Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu



Yüklə 30.77 Mb.
Pdf просмотр
səhifə2/11
tarix10.07.2017
ölçüsü30.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

17
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
Pikassonun əsərləri bəzən ağrı və iztirablarla dolu olmaqla yanaşı, həm də bö-
yük ictimai əhəmiyyət daşıyırdı. 1937-ci ilin aprelində alman aviasiyası tərəfi n-
dən İspaniyanın şimalındakı dinc Gernika şəhəri dağıdılmış, neçə min insan zərər 
çəkmiş, təxminən iki min nəfər həlak olmuşdu. Rəssamın bu vəhşiliyi əks etdirən  
MÜHARİBƏDƏN 
SONRAKI DÖVR
(1946–1954)
Həyatsevərlik dolu bu 
rəsmin  çəkildiyi  il  dünya 
müharibəsinin  başa  çat-
dı   ğı zamana təsadüf edir. 
Pa  risin  uzunmuddətli  iş-
ğa   lından sonra Pikas so ye-
ni dən  coş qun  yara dı cı lıq 
dövrü yaşayır.  
SON DÖVR (1954–1973)
Pikasso gələcək ku bizmin təməlini araş dırır. For-
malar  artıq  bölünür  –  səthə  yayı lır.  Pikasso  qismən 
Sezannın, qismən də Luvr da öyrəndiyi – qədim Afrika 
və İberiya incəsənətinin təsiri altında çalışır. 
“Həyatın sevinci”. Pikasso Muzeyi. Antib, Fransa. 1946 
(65 yaşında)
“Qəlyan çəkən zadəgan”.
Şəxsi kolleksiya. 1968 (87 yaşında)
Bilirsinizmi?
“Gernika”. 1937. Ölçüsü: 4x8 m. Kraliça Sofi ya Muzeyi. Madrid, İspaniya
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
18
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ 
Əsərin yaranmasına təkan verən səbəb nədir? Rəssamların yaratdığı 
əsərlərdə onların ətrafında baş verən hadisələrin əks olunması nədən 
xəbər verir?
Düşünün və izah edin
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
25.10.1881–08.04.1973
Malaqa, İspaniya
San-Fernando Zərif Sənətlər Kral Akademiyası 
Beynəlxalq Sülh mükafatı (1950); Beynəlxalq Lenin 
mükafatı (1962)
postimpressionizm, kubizm, sürrealizm; rəngkar, hey-
kəltəraş, qrafi k, teatr rəssamı, keramikaçı və dizayner
portret, natürmort, süjetli əsərlər, mənzərə
“Qatır”  (1898),  “Qəlyan  tutmuş  oğlan”  (1905), 
“Hörmə  stul  ilə  natürmort”  (1912),  “Üç  musiqiçi” 
(1921), “Çimərlikdə yürüyən iki qadın” (1922), “Çıl-
paq  qadın,  yaşıl  yarpaqlar  və  büst”  (1932),  “Dora 
Maarın  portreti”  (1937),  “Bağda  əyləşmiş  qadın” 
(1938), “Aralıq dənizi mənzərəsi” (1952) və s.
Uşaq vaxtı mən Rafael kimi çəkirdim, lakin uşaqlar kimi 
çəkməyi öyrənmək üçün mənə bir ömür gərək oldu.
Pablo Pikasso
(Pablo Picasso)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Pablo Pikassonun yaradıcılığı haqqında sayt
http://www.picasso.fr/; http://www.picasso-pablo.ru/
1949-cu  ildə  Parisdə  Sülh  tərəfdarlarının 
Dünya  Kon qre si nin  plakatında  Pikassonun 
çək diyi  məşhur  “Sülh  göyərçini”  təs vir  olu-
nur.  Bu  göyərçin  bütün  Yer  kürəsini  “dövrə 
vuraraq uçmuş” və bəşəriyyətin rəmzinə çev-
rilmişdir.
“Gernika”sı XX yüzilliyin ən güclü bədii-siyasi əsəri hesab olunur. İstər Pikas-
sodan əvvəl, istərsə də ondan sonra, heç kim müharibə əleyhinə bu qədər qüdrət-
li bədii fi kir bildirməmişdir.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
19
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
Müəyyən edin
1. 
P.Pikassonun yaradıcılıq dövrlərinin əsas xüsusiyətləri hansılardır?
Yaradıcı fəaliyyət
2. 
Ətrafınızda olanları kubizm üslubunda çəkin. 
 
Məsələn:
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
Kubizm öz inkişafında üç mərhələni keçmişdir: Sezann sayağı kubizm (Pol Se-
zannın 1909-cu ilədək olan yaradıcılıq dövrü), analitik və sintetik kubizm (Pab lo 
Pikassonun  yaradıcılığı).
Sezann dövrü üçün iri, bir qədər kobud formalar xarakterikdir. İkinci dövr 
(1909–1912) təsvir olunan əşyanın daha çox xırda detallarla verilməsi ilə fərqlə-
nir. Sintetik dövrün (1913–1914) əsas üsulunu isə kollaj təşkil edir. 
Bu, maraqlıdır
Kubizm cərəyanının rəssamları bilərəkdən rəng palitrasından istifadı-
ni məhdudlaşdırırdılar. Kubizm üslubundakı tablolarda sanki rəng məh-
dudiyyəti  müşahidə  olunur,  çünki  əsərlərin  ton  çalarlarını  əsasən  boz, 
qara və hətta qəhvəyi rənglər təşkil edir. 
Rəngkarlıqda kubizm – sadəcə əşyanın təsviri deyil. Bu, əşyanın dü-
şünərək dağıdılmış və rəssamın şüurunda yenidən yaradılmış təsviridir.
Kubizm üslubu rəngkarlığın inkişafına çox böyük təsir göstərdi, mə-
kanda  faktura  və  həcmin  verilməsi  üsulları  barədə  rəssamların  təsəv-
vürünü dəyişdi. Məhz kubizm digər cərəyanlara yol açdı, tamaşaçılara 
kubizm əsərlərində təsvir edilmiş rəmzləri özlərinin istədikləri kimi yoz-
masına imkanı verdi. 
Beləliklə, demək olar ki, ubizm öz qarşısında təsviri deyil, fəlsəfi vəzifə-
ni qoymuşdu. Aydındır ki, konkret əşyanı real təsvir etmək əşya anlayışı-
nın təsvirindən asandır.
Pikasso  aktiv  yaradıcılıq  fəaliyyəti  illərində  təxminən  80  min  əsər 
yaratmışdır.  Hələ  1970-ci  ildə,  Pikasso  sağ  ikən  Barselonada  Pikasso 
Muzeyi açılmışdı. 1985-ci ildə isə rəssamın varisləri Parisdə Pikasso Mu-
zeyini yaratdılar.
Pikasso  ən  məşhur  sənətkar  olaraq  XX  əsr  təsviri  sənətində  bütün 
ölkələrin rəssamlarına güclü təsir göstərmişdir.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
20
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
Sənətkar məsləhəti
Əvvəlcə vərəqdə çəkəcəyinizi real formada təsvir edin. Sonra çəkdiyiniz 
təsviri müxtəlif həndəsi formalar vasitəsilə hissələrə ayırın.
Bu tapşırığı kompüterdə Microsoft Paint proqramı vasitəsilə də yerinə yetir-
mək olar.
3. 
P.Pikassonun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.

Postimpressionizm kubizmdən nə ilə fərqlənir?

Sezann və Pikassonun kubizm əsərlərində hansı ümumi və fərqli cəhətlər 
  var?
Özünüzü yoxlayın
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
21
VASİLİ KANDİNSKİ:  ABSTRAKT SƏNƏTDƏ 
 
AXTARIŞLAR
Tanış olun
İnsanlar  hələ  qədim  zamanlardan  ətraf  aləmin  gözəlliyini  və  möh-
təşəmliyini təsvir etməyə cəhd göstəriblər. İncəsənətdə hər bir cərəyan 
bu  və  ya  digər  dövrlərdə  yaşayan  insanların  dünyanın  dərki  ilə  bağlı 
müəyyən məqsədlərə çatmasında səy göstərir.
Lakin rəngkarlıqda və heykəltəraşlıqda elə üslublar var ki, onlar kon-
kret obrazı deyil, təsvir edilənləri formasız çatdırmağa səy göstərirlər. 
Belə  incəsənətin  məqsədi  –  təxəyyülün  inkişafıdır.  Bu  cür  yaradıcılıq 
nümunələrini izləyən hər kəs özü üçün orada anlayışlı olanı tapır.
1910–1913-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd, 
formasız  incəsənət  –  abstraksionizm
1
  yarandı.  O,  həmin  dövrədək  təsviri 
sənətdə tətbiq olunan görünməmiş sınaq və təcrübələr nəticəsində meydana 
gəldi. Bir sıra rəssamlar ilham almaq üçün gerçək həyatda heç bir səbəb tapa 
bilmirdi, real əşyalar onları daha maraqlandırmırdı. Hər hansı bir modelin 
bütün incəliklərini rəssamdan daha yaxşı çatdırmağa qabil olan foto sənəti-
nin coşqun inkişafının bu meyildə rolu az olmadı. Beləliklə, fırça ustaları fo-
toşəklin məharətlə öhdəsindən gəldiyi bir sıra vəzifələrdən azad oldular.
Rəssam tablosundakı xət-
lər və rəng parçaları (və  
yaxud  hissələri)  şagird 
rəsmindən  nə  ilə  fərqlə-
nir?  Bu  müəmmalı,  çox-
larının  dərk  etmədiyi  və 
onları  daim  düşünməyə 
məcbur edən rəsmlər nəyi 
bildirir?
Orta əsrlərdən başlayaraq müasir dövrümüzədək təsviri sənətin müx-
təlif janrlarında üslub və texnikalar necə dəyişmişdir?
İncəsənətə dair dialoq
Xatırlayın
5
Şagird rəsmi
V.Kandinski “Dağ”. 
1909. Stadişe Qalere-
yası, Almaniya
1
 Abstraksionizm (abstrakt incəsənət), mücərrəd incəsənət (lat. dilində abstractio) – XX əsr 
təsviri sənətində formalist (rəsmiyyətçi) cərəyan. Rəssamlar təsviri sənətin növlərində 
reallığın təsviri əlamətlərindən ümumiyyətlə imtina etmişlər. Bədii yaradıcılıqdan tama-
milə uzaqlaşan rəssam əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, 
xətlərdən ibarət idi.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Təsviri sənət qalereyası
Rəng parçalarının və sınıq xətlərin birləşməsindən yaranan kompozisiyalar
Abstraksionizm kubizmin əsasında yarandığından onun məntiqi da-
vamı  sayılırdı.  Kubizm  yaradıcı  prosesi  əşyavi  aləmdən  mücərrədliyə 
doğru apardı. Mücərrəd incəsənət dünyanın, həyatın və insan şüurunun 
sirlərini aşkara çıxarırdı. Abstrakt üslubda fəaliyyət göstərən rəssamlar 
öz kompozisiyalarını formal elementlərin – xətt, rəng parçası, formanın 
yayınan xarici görünüşü əsasında qururdular.
Pikasso kubizm prinsiplərini təkmilləşdirərək, zəif də olsa, təsvir ilə 
gerçək  obyektlər  arasındakı  əlaqəni  saxlamış,  tam  mücərrədliyə  gedib 
çatmamışdır. Pikassonun yeniliklərini digər rəssamlar başa çatdırdılar. 
Rəngkarlığın dili rus rəssamı və qrafi ki, abstrakt sənətin banisi və nəzə-
riyyəçilərindən biri olan Vasili Kandinskinin əsərlərində tədricən mücər-
rədləşir, obrazlılığını və formasını itirir.
“Qarışıqlıq”. 1917. Dövlət Tretyakov 
Qalereyası, Moskva
22
“Kəsişən xətt”. 1923. Düsseldorf. Şimali Reyn 
vilayətinin  Rəssamlıq  toplusu  –  Vestfaliya 
(Almaniya)
Kandinski bir çox tabloların yaradıcısı, rəssamlıq barədə bir neçə ki-
tabın müəllifi  və tədqiqatçı-etno qrafdır. Bir zamanlar Mikelancelo hey-
kəltəraşlığa  münasibəti  dəyişdiyi  kimi,  Kandinski  də  rəngkarlıq  barə-
də təsəvvürləri alt-üst etdi. Kandinski abstrakt sənətə impressionizmi 
keçərək gəlmişdi – onun erkən əsərləri bu üslubda çəkilmişdir. 1910-cu 
ildən  başlayaraq  Kan dinski  əsasən  sırf  abstrakt  tablolar  çəkirdi.  Kan-
dinskinin sözlərinə görə, onun bütün abstrakt əsərləri üç qrupa bölünür: 
impressiyaimprovizələr və kompozisiyalar.
Əgər  impressiya  xarici  aləmdən  birbaşa  təəssürat  kimi  doğulursa,  im-
provizə  isə  əksinə,  şüurdan  asılı  olmayaraq,  daxili  təəssüratı  ifadə  edir. 
Nəhayət, kompozisiya – abstrakt rəngkarlığın ali və ən ardıcıl formasıdır. 
Burada gerçəkliklə birbaşa heç bir əlaqə yoxdur, onun yaradılmasında şüur 
iştirak edir. Vasili Kandinski üçün kompozisiya bir anlayış olaraq, istənilən 
yaradıcı fəaliyyətin təməlidir. Rəng parçaları və xətlər hərəkət qüvvəsinin 
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
23
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
“Moskva 1”. 1916. Döv-
lət Tretyakov Qalereyası, 
Moskva
“İmprovizə 30”
(Toplar). 1913
“Kompozisiya  VIII”.  1923.  Solomon 
R.Quq qanheym Muzeyi, Nyu York
cəlbedici ruhunu yaradır. Kandinski öz kompozisiyalarına ad vermir, sadəcə 
nömrələyirdi (on belə əsərdən yeddisi bugünədək qorunub saxlanılmışdır).
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
16.12.1866–13.12.1944
Moskva, Rusiya
Moskva  Dövlət  Universitetinin  Hüquq  fakültəsi 
(1885-1893),  Anton  Aşbenin  özəl  studiyası  (Mün-
hen), Münhen Rəssamlıq Akademiyası (1900)
Moskva Universitetitnin professoru, RBEA-nın vitse- 
prezidenti, Merkuridə bir krater Kandinskinin şərəfi nə 
adlandırılıb
abstraksionizm; rəngkar, qrafi k və təsviri sənət 
nəzəriyyəçisi
mənzərə, süjetli əsərlər
“Qədim şəhər II” (1902), “Göy atı” (1903), “Münhendə 
evlər” (1908), “Oxçu ilə lövhə” (1909), “İki qovaq ağacı 
ilə mənzərə” (1912), “Kompozisiya VII” (1913), “Kön-
dələn xətt” (1923), “Qırmızı geyimli kiçik arzu” (1925), 
“Zərif yüksəliş” (1934), “Fərqli hadisələr” (1941) və s.
İncəsənət daxili gözəlliyi aşkar etmək üçün zahiri gözəl-
likdən də imtina etməlidir. Lakin bu gözəllik hazırlıqsız 
tamaşaçıya eybəcərlik kimi görünə bilər.
Vasili Vasilyeviç Kandinski
(Васи́лий Васи́льевич Канди́нский)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Vasili Kandinskinin yaradıcılığı haqqında sayt
http://www.wassilykandinsky.ru/ http://v-kandinsky.ru/
http://www.kandinsky-art.ru/
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
24
Abstrakt əsərlərin adları yuxarıda haqqında danışılan üç qrupa uyğun 
gəlirmi? Öz cavabınızı əsaslandırın.
Düşünün və izah edin
“Kazaklar” əsəri detallarda
1910. Dövlət Tretyakov Qalereyası, Moskva
Vasili Kandinskinin “Kazaklar” tablosu rəssamın ən yaxşı əsərlərin-
dən sayılır. Təpələrin görüntüsü, üfüq xətti, at çapan kazakların siluet-
ləri tablonun ümumi dinamikası, ayrı-ayrı forma, xətt və rəng parçala-
rın ilə vəhdət təşkil edir. Kompozisiya abstrakt tutumlu  və “Kandinski 
realizmi”nə müvafiqdir. 
Kandinski rəngin məxsusi simvolizmini – rəmz daşıyıcılığını həmişə 
incəliklə duyurdu. Onun bütün əsərlərində rənglər xüsusi rəmzi məna 
daşıyır: ağ rəng dirçəliş, yeni başlanğıc; qara – ölüm, həyatın sönməsi; 
qırmızı – cəsurluq və özünü qurban vermək mənasını bildirir. Onun əsər-
lərində sadəcə rənglər deyil, xətlər də xüsusi rəmzlərə çevrilir.
1.
2.
4.
5.
6.
3.
1. Atəş açan silahlar və ya maneələr. Sol tərəfdəki paralel xətlər qırmızı 
tüstüyə bürünmüş atəş saçan silahlar da, maneələr də ola bilər.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
25
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Kandinski “Amazonka” və “Amazonka dağ-
larda” adlı şüşə üzərində dekora tiv kompozisiya-
lar da yaradıb. Bu kompozisiyalardan biri Azər-
baycan Milli İncəsənət Muzeyində saxlanılır.
Bilirsinizmi?
“Amazonka”. 1911. Şüşə üzərində təsvir, 16x13 sm.
Milli İncəsənət Muzeyi. Bakı, Azərbaycan
Kandinski və digər abstrakt sənətin rəs-
samları öz zəmanələrinin – dəyişikliklər, in-
qi lablar,  elmdə  kəşfl ər,  eksperimentlər  döv-
rünün övladları idilər. Dünyada baş verənlər 
incəsənətə təsirsiz ötüşə bilməzdi. 
Kandinski aydın xətlərin, alabəzək rəng 
par çalarının  dili  ilə  insan  şüuruna  toxun-
madan birbaşa onun qəlbinə təsir göstərmək istəyirdi. O, təsviri sənəti 
daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Bu incəsənət 
insanın fi kirlərini parçalamır, əksinə, onu qeyri-standart fəlsəfi  düşüncə 
obrazına alışdırırdı. 
Abstrakt  sənət  hər  kəs  tərəfi ndən  qavranıla  bilməz.  Bunun  üçün 
müəyyən  hazırlıq  olmalıdır.  Lakin  bunu  incəsənətin  inkişafının  artıq 
başa çatmış axtarışlar, təcrübələr dövrü kimi qəbul etmək və qiymətlən-
dirmək lazımdır. Bədii cərəyan olaraq abstraksionizm müasir memarlıq 
üslubunun, dizaynın, sənaye, tətbiqi və dekorativ sənətin təşəkkülünə 
və inkişafına böyük təsir göstərmişdir.
Tarix  milyonlarla  insan  yaradır,  amma  tarixin  axarını  dəyişməyə 
tək-tək insanların kifayət qədər gücü və istedadı çatır. Vasili Kandinski 
incəsənətin inkişaf tarixində aparıcı şəxsiyyətlərdən biri olmaq üçün ki-
fayət edəcək bu keyfi yyətlərə malik insan idi.
İllər sonra, artıq dahi sənətkar kimi tanınanda, rəssam çox səyahət 
edir, sənət xiridarları və tənqidçilər tərəfi ndən yüksək qiymətləndirilən 
sərgilər nümayiş etdirir. İkinci Dünya müharibəsi başlayan zaman abst-
raksionizm faşistlər tərəfi ndən ümidsizlik sənəti kimi elan edilir.
2. Döyüşən süvarilər. Ağ atların belində döyüşən kazakları qırmızı papaq-
larından, sarı əlcəklərindən və uzun, iti qılınclarından tanımaq mümkündür.
3. Göy qurşağı-körpü. Göy qurşağı əsərin sol tərəfi nin arxa planındakı mə-
kanı sarayın ucaldığı mavi təpə ilə birləşdirir. Göy qurşağı burada körpünün 
rəmzidir.
4. Quşlar. Ziqzaqlar və V-şəkilli xətlər uçan quş dəstəsini təsvir edir.
5. Kazaklar və şiş təpələr. Qırmızı papaqlı üç kazak mavi təpənin fonunda 
təsvir edilib.
6. Təpədəki saray. Alçaq qalanı xatırladan qəsrin cizgiləri bir neçə xətt ilə 
göstərilib.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
26
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş, tuş
 
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1. 
Kandinskinin rəngin psixoloji təsiri haqqında fikrini necə başa dü-
şürsünüz?
 
“Rəng – insan ruhuna bilavasitə təsir edə biləcək vasitədir. Rəng – 
pianonun klavişidir; göz – kiçik çəkicdir; qəlb – çoxsimli royaldır. 
Rəssamın əli məqsədyönlü şəkildə bu və ya digər klaviş vasitəsilə in-
san qəlbini titrədir”.
Yaradıcı fəaliyyət
2. 
“Bizim  küçə  (park,  bulvar)”  mövzusunda  abstrakt  mənzərə  çəkin. 
Xətt, forma və rənglər vasitəsilə abstrakt üslubun əsas xüsusiyyət-
lərini göstərməyə çalışın.
Sənətkar məsləhəti
Abstrakt sənətdə fırçadan əlavə barmaqlar və süngər də rəsmə maraqlı ef-
fekt verir. Abstraksionistlər arasında əl ilə çəkmək dəbdə idi və hesab olunur-
du ki, rəssam fırça ilə yox, qəlbi ilə işləyir. Bu üslubda işləyərkən karandaşla 
ilkin qaralamalar etmək məqbul sayılmır.
Mücərrəd rəsmi necə çəkməli
İncəsənətdə abstraksionizm forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə 
xarakterizə olunur. Abstrakt rəsm vasitəsilə siz məhz özünüzün görə bildiyi-
nizi, ya da, sadəcə, əhvali-ruhiyyənizi nümayiş etdirə bilərsiniz.
Abstrakt rəngkarlıq çoxları üçün sadə görünür, lakin o, klassik rəngkarlıq-
dan  daha  çətin  ola  bilər.  Bu,  abstrakt  sənətin  qayda  və  normalara  riayət 
etməməyindən irəli gəlir. Qaydaları pozmaq və yaxud riayət etmək, abstrakt 
sənətin nə və necə olduğuna dəyəri yalnız özünüz qərar verə bilərsiniz. 
2007-ci ildə Rusiyada rəssamın xatirəsinə ehtiram əlaməti olaraq hər 
il təqdim edilən Kandinski mükafatı təsis edilib. Yaradıcılığı bu və ya 
digər tərzdə müasir incəsənətin inkişafına təsir göstərən rəssamlar bu 
mükafata iddiaçı ola bilərlər.
3. 
V.Kandinskinin yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.

V.Kandinski təsviri sənətin inkişafına hansı töhfəni verib?

Abstrakt incəsənətin meydana gəlməsinə nə təkan verdi?
Özünüzü yoxlayın
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
27
1
 Modernizm (italyanca modernismo – “müasir cərəyan”) – XIX əsrin ikinci yarısı – XX 
yüz illiyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. İmpressio-
nizm, postimpressionizm, kubizm, abstrakt incəsənət daha mühüm modernist meyillər 
idi. Modernizm – klassik ənənələrə yenidən baxışın başlanğıcı kimi hesab olunur.
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA
 
TƏBİƏT FƏLSƏFƏSİ 
Tanış olun
Britaniya heykəltəraşı Henri Mur XX əsrin elə nəhəng sənət ustala-
rındandır ki, onun orijinal və təkrarolunmaz yaradıcılığı müasir insan-
ları həyəcanlandırmaqda davam edir.
  Onun  həm  muzeylərdə  sərgilənən,  həm  də  şəhər  mühitində  ucalan 
heykəlləri bütün dünyada məşhurdur. Henri Mur fəaliyyətə Avropa in-
cəsənətində modernizmin
1
 formalaşdığı bir zamanda başlamışdır. 
Murun əsərlərindəki heyrətamiz bədii bütövlüyün heykəltəraşlıq ta-
rixində  bənzəri  yoxdur.  Formalar  bəzən  dərinlik  və  boşluq  yaradaraq, 
rəvan və ayrılmaz şəkildə bir-biri ilə uzlaşır. Mur heç vaxt aydın forma 
problemləri ilə məşğul olmayıb. Onu təbii formaları xatırladan obrazlar 
maraqlandırırdı: qədim daşlar, dağ mağaraları, insan vücudu və s.
Çox  gənc  yaşlarında  olarkən  dahi  Mikelancelonun  yaradıcılığı  onu 
məftun etmiş və o, heykəltəraş olmağa qərar vermişdir. 20-ci illərin əv-
vəllərində Muru erkən sivilizasiyaların incəsənəti daha çox cəlb edirdi. 
Murun öz üslubu isə zaman keçdikcə formalaşmışdır. O çalışırdı ki, hey-
kəlləri təbiətin özünün yaratdığı kimi təbii və əbədi olsun, sanki onlar 
ucaldığı  yerdə  yüzillərdir  dayanıb,  təbiətin  zərbələri  altında  dəyişilib 
və  cilalanıb. Açıq  məkanlar  üçün  nəzərdə  tutulmuş  əsərlərdə  landşaft 
ilə əlaqə qorunur. Yarıuzanmış fiqurlar torpağın üstündə elə yerləşib ki, 
sanki onlar yerdən çıxıb, abstrakt formalar bir-birinə  qovuşur. 
Heykəltəraş öz əsərlərini açıq məkanlarda yerləşdirərək onları ətraf-
dakı mənzərə ilə qovuşdurmağa səy göstərirdi. 
Monumental  heykəltəraşlıq  dəzgah  heykəltəraşlığı  nümunələrindən 
nə ilə fərqlənir?
Qədim zamanlardan müsair dövrə kimi heykəltəraşların yaratdıqları 
heykəllərin mövzusu nəyə həsr edilirdi?
İncəsənətə dair dialoq
Xatırlayın
6
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
28
“Yarıuzanmış ana körpəsi ilə”. 1983. Texnika: bürünc. Üs lub: 
ab straksionizm
“Kral  və  kraliça”.  1953–1955.  Texnika:  bürünc. 
Üslub: abstrak sio nizm. Midlhem açıq səma altında 
heykəltəraşlıq mu zeyi. Şotlandiya
“Dinc qoyunlar”. 1971–1972. Sürix
“Ailə”.  1948–1949.  Müasir 
İn cəsənət Mu ze yi. Nyu York
Henri Murun heykəlləri orta əsr heykəllərindən nə ilə fərqlənir?
Düşünün və izah edin
Murun  əsərləri  əvvəllər  real  obyektlərə  kifayət  qədər  bənzəsə  də, 
sonralar abstrakt xarakter daşımağa başladı. Heykəltəraş öz kompozi-
siyalarını ağacdan, daşdan, bürüncdən, dəmir-betondan və terrakotadan 
(bişmiş  sarı  və  ya  qırmızı  gil)  yaradırdı.  O,  bir  sıra  əsərlərini  ağac  və 
qurğuşundan düzəltmiş, hissələrini tarım çəkilmiş sim və ya mis məftil-
lə bərkitmişdir.
Təsviri sənət qalereyası
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə