Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu


Salvador Dali yaradıcılığında mövzu rəngarəngliyi



Yüklə 30.77 Mb.
Pdf просмотр
səhifə4/11
tarix10.07.2017
ölçüsü30.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Salvador Dali yaradıcılığında mövzu rəngarəngliyi
“Yaddaşın daimiliyi”. 1931. Vaxt axınının labüdlüyünü ya-
ratmaqda Dali ərimiş pendir tikəsindən ilham alıb. Müasir 
İncəsənət Muzeyi. Nyu York, ABŞ
“Qalateya sferalarla”. 1952. Əsər 
atom  nəzəriyyəsinin  öyrənildiyi 
mər hə lədə çəkilib. Da li Teatr-Mu-
zeyi. Fi qeras, İspaniya
Sürrealizm üslubunda əsərlər həmişə öz qeyri-adi kompozisiyası ilə 
diqqəti cəlb edir və digər rəngkarlıq üslublarından fərqlənir. Rəssamlar 
daha bir cərəyan yaratmaq məqsədi güdmür, onlar dərin düşünürdülər: 
insan şüurunda inqilabi çevriliş etmək, bütün yaradıcı fəaliyyət növlə-
rinə və düşüncə tərzinə təsir göstərmək istəyirdilər. Cəfəngiyat fantas-
tikası, formaların qəribə uyğunluğu və fərqli obrazlar – sürrealizm sənə-
tinin ümumi xüsusiyyətləri sayılır.
Mükəmməl çertyoj çəkməyi bacaran Dali həm də kolorist idi. O, əv-
vəlki dövr sənətkarlarından çox ilham almışdı. Rəssam tamamilə yeni və 
müasir incəsənət üslubu formalaşdırmaq üçün çox qəribə forma və təsvir 
üsullarından  istifadə  edirdi.  Onun  əsərləri  ikili  obrazlardan,  istehzalı 
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
41
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
səhnələrdən, optik illüziyadan, qeyri-adi mənzərə və dərin simvolizmdən 
istifadə ilə seçilir.
Salvador Dalinin yaradıcılığı haqqında sayt
http://www.dali-genius.ru/; http://www.mir-dali.ru/ 
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
11.05.1904–23.01.1989
Fiqeras, İspaniya
San-Fernando Kral Zərif Sənətlər Akademiyası, Madrid
Katolik İzabella Ordeni; İspaniya və Fransa incəsənət aka-
demiyalarının üzvü; kitab, kino ssenariləri müəllifi ; Mer-
kuri planetində bir kraterə Salvador Dalinin adı verilib
kubizm, sürrealizm; rəngkar, qrafi k, heykəltəraş, 
rejissor, dizayner
natürmort, mənzərə, portret, mifologiya, simvolik 
rəngkarlıq
“Zürafə od içində” (1936–1937), “Nərgizin çiçəyə çevril-
məsi” (1936–1937), “Bədheybətlərin yaradılışı” (1937), 
“Atomun parçalanması” (1947), “Məxfi  axşam” (1955), 
“Canlı natürmort” (1956), “Döyüşçü” (1982) və s.
Salvador Dali 
(Salvador Dalí)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Dalinin  yaradıcılığı  za-
manı qabaqlayırdı, onun da-
hiliyi  hələ  sağlığında  qəbul 
edilmişdi. Ustadın toxun-
duğu hər bir şeydən – istər 
foto şə kil,  kinematoqraf, 
ciz gi fi lmi, ədəbiyyat, ya xud 
reklam – şah əsər yaranırdı.
Böyük rəssamın yaradı-
cılığı müasir reklam texno-
logiyalarının inkişafına mühüm təsir göstərmişdi. Maestronun ən məşhur əsəri 
– “Çupa-çups” monpasılarının loqotipindəki çiçəkdir. O, 1969-cu ildən yalnız cüzi 
dəyişikliklərə  məruz  qalaraq  bu  günədək  gəlib  çatmışdır.  Maestronun  reklama 
olan töhfəsi monpası ilə məhdudlaşmır, 1969-cu ildə o, Avroviziyada – Avropa 
mahnı müsabiqəsinin tərtibatında da aktiv iştirak etmişdi.
Bilirsinizmi?
“Çupa-çups”un loqotipi. 1969
“Avroviziya”nın 
loqotipi. 1969
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
42
Elza Skiaparel li-
nin geyimi
“Zamanın gözü” yaxa sancağı
“Rubin dodaqlar” yaxa sancağı
Dalinin yaratdıqları sırasında avanqard moda pərəstişkarlarını hey-
rətə salacaq kolleksiyalar da az deyildir. Salvador Dalinin valeh edici və 
qalmaqallı məşhur sürrealist geyim, aksesuar və zinət əşyaları nümu nə-
lə ri onun öz eskizləri əsasında yaradılırdı.
Salvador Dali sənaye əşyasını canlı təbiət 
obyekti  ilə  birləşdirərək,  aldığı  nəticə  ilə 
insanları valeh edir və heyrətləndirirdi. İlk 
baxışda  anlaşıl maz  və  cəfəngiyat  kimi  gö-
rünən öz dərin daxili mənası ilə insanı mat 
qoyan telefonla iri dəniz xərçənginin birləş-
dirilməsindən sürrealist obyekt əmələ gəlir.
Salvador  Dalinin  rəngkarlıq 
əsərlərindən  başqa,  əl  ilə  ərsəyə 
gətirilən  xeyli  sürrealist  əşyalar 
da var. Onların arasında ən parlaq 
və ən məş huru – dodaq formasında 
olan  divan  1974-cü  ildə  yaradılmış 
sürrealist mebel nümunəsidir.
Salvador  Dali  ətri  1982-ci  ildə 
bilavasitə özünün iştirakı ilə yara-
dılmış, bu silsilədən birinci, amma 
heç  də  yeganə  olmayan  ilk  və  son 
parfümeriya məhsuludur.
Rəssam təxəyyülü müxtəlif yaradıcılıq sahələrində necə əks oluna bilər?
Düşünün və izah edin
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
43
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
Rəssamın daha bir maraqlı əsəri – sürrealistik otaq-
dır.  Buradakı  çəhrayı  rəngli  divan  amerikalı  aktrisa 
Mey  Uestin  dodaqlarının  for masında  çəkilib.  Saçları 
otağın girişini əhatə edən pərdə, gözləri – şəkil, burun 
isə üstündə saat qoyulmuş buxarı kimi yaradılmışdır.
“Mey Uestin üzü”. Sürrealist otaq. 1934–1935 .
İncəsənət İnstitutu, Çikaqo, ABŞ
Bütün planetdə ən nəhəng sürrealizm eksponatların-
dan biri olan və ən çox ziyarətçı qəbul edən ispan muzeyi 
– Dali Teatr-Muzeyi – Salvador Dalinin muzeyidir. Kataloniyada (İspa-
niya), Fiqeras şəhərində yerləşən muzey rəssamın şəxsi layihəsi üzrə ti-
kilmişdir. Onun əsərlərinin ən böyük və rəngarəng kolleksiyası dahi sür-
realistin şəxsi kolleksiyası əsasında yaradılmış bu muzeydə sərgilənir.
Salvador Dalini şəxsi muzeyinin ortasında, işarələnməyən yastı yer da-
şının altında dəfn ediblər. Böyük rəssam insanların onun məzarı üstündə 
sərbəst şəkildə gəzmələri üçün belə dəfn edilməsini vəsiyyət  etmişdi. 
Bu insanın həyatı həqiqətən də parlaq və dahiyanə keçmişdir. Yaradı-
cılığı ilə dünyanın bir çox rəssamlarına təsir göstərmiş Salvador Dalini 
cəsarətlə XX əsr sürrealizminin bənzərsiz və nəhəng dahi sənətkarı ad-
landırmaq olar.
Müəyyən edin
1. 
S.Dalinin dərslikdə verilmiş rəngkarlıq və dizayn əsərlərində oxşar 
və fərqli cəhətlər nədədir?
Rəngli karandaşlar, flomasterlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar

İnsan üçün onun yaradıcılığı nə deməkdir?

S.Dali yaradıcılığının əsas xüsusiyyətləri hansılardır?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2.  a) 
Öz təxəyyülünüzü və yaradıcı düşüncənizi istifadə edərək, sürrealist 
rəsm və yaxud sürrealist obyekt (əşya, mebel, geyim, aksessuar və s.) 
yaratmağa çalışın. Başlanğıc üçün mövzu seçmək yaxşı olardı.
 
b) 
Qəzet, jurnal, rəngli kağız və parçanın kəsilmiş hissələrindən sür-
realist rəsm-kollaj düzəltməyə çalışın.
3. 
S.Dalinin  yaradıcılığı  haqqında  əlavə  məlumat  toplayın  və  təq dim 
edin.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
44
XUAN MİRO:  REALİZMDƏN
 
RƏMZLƏRƏ
Tanış olun
Həyat  və  yaradıcılığı  Barselona  ilə  qırılmaz  bağlı  olan,  sürrealizm 
janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından 
biri də Xuan Mirodur. 
Miro öz yaradıcılığında kimyagər kimi dünyanı universal simvolla-
ra ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını 
yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə –
yaradıcılığın məntiq və dərrakənin təsirindən xilas edilməsi prinsipinə 
sadiq qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifl iyi və həyatsevərliyi 
ilə digər sürrealistlərdən seçilirdi.
Miro Avropa avanqardının klassiki, modernizmin əsl təcəssümü idi, 
lakin Pablo Pikasso kimi, müəyyən bədii istiqamətlərin çərçivəsini aş-
mışdı. Məlumdur ki, modernizmin əksər nümayəndələrinin yaradıcılığı 
Sürrealist üslubun hansı əsas xüsusiyyətləri var?
Xatırlayın
11
Avanqardçı rəssamlar yaradıcılıqda öz üslublarını necə axtarırdılar?
İncəsənətə dair dialoq
“Kişi başı”. 1935. Jorj Pom-
pidu Milli İncəsənət və Mə-
dəniyyət  Mərkəzi.  Paris, 
Fransa
“Mavi  səmadan  odlu  çarxa 
doğru nərdivan”. 1953. Şəxsi 
kolleksiya
“Mavinin  qızılı”.  1967.  Xuan 
Miro Fondu, Barselona. İspani-
ya
Təsviri sənət qalereyası
Xuan Mironun sürrealist əsərlərində rəng kontrastı
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
45
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Miro perspektivin qaydaları ilə kifayət qədər sərbəst davranır, yaxın 
və uzaq planlar arasında fərqi vurğulamır, lokal dolğun rənglərdən, ko-
bud yaxmalardan istifadə edir. Rəngkarlıq və qrafi ka əsərləri ciddi sa-
dəliyi, lakonikliyi və hətta sxematikliyi ilə fərqlənir. Əsərlər daha zərif, 
poetik, müəmmalı olmağa başlayır. Bu əsərlərdəki sadələşdirilmiş hən-
tək bir cərəyan ilə bitmir. Demək olar ki, bütün rəssamlar müxtəlif hərə-
katlarda iştirak edirdi, öz üslub axtarışlarında idilər, buna görə də bu 
və ya digər sənətkarın öz yaradıcılıq potensialını hansı istiqamətdə daha 
dolğun göstərdiyini müəyyən etmək çox zaman çətin olur. 
Xuan Mironun üslub axtarışları
“Həyətin  daxili  görünüşü”.  1914. 
Üslub:  rea lizm.  Xuan  Miro  Fondu. 
Bar se lo na, İspaniya
“Pradesdə kənd”. 1917. Üslub: fovizm. Solomon R.Quq-
gen haym Muzeyi. Nyu York, ABŞ
“Stol. Dovşan ilə natürmort”. 1920. 
Üslub: kubizm. Şəxsi kolleksiya
“Arlekin  karnavalı”.  1924–1925.  Üslub:  sürrealizm. 
Olbrayt-Noks Rəsm Qalereyası, Bufalo. Nyu York, ABŞ
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
46
dəsi  fi qurların  məskunlaşdığı  qəliz  aləm  sürrealizm  üslubunun  inkişa-
fında növbəti mərhələ sayılır. 
Mironun  əsərlərində  qrafi ka  daha  çoxdur  –  nöqtələr,  cizgilər,  qırıq 
xətlər mücərrədlik kimi qavranılır, lakin rəssam özü belə bir interpre-
tasiyanı  inadla  rədd  edirdi. Yaradıcılığın  əsas  xüsusiyyətləri  arasında 
sevinc, gün işığı, sağlamlıq, rəng və ritm var idi.
Kubizmin təəssüratı altında olan Miro Parisdə Pikasso ilə görüşür. 
Miro öz əsərləri üçün Paul Kleedən ilham alır. Rəssam karyerası boyunca 
müxtəlif rənglərə, forma və materiallara maraq göstərir. O, rəngkarlığa 
və sürrealizmə yeni və qeyri-adilik gətirmək istəyir. Odur ki, qum, daş, 
sumbata kağızı, viş və əl altında olan digər materiallar ilə təcrübələrə 
başlayır. Sonralar Miro keramikaya maraq göstərir.
Müdrik f
ikirləri
Mənim üçün maksimal intensivliyə minimal səylərlə çat-
maq vacibdir. Məhz buna görə mənim əsərlərimdə boşluq 
getdikcə daha böyük rol oynayır.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
20.04.1893–25.04.1983
Barselona, İspaniya
La Lonxa Zərif Sənətlər Məktəbi, Modesto Urgelin sin-
fi , Barselonada Fransisko Qali özəl rəssamlıq məktəbi
Quqgenheym mükafatı (1959)
abstraksionizm, sürrealizm; rəngkarlıq, heykəltə-
raşlıq, keramika, qrafi ka
mənzərə, natürmort, portret 
“Fermer” (1913–1914), “Qızılgül ilə natürmort” (1916), 
“Şimal-Cənub”  (1917),  “Ferma”  (1921–1922)  “Analıq” 
(1924), “Holland interyeri” (1928), “Xarakter” (1934), 
“Öküz  döyüşü”  (1945),  “Rəngkarlıq”  (1953),  “Köçəri 
quş” (1970), “Qadın” (1976) və s.
Xuan Miro (Xuan Miro)
(Joan Miró i Ferrà)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Xuan Mironun yaradıcılığı haqqında sayt
http://www.joan-miro.ru/ 
Miro həm də heykəltəraşlıqla maraqlanır və bir daha özünüifadənin yeni 
üfüqlərini kəşf edir. Həcm və materiallar vasitəsilə o, növbəti əsərlərində 
yenilik etmək istədiyi çox sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
47
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Mironun  “Qadın  və  quş”  (1983) 
adlı  heykəltəraşlıq  əsəri  Barselona-
da Xuan Miro parkında ucaldılmış-
dır. Ustadın 22 metr hündürlüyün-
də  olan  əsəri  həm  şlyapalı  qadın, 
həm  də  quş  obrazı  formasındadır. 
Heykəlin  səthi  qırmızı,  sarı,  yaşıl 
və göy (Mironun ən sevimli rəngləri) 
keramika ilə örtülüb. 
Miro  Harvard  Universitetinin  yeməkxanasını  (1960–1961),  Sankt-
Qal lendə  Ali  İqtisadi  Elmlər  Məktəbinin  binasın;  (1964),  Sen-Pol-de-
Vansda Meq Fondunun divarını (1968), Barselonada hava limanını (1970) 
bəzəyən bir sıra monumental keramik pannoların müəllifi dir.
Mironun  rəngkarlıq  və  heykəltəraşlıq  əsərlərini  birləşdirən  ümumi 
cəhətlər hansılardır?
Düşünün və izah edin
1920-ci illərin ortalarında Miro real, tanınan obrazları özünün icad etdiyi giz-
li müəmmalı dilə çevirməyi öyrənir. Çəkilmiş əsər – artıq süjetli kompozisiyadan 
daha  çox  sehrli  düsturdur. Yalnız  insanın  təxəyyülü  kətan  üzərinə  səpələnmiş 
detallardan,  ayrı-ayrı  həndəsi  fi qurlardan,  düz,  sınıq,  qıvrıq  xətlərdən,  ələkeç-
məz alov dillərindən bütöv bir tamlıq yarada bilər. Bu detalların hər birini aç-
maq mümkündür. Sirli işarələr rəssam tərəfi ndən uydurulmamışdır. Miro bunları 
ənənəvi və xalq sənətinin dərindən öyrənilməsi prosesində kəşf etmişdir. 
Bilirsinizmi?
“Şumlanmış tarla”. 1923–1924. S.Quqgenheym 
Muzeyi. Nyu York, ABŞ
“Kataloniya mənzərəsi (Ovçu)”. 1923–1924. 
Müasir İn cə sənət Muzeyi. Nyu York, ABŞ
Miro poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yara-
dıb. 1971-ci ildə isə özünün “Qızıl lələkli kərtənkələ” adlı kitabını nəşr etdirib.
Bu, maraqlıdır
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
48
Miro sürrealizmin ən parlaq nümayəndələrindən biri olmuşdur. Yal-
nız Mironun yaradıcılığında özünəməxsus, xarakterik olan sirr və rəmz-
lərlə dolu fərdi üslub tərzini görmək mümkündür və bu fərdi üslubun 
formalaşmasında məhz sürrealizm həlledici rol oynamışdır.
Sürrealizm  tarixdə  və  incəsənətdə  parlaq  səhifəyə  çevrildi.  Bu  is-
tiqamətin  əsərləri  öz  qeyri-gerçək  aləmi  ilə  tilsimləyir  və  özünə  çəkir. 
Onları  anlamaq  çətindir,  elə  bu  səbəbdən  də  insanları  cəlb  edir.  Xuan 
Miro özünün poetik sürrealizm variantını yaratmağa qadir oldu.
1976-cı ildə Barselonada rəssamın muzeyi – Xuan Miro Fondu – Müa-
sir İncəsənətin Təbliği və Tədrisi Mərkəzi açıldı. Xuan Miro hələ 1968-ci 
ildə, nəhəng fərdi sərgisindən sonra muzey təsis etmək fikrinə düşmüş-
dü. O özünün və müasir incəsənətin digər təmsilçilərinin əsərlərinin sər-
gilənəcəyi yeni bina yaratmaq istəyirdi. Fondun eksponatları çox müxtə-
lifdir və bura həm rəssamın erkən işləri, həm də onun daxili aləminin 
müxtəlif tərəflərini əks etdirən çox məşhur əsərləri daxildir. 
Əsərlərin çoxunu fonda Miro özü bağışlayıb. Kolleksiya 300 rəngkar-
lıq əsəri, 10 min rəsm və 150 heykəldən ibarətdir, burada çox sayda toxu-
culuq və keramika nümunələri sərgilənir. 
Bu gün Mironun adı bəşəriyyətin düşüncəsində kətan üzərində və gil-
də öz təcəssümünü tapmış qeyri-adi rəngli təxəyyül və fikirlər aləmidir.
Müəyyən edin
1. 
X.Miro əsərlərində müəmmalı rəmzləri əks etdirir. Sizcə, bu işa rə lər 
nə deməkdir?
Yaradıcı fəaliyyət
2. 
“İlin fəsilləri” mövzusunda sürrealist və simvolik rəsm çəkin. Real 
obyektləri sirli, həndəsi işarələr və xətlərin köməyi ilə göstərməyə 
çalışın. Öz rəsminizin arxa tərəfində hər rəmzin hansı məna daşıdığı-
nı qeyd edin.
3. 
X.Mironun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim 
edin.
Plastilin və ya gil, rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, 
rəngli qələmlər, quaş, akvarel, rəngli kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar

Sürrealizmin inkişafında J.Miro yaradıcılığının hansı rolu olmuşdur?
Özünüzü yoxlayın
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
49
ALBERTO CAKOMETTİ:  HEYKƏLİN
 
ZƏRİF SİLUETİ
Tanış olun
İsveçrəli heykəltəraş, rəng ustası və qrafi k rəssam Alberto Cakomet-
ti XX əsr təsviri sənətinin ən nəhəng nümayəndələrindən sayılır. O öz 
yaradıcılığında kubizm və sürrealizmin təsirini hiss edirdi. Müəllif öz 
heykəllərinin əksəriyyətini böyük fransız heykəltəraşı Rodenin yaradı-
cılığının təsiri altında yaratmışdır.
Cakomettinin erkən işləri realist tərzdə işlənilib, lakin sonralar o, ku-
bizmin təsiri altına düşür, Afrika incəsənəti, Okeaniyanın arxaik plasti-
kası, qədim Amerika incəsənəti ilə maraqlanır. Çox fərqli istiqamətlərdə 
fəaliyyət göstərən rəssamlar – Pikasso və Matis rəngkarlıq və heykəltə-
raşlıq əsərlərində bu sayaq motivlərdən istifadə ediblər.
Heykəltəraşlığın növ və inkişaf sahələri hansılardır?
Xatırlayın
12
İncəsənət hansı vasitələrlə insana təsir göstərir?
İncəsənətə dair dialoq
“Qaşıq-qadın”. 1926 
“Vücudun fi quru”. 1926
“Cütlük”. 1927
Bir qədər sonra heykəltəraşlar kubizm elementlərini röyalarla dolu 
fantastika və qəzəblə birləşdirirlər. Sürrealizm dövrünün heykəllərində 
formalar mücərrədliyə yaxınlaşaraq sadələşir, həcmlər maddi obyektlə-
rin əlahiddəliyini qazanır. Ətraf aləm, onun qaydaları və məcburən qəbul 
etdirilən şərtiliklərlə barışmayan Cakometti, bu hissləri doğuran emo-
siyaları özündən keçirməklə tam çəkisiz heykəltəraşlıq kompozisiyaları 
yaradırdı, – bunlar üçölçülü reallıqdan daha çox kölgə idi.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
50
Onların məxsusiliyini daha çox vurğulamaqdan ötrü sənətkar bir sıra 
əsərlərini qəfəsə – vizual olaraq onun şedevrlərinin məhkum olduğu və 
əbədi dincəldiyi kiçik məkanda təcrid edən zərif karkas konstruksiyala-
rın içinə salırdı.
“Qəfəs”. 1930
“Sürrealist masa”. 
1933
“Boğazı kəsilmiş qadın”. 1932
“Əl”. 1947
Ölümün dəhşətli tənhalığını əks etdirən 
Cakomettinin “Əl” əsəri heykəltəraşın mü-
haribə zamanı öz gözləri ilə gördüyü qopa-
rılmış insan əlinin əsasında düzəldilib. Bu 
“Əl”  istənilən  adamı  sarsılmağa  məcbur 
edə bilər.
İkinci Dünya müharibəsi illərində Cenevrədə ya-
şamış Cako met ti müharibədən son ra heykəltəraşlıq-
da, port ret rəngkarlığında və qrafi kada yeni, da ha 
hu manist tərzdə işlə mə yə başlayır.
“Yeriyən adam”. 1947
Alberto Cakometti öz heykəltəraşlıq təsvirləri-
nin  xüsusi,  unikal  və  tanınan  tipini  –  uzadılmış, 
kövrək, səthi döyünən, öz ətrafındakı məkanı ov-
sunlayan fi qur tiplərini formalaşdırmışdı. 
Cakometti  təsviri  sənətin  ənənəvi  növlərinin  qavranılmasını  tama-
milə dəyişdi, metal və təmiz səthin emal üsullarını qarışdırdı.
Cakomettinin  təsviri  sənətdə  etdiyi  inqilab  –  heykəllərin  təməlinin 
dəyişdirilməsi  hesab  olunur.  O,  həcmi  sadələşdirdi,  fi qurları  tamamilə 
incəltdi, seyrək konstruksiyalar tətbiq etdi.
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
51
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Müdrik f
ikirləri
Mənim nail ola biləcəyim nə varsa, mənim gördüklərim 
ilə müqayisədə o qədər azdır ki, çox güman, elə bu, süquta 
bərabərdir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
10.10.1901–11.01.1966 
Borqonovo, Stampa, İsveçrə
Parisdə  Qrand  Şomyer  studiyası,  Cenevrə  Zərif  Sə-
nət lər Məktəbi
100 İsveçrə frankı dəyərində əskinasın üstündə təsvir 
edilib.
sürrealizm, ekspressionizm, kubizm, formalizm
heykəltəraşlıq, rəngkarlıq, qrafika
mənzərə, natürmort, portret 
“Baş” (1925),) “Qıvrılmış adamcığaz” (1926), “Qadın” 
(1928),  “Baxan  baş”  (1927-1929),  “Əyləşmiş  qadın” 
(1946),  “İşarə  edən  adam”  (1947),  “Gedən  üç  nəfər” 
(1948), “Yağışa düşmüş adam” (1949), “Tala. Doqquz 
fiqur  ilə  kompozisiya”  (1950),  “Addımlayan  adam” 
(1960) və s.
Alberto Cakometti
(Alberto Giacometti)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
İsveçrənin  pul  əskinasları  üzərində 
rəssam, şair və bəstəkarların portretlərini 
görmək olar. Öz istedadı ilə bütün dünya-
da məşhur olan, İsveçrənin dahi sənətkar-
larından  biri  Alberto  Cakomettinin  por-
terti 100 İsveçrə frankının üzərində təsvir 
olunmuşdur.
Bilirsinizmi?
Cakomettinin yaradıcılığına təsir edən nə olmuşdur?
Düşünün və izah edin
LAYİHƏ

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Alberto Cakometti və onun qardaşı – istedadlı rəssam, 
mebel  dizayneri  və  interyer  layihəçisi  Dieqo  ilə  birlikdə 
xeyli dekorativ heykəllər yaratmışlar. Bu heykəllərin ək-
səriyyətinin  kon struksiyasına  təbiət  və  heyvan  obrazla-
rı  daxildir.  “Dəvəquşu  və  dəvəquşu  yumurtası”  belə  nü-
munələrdən biridir.
Bu, maraqlıdır
Sürixdə  Alberto  Cakometti  Fondu  yaradılmışdır. 
Burada əsas hissəsini fondun təqdim etdiyi, Cakomet-
tinin 60 işindən ibarət kiçik sərgi sənətkarın erkən av-
toportretindən başlayaraq ən son (həyata keçirilməmiş) 
layihəsinədək – Nyu Yorkda Çeyz Manhetten bankı qarşısındakı meydan 
üçün  heykəltəraşlıq  kompozisiyasınadək  onun  bütün  yaradıcılıq  mər-
hələləri əks olunur.
Müəyyən edin
1. 
Alberto Cakomettinin əsərləri hansı mövzulardadır?
Yaradıcı fəaliyyət
2. 
Cakomettinin yaratdığı heykəllərin tərzinə uyğun “İdman növü” və 
ya “İdmançı” mövzusu üzrə insan fiquru yapın.
Plastilin və yaxud gil, karton, məftil
 
Sərbəst iş üçün tapşırıqlar
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə