edilir (məsələn, kuklanın duruşu dəyişdirilir). Kadrlar bu cür ardıcıllıq-
la hərəkətə gətiriləndə obyektlərin hərəkət illüziyası meydana çıxır.
Fotoqrafiya sənətində olduğu kimi, kompüterin kino prosesinə tətbiqi 
də çoxcəhətlidir. 
Bu gün animasiya ustalarımız öz fəaliyyətlərində ən müxtəlif, həm 
ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Kompüter animasiyası – kompüterin köməyi ilə yaradılan animasiya 
növüdür.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
123
ANİMASİYA SƏNƏTİ
Kompüter  peşəkar  kino  istehsalında  təsvirin  çəkilmə  və  tirajlanma 
prosesini sadələşdirdi. Animasiya ustaları bu gün öz işlərində ən müxtə-
lif – həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər. 
Bir sıra rəssamlar film üzərində işləyərkən çəkilmiş detalları əl ilə hərəkət 
etdirir, işığı əl ilə dəyişirlər. Onlar imkansızlıqdan, yaxud kompüterlə iş-
ləməyi bacarmadıqları üçün yox, heç bir mexanizmin birbaşa rəssam yara-
dıcılığını əvəz edə bilmədiyini dərindən anladıqları üçün belə edirlər. 
Son zamanlar, xüsusilə də İnternet şəbəkəsində Flash-animasiya bö-
yük populyarlıq qazanıb və yayılmaqdadır.
“Buz dövrü” 
“Şrek”
“Arabalar” 
Animasiyada rəssamın rolu nə üçün bu qədər böyükdür?
Düşünün və izah edin
Cizgi filminin yaradılması uzun sürən və çox zəhmət tələb edən prosesdir. Pro-
düser ümumi məzmunu müəyyən edir, ssenari müəllifləri sonradan cizgilər silsiləsi 
ilə epizod və səhnələrə bölünəcək süjet və ssenarini işləyirlər. Sonra bütün bunlar 
rejissora ötürülür, o da səhnələri rəssam-animatorlar arasında paylaşdırır. Aralıq 
epizodları isə kiçik animatorlar işləyib tamamlayırlar. Digər rəssamlar hadisələrin 
cərəyan edəcəyi fonu hazırlayırlar. Kontur rəsmləri boyanmaya verilir, şəffaf plas-
tikə köçürülür, kənar cizgilərin üstündən pero, ya da tuş çəkilir. Rəngdən istifadə 
edildiyi halda o, lövhələrin arxa tərəfinə çəkilir. Sonra operator xüsusi kamera ilə 
şəkillərin fotosunun hər bir kadrını çəkir. Nəhayət, təsvirlə səs sinxronlaşdırılır.
Bu, maraqlıdır
Bu gün animasiya, xüsusilə də xarici, elə kino kimi, mədəniyyət və 
antimədəniyyətin rəqabət məkanına çevrilib. Buna görə də xeyir və nur 
saçan personajların əvəzinə çox zaman ekranlarda hər cür bədheybət və 
əcayib məxluqlar görürük. Siz doğma tariximizi, onun mənəvi ənənələ-
rini öyrənin və onları çəkin, xoşagəlməz anime
2
nin alternativlərini ax-
tarın. Samuray libası əvəzinə milli Azərbaycan geyimini, bədheybətlər 
əvəzinə də milli qəhrəmanları təsvir edə bilərsiniz…
2
 Anime (yaponca “anime”) – yapon cizgi filmi və ya animasiyası. Anime hər yaşda olan 
insanlar üçün hazırlanır.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
124
ANİMASİYA SƏNƏTİ
Müəyyən edin
1.
  Dərslikdə  verilmiş Azərbaycan  və  xarici  animasiyalarının  rəsmləri 
nə ilə fərqlənir?
Yaradıcı fəaliyyət
2.
  “Ssenaridən  animasiyaya  doğru”  yaradıcı  layihəni  işləyin.  Gələcək 
cizgi filminin ətraflı ssenarisini düşünün. İstənilən: uçan payız yar-
pağı, iki personajın dialoqu, ya da xeyli səhnənin sıralandığı maraqlı 
bir əhvalat süjet ola bilər. Aydındır ki, əsas personajın (o, hər hansı 
predmet də ola bilər) başına gələn hər hansı adi əhvalatdan bəhs edən 
sadə ssenaridən başlamaq lazımdır. 
 
Cizgi  filmində  personajın  hərəkətini  çatdırmağa  çalışın:  dəftərçə-
nin hər vərəqində, məsələn, at, ya da it şəklini elə çəkin ki, o, hər 
səhifədə ayaqlarının vəziyyətini azacıq dəyişsin. Dəftərçəni tələsik 
vərəqlədikdə elə təsəvvür yaranacaq ki, sizin personaj hərəkət edir.
Plastilin və ya gil, rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, 
rəngli qələmlər, quaş, akvarel, rəngli kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar

Animasiya personajlarını nədən yaratmaq və animasiyada kompüterdən 
necə istifadə etmək olar?

Animasiya kinematoqrafda nəyi əvəz etdi?
Özünüzü yoxlayın
3. 
“Animasiya sənəti” mövzusunda analitik tapşırığı yerinə yetirin. Öz 
işinizdə müxtəlif ölkələrin animasiya filmlərinin timsalında filmlə-
rin yaranma texnikasını və onların bədii dəyərini açıqlayın. Bu işi 
məxsusi  seçilmiş  illüstrativ  materialı  (jurnallardan,  qəzetlərdən, 
açıqcalardan, İnternetdən) cəlb etməklə referat və ya şifahi məlumat 
formasında yerinə yetirin. 
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
125
Jurnallarda,  qəzetlərdə 
qısa  mətnlərin  müşayiəti 
ilə  məzəli  kiçik  şəkillər 
görmüsünüzmü?  Onların 
haqqında nə deyə bilərsi-
niz?
KARİKATURA VƏ ŞARJ:  ŞƏKİLLİ
 
ƏHVALATLAR
Tanış olun
Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhva-
latın bəhs edildiyi təsvir silsiləsinə komiks
1
 deyilir. 
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiy-
yat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.
İlk komikslər XX əsrin əvvəllərində Avropa və Amerika qəzetlərin-
də görünməyə başlayıb, sonralar isə onların ən populyarları ayrıca kiçik 
jurnal kimi nəşr edilib. 
Komikslərin  tarixi  qə-
dimdən başlayıb, bu janrın 
vətəni ABŞ, müəllifi isə Ri-
çard  Felton Autkolt  hesab 
olunur.  1892-cı  ildə  Ame-
rikanın “The San Francisco 
Examiner” jurnalında “Ayı 
balası və pələng” adlı ilk Amerika komiksi dərc edilir. Rudolf Derks isə komiks 
yaradıcısı kimi məşhurlaşıb. Personajların nitqinin yerləşdirildiyi bulud for-
malı “qovuq” çərçivələri məhz o, icad edib.
Komikslərdə ən azı 2 şəkil olmalıdır. Odur ki, yalnız 1 təsvirdən ibarət 
illüstrasiya, rəsm komiks adlana bilməz. Komikslər bəzən ardıcıllıqla han-
sısa süjetdən bəhs edən mətnlə müşayiət olunur. Komisklərdə şəkli çəkilən 
personajlar öz aralarında söhbət edirlər, bu söhbət onların ağızlarından 
çıxan  buludun  içindəki  mətn  kimi  təsvir  edilir.  Oxunan  mətn  təsvir  ilə 
yaxşı harmoniya yaratmalıdır. Komikslərin yaradılması, ilk baxışda gö-
ründüyü kimi, o qədər də asan iş deyil, axı əsl komiks düzəltməkdən ötrü 
təkcə maraqlı əhvalat yox, həm də maraqlı qrafika üslubu lazımdır.
Film üçün ssenari necə tərtib edilir?
İncəsənətə dair dialoq
Xatırlayın
27
1
 Komiks (ingiliscə comic – gülməli) – vahid hekayəni təşkil edən qısa mətnli şəkil silsilə-
sidir. Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər olur.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
126
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Bunun  ardınca  da  komikslərin  gur 
inkişafı başlayır, bu gün də yaşayan yeni 
qəhrəmanlar meydana çıxır: Supermen, 
Betmen, Hörümçək adam, Donald Dak, 
Mikki Maus və b.
XXI əsrin əvvəlində komikslər yeni təcəssümünü tapdı. Bu, komikslə-
rin rənglənməsində istifadə edilən yeni kompüter texnologiyaları hesabı-
na, həmçinin tam bir sıra istedadlı rəssamların bu janra marağı sayəsində 
mümkün oldu. Komiksləri artıq təkcə karandaşla deyil, həm də yağlı boya 
ilə boyayır, üstəlik, birinci ilə ikincini qrafik rəqəmsal texnologiyalarla 
kombinə  etməyə  başladılar.  Komikslərin  əksəriyyəti  Hollivudda  ekran-
laşdırıldı, filmlər isə bütün dünyada ağlasığmaz uğur qazana bilir.
Brüsselin  görməli yerlərindən  biri artıq 24 il boyunca davam  edən unikal 
küçə layihəsidir. 1991-ci ildə küçə rəssamları Brüssel küçələrindəki evləri, bina 
və tikililəri komikslərdən məzəli əhvalatlarla boyamağa başladılar. Layihə Bel-
çika Komiks Mərkəzinin, həmçinin öz şəhərlərinin sakit və nəzəri cəlb etməyən 
küçələrinin görkəmini dəyişmək, onları daha əlvan, yaddaqalan etmək istəyən 
yerli özünüidarəetmə orqanlarının yardımı ilə təşkil edilmişdi. Komikslər Bel-
Bilirsinizmi?
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
127
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Tarixən belə gətirib ki, komiksin ən geniş yayılmış janrı karikatura-
dır
3
. Bu janr yumor hissindən, gülmək qabiliyyətindən doğulub. Məqa-
mında iti deyilən gülməli söz insanı öz davranışı haqqında düşünməyə, 
öz əməllərinə yeni tərzdə baxmağa vadar edir. Ağıllı zarafat çox zaman 
geniş, düzgün, amma darıxdırıcı nəsihətlərdən daha inandırıcı çıxır. Gü-
lüş bir tərəfdən insanı əyləndirə, başını qata, həvəsləndirə, özünə inamı-
nı artıra bilir, digər tərəfdən, isə ictimai həyatdakı mənfi təzahürlərlə 
mübarizə aparmağa kömək edir. Karikaturaçı rəssamlar öz yaradıcılıq-
larında  məhz  istehzanın  bu  güclü  tərəflərindən  istifadə  edirlər.  Başqa 
sözlə desək, rəssamlar konkret tipajları müəyyən şəraitdə çəkməklə on-
ları təbii, həqiqətəuyğun görkəmdə göstərmirlər, onların əsl, gerçək ciz-
gilərini həm də komik keyfiyyətlərlə artırırlar.
Karikatura  bəlkə  də 
gün dəlik  hadisələrə  dər-
hal, hadisə baş verən anda 
münasibət  bildirməyə  qa-
bil olan yeganə janrdır. O, 
ilk  baxışda  heç  bir  qanu-
na  tabe  olmayan  kimi  gö-
rünən  təəssürat  yaradan 
özünəməxsus qanunu ilə yaşayır. Axı karikaturaçıya istənilən şərtiliyə 
öz satirik fikrini açıqlamaq üçün geniş imkan və ixtiyar verilir. Karika-
turada ən uyğunsuz görünənlər – gerçəklik fantastika ilə, həqiqətəuy-
ğunluq ağlasığmazlıq ilə qarışa bilər.
2
 Qraffíti (tək halda – qraffítoitalyan dilində – graffito, cəm halda – graffiti) – XX əsrin 
son rübündə avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud mürəkkəb-
lə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da yazılar. Adicə sözlərin yazı-
lışından ta zərif rəsmlərədək küçə divarlarının boyanmasının istənilən növünü qraffitiyə 
aid etmək olar. İstənilən incəsənət kimi, qraffitinin də öz üslubu və cərəyanları var.
3
 Karikatura (italyan dilində caricatura – yükləmək, şişirtmək) – bilərəkdən komik ef-
fektin yaradıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücudun, sima-
nın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi və qabardıldığı təs-
virləri (çox zaman qrafikada, satirik formada) birləşdirən xüsusi təsviri sənət janrıdır.
çikada çox populyardır və milli qürurun bir hissəsi sayılır. Bəzi qraffitilər
2
 artıq 
ölkənin əsl qüruruna çevrilib və özlüyündə küçə incəsənətinin şedevri sayılır.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
128
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Leonardo da Vinçi. “Beş baş” (qrotesk). ~1490-cı il. 
26,1x20,6 sm, kağız və mürəkkəb, Vindzor Qəsri
Karikaturanın ən əsas nəzəriyyəçisi Leonar-
do da Vinçi hesab edilir, hərçənd onun rəsmlərin-
də satirik məzmun yox idi.
Bu, maraqlıdır
Karikatura  cəmiyyətin  siyasi  həyatının 
müxtəlif tərəfl ərinə, sosial problemlərə toxu-
nur və yumoristik şəraiti əks etdirir. 
Zəngin  ənənələrə  malik  karikatura  janrı 
Azərbaycan təsviri sənətinin mühüm sahələrin-
dən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir.
Azərbaycanda  karikatura  janrının  inki-
şafı 1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” adlı həftəlik satirik jur-
nalın nəşri ilə bağlıdır. Jurnal 1906–1918-ci illərdə Tifl isdə (indi Tbili-
si), 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Cəlil 
Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru 
olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərlikləri-
ni, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərib, müsəlmanları, bir 
növ, cahillik yuxusundan oyatmağa çalışıb.
Azərbaycan  ədəbiyyatında  böyük  bir  məktəb  yaratmış  “Molla  Nəs-
rəddin” jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin 
yaranmasına səbəb olub.
Satiranın  əli  ilə  zərbə  vuran  karikaturaçı  rəssamlar  S.Şərifzadə, 
S.Sa lamzadə, M.Vlasov və başqalarının xidmətləri danılmazdır.
Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin ya-
ranmasına  1952-ci  ildə  “Kirpi”  satirik  jurnalının  nəşrə  başlaması  da 
təkan verib. Nəcəfqulu, H.Əliyev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, 
A.Ələsgərov,  A.Quliyev  kimi  rəssamlar  bu  jurnalın  səhifələrində  cə-
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
129
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Karikatura – informasiyanın çatdırılma formasıdır, digər ifadə va-
sitələri ilə müqayisədə o, daha tez qavranılır və anlaşıqlıdır. Karikatu-
ralara əsasən cəmiyyətin vəziyyətini, onun problemləri və nöqsanlarını 
öyrənmək olar. Bu janr rəssamla tamaşaçı arasında ünsiyyət vasitəsidir. 
Satirik janr ictimai rəyin formalaşmasına təsir göstərir, müəyyən dün-
yagörüşünə malik mövqe tutmaqda oxucuya kömək edir. 
Mikayıl Abdullayev.
– Bu niyə belə sürətlə oxuyur?
– Əzbər bilir. Keçən ilin məruzəsidir.
Mikayıl Abdullayev.
– Bu niyə belə hıqqanır?
– Məruzəsini özgəsi yazıb.
Oskar Şmerlinq
Yusif Vəzir Çəmənzəminli
Əli Beyzad
miyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks 
etdiriblər.
Karikatura janrına marağın artması bu sahəyə peşəkar boyakar rəssam-
ların axını ilə müşayiət olunub. 1950–1960-cı illərdə Azərbaycanın görkəm-
li rəssamları – M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Ha-
cıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıblar.
1960-1970-ci  illərdə  R.Qədimov,  A.Ələsgərov,  E.Abdullayev,  F.Əli-
yev,  M.İsmayılov,  E.Avalov,  M.Məmmədov  və  başqa  rəssamların  bu 
sahədə peşəkar işləri son nəticə etibarilə Azərbaycan karikatura sənətini 
zənginləşdirməyə xidmət edib.
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
130
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
XX əsrin karikaturası. Bizim konstitu siya.
Xahiş olunur ki, üfürməyəsiniz. 1905. S.Çe xonin
Karikaturaçı  baş  verən  bütün  dəyişiklikləri 
izləməlidir.  Karikatura  ləngimiş  şərhin  deyil, 
hadisələrin  bir  hissəsi  olmalıdır.  Karikaturada 
aydınlıq amili, sadəlik və insana çatdırılma ifa-
dəsi çox vacibdir.
Gündəlik  həyatınızda  komiks  yaradılacaq  və  ya  karikatura  çəkiləcək  kimi 
hadisələrə rast gəlmisinizmi?
Düşünün və izah edin
Karikatura  təkcə  güldürməyi  bacarmır,  həmçinin  publisist  işini  ye-
rinə yetirir, yəni tənqid, ifşa, təşviq edir; o, bədii dəyəri siyasi kəskinliklə, 
 iti ağıllı yenilikçi formanı vətəndaş məqsədyönlülüyü ilə özündə birləşdirir.
Daha kəskin karikaturaları bəzən şarj
4
 adlandırırlar.
4
 Şarj (fransızca charger – “şişirtmək”, “artırmaq”) – karikaturanın bir növü, insanın xa-
rakterik cizgilərinin dəyişdirildiyi və vurğulandığı yumoristik və satirik təsvi ridir. Şarjın 
əsasında portret durur və o, inkişaf edən süjet tələb etmir. Termindən bü tün incəsənət növ-
lərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur.
Bəzən  ilk  baxışdan  elə  gö-
rünür ki, şarj – sadəcə adi şə-
kildir, əslində, ağlasığmaz mə-
harət  və  böyük  təcrübə  tələb 
edir.  İri  plakatda  karikatura 
isə  –  heç  də  tanınmışların 
qulaqları  yekəldilmiş,  ya  da 
gözlərinin düymə boyda çəkil-
miş təsviri deyil. Şarj – rəssamın gördüklərinin vizual müşahidəsidir. Şarjı 
elə çəkmək lazımdır ki, onda təsvir edilən şəxsə qarşı təhqirə çevrilməsin. 
Şarj qəhrəmana istehza etməkdən daha çox onu xoş təbəssümlə işıqlandırır, 
məşhur insanı sadə adamlara yaxınlaşdırır.
Şarjın  yaradılmasında  mühüm  məqam  kompozisiyadır.  Şarj  çəkən 
təcrübəli  rəssam  şəkildəki  qabarıq  məqamı  eləcə  əks  etdirməyə  borclu 
deyil, həm də insanın ümumi psixoloji ovqatını ifadə etməli, onun daxili 
aləmini kağıza köçürməlidir.
Rəngli karandaşlar, fl omasterlər, pastel təbaşirlər, rəngli qələmlər
 
Sərbəst iş üçün tapşırıqlar
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
131
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Müəyyən edin
1.
  Komiks, karikatura və şarjın hansı ümumi və fərqli cəhətləri var?
Yaradıcı fəaliyyət
2.  а) 
Öz gündəlik həyatınıza dair kiçik komiks tərtib edin. 
 
Seçdiyiniz  süjeti  ardıcıllıqla  açan  mətn  qurun.  Onun  personajları 
öz aralarında söhbət edirlər, söhbətin mətni də onların ağızlarından 
çıxan buludun içində yazılır. Oxunan mətn təsvirlə yaxşı uzlaşmalı-
dır. Nəzərə alın ki, yaxşı komiks yaratmaq üçün təkcə maraqlı əhva-
lat yox, həm də maraqlı qrafika üslubu seçmək lazımdır.
 
b) 
“Müasir texnologiyalar uşaqların gözü ilə” mövzusunda karikatu-
ra çəkin. Öz qəhrəmanlarınız üçün xarakterik olan cəhətləri bilərək-
dən qabartmağa və komikləşdirməyə çalışın. 
 1. 
Karikaturanın hansı elementlər vasitəsilə təsvir edildiyini düşü-
nün: insanlar, mənzərə, əşyalar və s. 
 2. 
İlkin eskiz üzərində işlədikcə kompozisiyadakı bütün artıq, gərək-
siz elementləri atmaq və mövzunun daha ifadəli, kəskin və hər kəs 
üçün anlaşıqlı həllini tapmaq lazımdır.
 
c) 
Sevdiyiniz insanın şarjını çəkin. Onun ovqatını, daxili aləmini əks 
etdirməyə çalışın.
3. 
Təsvir edəcəyiniz sözü (yaxud öz adınızı) fikirləşin. Nümunələr üzrə 
istənilən  üslubda  və  qraffiti  texnikasında  yazın.  Şrift  seçin,  ya  da 
onu özünüzdən uydurun. Hərflərin içinin, konturlarının hansı rəng-
də olacağını müəyyən edin. İşə konturlardan, yoxsa boyamadan baş-
layacağınızı düşünün. Nəzərə alın ki, ən sadə üslubda olan işlər iki 
rəngdən ibarət olur. Bir rənglə kontur çəkilir, o birisi ilə boyanılır.

Komikslər nəyi əks etdirir?

Karikaturanın əsas funksiyaları hansılardır? 

Şarjlar nə üçün lazımdır?
Özünüzü yoxlayın
Sənətkar məsləhəti
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
132
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Rəssamın ətrafımızda olan yaradıcılığını yadınıza salın, verilmiş 
əsərlərin hansı sənət növünə aid olduğunu müəyyən edin.
Özünüzü yoxlayın
LAYİHƏ

ƏZİZ DOST!
Dərsliyin səhifələrində təsviri sənətdəki yeni baxış və yeni anlayışlarla tanış oldunuz. 
Siz bu tükənməz aləmi dərk etməyə doğru ilk addımlar atdınız. Bu addımlar – sizin bu 
sənətləri gələcəkdə də dərk etməyinizin təməlidir. 
Bütün  təsviri  sənət  tarixində  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərinin  incəsənəti 
qavramaq üçün ən qəliz dövrlərdən biri hesab olunur. Heç bir əsr bu qədər faciəvi sosial 
sarsıntı, belə dəhşətli dünya müharibələri, bu qədər heyrətləndirici elmi-texniki tərəqqi, 
belə geniş milli-azadlıq hərəkatı görməmişdi. Bütün baş verənlər incəsənətdə dərin və 
ciddi dəyişikliklərə səbəb oldu, onun yeni və orijinal inkişaf yollarını müəyyən etdi. 
Həmin vaxtın bədii situasiyasının nadir olması ondan ibarət idi ki, özündən əvvəlki 
dövrlərdən  fərqli  olaraq,  realizm  ilə,  demək  olar  ki,  eyni  vaxtda,  bəzən  onunla  zidd 
olan  yeni  üslub,  cərəyan  və  istiqamətlər  meydana  çıxır  və  formalaşırdı.  Bir  tərəfdən, 
XX  əsrin  incəsənəti  köhnə  bədii  ənənələrdən  imtina,  keçmişin  klassik  irsini  yenidən, 
yaradıcı  şəkildə  dərk  etmək  cəhdi  kimi,  digər  tərəfdən,  heç  bir  çərçivə  və  şərtiliklə 
məhdudlaşdırılmayan cəsarətli yeniliklər, eksperimentlər kimi qavranılır.
XX əsrdə hər bir rəssam öz üslubunu, öz tərzini yaratmağa, öz dəst-xəttini təs diq-
lə məyə  can  atırdı.  O,  ilk  dəfə  öz  zövqünə  və  şövqünə  yönəlmək  üçün  real  imkan  əldə 
etmişdi. Heç vaxt rəssam öz yaradıcılığında bu qədər sərbəst və azad olmamışdı. 
İncəsənətdə sintez ideyası XX əsrdə çox doğma göründü. O, yeni növlərlə zənginləşdi: 
fotoqrafiya,  kinematoqraf,  televiziya,  video,  kompüter  qrafikası,  dizayn  bu  dövrün 
səciyyəvi əlamətlərinə çevrildi. Realist heykəltəraşlıq və rəngkarlığın əvəzinə kollaj, art-
obyekt, installyasiya gəldi. Rəssamlar əsrlərlə yalnız fırça və boyalarla işləmişdilər, XX 
əsrdə isə kompüter texnologiyalarından bəhrələnməyə başladılar. Bununla yanaşı, tarix 
göstərdi ki, təsvirin heç bir növü özündən əvvəlkini ləğv etmir, əksinə, yalnız rəssamın 
ifadə imkanlarını genişləndirir.
Gələcəkdə  hansı  sahəni  seçəcəyinizdən  asılı  olmayaraq,  incəsənətin  bədii  ifadə 
xüsusiyyətlərini  bilmək  sizin  hər  birinizə  gərəklidir.  Bu  biliklər  tamaşa  və  film 
yaradıcılarının  çatdırmaq  istədiklərini  daha  yaxşı  anlamaq  üçün  tamaşaçı  olaraq  sizə 
lazımdır. Bu biliklər öz video, foto və İnternet ismarıclarının müəllifi kimi sizlərə gərək 
olacaq.  Mədəniyyət  və  incəsənət  insan  fəaliyyətinin  bütün  sahələrində  yaradıcılığın 
təməlidir. 
Təsviri sənətin məktəbdə öyrənilməsi başa çatır, amma bu, sizin sonsuz İNCƏSƏNƏT 
yolunda irəliləyişinizin yalnız başlanğıcıdır.
İncəsənət – sizin əbədi yol yoldaşınız və dostunuzdur!
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə