Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə271/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   267   268   269   270   271   272   273   274   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Borçalı torpağında 
yaşayan azərbaycanlılara Gürcüstan 
hökumətinin münasibətinin yaxşılaşmasında mühüm rol oynadı. 
1997-
ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respubli- 
kalan arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 
GUAM 
adlı təşkilat yaradıldı. 
Azərbaycan Respublikasının xarici siyasət xəttində 
Türkiyə ilə 
münasibətlərdə 
keyfiyyətcə yeni mərhələ 1993-cü ilin yayından başladı. Bizə 
bu dost və qardaş ölkə Ermənistanı təcavüzkar bir dövlət kimi tanıyaraq Dağlıq 
Qarabağ məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycamn 
düzgün mövqeyini nəzərə alaraq ədalətli şəkildə həll edilməyincə, Ermənistanla 
heç bir əlaqə saxlamayacağmı açıq şəkildə bütün dünyaya bəyan etmişdir. 
Türkiyə Respublikası 
bölgədə və dünyada 
Azərbaycanın ən etibarlı siyasi 
müttəfiqi 
və 
bərabərhüquqlu iqtisadi tərəfdaşı 
kimi çıxış edir. 
2001-ci il iyulun 23-də Xəzər dənizinin İran İslam Respublikası 
tərəfindən hələ də mübahisəli sayılan sularında Azərbaycan gəmilərinə 
İran 
təyyarələrinin hücum cəhdini 
qəti etirazla qarşılayan 
Ankara hökuməti 
açıq 
şəkildə bütün dünyaya bildirdi ki, 
hansı dövlət Azərbaycana qarşı müdaxilə 
və ya qəsd etmək niyyətinə düşsə, qarşısında Türkiyəni görəcəkdir.
Avropanın qabaqcıl və nüfuzlu dövlətləri ilə sabit və bərabərhüquqlu 
əməkdaşlıq münasibətləri quran Azərbaycan Respublikası 
Avro - Atlantika 
məkanına 
inteqrasiya proseslərində də fəal iştirak etməyə başladı. 1994-cü il 
mayın 4-də Azərbaycan NATO-nun Avropada və dünyada sülhün və əmin - 
amanlığm bərqərar olunmasına xidmət edən 
"Sülh Naminə Tərəfdaşlıq 
Proqramına" 
qoşuldu. Bundan sonra NATO ilə sıx əməkdaşlıq yolu tutan 
Azərbaycan Respublikasının hərbi qüvvələri bu təşkilatın 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin