Dərslik «Çİnar-çAP» baki 2002



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix09.02.2017
ölçüsü5,14 Mb.
#7866
  1   2   3   4   5   6   7   8   9   ...   44

 
Ə.S.BAYRAMOV, Ə.Ə.ƏLİZADƏ 
 
 
 
 
 
 
 
 
Ali məktəblər üçün dərslik 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
«ÇİNAR-ÇAP» 
BAKI - 2002 
 
 
 

 
Az2 
B19 
 
 
 
ÖN SÖZ 
Dərsliyə  psixologiya  clmləri  doktoru.  professor  M.Ə.Həmzəyev,  psixologiya 
elmləri namizodləri dosent İ.Ə.Seyidov və doscnt C.A.Təhmasib rəy vermişlər. 
 
 
Respublikamın ali ın.tkt.ıh tələbələri iiçün "Psixologiya" dərsliyinin 
bu nəşrinin çap olunması iiçün xeyirxah köməyinə görə müəlliflər əziz və 
mehriban dostumuz və həmkarımız psixologiya elmləri namizədi VAQİF 
ƏBDÜLHÜSEYN  oğlıı  HÜSEYNOVA  öz  dərin  minnətdarlığını  bildirir 
və  bu  xeyirxah  əmək  müasir  dövrdə  psixologiya  elminin  tərəqqisi  üçün 
çox önəmli hcsab edirlər. 
 
 
 
 
 
 
Ə.S.Bayramov, Ə.Ə.ƏIi/adə. B19  Psixologiya. Ali 
məktəblər üçün dərslik. Bakı, 
"ÇİNAR-ÇAP" Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2002, - 620 s. 
 
 
Dərslikdə  «Psixologiya»  proqramına  (Bakı,  1998)  müvafiq  olaraq  psixologiya 
elminin  mövzusu  və  vozifəlori,  insan  şəxsiyyətinin  quruluşu  və  inkişafı,  idrak  prosesləri 
vo  onlann  tənzim  olunması  problcmləri,  insanın  fərdi  psixoloji  xiisusiy-yətlori,  ünsiyyət 
psixologiyası, psixoloji yardım mosələlori şərh olunur. 
Dorslik  ali  məktob  təlobələri  üçün  nozərdo  tutulur.  Ondan  müəllimlər  vo 
torbiyecilor,  idarəctmo  müəssisələrinin  işçiləri,  elocə  do  insan  psixologiyası  problcmlori 
ilə maraqlanan bütün oxııcular istifadə edo bilorlor. 
 
 
 
 
 
 
© "MAARİF", 1989 €> "ÇİNAR-ÇAP", 2002 
 
Əziz  oxucu,  gəlin  azca  səmimi  söhbət  edək.  Bilirəm 
deyəcək-sən ki, biz necə səmimi söhbət edo bilərik, axı siz məni tanımırsı-nız, 
mən do sizinlo görüşməmişəm, bəs onda bizim aramızda necə söhbət ola bilər? 
Sizinlə razıyıq, onda gəlin xəyalən bir-birimizə  sual verək və ona bir-birimizin 
əvəzindən  cavab  vcrək.  İlk  sualı  clə  biz  vermək  istərdik:  yaxın  dostlarını, 
qohumlarını yaxşı tanıyırsanmı? Cavab verməyə tələsmə, bilirəm deyəcəksən ki, 
necə  yəni  tanımıram?  Əlbəttə,  tanıyıram.  Onda  bir  sual  da  verək.  Heç  elə  an 
olubmu  ki,  çox  yaxşı  tanıdığın,  yaxından  bələd  olduğun  adamdan  elə  hərəkət, 
elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini 
etiraf edəsən? Deyəsən belə hallarla az rastlaşmamısan? Onda, deməli, belə çıxır 
ki, yaxşı tanıdığın adamlar da birdən tanınmaz olur. 
Dcyərsən  nə  olsun  ki,  bu  adi  haldı  və  hər  kəsin  başına  gələ  bi1ər,  о 
cümlədən  də  mənim!  Elə  bizə  də  bu  etiraf  lazımdır.  Yəni,  deməli,  bizim  hər 
birimizin  ilk  nəzərdə  yaxından  tanıdığımız,  ona  yaxından  bələd  olduğumuz  bu 
və  ya  digər  şəxs  müəyyən  hallarda  (Məsələn,  əlinə  yaxşı  pul  keçir,  yaxud 
müəyyən  vəzifə  sahibi  olur,  lazımı  yerlərlə  yaxşı  əlaqə  yarada  bilir  və  s.) 
tanınmaz olur, tamamilə başqalaşır. Bəs, bunun səbəbi üzərində düşünmüsənmi, 
yaxud,  həmin  şəxsdən  belo  bir  dəyişikliyi  gözləyirdinmi?  Əgər  göz-ləyirdinsə 
bu nə ilə əlaqədardır, yox, əgər gözləmirdinsə, bəs bunu necə izah etmək olar? 
Gəl,  hələ  həmin  suallara  cavab  verməyə  tələsməyək,  çünki  onlarla  bağlı  başqa 
suallar da meydana çıxacaq. 
Bəs,  özünə  necə,  kifayət  qədər  yaxşı  bələdsənmi?  Burada  bilirəm, 
deyəcəksən  artıq  biz  ağ  elədik!  «Necə  yəni  özümü  tanımıram?»  Yaxşı,  gəl 
əsəbləşmə,  özünlə  bağlı  ikicə  «kiçik»  sual  verək:  əvvəla,  elə  anlar  olubmu  ki, 
heç özünün də nə istədiyini bilmirsən? Yaxud, «adi bir məsələni» həll etməkdə 
aciz qalırsan, bilmirsən nə edəsən, nədən başlayasan? Deyəsən, öz aramızdı belə 
anlar  olur.  İkincisi,  özün  öz  intellektini,  xarakterini,  qabiliyyətlərini,  digər 
keyfiyyətlərini dəqiq surətdə təyin edə bilirsənmi? 
Etiraf  edək  ki,  burada  bir  az  məsələ  qəlizləşdi.  Bilirik  yaxşı  halda 
deyəcəksən ki, mən onu necə təyin edə bilərəm, о sahədə 
3  mütəxəssis  deyiləm  ki!  Yox,  onun 
üçün  mütəxəssis  olmaq  lazım  deyil, 
sadəcə  olaraq  bir elm  sahəsi var  ki,  ona 
yaxından  bələd  olsan  nəinki  yaxın 
adamlar,  dost  və  tanışlar,  ətrafdakı 
insanları  yaxşı  tanıуа  bilərsən,  onların 
xasiyyətinə,  mənəvi  aləminə  yaxından 
bələd  olarsan.  Hələ  bu  harasıdır,  ən 
başlıcası,  sən  özünü  yaxşı  tanıyarsan, 
özünün  mənəvi  və  psixi  keyfıyyətlərinə 
n
 0303010000-000 122 

 
asanlıqla  bələd  olarsan,  həm  də  onları 
tənzim  və  idarə  etməyin,  lazımi 
istiqamətdə inkişaf etdirməyin yollarını 
öyrənərsən.  Bu  hələ  harasıdır?  Həmin 
elmə  kifayət  qədər  bələd  olsaq  nəinki 
öz  dostlarımızı,  yaxın  adamlarımızı, 
münasibətdə  olduğumuz  şəxsləri,  hətta 
başqa  etnosları,  yəni  başqa  xalqları  və 
millətləri də yaxşı tanımış olarıq. 
Belə  bir  elm,  məhz  psixologiyadır.  Həmin  elmə  müasir  səviyyədə  bələd 
olsaq öz işlərimizi, münasibətlər sistemimizi daha optimal surətdə qura bilərik. 
Lakin təəssüf  ki,  bizim belə  bir  möcüzəli  elm  sahəsinə  bələdliyimiz  çox 
aşağı  səviyyədədir.  Adicə  bir  misal  gətirək.  Televizorla  müxtəlif  ölkələrə 
məxsus  teleserial  kinolar  göstərilir,  orada  insanın  halətində  və  ya 
şəxsiyyətlərarası  münasibətlərdə  bir  anlaşılmazlıq  və  ya  dolaşıqlıq  nəzərə 
çarpan  kimi, hətta mətbəx qadını belə ilk növbədə soruşur: psixoloqa müraciət 
etmisinizmi?  Bəs,  bizde  necə,  nəinki  mətbəx  qadını,  hətta,  aidiyyəti  olan 
nazirlik  və  ya  idarə  səviyyəsində  hər  hansı  mürəkəb  psixoloji  məsələnin  həl-
lində  belə  psixoloqa  müraciət  etmək  və  ya  ondan  məsləhət  almaq  heç  kəsin 
yadına düşmür. Bunu isə elmin lazımsızlığı ilə deyil, həmin şəxslərin, yüngül 
desək,  səriştəsizliyi  ile  izah  etmək  olar.  Məsələn,  elə  götürək  təbliğat  işini. 
Təbliğatı  təşkil  edənlər  insan  psixologiyasından  cüzi  də  olsa  baş  çıxarsalar 
onda eyni bir informasiyanı, eyni şəkildə, döno-dönə təkrar etməzlər, çünki bu, 
insanlarda  «bumeranq  effekti»  (əks  təsir)  yaradır.  Bu  sahədə  lazımi  səmərə 
əldə  etmək  üçün  adekvat  psixoloji  forma  taparlar.  Elə  idarəetmə  işi  də  onun 
kimi. Bəziləri burada təzyiq və qorxutmanı əsas götürür-lər. Halbuki bu da əks 
effekt  verir.  Hamınızın  çox  rastlaşdığı  bir  sahəni  də  xatırlatmaq  yəni  həkim-
xəstə münasibətini yada salmaq da yerinə düşərdi. Etiraf etmək lazımdır ki, bir 
çox  həkimlərimizin  psixoloji  səriştəsizliyi,  nə  qədər  müasir  dərmanlardan 
istifadə etsələr də, xəstələrimiz üçün acınacaqlı nəticə verir. Yüzlərlə belə mi-
sallar  saymaq  olar.  Elə  buna  görə  də  inkişaf  etmiş  ölkələrdə  psixologiya 
elminin  mövqeyi,  tamamilə,  bizimkindən  seçilir.  Təsadüfi  deyildir  ki,  bir  çox 
ölkələrdə hər bir ailənin də öz psixoloqu var. 
Xüsusən də rəhbərlik və idarəetmə işlərində, müxtəlif çətinliklərlə bağlı sarsıntı 
və  stress  halları  keçirən  adamlara  psixoloji  yardım  göstərmək  üçün  həmin 
elmin  nailiyyətlərindən  və  mütəxəssis  psixoloqların  məsləhətlərindən  geniş 
miqyasda istifadə edilir. 
Deməli, insanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq, fəaliyyət 
və  ünsiyyət  prosesində  onu  düzgün  nəzərə  almaq  nəinki  müasir  mütəxessis  - 
mühəndis, həkim, jurnalist, hüquq işçisi, zabit, rəhbərlik və idarəetmə sahəsinin 
işçiləri,  xüsusən  də  müəllim  və  tərbiyəçilər  üçün  vacib  olduğu  kimi,  insanla 
münasibətdə olan hər bir şəxs üçün də eyni dərəcədə zəruridir. 
Nəzerə  almaq  lazımdır  ki,  psixoloji  bilik  yalnız  insanları  tanımaq,  onlara 
təsir  etmək  yollarını  müəyyənləşdirmək,  insanlar  arasında  qarşılıqlı 
münasibətləri  tənzim  etməklə  məhdudlaşmır.  Bu  həm  də  insanların  potensial 
imkanlarından  səmərəli  istifadə  etmək,  onun  idrak  fəallığını,  ümumən 
fəaliyyətini optimallaşdırmaq kimi vacib problemi də əhatə edir. 
Pedaqoji fəaliyyət bu cəhətdən xüsusilə fərqlənir. 
Şagird  və  tələbələrin  mənəvi  dünyasına  nüfuz  etmək,  onların 
qabiliyyətlərinin inkişafını düzgün istiqamətləndirmək müəllimdən nəinki böyük 
sosial məsuliyyət, həm də çox ciddi psixoloji fəhm tələb edir. Belə bir fəhm isə 
körtəbii  surətdə  yaranmır.  Müəllimdə  bələ  ümumilikdə  pəşə  keyfıyyəti  müasir 
elmi psixoloji biliklərə dərindən yiyələnmək sayəsində təşəkkül edə bilər. 
Zaman  və  şərait  ciddi  surətdə  dəyişilmişdir.  Müasir  dövrdə  psixologiya 
elmində  praktik  məsələlərin  şərhinə  xüsusi  ehtiyac  yaranmışdır.  Buna  görə  də 
respublikanın  ali  məktəbləri  üçün  nəzərdə  tutulmuş  yeni  proqram  əsasında 
hazırlanmış  dərslikdə  ümumi,  sosial,  yaş  və  pedaqoji  psixologiyanın  əsas 
məsələləri  ilə  yanaşı,  rəhbərlik  və  idarəetmə,  hüquq  və  etnik  psixologiya 
məsələlərinə, xüsusən də praktik psixologiya və şəxsiyyətin psixoloji problemlə-
rinə, psixoloji korreksiya məsələlərinin şərhinə də müəyyən yer verilmişdir. Bu 
da  insan  şəxsiyyətinə  bir  tam  yanaşmağa  imkan  verir  və  psixoloji  biliklərin 
tətbiqi əhəmiyyətini daha da artırır, yəni psixoloji biliklərin praktik istiqamətini 
gücləndirir. Bununla da elmin praktik həyata nüfuz etməsi imkanları artmış olur. 
Elə  buna  görə  də  dərslik  yenidən  işlənərək  oraya  psixologiya  elmləri 
namizədi, dosent R.F.Ibrahimbəyovanın hazırlamış olduğu aşağıda qeyd olunan 
mövzular müvafiq bölmələrə əlavə edilmişdir: «İnsan və siyasət, yaxud siyasətə 
qoşulmanın başlıca motivləri», 
«Psixikanın ehtiyatları»,  «Psixi  sağlamlıq»,  «Emosional  stress  və  psixosomatik 
xəstəliklər». 
«İdrak  və  fəaliyyətin  daxili  tenzimi»  fəslini,  eləcə  də  «Təfəkkür» 
fəslindən:  «Təfəkkür  və  məsələ  həlli»,  «Təfəkkürün  növləri»,  «Ağlın 
keyfiyyətləri»  bölmələrini  isə  psixologiya  elmləri  namizədi  Vaqif  Hüseynov 
hazırlamışdır. 
Bir cəhəti də nəzərə almaq lazımdır ki, psixologiya elmi çox çətin bir elm 
sahəsidir.  Bu  onun  obyektinin,  xüsusən  də  onun  öyrəndiyi  problemlərin,  yəni 
insanın  mənəvi  dünyasının,  ruhi  aləminin,  ümumən  psixi  hadisələrin 
mürəkkəbliyi, çoxcəhətliliyi və də-yişkənliyi ilə əlaqədardı. Təsadüfı deyildir ki. 
Albert  Eynşteyn  kimi  dahi  bir  alim  bir  psixi  prosesin  əmələgəlmə  mexanizmi 
barədə psixoloq Jan Piajenin izahatını dinlədikdən sonra: «Ах, psixologiya elmi 
nə qədər də çətindir!» - demişdir. 
Müəlliflər  elmin  çətinliyini  nəzərə  alaraq  məsələləri  sadə  elmi  dildə  şərh 
etməyə,  hər  bir  psixoloji  anlayışın  məzmununu  daha  anlaşılan  şəkildə 
çatdırmağa səy etmişlər. 

 
Bunun  üçün  dərslikdə  əsas  psixoloji  terminlərin  lüğəti  mənası 
aydınlaşdırılmış, məqsədli illüstrativ materiallardan, şəkil və sxemlərdən geniş 
istifadə olunmuşdur. 
Bu  məqsədlə  onlar  həyati  misallara,  bədii  ədəbiyyat  materiallarına  geniş 
yer  verməklə  yanaşı,  yeri  gəldikcə,  mürəkkəb  prob-lemlərin  dioloji  şərh 
üslubundan gcniş istifadə ctmişlər. 
Dərslikdə  bu  və  ya  digor  psixoloji  problemin  şərhi  ilə  olaqodar  inkişaf 
ctmiş ölkələrdo psixologiya elmi və praktikasının nailiyyət-ləri yığcam şəkildə 
öz  oksini  tapmışdır.  Yəni  kursun  başlıca  məso-lələri  ən  yeni  nəzəri  və 
eksperimental  tədqiqatlar,  eləcə  də  clmi-metodik  ədobiyyat  (dərsliklər,  dərs 
vəsaitləri vo s.) osasında şərh olunur. 
«Psixologiya»  respublikamızda  ali  məktob  təlobəlori  üçün  yeni  proqram 
əsasında  yazılmış  vo  ycnidən  işlənib  hazırlanmış  osas  dərslikdir.  Öz  faydalı 
təkliflori,  irad  vo  moslohotləri  ilə  onun  daha  da  təkmilloşməsino  kömək 
edəcok  xeyirxah  oxuculara  müollillər  qabaqcadan  öz  minnətdarlığını 
bildirirlər. 
 
T HİSSƏ 
 
PSİXOLOGİYA ELMİNİN VƏ PSİXOLOJİ PRAKTİKANIN 
MÖVZUSU VƏ VƏZİFƏLƏRİ 
 
I  F Ə S İ  L   PSİXİ HADİSƏLƏRİN MAHİYYƏTİ 
 
1. Psixologiyanın predmeti 
Müasir  dövrdə  insanı  200-dən  artıq  elm  sahəsi  öyronir.  Onlar-dan  biri 
psixologiyadır. Digər elmlərdən forqli olaraq psixologiya noyi tədqiq edir? Bir 
elm  kimi  onun  başlıca  xüsusiyyotlori  nodon  ibarətdir?  Homin  suallara  cavab 
vermok  üçün,  ilk  növbədə,  psixologiya  elminin  obyektini  və  predmetini 
(mövzusunu) aydınlaşdır-maq lazımdır. 
Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzər-do tutulur. 
Bu  baxımdan  heyvanlan  və  insanı  öyrənən  müxtəlif  clmlərin  (anatomiya, 
biologiya,  neyrofıziologiya,  təbabət  və  s.-nin,  о  cümlədən  psixologiyanın) 
obyekti eynidir. 
Elmlər  bir-birindən,  adətən,  öyrondikləri  obyckto  göro  deyil, 
prcdmetlorinə  (mövzularına)  görə  fərqlonir.  Hər  bir  elmin,  о  cüm-lədən, 
heyvan  və  insanı  öyrənən  elm  saholərinin  özünəməxsus  ay-rıca  predmeti 
(mövzusu) vardır. 
Elmin  predmcti  dedikdə,  onun  öz  obyektindən  ayırd  etdiyi,  seç-diyi 
cəhətlərə  hansı  baxımdan,  hansı  nozəri  vo  ya  praktik  aspektdo  yanaşması 
nəzərdə  tutulur.  Elmin  predmeti  onun  öz  obycktinə  ya-naşnıa  torzini,  başqa 
sözlə,  tədqiqat  metodlarını  müəyyən  edir  və  müvafıq  anlayışlar  sisteminin 
kömoyilə  şorh  olunur.  Psixologiya  elminin  prcdmetıni  nə  təşkil  cdir?  Daha 
konkret dcyilsə, psixologiya elmi nəyi öyrənir? 
Psixologiya elmi qədim tarixo malikdir. Psixoloji anlayışlar sistem şoklində 
ilk dəfə Aristotelin (eramızdan əvvəl IV osr) «Ruh haqqında» məşhur traktatında 
şorh olunmıışdur. 
Traktatın adına diqqət cdin: o, psixologiya dcyil, «Ruh haqqın-da» adlanır. 
Bu,  tosadüfı  dcyildir.  Uzıın  müddət  (XIX  osrin  sonları-na  qədər)  psixologiya 
elmi folsəfəyə (və ilahiyyata) aid fənn hesab olunmuşdur. Avropa ədəbiyyatında 
bəzən onu mental («mental» - 
latin  sözü  olub,  psixi  olan  deməkdir)  fəlsəfə,  ruhiyyat,  pnevmatolo-giya 
(pnevma  -  yunan  sözü  olub,  nəfəs,  ruh  deməkdir)  adlandırmış-lar.  XVIII  əsrin 
sonuna  qədər  psixologiya  sözü  nə  ingilis,  nə  də  fransız  ədəbiyyatında 
işlənilməmişdir.  Alman  ədəbiyyatında  isə  psixologiya  sözü  ensiklopedist  alim 
Xristian Vol fun (1679 - 1754) 1734-ci ildo «Empirik psixologiya» və 1734-cü 
ildə  «Rasional  psixologiya»  kitablan  nəşr  olunandan  sonra  məlum  olmuşdur. 
XVIII  əsrin  sonu  -  XIX  osrin  əvvəllərindon  başlayaraq  psixologiya  termini 
Amerika, Avropa və rus ədəbiyyatında  vətəndaşlıq hüququ qazanmış və böyük 
cvristik əhəmiyyət kəsb etmişdir. Azərbaycan-da psixologiya termini XIX əsrin 
sonu  -  XX  əsrin  əvvəllərində  rus  psıxoloqlarının  əsorləri  vasitəsilə  işlənilməyo 
başlanılmışdır. 
[_Psixologiya termini iki yunan sözündən - «psyuxc» - ruh, ruhi aləm, - «loqos» 
-  bilik,  öyrənmək,  elm  sözlərindən  əmələ  gəlmiş-dir,  «psixika  haqqında  elm» 
deməkdir.  Psixologiya  termini  evristik  baxımdan  elmin  predmetini  dəqiq  ifadə 
edir: psixologiya psixika haqqında clmdir. Bu ilk (və ən sadə) tərifdə cəmi 4 söz 
işlənsə də, onun mənası hələ tam aydm deyildir. Psixologiyanın predmetini başa 
düşmək  üçün  biz  əvvəlcə  əsas  anlayışla  -  psixika  anlayışı  ilə  tanış  olmalıyıq. 
Psixika anlayışına nəlor daxildir? Psixika nədir? Psixi hadisələri şərti olaraq üç 
böyük qrupa bölürlər: 
1.
 
Psixi proseslər. 
2.
 
Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər). З^ Psixi xassələr (və ya 
xüsusiyyotlər) 
T P s i x i   p r o s e s l ə r   psixologiya  elminin  əsas  kateqori-yälarından 
biridir.  tdrak  proseslərinə  (duyğu,  qavrayış,  diqqət,  ha-fızə,  təfəkkür,  nitq  və 
təxəyyül),  iradi  proseslərə  və  emosional  pro-seslərə  birlikdə  psixi  proseslor 
deyilir. 
Başqa  sözlə,  psixi  proseslər  özlori  də  üç  yarım  qrupa  bölünür:  idrak 
prosesləri, hissi proseslər və iradi proseslər. 

 
Psixi 
proseslər 
ohvallar 
aflektlər 
dalğınlıq 
inam 
inamsızlıq 
şübhə və s. 
Psixi 
xassəhr 
temperament 
xarakter 
qabiliyyotlər 
vo s. 
Psixi  hadisəlorin  ikinci  qrupunu  təşkil  edən  p  s  i  x  i  h a l l a r   və  ya 
voziyyətlər  do  müxtəlifdir.  Şən  əhval,  affcktlor,  ehtiras-lar,  dalğınlıq, 
inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər. 
P s i x i   x a s s ə l ə r   do  psixologiya  elminin  kateqoriyala-п 
içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliy-yətlər əsas psixi 
xassəlordir.  İnsanın  onun  üçün  səciyyəvi  olan  əq-li  keyfiyyətlorini  (ağlın 
tənqidiliyi  və  ya  müstəqilliyini),  emosional  xassəlorini  (tez  özündon  çıxma, 
emosionallıq) və s. də psixi xassə-lərə aid edirlər. 

Psixi  proseslər,  hallar  və  xassələr  bir-birilə  üzvi  surətdə  əlaqə-dardır. 
Onlardan  biri,  adətən,  о  birisinin  osasında  əmələ  gəlir.  Psixi  halətlər  və  ya 
vəziyyətlər  ауп-ауп  psixi  proseslərin,  məsələn,  əhvallar,  affektlər  hisslərin, 
dalğınlıq  diqqətin,  iradənin,  şübhə  tə-fəkkürün  təzahürü  kimi  özünü  göstərir. 
Onlar  isə  möhkomlənib  bir  adamı  başqasından  fərqləndiren  psixi  xassə  kimi 
təzahür edə biləny 
«Proses»,  «hal»  və  «xassə»  nə  deməkdir?  Nə  üçün  duyğulan,  qavrayışı, 
diqqəti, hafızəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses 
adlandırırlar.  halbuki  şübhəni  və  ya  dalğın-lığı  psixi  hallar,  temperament, 
xarakter və ya qabiliyyətlərə psixi xassəlor deyilir? 
Proses  latin  sözü  olub,  һəг  hansı  bir  hadisənin  başlanması,  ge-dişi  və 
inkişaf mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisolər - istər psixi 
proseslər, istərsə də psixi hal vo xassələr prosessual xarakter daşıyır. Məsələnin 
bclə qoyuluşuna diqqəti ilk dəfo olaraq görkəmli rus alimi İ. M. Scçcnov cəlb 
etmişdir. 
Onun fikrincə, psixi olan, ancaq proses kimi dərk oluna bilər. Yəni hor bir 
psixi aktın «müəyyən başlanğıcı, gedişi vo sonu» var-dır. Psixologiya bu cohoti 
zəruri  surətdə  nəzəro  almalı,  «psixi  fəa-liyyətin  bütün  cohotlərini  proses, 
hərəkət  anlayışı»  əsasında  izah  etməlidir.  Psixi  olan,  hər  şeydən  əvvəl,  canlı, 
plastik, fasiləsiz tə-şokkül vo inkişaf edən proses kimi mövcuddur. İnsanın real 
fəaliy-yotini (daha geniş mənada həyat fəaliyyətini) ancaq bu baxımdan düzgün 
və hərtərəfli təhlil etmək olar. Bu sözlər nəinki psixi pro-seslərə, həm do eyni 
dorocodo psixi halların və xassələrin öyrənil-məsinə də aiddir. 
Gəlin, nəzərdən keçirdiyimiz tcrminlorin monasını doqiqloşdi-rək: klassik 
psixologiya  ancaq  duyğuları,  qavrayışı,  diqqəti,  hafızə-ni,  təfəkkürü,  nitqi, 
təxəyyülü, iradəni və hissləri psixi proses kimi xarakterizo edirdi. 
Müasir  psixologiyada  isə  proses  sözü  əslində  geniş  və  dar  mənalarda 
işlənir.  Biz  g c n i ş   m ə n a d a   psixi  olanı  proses  kimi  nəzərdən 
keçirəcək,  bütün  psixi  hadisələri  (psixi  proscslər,  hallar  və  xassələri)  eyni 
doroco proses kimi təhlil cdəcəyik. 
D a r m ə n a d a isə psixi proses dedikdo duyğu, qavrayış, diqqət, hafizə, 
təfəkkür, nitq, təxəyyül, iradə və hissləri nəzərdə tutacağıq. 
Deməli, psixi proses ənənəvi termindir. Müasir psixologiyada 

psixi  proses,  hallar  ve  xassəlor  terminlərinin  hor  birinin  özünəməx-sus  evristik 
monası vardir. 
P s i x i   p r o s e s   termini  psixi  faktın  prosessuallığmı,  di-namikasını 
nəzərə  çaфdırır.  Misal:  əlimo  tikan  batdı.  Ağrı  duyğu-su  omole  gəldi.  Ağrı 
davam  ctdi  ve  müoyyən  müddətdon  (10  sani-yədon,  5  dəqiqədən,  bir  ve  ya  bir 
nece saatdan) sonra kesildi. 
P s i x i   h a 1 ə t tennini psixi faktın nisbi davamlılığını bil-dirir. Misal: 
tolobo qız küçodə yoldaşları ilə şit horəkot edirdi. Bir də gördü ki, omisi о biri 
küçədon  kcçir.  о,  -  utandı  ve  tcz  özünü  yı-ğışdırdı.  Ancaq  hiss  ctdi  ki,  emisi 
onun küçədə şit hərəketini gör-dü. Qızın no isə qanı qaraldı ve bu bir песо gün 
davam etdi. 
P s i x i   x a s s e   v ə y a p s i x i   x ü s u s i y y e t   termini  isə 
psixi  faktın  sabitliyini,  onıın  şəxsiyyətin  strukturunda  möh-kemlondiyini  vo 
tokrar  olunmasını  ifado  cdir.  Misal:  iki  şagird  tə-səvvür  edin.  Biri  tonboldir, 
digori  oməksevordir.  Biri  otıırduğu  yer-don  ayağa  qalxmaq  istomir,  о  biri  isə 
işdon doymur. Yaxud, biri sa-kitdir, digəri coşğundur, biri iinsiyyətli, digori isə 
qaradinməzdir. 
/Fşixi 
proseslor,  psixi  hallar  və  psixi  xassolərin  hamısına 
birlik- 
IIdrak 
proses 1 ori: 
duyğqlar 
qavrayış 
diqqot 
hafizo 
tofəWcür 
nitq 
təxəyyül II tradi 
proseslor HI Emosional 
proseslor 
Şəkil 1. Psixi 
proseslər, 
psixi hallar vo psixi xassolər. 
10 
də  psixika  ve  ya  psixi  hadisələr  deyiliry  1  №-li  şəkildə  bu  cəhət  öz  əksini 
tapmışdır. 
Psixi həyat çoxcəhətlidir, lakin vehdetdodir. Şəkil l-o diqqet-lə baxin: psixi 
proses, halot ve xassələrin adlan ilə tanış olarken is-tər-istəməz, adamın yadma, 

 
tutaq ki, nəqliyyat cədvelləri düşür, orada stansiyalann adları belə qeyd olunur: 
Bakı, Keşlə, Biləcəri, Hcybət ...Burada bir forqə diqqət edek. Her  stansiyanın 
öz sərhəd-di, öz hüdudu vardır. 
Bakı  stansiyası  qurtanr,  Keşlə  stansiyası  başlayır,  Keşlə  stan-siyası 
qurtarır, Biləcəri stansiyası başlayır ve s. Görəsen, psixi hə-yat da bu prinsiplə 
qurulmuşdunnu?  Qətiyyən  yox.  Psixi  proses,  halət  və  xassələr  bir-birilə  üzvi 
surətdə  bağlıdır.  Eyni  bir  anda  biz  həm  duyuruq  və  qavrayırıq,  həm  diqqətli 
oluruq,  həm  də  başa  dü-şür  və  yadda  saxlayırıq.  Biz  onları  ancaq  abstraksiya 
yolu ilə bir-bi-rindən fərqlondirib təhlil edirik. 
Psixologiya  heyvanların  və  insanların  psixikasını  öyrənir.  Mü-asir 
psixologiyada  insanı  fərd  (bioloji  varlıq)  vo  şəxsiyyət  (sosial  varlıq)  kimi 
nəzərdən kcçirirlor. İnsanın bir ford və şəxsiyyət kimi xüsusiyyətləri onun psixi 
proseslorindo. psixi hallarında vo xassə-lorində bütün təfərrüatı ilo eks olunur. 
Məsələn,  kinli  adamın  təsa-düfən  ayağını  tapdalayırsan,  əvəzini  çıxmaq  üçün 
az qala bunu ömür boyu yadında saxlayır; xcyirxah adamın ayağını tapdalayır-
san,  əhəmiyyət  vcrmir,  elə  oradaca  yadından  çıxır.  Kinli  və  xeyir-xah  adam. 
Bunlar  insanın  şəxsiyyoti  ilə  bağlı  xüsusiyyətlərdir.  Tə-sadüfı  deyildir  ki, 
müasir  psixologiyada  bu  problemlərin  öyrənil-məsinə  xüsusi  əhomiyyot 
vcrirlor.  Hal-hazırda  şoxsiyyət  psixologiya  elminin  on  aktual  problemlərindən 
birinə çevrilmişdir. 
Nəhayət,  bir  məsələni  aydınlaşdıraq:  psixi  proseslor,  hallar  ve  xasseler 
necə təzahür edir və formalaşır? Bu suallar müasir psixologiya üçün prinsipial 
əhəmiyyəto malikdir. 
Psixoloqların  tədqiqatları  osaslı  surətdə  göstərir  ki,  psixika  fe-aliyyot 
(yoni oyun, telim ve omek) ve ünsiyyot proscsindo forma-laşır. 
Dcmeli,  psixologiya  elmi  hem  do  fəaliyyət  ve  ünsiyyətin  psixoloji 
problcmlerini öyrenir. 
Beləliklə,  aydın  olur  ki,  psixologiya  elminin  predmeti  mürək-kəb  ve 
çoxcohotlidir. Onu sxematik olaraq 2-ci şəkildəki kimi ifa-de ctmek olar. 
 
11 

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin