409. İnvestisiya qoyuluşunu genişləndirmək məqsədilə 1985-ci ildə Avropa investisiya Bankı yaradılmışdır. Avropa Birliyinin maliyyə qurumu kimi onun Nizamnaməsi Avropa İttifaqı haqqında Müqavilənin tərkib hissəsidir. Bakıda həll edilən məsələlər Şuranın qərarlarına əsasən müəyyən olunur. İnteqrasiya Bankının fəaliyyəti Birliyin üzv-dövlətlərinin investisiyalarının maliyyələşməsin, kapital bazarı üzrə əməliyyatların həyata keçirilməsini və daxili resuslardan istifadə sahələrini əhatə edir. Bank ehtiyacı olan dövlətlərə borc verir, daha zəif iqtisadi layihələri maliyyələşdirir, üzv-dövlətlərin maraqlandığı layihələrin reallaşmasına kömək edir. İnkişafda olan dövlətlərə eləcə də mərkəzi və Şərqi Avropa dövlətlərinə borc verir. Bank növbəti istiqamətlərdə fəaliyyət göstərir:
- dövlətlərə, o cümlədən, sənaye kənd təsərrüfatı, ekologiya, energetika, xidmət və s. sahələrin xüsusi təsərrüfat subyektlərinə kredit verir;
- Avropa Komissiyasının rəhbərliyi altında fəaliyyət göstərən fondların investisiya proqramlarını maliyyələşdirir;
- layihələrin hazırlanmasına və qiymətləndirilməsinə kömək etməklə yanaşı, layihələrin texniki-iqtisadi əsaslandırılmasını təmin edir və onların İttifaqın fəaliyyət və prinsiplərinə, eləcə də, ətraf mühitin tələblərinə uyğunluğunu yoxlayır.
410. Avropa İttifaqında ümumi sosial siyasət olduqca vacib əhəmiyyətə malikdir. Sosial siyasətin məqsədləri Müqavilənin 1-ci maddəsində öz əksini tapmışdır. Xüsusən də, məşğulluğun, yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə, iş verənlərlə işçilər arasında əməkdaşlığın təmin edilməsi, insan resuslarının inkişaf etdirilməsinə əhəmiyyətli yer verir.
411. Avropa inteqrasiya prosesinin inkişafında növbəti mərhələ 2001-ci il Nitsa müqaviləsinə təsadüf edir. Bu aktda göstərilən bəzi müddəalar yeni üzvlüklə bağlı Avropa İttifaqı orqanları arasında münasibətləri daha da təkminləşdirir. Birliyin əsasında duran prinsipləri həyata keçirmək üçün Şuranın qəbul etdiyi qərarların effektliyinin artırılması, Avropa parlamentinin mövqeyinin gücləndirilməsi, Avropa Birliyi Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi və Məhkəmənin yeni statutunun qəbul edilməsi, Şura tərəfindən bəzi qərarların qəbul edilmə qaydalarının (yekdilliklə qəbuletmə mexanizminin, səs çoxluğuna) dəyişdirilməsi təmin edilməlidir.
Nitsa Müqaviləsi Roma, Maastrix və Amsterdam Müqaviləsinin məntiqi davamlı olaraq Avropa İttifaqında qanunvericilik islahatlarını (səs çoxluğu ilə qərarların qəbul edilməsi, qərarların qəbul edilməsi zamanı əsas prinsip və prosedurlarda dəyişikliyin edilməsi, veto hüququnun yalnız 35 qanunvericilik aktı sahəsində tətbiqinə qədər məhdudlaşdırmanı) nəzərdə tutur.
Nitsa Konfransında Avropa İttifaqının gömrük sferasında yeni vəzifələr müəyyən edilib. Avropa Parlamentinin və Şuranın qərarı ilə gömrük orqanları qarşısında:
hüquq tətbiqetmə praktikasının harmonizasiyası;
birgə təcrübənin hazırlanması;
Avropa İttifaqının görük sərhədində beynəlxalq gömrük işinin təkminləşdirilməsi;
xüsusi subyektlərlə gömrük orqanları arasında məlumat mübadiləsinin
yüksəldilməsi kimi məsələlər qoyur.
Qəbul edilmiş normativ aktlara görə əmtəələrin mənşəyindən asılı olaraq üzv-dövlətlər idxalda differensasiya edilən rejim tətbiq edirlər. Ümumiyyətlə, preferensiya sistemində olan “ümumi bazar” inkişafda olan, Dünya Ticarət Təşkilatı üzvü olan üçüncü ölkələr və Dünya Ticarət Təşkilatı üzvü olmayan üçüncü ölkələrin əmtəələrinə münasibətdə fərqli prinsiplər tətbiq edilir. Hər bir rejim çərçivəsində üzv-dövlətlər Vahid gömrük tərifi əsasında tarif tənzimlənməsini həyata keçirir.
412. Avropa İttifaqında haqsız rəqabət, subsidiya, antidempinq məsələlərinə xüsusi önəm verilir. Müqavilənin 81-ci maddəsinə görə sahibkarlara
- birbaşa və dolayısı ilə funksasiya edilmiş qiymət və ya digər ticarət şərtləri ilə;
- istehsal, ticarət, investisiya üzərində nəzarətin müəyyən edilməsi və ya məhdudlaşdırılması;
- əmtəə və xammal bazarlarının bölgüsü;
- kontraktın predmeti ilə bağlı olmayan əlavə şərt və qaydaların daxil edilməsi üzrə kontraktlar bağlanması qadağan edilir.
Avropa İttifaqında ixracın subsidiyası qadağan edilmiş, milli kompaniyalara yardımla isə Avropa İttifaqının Kommisiyasının razılığı əsasında mümkündür ( m.21). Əhəmiyyətli qaydada subsidiya yalnız kənd təsərrüfatına, kömür və kino sənayesinə verilməkdədir.
İttifaq hüququna görə antidempinq tədbirlərinin tətbiqi üçün iç şərtinin - əmtəənin dempinq qiymətlə satılması faktının sübutu, dempinq nəticəsində Avropa İttifaqı sənayüsinə real maddi zərərin verulması və dempinqlə zərər arasında səbəb-nəticə əlaqəsinin olması zəruridir.
Nitsa Müqaviləsinə əsasən Avropa İttifaqının səlahiyyətinə ticarət, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat, gömrük, sənaye, sosial-mədəni siyasət, məşğulluq və sağlamlıq sahəsində siyasət, iqtisadi və sosial birləşmə, istehlakçıların hüquqlarının müdafiəsi, ətraf mühitin qorunması, üçüncü dövlətlərin inkişafı üçün onlara maliyyə, iqtisadi, texniki sahələrdə yerdım etmək məqsədilə əməkdaşlıq, eyni zamanda siyasi təhlükəsizlik və daxili işlər və ədalət məhkəməsi sahəsində dövlətlərin əməkdaşlığı adi edilir.
Nitsa zirvə görüşü İttifaqın genişləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul etməklə bərabər Avropa İttifaqının Konstitusiyasının işlənib hazırlanması üçün də müəyyən addımlar atmışdır.
413. Avropa İttifaqının strukturuna Şura, Komissiya, Parlament, Məhkəmə Auditorlar Palatası, İqtisadi və Sosial Komitə və Avropa Mərkəzi Bankı və s. orqanlar daxildir.
Auditorlar Palatası Avropa Birliyi və onun bütün institutları və orqanlarının gəlir və xərcləri ilə bağlı məruzələri yoxlayır, maliyyə məsələlərinin idarə olunmasına nəzarət edir, hər maliyyə ili bitdikdən sonra öz işi barədə məruzə tərtib edir. İttifaqın büdcəsinin idarə edilməsində Avropa Parlamentində nəzarət etməyə kömək edir.
İqtisadi və Sosial Komitə Avropa İttifaqının məsləhətçi orqanıdır. Roma Sazişinə əsasən təsis edilmişdir. Onun başlıca funksiyasını Avropa İttifaqının iqtisadi və sosial siyasət üzrə Şura və Komissiya üçün tövsiyə və təkliflər vermək təşkil edir.
Avropa İttifaqının strukturuna Avropa Mərkəzi Bankı, Avropa İnvestisiya Bankı, müxtəlif xüsusiləşmiş agentlik və orqanlar daxildir.
Avropa İttifaqının siyasətini həyata keçirmək üçün normativ sənədlər, eyni zamanda yazılmamış normalar – İttifaqın institutları ilə üzv-dövlətlər arasında formalaşmış adətlər və ümumi hüquq prinsipləri çıxış edir. İttifaqın üzvü olmaq istəyən dövlətlər qeyd-şərtsiz bu hüququ tam həcimdə qəbul etməlidir.
414. İttifaqın hüququnu onların hüququ təbiətindən asılı olaraq üç qrupa bölmək olar:
- ilkin müqavilə hüququ təsis aktlarından və onlara edilən əlavələrdən, bəyannamələr, sazişlər, protokollar, eyni zamanda Avropa İttifaqına daxil olmaq baradə müqavilələrdən ibarətdir;
- ikinci hüquq Avropa İttifaqının müxtəlif orqanları tərəfindən qəbul edilən reqlamentlər, direktiv və tövsiyələrdən formalaşır;
- üçüncü hüquqa Avropa İttifaqı ilə üçüncü dövlətlər arasında bağlanan beynəlxalq müqavilələr, konvensiyalar qeyd edilməlidir.
Üçüncü hüquqa Avropa İttifaqının Çimali Afrika (Əlcəzair, Mərakeş, Tunis və s.) Yaxın Şərq (Suriya, İordaniya və s) və digər ərəb ölkələri ilə, həmçinin postsovet dövlətlərilə energetika sferasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlər, o cümlədən, AR ilə Aİ arasında 2006-cı il enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma Memorandumu adi edilə bilər. Avropa İttifaqının üçüncü dövlətlərlə əməkdaşlığında enerji resuslarına və həmçinin tranzit statusuna malik olan ölkələrlə bağlanmış müqavilələrə xüsusi əhəmiyyət verilir. Avropa İttifaqının inkişafda olan dövlətlərlə bağlanmış Loma Konvensiyalarının sistemi də (214) spesifik bir kateqoriya təşkil edir.
Avropa İttifaqının hüququnda başlıca rol Avropa Birliyinin təsisi və fəaliyyət göstərməməsinə dair dövlətlərarası müqavilələrə mənsubdur. Bu müqavilələrdə Avropa İttifaqının əsas məqsədi, səlahiyyətləri, institutların formalaşması qaydası və fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Bu kateqoriya Komissiya və Şuranın təsis edilməsi haqqında 1965-ci il Müqaviləsi, Avropa Parlamentinə seçkilər haqqında 1976-cı il Aktı, Vahid iqtisadi məkan haqqında 1994-cü il Razılaşması, Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsi haqqında müqavilələr və s. daxildir.
415. Avropa İttifaqının ikinci hüququna - Avropa İttifaqının səlahiyyətləri çərçivəsində onun institutları tərəfindən qəbul edilən normativ aktlar daxildir.
Avropa İttifaqı haqqında onun institutları tərəfindən qəbul edilən hüquqi sənədlərin 5 müxtəlif növü fərqləndirilir:
Reqlament- ümumi xaraqterli akt olmaqla universal qüvvəyə malikdir və tam həcmdə üzv dövlətlərdə birbaşa tətbiq edilir. Başqa sözlə desək, qüvvəyə mindiyi andan reqlament bütün elementləri ilə İttifaqın ərazisində bütün hüquq subyektləri üçün məcburi xaraqter daşıyır. O, milli hakimiyyət orqanlarının razılığı və iştirakı olmadan həyata keçirilir. Reqlamentlər bütün üzv-dövlətlər üçün əhəmiyyət kəsb edən, məsələn, valyutanın, vahid idxal kvotasının tətbiq edilməsi və s. kimi məsələləri tənzimləyir.
Direktiv – reqlamentdən fərqli olaraq universal hüquqi qüvvəyə malik deyil və yalnız müəyyən üzv-dövlətə aid olur. Direktivlər üzv-dövlətlərin həyata keçirilməli olduqları hüquqyaratma prosesinin məqsəd və nəticələrini müəyyən edir. Məsələn, Qeyri-qanuni gəlirlərin liberallaşdırılması ilə mübarizə Direktivi milli qanunvericiliklər üçün müvafiq normaların implementasiyası üzrə öhdəliyi nəzərdə tutur.
Direktivlər onun müddəalarının milli qanunvericiliyə daxil edilməsi yolu ilə qüvvəyə minir. Direktivlərin müddəalarının qüvvəyə minməsi üçün dövlətlərə müəyyən müddət verilir. Lakin bəzi hallarda direktivlər birbaşa olaraq tətbiq edilə bilər. Xüsusən də, əgər direktivlər müəyyən edilmiş müddətdə milli qanunvericiliyə daxil edilmirsə, bu zaman fiaiki və hüquqi şəxslər öz maraqlarını müdafiə etmək üçün birbaşa olaraq həmin direktivə istinad edə bilərlər.
Qərarlar - direktivlər kimi konkret fəaliyyəti həyata keçirmək üçün qəbul edilir və ünvanlanan dövlət və yaxud hüququn istənilən subyekti üçün tam həcmdə məcburi xaraqter daşıyır. Qərar adətən meydana çıxmış problemin (məsələn, antidempinq siyasəti, üçüncü dövlətlərə təcili köməyin göstərilməsi və s. məsələlərin) həll edilməsi ilə bağlı qəbul edilir.
Tövsiyə - məcburi qüvvəyə malik deyil. Onlar İttifaqın institutlarının və ya digər məsələ ilə bağlı mövqeyini əks etdirir.
Avropa İttifaqının üçüncü dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq sazişləri İttifaqın hüququnun əsas prinsiplərindən birini təşkil edir və həm mərkəzi institutlar, həm də üzv-dövlətlər üçün məcburi xaraqter daşıyır. Əsas müqavilələr və ikinci qanunvericilik aktları ilə yanaşı beynəlxalq razılaşmalar da milli qanunvericilik aktları üzərində üstünlüyə malikdir və həmin razılaşmalarla başqa hal nəzərdə tutulmursa, birbaşa olaraq tətbiq edilirlər.
416. Avropa İttifaqında qanunvericilik təşəbbüsü Komissiyaya məxsusdur. Qərar layihələrini məhz bu qurum hazırlayır.
Müxtəlif kateqoriyalı qanunvericilik və normativ aktlar üçün müxtəlif qəbuletmə qaydaları müəyyən edilmişdir. Amsterdam Müqaviləsi ilə dörd əsas prosedur qayda Komissiya, Şura və Parlamentin qarşılıqlı əlaqəsi ilə təmin edilir.
Parlamentin razılığı proseduru Avropa İttifaqına yeni üzv-dövlətlərin qəbuluna, Avropa Mərkəzi Bankının məqsəd və səlahiyyətlərinin müəyyən edildiyi zaman və s. hallarda Şura tərəfindən yekdilliklə qəbul edilmiş və yaxud veto qoyulmuş aktın qəbul edilməsi üçün zəruridir.
Bəzi məsələlərə baxılarkən Şuranın yekdilliklə qəbul etdiyi qərarın Parlament tərəfindən təsdiq olunması tələb olunmur. Belə hallardan biri kənd təsərrüfatı məhsullarına qiymətin qoyulması ilə bağlı yalnız məsləhət verməklə məhdudlaşır ki, bunu da Şura hesaba almaya bilər.
Bir çox məsələlər üzrə Şura qərarları səs çoxluğu ilə qəbul edilir. Bu zaman Şura və Parlamentin birgə qərar qəbuletmə prosedurundan istifadə olunur. Buna misal olaraq, işçi qüvvəsinin, xidmətlərin sərbəst yerdəyişməsi, məşğulluq, istehlakçıların hüquqlarının müdafiəsi, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühitin müdafiəsi və s. qeyd edilə bilər.
Bəzi hallarda məsələn, iqtisadi və valyuta ittifaqının fəaliyyət göstərməsi ilə bağlı məsələlərə dair Parlamentlə Şuranın əməkdaşlığı prosedurundan istifadə edilir.
417. Avropa İttifaqının iqtisadi inteqrasiyasının gələcək inkişafını şərtləndirən hüquqi vasitələrdən biri də Avropa İttifaqının Konstitutsiyasıdır.
Konstitutsiya layihəsi 4 hissədən ibarətdir. Birinci hissədə Avropa İttifaqının əsas məqsəd və dəyərləri, qərar qəbuletmə prosedurları və orqanların səlahiyyətləri müəyyən edilir. Ikinci hissə əsas hüquqları, üçüncü hissə Avropa İttifaqının siyasi fəaliyyətini əks etdirir. Nəhayət dördüncü hissə yekun müddəalaran – konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsindən ibarətdir.
Konstitusiya layihəsində İttifaqın səlahiyyətləri üç qrupa bölünür:
- Ittifaqın müstəsna səlahiyyətləri;
- İttifaqla üzv-dövlətlər arasında bölünən səlahiyyətlər;
- dayaq səlahiyyətləri.
Müstəsna səlahiyyətlərə - daxili bazarda rəqabət, ümumi ticarət siyasəti, üçüncü
dövltlərlə siyasətin tənzimlənməsi, üzv-dövlətlərin valyuta-maliyyə siyasəti, gömrük birliyi, vahid balıqçılıq siyasəti əsasında dənizin bioloji resusların müdafiə sdilməsi aid edilir.
Ikinci katiqoriya bölünən səlahiyyətlər İttifaq tərəfindən həyata keçirilə bilinmədiyi zaman üzv-dövlətlər öz səlahiyyətlərini saxlayırlar. Bölünən səlahiyyətlərə - kənd təsərrüfatı balıqçılıq, nəqliyyat və nəqliyyat şəbəkələri, energetika, sosial siyasət, iqtisadi, sosial və ərazi problemləri, ərtaf mühit, istehlakçıların müdafiə olunması, daxili bazar, təhlükəsizlik və s. daxildir.
Dayaq səlahiyyətləri üzv-dövlətlərə məxsusdur. Bu halda İttifaq üzv-dövlətlərin səlahiyyətlərinə müdaxilə edə bilməz, yalnız onları həvəsləndirə və ümumi siyasəti kordinasiya edə bilər. Müvafiq sahələrə - sənaye, sağlamlıq, təhsil, gənclik, idman, mədəniyyət, mülki müdafiə aiddir.
Avropa İttifaqının iqtisadi inteqrasiyasında üçüncü dövlətlərlə əməkdaşlığa xüsusi önəm verilir. Üçüncü dövlətlərlə davamlı iqtisadi əməkdaşlıq onun xüsusi proqramları əsasında həyata keçirilir.
418. Postsovet ölkələri ilə əməkdaşlıq üçün geniş proqramlar qəbul edilmişdir. Bunlardan TACIS, TRASECA və INOGATE qeyd edilməlidir. Avropa İttifaqı TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləmişdir. Azərbaycanla bağlı üç əsas istiqamət: infrasturuktur, özəl sektor və insan resuslarının inkişafına üstünlük verilir.
1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezdentlərinin təşəbbüsü və Avropa İttifaqının TACİS, TRASECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı beynəlxalq konfransda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi və həmin Sazişə əlvələr barədə 2002-ci il (Daşkənd) Protokolu qəbul edilmişdir.
Müvafiq szişdə beynəlxalq nəqliyyatın ənənəvi növləri ilə yanaşı transmilli boru kəmərlərinin beynəlxalq hüquqi tənzimlənməsi özünün ifadəsini tapmışdır.
INOGATE (Avropa dövlətlərarası neft və qaz ixracı Proqramı) çərçivəsində Avropa İttifaqının postsovet dövlətlərinə maliyyə dəstəyi həyata keçirilən regional təşəbbüs kimi təsis edilib. 1999-cu ildə Azərbaycan da daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan Dövlətlərarası neft və qazın ixracı üzrə Çərçivə Sazişi INOGATE-nin hüquqi bazasını təşkil edir.
Proqram üzrə 10 layihənin beşi bilavasitə Azərbaycanla əlaqədardır. INOGATEyeni müstəqil dövlətlər və Azərbaycana münasibətdə transsərhəd layihələrinin həyata keçirilməsi üçün yeni prespektivlər yaradır. Enerji resuslarının Rusiya Federasiyasından yan keçməklə Avropaya tranzitini nəzərdə tutr ki, bu da regionun energetika təhlükəsizliyinin alternativ mexanizmilərinin yaradılmasını təmin etməlidir.
419. Azərbaycan Respublikası 1996-cı ildən Avrop İttifaqı ilə Əməkdaşlıq və Tərəfdaşlıq haqqında Saziş imzalamışdır. Saziş hərbi sahə istisna olmaqla bütün sahələrdə əmədaşlığı və tərəfdaşlığı nəzərdə tuturdu. Tərəflər bir-birinə münasibətdə ticarət kvotalarını aradan qaldırır və Dünya Ticarət Təşkilatının daha əlverişli rejim və milli rejim prinsiplərini tətbiq edəcəyi öhdəliyi qəbul edirlər. Avrop İttifaqı inkişafda olan ölkələr üçün nəzərdə tutulan Preferensiyanın ümumi sistemindən Azərbaycanın bəhrələnməsini təmin edir.
Avrop İttifaqı ilə AR güzəştli ticarət, açıq bazar, miqrasiya, investisiyaların təşviqi, yeni maliyyə mənbələri Dünya Ticarət Təşkilatına üzvülük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. AR ilə Avrop İttifaqı arasında qarşılıqlı strateji əməkdaşlığın yeni mərhələsi Yaxın qonşuluq siyasəti üzrə Proqramın qəbuluna və 2006-cı il Enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma Memorandumuna təsədüf edir.
11.3. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
420. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Orqanisation for Economic Cooperation and Development – OECD) inkişaf etmiş ölkələrin ticarət-iqtisadi klubu kimi 1961-ci ildə təsis edilib. 1948-ci ildə təsis edilmiş Avrop İttifaqı Əməkdaşlıq Təşkilatının varisi hesab edilir. Avropa ölkələri ilə yanaşı Avstriya, Cənubu Koreya, Türkiyə, Yeni Zellandiya, ABŞ, Kanada kimi dövlətlər də Təşkilatın üzvüdürlər. OECD çərçivəsində bir neçə avtonom təşkilati sturuktur fəaliyyət göstərir. Bunlardan Beynəlxalq Energetika Agentliyi; Nüvə Energi Agüntliyi; OECD-in inkişaf Mərkəzi və s. qeyd edilə bilər.
OECD-nin əsas məqsədini davamlı iqtisadi-sosial inkişafı təmin etmək; ümumi iqtisadi ticarət siyasətinin uyğunlaşdırılmasında səmərəli metodların hazırlanması; üzv-ölkələrdə maliyyə stabilliyini saxlamqla iqtisadi inkişafı, məşğulluğu təmin etmək; ayrı-seçkiliyə yol vermədən inkişafda olan ölkələrə yardım göstərmək; əmtəələrin, xidmətin, işçi qüvvəsinin sərbəsr hərəkətini və s. təmin etmək təşkil edir.
Təşkilat müxtəlif proqramların, o cümlədən, ətraf mühit, vergiqoyma, sahibkarlıq, informasiya-kommunikasiya, iqtisadi statistika və s. məsələlərin həllinə xüsusi diqqət yetirir. OECD çərçivəsində 20-dən artıq ixtisaslaşmış – iqtisadi inkişaf və siyasət; vergi siyasəti; maliyyə bazarları; enerji siyasəti; ətraf mühitin mühafizəsi; beynəlxalq investisiyalar və TMK üzrə və s. komitələr fəaliyyət göstərir. 1990-cı ildən Şərqi Avropanın keçid iqtisadiyyatlı dövlətələri ilə əməkdaşlığı koordinasiya etmək üçün Mərkəz yaradılıb. Təşkilatın beynəlxalq praktikada geniş təşviq edilən fəaliyyət sferasından biri də xarici investisiya qoyuluşunun beynəlxalq hüququ tənzimlənməsidir (215).
OECD-də xüsusi təsir qüvvəsinə malik qurumlardan biri də 1975-ci ildə təsis edilən “Yeddilik qrupu”dur. Qrupun əsas fəaliyyət istiqamətini beynəlxalq iqtisadi sferanın ən aktual məsələləri, o cümlədən qlobal maliyyə-valyuta, energetika təhlükəsizliyi üzrə problemlər təşkil edir (281).
11.4. Şimali Amerika Azad Ticarət Zonası
421. Şimali Amerika Azad Ticarət Zonası (North-American Free Trade Area-NAFTA) 1994-cü il yanvarin 1-də qüvvəyə minmiş Kanada, ABŞ, Mexsika arasında 1992-ci ildə bağlanan müqavilə əsasında təsis edilib. Bundan öncə isə 1988-ci ildə ABŞ və Kanada arasında bağlanmış Azad ticarət haqqında Müqavilə qarşılqlı ticarətdə bütün məhdudiyyətlərin istisnasına yönəlirdi. Hər iki dövlət əmtəə və xidmətlərin ticarətində məhdudiyyətlərin ləğv edilməsi öhdəliyi qəbul etmişlər.
1992-ci ildən isə Meksika ABŞ-Kanada ittifaqına qoşulmuşdur. NAFTA-nın yaradılması haqqında müqavilədə bazara sərbəst çıxış, investisiya qoyuluşu, xidmətlərlə ticarət, əqli mülkiyyət hüququ üzrə əməkdaşlıq və s. məsələlər təsbit edilib.
NAFTA-nın təsisinə dünya bazarında Avropa İttifaqının, Yaponiyanın və yeni sənaye ölkələrinin çəkisinin artması əhəmiyyətli təsir etmişdir. Digər tərəfdən, Qərbi Avropada gedən inteqrasiya prosesi NAFTA-nın yaradılmasından mühüm rol oynamışdır. Avropa Birliyinin uğurla inteqrasiyası ABŞ-ı xarici iqtisadi siyasətdə inteqrasiya meyilli addımlar atmaqla məcbur edir. NAFTA-nı yaradan zaman təsisçi dövlətlər inteqrasiya prosesinin Avropa Ittifaqının iqtisadi inteqrasiya prosesinə uyğunlaşdırmağı nəzərdə tuturdular. Xüsusən də, əmtəələrin, kapitalın, işçi qüvvəsinin ümumi bazarının yaradılması prioritet məsələ kimi müəyyən edilirdi.
Müəyyən inkişaf müddətinin keçməsinə baxmayaraq üzvlər arasında müəyyən problemlər qalmaqdadır. Belə ki, Kanada öz inkişafı ilə ABŞ-a çatdığı halda Meksika xarici borcları ilə inkişafda olan ölkələr qrupuna daxildir və əsas iqtisadi inkişaf məsələlərinə görə bu iki dövlətdən geri qalır. NAFTA-nın təsisi beynəlxalq iqtisadi inteqrasiya üçün yenilik sayılır. Belə ki, ilk dəfə olaraq inkişafda olan ölkələrdən biri iki yüksək səviyyədə inkişaf etmiş ölkə ilə öz razılığı əsasında iqtisadi inteqrasiyanı qəbul etmişdir. Lakin bəzi mütəxəssislər NAFTA-nın Meksikaya neqativ təsiri olduğunu qeyd edirlər. Hələ ilk vaxtlarda ABŞ-da iş yerlərinin çoxaldığı halda Meksikada işsizlik problemi genişlənmiş, 1995-ci ildə maliyyə böhranı isə iqtisadi artımın surətini aşağı salmışdı. Lakin regionun tarixi köklərinin eyniliyi dövlətlərin iqtisadi birliyi üçün əsas kimi çıxış etməkdədir.
NAFTA-da mərkəzi institut Azad ticarət haqqında Komissiyadır. Komissiyada üzv dövlətlərin ticarət nazirləri iştirak edir. Komissiya bağlanmış müqavilənin müddəalarına riayət edilməməsinə və onun gələcək inkişafına nəzarət edir, müqavilənin şərhi zamanı yaranan mübahisənin həll edilməsində iştirak edir.
Mübahisələrin həll edilməsi NAFTA-nın inzibati səlahiyyətli Katiblik bölməsinin üzərinə qoyulub. 1996-cı ildən 14 ekspertdən ibarət qrup və bir arbitraj təsis edilmişdir. NAFTA özünün iqtisadi strategiyasında:
- 2010-cu ilə qədər üzv-dövlətlər arasında bütün gömrük rüsumlarının ləğv edilməsini (ABŞ-Kanada arasında bu məsələ həll edildiyi halda Meksika ilə problem qalmaqdadır);
- mərhələli olaraq üzv-dövlətlər arasında əmtəələrə və xidmətlərə qoyulan qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması;
- Şimali Amerika kapital sahibləri üçün Meksikada daha liberal rejim tətbiq edilməsi;
- Meksikanın maliyyə bazarında ABŞ və Kanadanın banklarının fəaliyyətinin liberallaşdırılmasını;
- Amerika-Kanadanın arbitraj komissiyasının yaradaılması və s. nəzərdə tutur.
Təşkilat çərçivəsində xidmətlərlə ticarətin təkmilləşdirilməsi əlverişli investisiya qaydalarının müəyyən edilməsi, əqli mülkiyyət hüququnun qorunması, mübahisələrin həlli üzrə mexanizminin yaradılamsı kimi məsələlər də nəzərdə tutulur.
NAFTA-da bəzi strateji sahələr üzrə istisnalarda nəzərdə tutulmuşdur. Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyyət qoyulması hüququ, Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə etməsi, ABŞ-ın daxili qiymətlərinin, həmçinin kənd təsərrüfatı məhsullarının rəqabətdən kanar inkişaf sisteminin saxlanılması hüququ qeyd edilməlidir.
Razılaşmaya əsasən hər bir əmtəə qrupu üçün tariflərin aşaöı salınmasına dair sistem müəyyənləşdirilib. Həmçinin əmtəələrin mənşəyinin müəyyən edilmsi üzrə müvafiq qaydalar qəbul edilib.
NAFTA-nın təsis sazişinin XI bölməsi kapital qoyuluşuna, xarici investisiyaların və sahibkarların əmlak hüquqlarının müdafiəsi prinsiplərinə həsr edilib (219,220).
Bu Təşkilatın ABŞ və Kanada arasında olan iqtisadi münasibətlərinə təsiri bir o qədər də böyük deyil. Belə ki, öncədən də bu dövlətlər arasında ticarət məhdudiyyətləri elə də fərqli olmamışdır. Lakin bu Təşkilat Meksikada iqtisadiyyatının inkişafına öz tövhəsini göstərmişdir. Müqavilənin təyinatına görə Meksikada iqtisadi islahatların keçirilməsi, ABŞ və Kanada investisiya sferasında stabil şərtlərin yaradılması təmin edilməli, Meksikada isə kapitalın idxalının, məşğulluğun artacağına ümid bəslənilir. Həmçinin ABŞ-ın proteksionizm siyasətinin zəifləməsi nəzərdə tutulub.
Kanada üçün NAFTA ixracatın sərbəst formada genişləndirilməsi, ticarətin liberallaşdırılması və yeni investorların cəlb edilməsi deməkdir. NAFTA-nın regional inteqrasiya prosesindəki mövqeyi digər dövlətlərin, o cümlədən Çilinin, MERKOSURölkələrinin ona artan diqqəti ilə müşayiət edilir.
Dostları ilə paylaş: |