Dərslik Bakı 2016 layiHƏ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün "Təsviri incəsənət" fənn kurikulu



Yüklə 30.77 Mb.
Pdf просмотр
səhifə8/11
tarix10.07.2017
ölçüsü30.77 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

RƏSSAM VƏ SƏHNƏ. Teatr rəssamının işi rəngkarın və ya qrafikin 
işindən fərqlənir. Onlardan fərqli olaraq, teatr rəssamı kətan və ya kağız 
səthi ilə işləmir, o, tamaşanın yarandığı səhnə boşluğunda çalışır. Bu, 
bədii yaradıcılığın xüsusi növü – teatr-dekorasiya sənəti, yaxud sseno-
qrafiya  (səhnəqrafiya),  teatr  rəssamının  özü  isə  ssenoqrafdır.  Teatral 
vasitələrlə real dünya obrazının yaradılması rəssam-ssenoqrafın əsas və-
Mehriban Əfəndi. “Gecənin sirləri”
Qara Qarayev. “Yeddi gözəl” baletindən fraq-
ment. Azərbaycan Dövlət Akade mik Opera və 
Balet Teatrının balet truppasının ifası
Hansı Azərbaycan rəssamları teatr üçün dekorasiya və geyim eskizlə-
ri hazırlayıblar?
İncəsənətə dair dialoq
Xatırlayın
21
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
95
RƏSSAM VƏ TEATR SƏNƏTİ
zifəsidir. Ssenoqrafın yaradıcılığı dizayn, memarlıq, rəngkarlıq, texno-
logiyalar, ən başlıcası, kompozisiya bilikləri tələb edir. Teatr rəssamı bir 
çox yaradıcı və peşə vəzifələrini – geyim və qrimi yaratmalı, əsərdə baş 
verən hadisələri səhnədə təcəssüm etdirməli, işığın haradan düşəcəyini 
və necə olacağını müəyyənləşdirməyi, həll etməyi bacarmalıdır.
Teatrda səhnələrin müxtəlif üslubularda tərtibatı
Azərbaycan  teatr-dekor  sənəti  zən-
gin tarixə malik dir. Teatr ilə rəssamlıq 
sənətini birləşdirən bu klassik incəsənət 
sahəsi  milli  mədəniyyətimizin  mühüm 
qaynaqlarından birini təşkil edir. 
Milli  teatr-dekor  sənətinin  təməl 
daşlarını  Əlibəy  Hüseynzadə,  Əzim 
Əzim zadə, Bəhruz Kəngərli qoymuşlar. 
1920-30-cu  illərdə  Rüstəm  Mustafa-
yev,  Qəzənfər  Xalıqov,  Nüsrət  Fətul-
layev, Sa dıq Şərifzadə,Bədurə Əfqanlı, 
İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi 
rol  oynamışlar.
Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm Mustafayev, Nüsrət Fətullayev, 
Əyyub Fətəliyev, həmçinin korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl Ab-
dullayev, Toğrul Nərimanbəyov və başqaları inkişaf etdirmişlər. Bu gün Nazim 
Bəykişiyev, Tahir Tahirov kimi sənətdə öz sözünü demiş rəssamlarımız səhnə-
qrafiya sahəsində çalışırlar. 
Bu, maraqlıdır
Yaradıcılığında öz qanunlarını yeridən rəngkar-rəssamdan fərqli ola-
raq, ssenoqraf teatrın, hər şeydən əvvəl, rejissorun təklif etdiyi qayda-
larla oynamalıdır. 
Bu, o demək deyil ki, rəngkar ilə müqayisədə ssenoqrafın yaradıcılıq 
azadlığı məhduddur. Hər incəsənət sahəsinin öz çərçivəsi var.
Səhnədəki aləmə bu və ya digər predmetlər daxil ola bilər, amma o, bizi 
əhatə edən gerçəkliklə eyni olmayacaq. Səhnə aləmi şərti və obrazlıdır.
Teatrda müxtəlif profil rəssamlar: quruluşçu rəssam, rəssam-texno-
loq, işıq üzrə rəssam, geyim üzrə rəssam işləyir.
Tahir  Salahovun  bəstəkar  Fikrət  Əmirovun 
“1001 gecə” baletinə verdiyi dekorasiya eskizi
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
96
RƏSSAM VƏ TEATR SƏNƏTİ
RƏSSAM VƏ GEYİM. Rəssamın geyim üzərində işi eskizdən başlayır, 
personajın obrazlı səciyyəsi artıq eskizdə dəqiqləşdirilməlidir. Geyimin 
eskizləri tamaşanın səhnəqrafiyası ilə eyni üslubda cızılır. Hər persona-
jın geyimi tamaşanın bütün aktyorları üçün geyimlərin üslub vahidliyi 
nəzərə alınaraq yaradılır. 
Rəssamın düşündüyü geyim yalnız aktyorun oyunu zamanı məna da-
şıyır. Aktyorun həmin geyimlərdə necə davranması, hərəkət etməsi, ge-
yimin zahiri və daxili baxımdan yaddaqalan obrazın yaradılmasında ona 
necə kömək etməsi – rəssamın işinin uğurlu alındığına sübutdur.
R Ə S S A M – A K T Y O R –
QRİM.  Əgər  səhnədə  dekorasi-
yalar qurulub, işıqlar gur yanır, 
musiqi  səslənir,  amma  aktyor 
yoxdursa, deməli tamaşa da yox-
dur.  Aktyor  –  teatr  sənətinin 
təməlidir, onun sayəsində pyesin 
mətni və dekorasiyalar canlanır, 
rejissor və rəssamın düşüncələri 
öz təcəssümünü tapır. Aktyorun 
öz qəhrəmanına çevrilməsi – teatr sənətinin məğzidir.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı dövrlərdə səhnəqrafiya ilk 
addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyə-
tini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdir-
məyə çalışırdılar.
Səhnədə  baş  verənlərin  doğurduğu  bədii  təəssürat  bizdə,  əsasən, 
aktyorun  sayəsində  yaranır.  Aktyorluq  sənəti  rəsmdən  daha  çox  hey-
kələ yaxındır. Aktyorlar – öz forma və məğzini davamlı dəyişən “canlı 
heykəllər”dir. Heykəlin obrazlı ifadəsi və səhnə hərəkəti eynidir, çünki 
insan vücudunun plastikasının eyni dilində danışırlar. Aktyor, rəssam 
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
97
RƏSSAM VƏ TEATR SƏNƏTİ
kimi, öz plastikasının canlı və dinamik heykəl forması ilə tamaşanın gö-
rünən simasını yaradır.
Aktyor teatrda öz qəhrəmanının maskası arxasında gizlənir. O, daha 
çox personajı təmsil edir, onun xarakter və davranışını təsvir edir, nəin-
ki onun həyatı ilə yaşayır. Oyun maskasının yaranmasında zahiri ifadə 
vasitələri – qrim və plastika, diksiya və geyimin xüsusiyyətləri böyük 
rol oynayır. Qəhrəmanın zahiri siması – onun daxili aləminin və xarak-
terinin əksidir. 
Qrimçi  rəssam  qrimi  düşünüb-daşınır,  parik  və  taxma  saç  axtarır, 
saç düzümü yaradır, bığ-saqqal yapışdırır. Rəssam qrim etməklə aktyora 
qəhrəman obrazı verir. 
Jest – heykəltəraşlıqda və səhnədə ifadənin dili 
Zakir Əhmədov.
“Nəvələr”
Kompüterin köməyi ilə qrim nümunələri və digər zahirən başqalaş-
ma vasitələri yaratmaq çox faydalı və maraqlıdır. Rəssam fotonu əsas 
götürərək, aktyor ilə birlikdə personajın simasını xeyli variantda model-
ləşdirə bilər.
Elə bir insan var ki, onsuz teatr sənəti mövcud deyil, o – tamaşaçıdır. 
Bəs tamaşaçı tamaşa barədə məlumatı haradan alır? Bunun üçün tamaşanın 
reklamı, onun yaradıcıları ilə müsahibələr hazırlanır və s. Yenə də burada 
rəssamın afi şa, proqram, buklet və s. yaradan dizayner kimi iştirakı tələb 
olunur. 
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
98
RƏSSAM VƏ TEATR SƏNƏTİ
Teatr plakatı və afişası sənəti qrafik dizayn sahəsinə aiddir. Lakin ənənə-
vi olaraq, bu həm də tamaşanın istər səhnədə, istərsə də plakatda – bütün 
obraz həlli üçün məsul olan quruluşçu rəssamın fəaliyyət sferasına daxildir. 
Tamaşanın  plakatda  obrazı,  onun  qabarıq  ifadəsi  tamaşaçını   aktyorların 
adlarından heç də az cəlb etmir.
Teatr cəmiyyətdə və sizin həyatınızda hansı rolu oynayır?
Düşünün və izah edin
Biz hər şəhərdə tamaşa salonu, işıqlı foyesi, pərdələrinin arxasındakı sirli 
məkanda rəngbərəng işıq şüalarının qaranlıqdan çıxan aktyorların üzünü işıq-
landırdığı səhnəsi olan gözəl teatr binasının olmasına alışmışıq. 
Lakin heç də həmişə belə olmayıb. Hələ iki yüz il əvvəl tamaşa salonu elek-
trik  işığı  ilə  deyil,  şamla  işıqlandırılırdı.  Ondan  daha  əvvəllər  isə  tamaşalar 
gündüz, açıq səma altında oynanılırdı. Amma o zaman tamaşalar da başqa idi, 
teatr binasının memarlığından danışmağa da dəyməzdi, müvafiq olaraq teatrda 
rəssamın rolunun əhəmiyyəti də fərqli idi.
Bilirsinizmi?
Hər təsvir – heç də sənət əsəri deyil. Onu əsərə çevirən fırça, ya da 
fotoaparat yox, rəssamın istedadıdır. Bu istedad hər hansı bir dərəcədə 
sizin hər birinizdə var. 
İncəsənət – təkcə təsvir etmək qabiliyyəti deyil, həm də gözəlliyi gör-
mək, onu hiss etmək və ondan zövq almaq qabiliyyətidir. 
Siz teatr sənəti ilə tanış olarkən istənilən fəaliyyət sferasında yaradı-
cı insan olmağınıza kömək edəcək təcrübə və bilik əldə edirsiniz.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
99
RƏSSAM VƏ TEATR SƏNƏTİ
Müəyyən edin
1. 
“Teatr  sənəti  və  rəssam”  mövzusunda  tədris-araşdırma  işini  (fərdi 
və yaxud kollektiv) yerinə yetirin. Rəssam və aktyor yaradıcılığının 
qarşılıqlı əlaqəsini, həmçinin cəmiyyətdə teatrın rolunun dəyişməsi-
ni açıqlayın.
Yaradıcı fəaliyyət
2. 
Bütün siniflə birlikdə məktəbdə yaddaqalan tamaşa göstərməyə və öz 
dostlarınızı dəvət etməyə çalışın. Bunun üçün mövzunu seçmək və 
onun əsasında “Teatr və rəssam” layihəsini araşdırmaq lazımdır. 
 
Sinifdə “Quruluşçu rəssam”, “Qrimçi rəssam”, “Geyim üzrə rəssam” 
və  “Aktyorlar”  adlı  yaradıcı  qruplar  yaradın.  Dərslikdəki  mətnin 
əsasında hər bir rəssamın fəaliyyəti ilə tanış olacaq və müvafq ola-
raq da təklif edilən tapşırıqları yerinə yetirəcəksiniz. Bədii əsərdən 
xoşunuza gələn bir fraqmenti seçin və onun əsasında öz şəxsi ssena-
rinizi tərtib edin.
 
“Quruluşçu rəssam”: üç-dörd əşyadan: stol, stul, kətil və i. ibarət tamaşa yeri 
yaradın. Eyni əşyalardan müxtəlif məkanlar – hazırlanan tamaşanın eski-
zi və maketi yaradıla bilər. Dekorasiya elementləri: dəzgahlar, arakəsmələr, 
nərdivanlar, yastıqlar və s. məktəb tamaşasında istifadə edilə bilər. Səhnənin 
tərtibatı – tamaşanın fonu, afişa, proqram, buklet və s. hazırlanması.
 
“Qrimçi rəssam”: tamaşada iştirak edən hər obraz üçün qrim düşünmək. 
Aktyorların üzünü rəngin, yapışqanlı plastik və tükün, parikin, saç düzü-
münün və s. köməyi ilə dəyişmək. Qrimin xarakteri yazılı mətnin bədii xüsu-
siyyətlərindən, aktyorun yozumundan, rejissor konsepsiyasından və tama-
şanın tərtibat üslubundan asılıdır. Hazırlanan tamaşanın personajlarının 
qrim və saç düzümü variantlarını (kompüterdə də olar) yaratmaq.
 
“Geyim  üzrə  rəssam”:  səhnə  geyiminin  xüsusiyyətləri  nəzərə  alınmaqla 
personajların geyim eskizlərini yaratmaq. Tamaşanın geyim və səhnəqrafi-
yasının vahid üslubuna nail olmaq işin uğur meyarı sayılır. Geyimləri ka-
ğızdan,  parçadan,  yaxud  artıq  əl  altında  olan  kostyum  materiallarından 
hazırlamaq olar.
 
“Aktyorlar”: ssenari və rollar ilə tanış olun, obraza girin və öz “rolunuzu” 
yerinə yetirin.
3. 
“Teatr  və  rəssam”  layihəsi  çərçivəsində  rejissor,  aktyorlar  və  rəs-
samların işinin nəticəsinin teatrlaşdırılmış sərgi formasında təqdi-
matını keçirin.
3
 
Teatrda rəssamın əsas vəzifələri nədən ibarətdir? 
3
 
Səhnəqrafiyanın rəngkarlıqdan əsas fərqi nədir?
Özünüzü yoxlayın
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
100
Müasir cərəyanların meydana çıxmasına nə səbəb oldu?
RƏSM ƏSƏRİNDƏN FOTOŞƏKLƏDƏK
Tanış olun
Uzun  yüzilliklər 
boyu rəs samlar onla rı 
əhatə  edən  gerçəkliyi 
daha  dəqiq  təsvir  et-
mə k  üzərində  çalışıb-
lar. Onlar təsviri uzun 
və üzücü zəhmət tələb 
etmədən al maq üsulu-
nu tapmağa səy göstə-
rirdilər.
Rəssamlar anı sax-
lamağın  üsullarını  ax-
tarırdılar,  in cəsənətin 
tamamilə  yeni  is ti qa-
mə ti  olan  fotoşəklin 
kəş fi  ötüb  keçənləri 
əbə diləşdirməyi  müm-
künləşdirdi.  “Fotoşə-
kil”  anlayışı  “işığın 
kö məyi  ilə  rəsm”  de-
məkdir,  çünki  əvvəlcə 
o, rəsmə kömək etmək 
üçün icad edilmişdi.
Fotoqrafiya  öz  təs-
vir  xüsusiyyətlərini 
və müs təqilliyini dər-
hal  dərk  etməmişdi. 
Rəssamlar real təsvirdən abstraksionizmə nə üçün keçdilər?
İncəsənətə dair dialoq
Xatırlayın
22
XVIII əsrin əvvəllərində rəngkarlıq
XIX əsrin fotoşəkli
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
101
RƏSM ƏSƏRİNDƏN FOTOŞƏKLƏDƏK
Fotoqrafiyanın tarixini öyrənərkən onun rəngkarlıq əsərlərinə oxşarlı-
ğından öz ifadə dilinin axtarışına doğru addımlarını görmək olar. İfadə 
vasitələrinin və texniki üsulların əxz edilməsi, rəngkarlıq fakturasının 
imitasiyası,  rəngkarlığın  təcrübəsinə  dayaqlanmaq,  görünən  dünyanın 
naturalistcəsinə surətini çıxarmaqdan qaçmaq cəhdi – bütün bunlar fo-
toşəkillərin  “yağlı  boya  rəngkarlığı  sayaq”,  “karandaş  və  ya  kömürlə 
rəsm”, “qravürə bənzər” və i. yaradıldığı dövr – fotoqrafiyanın inkişa-
fının erkən mərhələsini səciyyələndirir.
Həyatdakı konkret hadisələrin onların görünən əşyaların simasında 
canlandırılmasına əsaslanan sənət qrupu təsviri sənət adlanır. Heykəltə-
raşlıq,  rəngkarlıq,  qrafika  bunlara  aiddir.  Fotoqrafiya  təsviri  sənətin 
daxilində inkişaf edirdi. Bizim günlərdə bədii fotoqrafiya
1
 da bu qrupa 
daxil etmək məqbul sayılır.
Həm  rəngkarlıq,  həm  də  fotoqrafiya  obrazlar  və  vizual  rəmzlər  ya-
ratmalı  olan  vizual  incəsənətin  formalarıdır. Vizual  incəsənətin  bütün 
məlum formaları arasında fotoqrafiyanın rəngkarlığa təsiri hamısından 
güclü olub. Yalnız çox az rəssam bu təsirdən uzaqlaşmağa bacarıb.
Görünən bənzərlik, obraza oxşatma və gerçəklik – bu, incəsənət növ-
lərinin xarakterik cəhətidir. Bədii fotoqrafiya sənədli təmələ əsaslanaraq 
(konkret hadisənin şəkli) rakursun, kompozisiyanın, fototexnikanın xü-
susiyyətlərinin emosional-məna tətbiqi seçiminin həyata keçirdiyi obraz 
səciyyəsinədək yüksəlir. Fotoqrafiyanın sayəsində tarixin təşəkkül və in-
kişaf yolunu izləmək olar.
1
 Bədii fotoqrafiya (yunan dilində phos – “işıq”, grapho – “yazıram” deməkdir) – gerçək-
liyin ikiölçülü müstəvidə bədii qavrayışının işıq, rəng (tonallıq, kolorit), format, kom-
pozisiya, plan, çəkilişin rakursu kimi təsviri-ifadə vasitələri ilə fotoşəkil texnikasının 
köməyi ilə həyata keçirilir.
Qədim Bakı. Qız qalası
Milli geyimli qızlar
Xurşidbanu Natəvan uşaqları ilə
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
102
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
Fotoqrafiyanın rəngkarlığa təsiri XIX əsrin ikinci yarısında da hiss 
edilməyə başladı. Rəssamların əksəriyyəti təsvirin kətanda proyeksiya-
sını almaq üçün obskur
2
 kamerasından istifadə edirdi.
Leonardo da Vinçi, Velaskes, Karavacсo və bir çox başqa rəssamlar öz 
əsərləri üzərində çalışarkən linzalardan, güzgülərdən, həmçinin bir çox 
başqa optik cihazlardan istifadə etmişlər.
Fotoqrafiya təkcə təsviri sənət üçün deyil, həm də bütün təsviri mə-
dəniyyət üçün həyat əhəmiyyətli ünsürə çevrildi. 1859-cu ildə Parisdə 
ənənəvi incəsənət sərgisində yeni incəsənət növü kimi fotoqrafiyaya ilk 
dəfə  yer  ayrıldı. Artıq  1863-cü  ildə  Fransa  fotoqrafiyanı  rəsmi  olaraq 
yeni incəsənət forması kimi tanıdı.
Fotoaparat – karandaş və ya fırça kimi bir vasitədir. Heç bir foto in-
sanın iştirakı olmadan hazırlana bilməz. Onun çəkiliş prosesində iştirakı 
nə qədər çox yaradıcı xarakter daşıyırsa, fotoşəkil incəsənət prosesinə 
bir o qədər çox yaxınlaşır. 
Rəngkarlıq  ilə  fotoqrafiya  arasında  oxşarlıq  kifayət  qədər  çoxdur.  Hər 
şeydən əvvəl, rəngkarlıq və fotoqrafiya konkret məqamı qeydə almağı və onu 
düzgün çatdırmağı bacarır. Rəsmdəki kimi, fotoşəkildə də rəssamın, yaxud 
fotoqrafın öz fikrini çatdırdığı yaradıcı insanın təxəyyülü əsas rol oynayır.
2
 Obskur kámerası (latın dilində camera obscūra – “qaranlıq otaq” deməkdir) – obyektlə-
rin optik təsvirini almağa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq şüaları dəli-
yin içindən keçərkən ekranda çevrilmiş təsvir yaradır. 
Obskur kamerasında o zamanlar işin görüntüsü və ötən illərin aparatları 
Müasir fotosərgi
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
103
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
İmpressionistlərin  incəsənət  aləmini  necə  güclü  sarsıtdıqları  bizim 
hamımıza məlumdur. Belə hesab edilir ki, impressionizm öz populyarlı-
ğına görə daha çox məhz fotoqrafiyaya borcludur.
İlk rəssamlar təbiətdə etdikləri qaralama cızgilərdən istifadə edərək 
studiyada çalışdıqları halda, impressionistlər bunun əksini edir, kətanı, 
boyaları götürüb təbiətin qoynuna çıxır və həmin məqamda gördükləri-
ni naturadan birbaşa kətana köçürürdülər. Onlar işıq duyumundakı incə 
dəyişiklikləri  qeydə  alaraq,  ötəri  işıq  effektini  tutmağa  cəhd  göstərir-
dilər.
XX əsr boyunca fotoqrafiya təsviri sənət kimi ingilisdilli sənət aləmi, 
həmçinin qalereyalar tərəfindən qəbul edildi.
Fotoqrafiya – müasir incəsənətin doğulmasına gətirib çıxaran yeni təs-
vir üsuludur. Fotoqrafiya impressionizm, simvolizm, abstraksionizm, ku-
bizm, sürrealizm, konstruktivizm və d. istiqamətlər kimi, dövrün qrafika 
və rəngkarlığı ilə yaxınlaşmağa cəhd edirdi. Belə bir effektə nail olmaqdan 
ötrü fotoqraflar xüsusi çəkiliş və çap texnikasından istifadə edirdilər.
Abstrakt fotoqrafiya tanınan nəyinsə təsvir edilməsi ideyasını rədd 
edərək, bunun əvəzində obrazın özünü və onun yaranma prosesini obyekt 
kimi götürməyə üstünlük verirdi. Abstrakt incəsənət cərəyanı rəngkar-
lıqdan  fotoqrafiyayadək,  demək  olar  ki,  bütün  təsviri  sənət  növlərini 
əhatə etmişdi.
“Mulen de la Qalettdə bal”. 1876.
Pyer Ogüst Renuar
Gəmidə bal. Foto
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
104
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
Sürrealist  fotoqrafiya,  elə  sürrealist  rəngkarlıq  kimi,  obyektlərin 
qəribə  yığıntısı  ilə  doludur.  Müəlliflər  belə  işlərdə  reallıqdan  üz  dön-
dərərək, fantaziya və yuxugörmələrə müraciət edərək, onlardan götür-
dükləri rəmzləri bədii obrazlara köçürürlər.
Portret  fotoçəkilişi  foto-
qrafiyanın  yaranması  ilə  eyni 
vaxtda  doğulub.  Foto  sənəti-
nin  rəngkarlıq  və  qrafikanın 
birbaşa  təsiri  altında  baş  tu-
tan  təşəkkülü  məhz  portret 
janrında baş verir. 
İstənilən  yerdə:  studiya-
da,  parkda…  insanın  fotoşək-
lini  çəkmək  olar.  Lakin  hər 
fotoşəkil portret fotosu hesab 
edilmir. Məhz bir nəfərə və bir qrup insana daha çox diqqət yetirildiyi 
foto portret fotosu hesab edilir. Çox zaman arxa fon “yuyulur” ki, tama-
şaçının diqqəti portretdən yayınmasın. Və belə bir şəkli fəxrlə çap edib 
foto-albomda yerləşdirmək, ya da çərçivəyə salmaq olar.
Fotoəks təsvirinin alınmasının və çoxaldılmasının fotoqrafik prosesinin kəş-
fi Fransa ixtiraçısı, rəssam J.Daggerə və ingilis alimi fizik V.Talbota məxsusdur.
Bilirsinizmi?
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
105
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
1984-cü ildə əfqan qaçqınları düşərgəsindəki portret 
fotosu çəkilişi sayəsində fotojurnalist Stiv MakKarrinin 
fotolarından  biri  “National  Geographic”  jurnalının  üz 
qabığında dərc edildi və dərhal əfqan xalqının müstəqil-
lik  uğrunda  mübarizəsinin  rəmzinə  çevrildi.  ABŞ  Milli 
Coğrafiya Cəmiyyətinin fərziyyəsinə görə, o, 100 ən yaxşı 
fotodan  biri  sayılır.  2005-ci  ildə  “Afghan  Girl”  (“Əfqan 
qızı”) əks olunmuş üz qabığı “Son 40 ilin ən yaxşı jurnal 
üz qabığı” onluğuna daxil oldu. Bu fotonu bəzən Leonardo 
da Vinçinin fırçasından çıxmış Mona Lizanın portreti ilə 
müqayisə edir və “əfqan Mona Lizası” adlandırırlar.
Bu, maraqlıdır
Fotoqrafiyanı rəngkarlıqdan ayıran təsvir və obraz xüsusiyyətləri han-
sılardır?
Düşünün və izah edin
Yaradıcı, peşəkar fotoqrafın əlində ötəri kadr şedevrə çevrilir. Alışdı-
ğımız adilikdə anı yaxalamaqdan ötrü uşaq müşahidəçiliyini və tədqiqatçı 
marağını, psixoloq səbrini və fəlsəfi fikrin uçuşunu qovuşdurmaq lazımdır.
Yaxşı foto gerçəkliyin fotoqrafın dərin duyumu ilə artan ələkeçiril-
məz məqamlarını əks etdirir. Bu cür kadr xeyli hiss, düşüncə və emosiya 
doğurur. Yaxşı fotoşəkil – dəfələrlə açılmaq istənilən sirdir.
Fotoqrafiya rəngkarlığı utilitar funksiyadan – hələ İntibah dövründə 
rəngkarlığın ən mühüm vəzifələrindən sayılan faktın təsviri fiksasiya-
sından xilas etdi. Demək olar ki, fotoqrafiya bununla rəngkarlığın inki-
şafına kömək etdi, onun təkrarsız xüsusiyyətlərinin tam aşkarlanmasına 
təkan verdi. Amma fotoqrafiya özü də təsviri sənətin çoxəsrlik inkişa-
fından çox şey əxz edib. Rakurs və perspektivin qurulması, tamaşaçının 
fotonu həcmli məkanın səthdə təsviri kimi “oxumaq” bacarığı – bütün 
bunlar fotoqrafiyaya rəngkarlıqdan miras qalmış mədəni irsdir. 
Aclıq çəkən oğlan və missioner
Ümid sonda ölür
LAYİHƏ

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
106
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
Hazırda foto sənəti cəmiyyətin bədii mədəniyyətinin tərkib hissəsi-
dir. O, təkcə dünyanın estetik öyrənilmə vasitəsi deyil, həm də cəmiyyə-
tin mənəvi və ictimai həyatında nəzərəçarpacaq rol oynayır.
Müəyyən edin
1.  a) 
Mətndən  və  ya  digər  mənbədən  təbiət  obrazı  (mənzərə),  insan 
(portret) rəsmi və fotoşəkilləri seçin. Müqayisəli təhlil aparın: onla-
rın hansı ümumi və fərqli cəhətləri var? Tapşırıq referat formasında 
və ya şifahi, seçilmiş illüstrativ material (jurnal və qəzetlərdən, ya 
da  İnternetdən  götürülüb,  mövzunun  məğzini  açan)  əlavə  edilərək 
sonradan təqdim edib, kollektiv müzakirəyə çıxarmaq şərtilə yerinə 
yetirilir. 
 
b) 
həmin  fotolarda  bədii  ifadə 
vasitələrini təhlil edin.
Yaradıcı fəaliyyət
2.  a) 
Siniflə birlikdə yaradıcı çəkiliş layihəsini yerinə yetirin. Siz işi çə-
kiliş aparatı və ya fotoçəkilişlə birlikdə nümayiş etdirməlisiniz. Bu 
gün, demək olar ki, istənilən rəqəmli qurğuda kamera quraşdırılır. 
Biz özümüz də dostlarımızla daha çox telefon, hətta planşet vasitəsilə 
şəkil çəkdiririk. Bütün bunlar fotoçəkiliş prosesini yüngülləşdirir, 
bu işlə, demək olar ki, istənilən vaxt məşğul olmaq olar. Unutmayın 
ki, ötəri kadr sizin əlinizdə şedevrə çevrilə və gerçəkliyin ələkeçməz 
məqamlarını əks etdirə bilər. 
 
Qruplara bölünün. Fotoçəkiliş sinifdə, məktəbdə, məktəbin həyətində 
və ya ekskursiyada (predmetlər, obyektlər, ağaclar, binalar, adamlar) 
aparıla bilər. Obyekt və çəkiliş nöqtəsini şüurlu olaraq seçmək qabiliy-
yətinizi göstərin. Öz sinif yoldaşlarınızla fikir mübadiləsi edin.
Каталог: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə