Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu



Yüklə 30.77 Mb.
Pdf просмотр
səhifə6/11
tarix10.07.2017
ölçüsü30.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

15
“Bacılar”. 1973. Mis, qalvanoplastika
“X.B.Natəvan”. 1960. Tunc
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
68
əzəmətini, onun humanist istiqaməti-
ni  xarakterizə  edən  cə hət lərdir.  Hey-
kəltəraş  yaradıcılıq  konsepsiyasını 
ümumi, bütöv plas tik ifadənin drama-
tik  enerjisi  əsasında  qurur.  Xeyir  və 
şər,  yaratmaq  və  fanilik,  mənəviyyat 
və fəaliyyət – onun əsərlərinin mövzu-
sudur. Bu ifadə forması istər dahi şa-
irlərin, musiqiçilərin və mütəfəkkirlə-
rin monumental heykəllərində, istərsə 
də digər lirik biçimli dəzgah, kamera 
əsərlərində özünü göstərməkdədir. 
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
“Səadət”. Kompozisiya. 1956. Tunc
“S.Bəhlulzadənin məzarüstü abidəsi”. 
1975. Tunc
Lirik  mövzu  Ömər  Eldarovun 
bütün  yaradıcılığını  müşayiət  edir. 
Bun lar  portretlər,  büstlər  və  digər 
formalı  heykəllərdir.  Hər  birinin 
psixoloji ifa də həlli çox güclüdür.
Ömər  Eldarov  Səttar  Bəhlulzadə-
nin portretinə də fəlsəfi-romantik ya-
naşmışdır. Bir model olaraq bu obraz 
yaradıcı  ruhun  təcəssümüdür.  Hey-
kəltəraş  xüsusi  qayğı  ilə,  dəqiq  və 
məhəbbətlə  rəssamın  portretinə  mü-
raciət etmiş, onu iki dəfə ağacdan yon-
muş  və  tuncda  həkk  etmişdir.  Əmir-
canda  qəbirüstü  abidə  kimi  qoyulan 
heykəldə  məkan,  kompozisiya,  dina-
mika, obraz bir-birini tamamlayır.
Ustad  lirik  və  vətənpərvərlik  tu-
tumlu obrazlarının bədii həllində etik 
problemləri önə çəkir. Bu, Hüseyn Ca-
vidə həsr olunmuş heykəl ansamblında 
özünü qabarıq göstərir. Bu əsər – Ca-
vidin pyeslərinin ideyalarının heykəli, 
əyilməz ruhunun isə simvoludur. Hey-
kəltəraş şairi yüksək mənəvi, yaradı-
cı düşüncələrə daldığı anda təsvir et-
mişdir. Əsərin memarlıq-kompozisiya 
həlli bu güclü, mürəkkəb və yaradıcı 
ehtiraslı şəxsiyyətin obrazını açmağa 
yönəlmışdir.
“Dramaturq Hüseyn Cavid”. 1993. Tunc, 
qranit
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
69
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Azərbaycan Rəssamlar İttifaqının üzvü (1953), “Şərəf 
nişanı” ordeni (1959), Azərbaycan SSR-in Əməkdar İn-
cəsənət xadimi (1963), SSRİ Dövlət mükafatı laureatı 
(1980), Azərbaycan Respublikasının Dövlət mükafatı 
laureatı (1982), Azərbaycan Respublikasının Xalq Rəs-
samı  (1982),  “Qırmızı  Əmək  Bayrağı”  ordeni  (1986), 
“İstiqlal” ordeni (1997), Rusiya Federasiyasının “Dos-
toynomu” medalı (2002), Azərbaycan Rəssamlıq Aka-
demiyasının rektoru (2000), “Azərbaycan Milli Elmlər 
Akademiyasının  həqiqi  üzvü  (2001),  “Şərəf”  ordeni 
(2012), “Birlik ulduzları–2014” mükafatı
heykəltəraşlıq
portret, süjetli əsərlər
“Məhəmməd Füzuli” (T.Məmmədovla birlikdə, 1963, 
Bakı), “Sədrəddin Ayni” (1979, Düşənbə), “İbn Sina” 
(1980, Düşənbə), “Heydər Əliyev” (1987, Naxçıvan), 
“İhsan  Doğramacı”  (2001,  Ankara),  “Heydər  Əli-
yev” (2001, Qars), “Üzeyir Hacıbəyov” (1955, Bakı), 
“Səttar Bəhlulzadə” (1975, Bakı), Vaqif Mustafaza-
də (1984, Bakı), “Fikrət Əmirov” (1988, Bakı), “Ni-
yazi”  (1989,  Bakı),  “Ziya  Bünyadov”  (2000,  Bakı), 
“Elegiya”  xatirə  abidəsi  (1989),  “Zərifə  Əliyeva” 
(1995, Bakı) və Azərbaycanın ümummilli lideri Hey-
dər Əliyevin (2004, Bakı) qəbirüstü abidələri və s.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
21.12.1927
Dağıstan, Dərbənd şəhəri. Rusiya
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbinin 
heykəltəraşlıq bölməsi (1941–1944), İ.Y.Repin adına 
Leninqrad  Rəssamlıq,  Heykəltəraşlıq  və  Memarlıq 
Akademiyasının heykəltəraşlıq fakültəsi
Ömər Həsən oğlu Eldarov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Sənətkarın dəfələrlə fərdi sərgiləri keçirilmişdir, yaratdığı heykəllər dün-
yanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Onun ilk işlərindən – dip-
lom qorelyefindən tutmuş axırıncı əsərlərinə qədər bir parlaq, sabit yaradıcılıq 
xətti var ki, bu da yaşadılmış aləmin gözəlliyini romantik tutumda görməkdir
gözəlliyi xeyirxahlıq və məhəbbətdə axtarmaqdır, etik keyfiyyətlərə  üstünlük 
verməkdir. Ustadın heykəltəraşlıq irsi – onun əsərlərinin mahiyyəti, bütöv bir 
orqanizmin hissəsidir ki, bunun adı bənzərsiz Ömər Eldarov yaradıcılığıdır.
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
70
ÖMƏR ELDAROV: GÖZƏLLİK VƏ HARMONİYA
Müəyyən edin
1. 
Ö.Eldarovun əsərlərinin oxşar və fərqli cəhətləri nədir?
Yaradıcı fəaliyyət
2. 
Plastilin və yaxud gildən hərəkətdə olan əsgər fiquru yapın.
3. 
Ö.Eldarovun  yaradıcılığı  haqqında  əlavə  məlumat  toplayın  və  təq-
dim edin.
Plastilin, yaxud gil, kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar

Ö.Eldarovun Azərbaycan heykəltəraşlığına verdiyi töhfə və yeniliklər 
  nədən ibarətdir?
Özünüzü yoxlayın
Sənətkarın ən yadda qalan əsərlərindən biri də “Zamanın dörd rəngi”dir. 
Müəllif burada son dərəcə fəlsəfi və etik problemləri həll edir. Burada həll 
olunan məkan-plastik vəzifəsi yeni və çox mürəkkəbdir. Rəssam müxtəlif 
çalarlı  dörd  qoz  ağacını  müxtəlif  yaşlı  qadınların  yaşına  müvafiq  pozada 
yonmuşdur. Qızın, gənc qadının, yaşlı və qoca qadının hərəkətləri ilin fəsil-
lərinə uyğundur. Burada eyni zamanda ağacın plastikasının  musiqisi barə-
də dərhal informasiya alırıq, fiqurları nəzərdən keçirdikdə isə plastikanın 
gözəlliyi, onun məkanla vəhdəti təəssüratlarımızı daha da zənginləşdirir. 
“Zamanın dörd rəngi”. 1975. Qoz ağacı
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
71
Rəngkarlıq əsərinin məzmunu dedikdə nə başa düşülür?
TAHİR SALAHOV:  NEFT
 
MÖVZUSU
Tanış olun
Mövzu üzrə rəsm əsərləri geniş anlayış olduğu üçün bu kateqoriyaya ta-
rixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən 
aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi  baxışlar təsvir 
olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir. 
Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli (tematik) tablo – ümumi mövzu və ya təsvir 
obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Müasir dövrümüzün məşhur azərbaycanlı rəssamlarından biri, ən çox 
süjetli əsərlər yaradan Tahir Salahovdur. 
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı 
şəhəri – neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft 
hasilatı  ilə  sıx  bağlıdır.  Bu  mövzu  hər  zaman  rəssamları  cəlb  edib.  O, 
dəfələrlə  kətan  üzərində  Bakı  neftçisinin  obrazını  yaratmışdır.  Rəssa-
mın V.İ.Surikov adına institutda müdafi ə etdiyi “Növbədən qayıdanlar” 
adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademi-
yasının kolleksiyasında saxlanılan sənət əsərində addımlayan gənc fəh-
lələr təsvir olunmuşdur. Kompozisiya əsası T.Salahov tərəfi ndən qoyul-
muş “Sərt üslub”da işlənmişdir. 
T.Salahovun əsərləri təkcə sənət xiridarlarının deyil, sadə insanların da 
diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsil həqiqətləri üzə 
Süjetli əsərlərin janr müxtəlifl iyinin (bölgüsünün) hər biri haqqında 
danışın.
İncəsənətə dair dialoq
Xatırlayın
16
Süjetli əsərlər
Mifoloji janr
Batal janrı
Tarixi janr
Məişət janrı
Animalistika
Rəsm əsərlərində verilmiş mövzular nədən bəhs edə bilər?
Düşünün və izah edin
1
 Tematik (rusca тема – mövzu) janr – süjetli əsərlərin müxtəlifl iyidir. Buraya tarixi, 
məişət, batal, animalistik, mifoloji və digərləri daxildir. 
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
72
TAHİR SALAHOV: NEFT MÖVZUSU
“Təmirçilər”. 1960
Təsviri sənət qalereyası
“Növbədən qayıdanlar”. 1957
Tahir  Salahovun  “Təmirçilər”,  “Q.Qarayevin 
portreti”  və  “Səhər  eşelonu”  kimi  əsərləri  hələ 
1962-ci  il  Venesiya  biennalesində
2
  böyük  maraq 
doğurub. Onun ən məşhur əsərləri arasında “Xəzər 
üzərində” (1961), “Xəzərdə sübh çağı” (1986) və bu 
kimi sənət incilərini xüsusi qeyd etmək lazımdır. 
 “Abşeron qadınları”. 1967
çıxarır, incəsənət vasitələrinə maraq yaradır. T.Salahovun neftçiləri mifi k – 
qüvvətli qəhrəmanlar, monolit qayalar kimi təsvir edilib. Neft mözvusunda 
əsərlərini yaratmamışdan qabaq rəssam uzun müddət bu sadə neftçilərlə ya-
şamış, onlarla birlikdə buruq platformasına getmişdir. Əsərlərindəki obrazlar 
konkret fəhlələr təşkil edirlər, rəssam onlarla tanış olmuş və dostlaşmışdır. 
“Xəzərdə səhər”. 1986
2
 Biennale – hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcı müsabiqə.
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
73
TAHİR SALAHOV: NEFT MÖVZUSU
T.Salahovun “Abşeron qadınları” əsəri ana və bacıların dənizdə olan 
öz  fəhlə  oğullarına,  qardaşlarına  görə  keçirdiyi  həyəcanı  ifadə  edir. 
Onun qənaətincə “Neftçi ailəsi daim gözləyir, daim narahatdır, axı onla-
rın əməyi əsl qəhrəmanlıqdır”.
T.Salahovun  neftçilərinin  sərt  görünüşləri  əmək  adamlarının  məğ-
zini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı ifadə edir. Rəssam 
üçün xırda bir detalın da böyük mənası var. Estakada, platforma və üzü 
küləyə gedən fəhlələrin təsvirində buna tez-tez rast gəlmək olar.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
29.11.1928
Bakı, Azərbaycan
Ə.Əzimzadə  adına  Bakı  Rəssamlıq  məktəbi  (1945–
1950), V.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sə-
naye  Məktəbi  (1950–1951),  V.İ.Surikov  adına  Mos-
kva Döv lət İncəsənət İnstitutu (1951–1957)
Əməkdar  İncəsənət  Xadimi  (1962),  Xalq  Rəssamı 
(1963),  Lenin  ordeni,  “Oktyabr  İnqilabı”  ordeni, 
“Xalq lar Dostluğu” ordeni, “Qırmızı Əmək Bayrağı” 
ordeni (SSRİ) (1971), “İstiqlal” ordeni, “Heydər Əli-
yev” ordeni (2008), Sosialist Əməyi Qəhrəmanı, SSRİ 
Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, 
I dərəcəli Fəxri Legion ordeni (Fransa, 2015)
rəngkarlıq, qrafika
portret, natürmort, mənzərə, süjetli əsərlər
“Neft  daşlarında”  (1955),  “Çənlər”  (1959),  “Bəstəkar 
Qara  Qarayevin  por t reti”  (1960),  “Bəşəriyyət  naminə” 
(1961),  “Böyük  kanal.  Venesiya”  (1962),  “Şirvanşahlar 
sarayı” (1966), “Rəsul Rzanın portreti” (1971), “Narda-
ran  kəndi”  (1974–1975),  “Qırmızı  bibər  ilə  natürmort” 
(1977),  “Günəşli  səhər”  (1980),  “Roma”  (2000),  “Qreko 
qəhvəxanası. Roma” (2002), “Köhnə şəhərdə kafe. Cenev-
rə” (2005) və s.
Tahir Teymur oğlu Salahov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Rəssamı doğma torpaq və Xəzərlə bağlı olan hər şey maraqlandırır. 
Təsadüfi  deyil  ki,  rəssamın  yaradıcılıq  emalatxanası  kiçik  Nardaran 
qəsəbəsində,  natürmort  və  mənzərə  rəsmlərini  çəkdiyi  dəniz  sahilində 
yerləşir: onların hamısında Xəzərin enerjisi hiss olunur. 
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
74
TAHİR SALAHOV: NEFT MÖVZUSU
Tahir Salahov dünya mədəniyyətinin tanınmış simasıdır. Təsviri sənətə 
ehtiramla yanaşılan bütün ölkələrdə onun bu sənətə verdiyi töhfə yüksək 
qiymətləndirilir. T.Salahovun istedadı günəşsöz və iradə qədər güclüdür. 
Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş və gələcək deyil, onların 
arasında əlaqə yaradan andır, bugündür. Ona görə də T.Salahovun rəsm-
ləri müasirlik-gənclik enerjisi və yüksək sənətkarlıqla çəkilib. Rəssamın 
əsərlərində bir maraqlı cəhət var: onlar insana ümid verir. Görkəmli rəssa-
mın müdrikliyi də məhz bundadır. O, gəncliyə həsəd aparmadan, qocalıq-
dan qorxmadan həyata sevgi ilə çalışmağa üstünlük verir. 
“Atəşpərəstlərin 
məbədi”. 2007
“Xəzər bu gün”. 2007
“Qız qalası”. 2007
Müəyyən edin
1. 
T.Salahovun verilmiş əsərlərində hansı kolorit müşahidə olunur?
Yaradıcı fəaliyyət
2. 
Neft və neftçilər mövzusunda süjetli rəsm çəkin.
3. 
T.Salahovun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdi-
mat hazırlayın.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, akvarel və ya quaş
 
Sərbəst iş üçün tapşırıqlar

T.Salahovun yaradıcılığında daha hansı mövzular əsas yer tutur?
Özünüzü yoxlayın
Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir və 2007-ci ildə 
çəkilmiş  daha  bir  nəhəng  əsəri  –  “Ənənələr  və  müasirlik  –  Odlar  yur-
du” adlı 6 metrlik triptixi neft mövzusunun kulminasiyası kimi baxılır. 
Bu əsər Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bu 
günədək olan tarixidir.
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
75
Heykəltəraşlığın başlıca mövzusu nəyə həsr edilir?
FAZİL NƏCƏFOV:  İNSAN OBRAZINDA
 
FORMA AXTARIŞLARI
Tanış olun
Müasir  Azərbaycan  heykəltəraşlığının  ən  parlaq  nümayəndələrindən 
biri olan Fazil Nəcəfov Bakı şəhərinin abidələrlə zəngin simasını əsas eti-
barilə müəyyən edən görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun tələbə-
si olmuşdur. Mövzu və janr müxtəlifl iyi, plastik formaların incə duyumu, 
mövzunun  mahiyyətinə  uyğun  müasir  formalar,  təsir  və  özünüifadə  va-
sitələrinin  axtarılması  Fazil  Nəcəfovun  yaradıcılığının  ilk  illərindən  eti-
barən hiss olunmağa başlayır. 
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində Bakıda həmfi kir rəs-
samlardan ibarət müəyyən mühit formalaşmışdı. Onlar özlərini tamamilə 
bədii eksperimentlərə, fərdi sənət dilinin inkişafına həsr etmişdilər. Onla-
rın yaradıcılıq enerjisinin əsas cazibə mərkəzini məzmunla yanaşı, müxtəlif 
bədii ifadələrin məcmusu kimi çıxış edən forma təşkil etməyə başlayır.
Monumentallıq,  yığcam  həcmlilik,  dəqiq  və  inamlı  kompozisiya  həlli 
sənətkarın əsərlərinin səciyyəvi cəhətlərindəndir. Yaradıcılığında bədii təxəy-
yüldən doğan sərbəst, cəsarətli formalara əl atdığını, orijinal ideyalara malik 
olduğunu, daim yeni obrazlar axtardığını ətrafdakılar da müşahidə edirdi.
Heykəltəraşlıqda mövzu, material və forma seçimi nədən asılıdır?
İncəsənətə dair dialoq
Xatırlayın
17
Təsviri sənət qalereyası
“Neftçi”. 1963. Gips
“Balıqçı”. 1980. Ağ daş
“Əks-səda dövrü”. 1979. Bürünc
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
76
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
Ustad yaratdığı büstlərdə modelin xırda təfərrüatlarına varmayaraq, 
insan hislərini qabartmağa üstünlük verir. Onun heykəllərində insan ta-
leyi və həyəcanı öz plastik həllini tapmışdır. O, uzun və asan olmayan 
tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obraz-
ları yaratmaqla insansevərliyini, hisslərini xəlqiləşdirirdi. 
“Neftçi” əsərində möhkəm vücudlu və qüvvətli Bakı neftçisinin sər-
bəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin həyat eşqi ilə dolu 
olan siması tamaşaçını cəlb edir.
F.Nəcəfovun  1970–1980-ci  illərdə  ərsəyə  gətirdiyi  istənilən  əsərdə 
faciəli gizli məna, emosional coşqunluq bu və ya digər şəkildə özünü bü-
ruzə verirdi. F.Nəcəfovun sonrakı fəaliyyəti üçün olduqca əhəmiyyətli 
olan ikinci plastik gediş bir-birinə sıxılmış insan motividir. Bütün bun-
ları “Köhnə Bakı motivləri” adlı böyük silsilədə, habelə öz lakonizmi və 
faciəli ruhu ilə heyran edən  “Dövrü əks-sədası” kompozisiyasında gör-
mək mümkündür. Oxşar, bir-birinə bənzəyən insan fiqurları sanki kub 
formalı həcmin içinə yerləşdirilib. Sərt baxışlı, diz çökmüş halda olan bu 
fiqurlar sankı susacaqlarına dair söz vermişlər. 
Açıq-aşkar siyasi mənası olan bu iş heykəltəraşın yaradıcılığı üçün 
əlamətdar oldu. Belə ki, burada rəssamın gələcək dəst-xətti üçün səciy-
yəvi olan plastik motivlər ilk dəfə ifadə olunmuşdur. 
İncəsənətin bir növünün ifadəçisi kimi və daima insan obrazı ilə bağlı 
olan Fazil Nəcəfov heykəltəraşlığı daha çox onun ruhunu, daxili aləmini 
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
16.02.1935
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbi (1950-1955), 
V.İ.Surikov  adına  Moskva  Dövlət  İncəsənət  İnstitutu 
(1955-1961)
Xalq Rəssamı (2002)
heykəltəraşlıq, qrafika
portret
“Gənc qız” (1961), “Rayanın portreti” (1961), “İki nəfər” 
(1973), “Korlar” (1979), “Səhər” (1982), “Yatmış qoca” 
(1985), “Dua edən qadın” (1985), “Dəvə” (1980), “Həyat 
düsturu” (1988), “Min yaşlı adam” (1994) və s.
Fazil Nəcəfov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
77
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
Fazil Nəcəfovun əsərlərində monumentallıq, bütövlük, həcm yığcam-
lığı, plastiklik, sərbəst fi krin ifadəsi öz əksini tapır. O, həmçinin əla rəsm 
çəkməyi bacarır. Bu mənada F.Nəcəfovun yaradıcılığının başqa bir önəmli 
cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.
Rəsm təsviri sənətin əsasını təşkil edir. Bu mənada Fazil Nəcəfovun 
qrafi k rəsmləri, demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir.
O, yaradıcılıq axtarışları aparır, yaradacağı heykəl kompozisiyasının 
tamaşaçıda  oyada  biləcəyi  təəssüratları  əvvəlcədən  yoxlamağa  çalışır-
dı. Onun kömür, tuş, sangina, adi karandaşla işlədiyi rəsmləri portret, 
mənzərə,  natürmort,  animalistik  janrlara  ayırmaq  və  hər  birinin  ay-
rı-ayrılıqda təhlil etmək mümkündür. İnsan portretləri çəkərkən bəzən 
səbirsizcəsinə əsas diqqəti təsvir olunan insanın zahiri bənzərliyinə, xa-
rakterinin  açılmasına  yönəldir.  Qalın  enerjili  xətlər,  kömürlə  işlənmiş 
parçalar simanın müəyyən yerlərində yerləşərək, bəzən tündləşir, yaxud 
da getdikcə nazik qata çevrilərək işıq-kölgə əmələ gətirməklə ikiölçülü 
təsvir müstəvisində üçölçülü məkan təəssüratı yaradır.
göstərir.  İnsan  bədəninin  plastikası  dünyanın,  onun  yazılmış  və  yazıl-
mamış qanunlarının dərk edilməsində sənətkar üçün ən mühüm vasitəyə 
çevrilir. O, insan obrazları vasitəsilə öz daxili aləmini ifadə edir. 
F.Nəcəfov həyata daim yaradıcı münasibət bəsləyir. Dövrünün qlobal 
problemlərinə, mütərəqqi bəşəriyyəti düşündürən məsələlərə ayıq nəzər-
lərlə  yanaşaraq,  onu  əhatələyən  varlığın  mahiyyətini  açıqlamağa  nail 
olur.  Bəzən  heç  kəsin  fi kir  vermədiyi  adi,  əhəmiyyətsiz  görünən  kiçik 
elementlər onun təbiətdən götürdüyü, çox vaxt təbii formasını saxlama-
ğa çalışdığı daş parçalarında ustalıqla elə bir mənaya çevrilir ki, tamaşa-
çı sənətkar istedadının qüdrəti qarşısında heyran qalmaya bilmir. Buna 
görə də onun əsərləri zamanın tələbləri ilə səsləşməklə yanaşı, həm də 
gələcəyə hesablanmış tutumdadırlar.
“Həyatın mərtəbələri”. 
1988. Bürünc
“Fortuna”. “Zamanın 
oyunları” əsərindən 
fraqment. Bürünc
“Üç müdrik”. 2000. Baş
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
78
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
F.Nəcəfovun qrafi k rəsmləri
İstifadə etdiyi heykəltəraşlıq materiallarının xassələrinə yaxşı bələd 
olan heykəltəraş onların hər biri ilə fərdi istifadə qaydalarını da bilir. 
Bu isə ona plastik formaları intellektual görünüşdə təqdim etməyə, məz-
munca  fərqlənən,  xırda  təfərrüatlardan  uzaq,  lakin  sənətkar  fi krinin 
əsas ideya daşıyıcısı olan əsərlər yaratmağa imkan verir. 
Müxtəlif  materiallarla  –  daş,  mərmər,  bürünc  və  qranitlə  işləyən 
heykəltəraş daima onların təsir imkanlarının əhatəli ifadəsinə can atır. 
Materialın ölçüsü, fakturası və rəngindən asılı olaraq, obrazlar öz xa-
rakterini dəyişir.
Heyvanat  aləmini  dərin-
dən müşahidəsi əsasında hey-
kəltəraş həm də bacarıqlı ani-
malist  kimi  çıxış  edir.  Onun 
rəsmlərinin  plastik  ifadəli-
yini,  xətlərin  sərbəst,  lakin 
məntiqli düzümünü tanınmış 
italyan  heykəltəraşı  Cakomo 
Mansunun rəsmləri ilə müqa-
yisə etmək mümkündür.
“Bayquş”. 1970-ci 
il lər. Mərmər
Bəstəkar Qara Qarayevin abidəsi. 
2014. Mərmər, qranit
“Pişik”. 2010. Bürünc
Son illər Fazil Nəcəfov özünü bütünlüklə 
iri layi hə yə – XX əsrin böyük bəstəka rı Qara 
Qarayevin  abidəsi  üzərində  işə  həsr  etmişdi. 
Nəhəng qırmızı qranit parçası abidənin əsası-
nı təşkil edir. Abidənin ön hissəsi tamaşaçıya 
tərəf şaquli şəkildə çevrilmiş royal qapağı for-
masındadır.  Onun  fonunda  qorelyef  –  bəstə-
karın “qanadlanmış” fi quru həkk olunub. 
Bilirsinizmi?
LAYİHƏ

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
79
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
“Zamanın oyunları”. 2008. Tunc
F.Nəcəfovun  son  illərə  aid  əsərlərindən 
biri “Zamanın oyunları” adlanır. Bu, plastik 
rəmzlər, portret və müdrik sözlərdən ibarət 
geniş, əhatəli fəlsəfi proqramdır. Əsərdə mas-
ka – qədim əsgərin cəng arabasında yerləşdi-
rilmiş məşum dəbilqəsi Apokalipsisin obrazı 
kimi göstərilib. Burada konkret tarixi ünvan 
yoxdur.  İnsanlar  bütün  dövrlərdə  hakimiy-
yət  və  pul  hərisi  olmuş,  bütün  bunları  mü-
haribələr, başqalarının qanı və canı hesabına 
əldə etmişlər. Tarixdə bir çox böyük insanın 
adı  var  və  rəssam  göz  yuvaları  boş  olan  bu 
dəbilqədə  onların  bəzilərini  təcəssüm  etdir-
mişdir  –  Ramzes,  Makedoniyalı  İsgəndər, 
Neron...
Bu, maraqlıdır
F.Nəcəfovun əsərlərindəki fəlsəfi baxışlar nədən irəli gəlir?
Düşünün və izah edin
Hərtərəfli inkişaf etmiş, kamil və fərdi yaradıcılıq uslubuna, bənzər-
siz heykəllərə, özünəməxsus rəsmlərə malik olan, sənətdə tamamilə yeni 
yaradıcılıq yolu ilə gedən heykəltəraş Fazil Nəcəfovun yaradıcılığı döv-
lətimizin diqqət mərkəzindən kənarda qalmamış, yaradıcılığına yüksək 
səviyyədə qiymət verilmişdir.
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə