. 1848-ci il inqilabından sonra Dunay knyazlığının ədəbiyyatı müəyyən müddətə qədər təsir
altında qalmışdı. Bu dövrün yazıçıları, xüsusən də mühacirət həyatı keçirənlər inqilab dövrünün qanunlarına
daxil edilən bir çox ideyaları dəqiqləşdirmək və aydınlaşdırmağa çalışırdılar. 1850-ci ildə Belçeski (1819-1852)
xaricdə «Rumın tarixində inqilabi hərəkat» və «Dunay knyazlığının iqtisadi problemi» əsərini çıxarır. Eyni ildə
Parisdə fransızca Alek Russonun (1819-1859) məşhur «Rumın mahnıları» əsəri çıxır.
İnqilabın məğlubiyyətindən sonra Dunay knyazlığında ictimai-siyasi atmosfer dəyişir.
Tarixi hadisələrə yeni münasibəti daha çox Boqdan Petriçeyku Xaşdeunun yaradıcılığında görmək olar.
Yazıçının vəkil atası gimnaziyada dərs deməklə yanaşı, həm də ədəbiyyatçı idi. Atasının yolu ilə gedən oğlu
Xarkov Universitetini bitirməmiş rus ordusunda qulluq etdi, 1857-ci ildə istefaya çıxıb Dunay knyazlığında
yaşamağa gedir və elə o andan ədəbiyyatla fəal məşğul olur. Yazıçı, tarixçi və dilçi Xaşdeu özünün hərtərəfli
fəaliyyətində nəinki mədəni inkişafın müxtəlif meyllərinin inqilabdan sonrakı fərqini, həm də «həyəcanlı fikir
və hissləri», inqilabın müvəffəqiyyətsizliyini əsərlərində əks etdirir.
Aleksandr Odobeski incəsənəti ictimai həyatın aparıcı rolu sayır. O daxili, mənəvi birliyin yaranmasına və
ya inqilabın məğlubiyyəti ilə bağlı yatmış hisslərin oyanmasına kömək etməlidir: «incəsənət xalq hisslərinin
ifadə vasitəsidir». Yazıçının fikrinə görə, incəsənət ictimai həyatda əsas rol oynayır və şairlə vətən arasında
əlaqəni dəyişir.
İnqilabdan əvvəlki poeziya bütünlükdə vətənlə bağlı idi ki. Onun keçmişi, bu günü, sabahı milli
problemlər ətrafında cəmləşmişdi. «Düşüncə» (1850) şerində Konstantin Ariçeski (1823-1886) ilk dəfə həyat
haqqında fəlsəfi sualları önə çəkir: bəşəriyyətin inkişaf tarixi, bir-birinin ardınca yaranan dövlətlər və dahi
şəxsiyyətlər. Şair bu düşüncəyə dalaraq belə nəticəyə gəlir ki, «Hər şey yox olur, insanlar da, təbiət də». Bu
problemi və həyatın mənasını romantiklər inqilabdan sonrakı dövrdə daim açmağa çalışacaqlar.
Dmitri Bolintinyan (1819/25-1872) inqilabın fəal üzvlərindəndir. 1867-ci ildə «Konrad» poemasını nəşr
etdirir. Onun da qəhrəmanının düşüncələri Ariçeski kimidir, lakin Bolintinyan lirik qəhrəmanına vətən haqda və
müasirlik haqda düşüncələrini əlavə edir.
İnqilabdan sonra şair Emineskinin yaradıcılığında dünyaya münasibət problemləri cəmlənir. Fəlsəfəyə,
humanitar elmlərə maraq onun bədii təfəkküründə iz buraxır. Sağlığında bitirə və nəşr etdirə bilmədiyi «Mo-
mento mori» poemasında Ariçeskonun başladığı həyat haqqında düşüncələrdən danışılır. Böyük imperiyanın və
dövlətin zəifləməsini əks etdirməklə Emineski bu xətti müasir dövrə gətirmək istəyir. «Mələk və iblis» (1873)
poemasında sosial həyata, «İmperiya və proletar» (1874) poemasında Paris kommunasının məğlubiyyətindən
sonra mövcud olan qanunlara qarşı çıxır.
Emineski üçün dünya yalnız sosial problemlər ətrafında fırlanır. Bununla yanaşı poeziyasında məhəbbət
problemi («Venera və Madonna») və rəssam yaradıcılığının cəmiyyətdə yeri sualı onu daim narahat edir.
O, «Göndərilmiş» (Poslannıy) silsiləsində elmi fikirlər, poeziya, sevgi və gözəlliyi burjua cəmiyyətinə
zidd sayır. Bu əsərdə Emineski kompozisiyada «heliosentirk sistem» yaradaraq mərkəzdə günəş kimi xalqı və
onun ətrafında «burjua cəmiyyətinin həbsxana və dəlixanaları»nı yaradır. Emineski əlbəttə ki, sosial
konfliktlərin real tarixi yolunu görmür burjua cəmiyyətinə qarşı bədii yollarla çıxırdı.
Rumın ədəbiyyatında «filoloji oçerk» adlandırılan realizmin ilk impulslarını XIX əsrin 40-cı illərində ro-
mantik yazıçılar sayılan V.Aleksandr, A.Russo, M.Koqelniçan, K.Neqrutsi və b. yaradıcılığında görmək olar.
Bu dövrdə inkişaf prosesi keçən məhz bu janra rumın ədəbiyyatında ehtiyac vardı.
Ruhani ailəsindən çıxan Nikola Fihmon (1819-1865) kilsə ilə bağlı idi. O, öz əsərlərində burjua
cəmiyyətinin eybəcərliyini gülüş hədəfinə çevirmişdi və pulla savadsız insanların rütbələr tutmasını açıq-aydın
təsvir etmişdi. Belə əsərlər ölkədə tənqidi realizmin, komediya janrının formalaşmasına gətirmişdi.
İctimai-siyasi komediyaya Vasili Aleksandrın əsərləri daxildir. O, Parisə oxumağa göndərilir, lakin teatra,
poeziyaya böyük ehtiras onun həyat yolunu dəyişir. İnqilabdan sonra o, komediyalar yaradır («Xadim Kiritsa
Yassaxda», 1850; «Kiritsa ədəbiyyatda», 1852). Sonralar o, psixoloji dram - «Ovidi» və siyasi komediya - «Sin-
zyana və Pepelya» əsərlərini yaradır.
Komediya sənəti ilə tənqidi realizm İona Luki Karadjale (1852-1912) yaradıcılığında birləşdirir. Məişət
janrından başlayaraq «Həyəcanlı gecə» məhəbbət komediyasını və 1884-cü ildə «İtmiş məktub» şah əsərini
yaradır. 1890-cı ildə Karadjale psixoloji dram olan «Böhran» əsərində milli kəndli xarakterini yaradır ki, bu xətt
İon Kpyanqenin yaradıcılığında davam edir.
İon Kpyanqe (1839-1889) ədəbiyyata hekayəçi kimi gəlir. Yaradıcılığına nağıl, bir neçə hekayə və avto-
bioqrafik «Uşaqlıq xatirələri» povesti daxildir. Bu əsərdə «Baba İon Roat və knyazlığın birləşməsi» (1880),
«Baba İon Roat və Kuzə» (1883) hekayələri daxildir. Rum ədəbiyyatında Kpyange yaradıcılığı romantizmdən
realizmə keçid dövrünü əks etdirir.
XIX əsrin II yarısında ədəbiyyat mədəni dirçəliş dövrü keçir. Əgər knyazlığın birləşməsinə qədər rumın
mədəniyyəti və ədəbiyyatının üç inkişaf mərkəzi – Valaxiy, Moldova və Transilbaniya knyazlığı idisə,
birləşmədən sonra ədəbiyyat milli dirçəlişə Karadjale, Emineski, Kpyanqe, Koşvunun yaradıcılığı ilə başlayır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
317
Musiqi. Rumıniya musiqisinin taleyi XIX əsrə qədər knyaz evlərində, saraylarda, monastırlarda və
kilsələrdə həll olunardı. XIX əsrdə xarici opera truppalarının, orkestrlərin qastrolları sayəsində kübar səviyyəli
professional musiqi mədəniyyəti formalaşır. Bəstəkarların yaradıcılığı klassik və erkən romantizm ənənələri
üzərində qurulsa da musiqiçilərdə əsas maraq milli xalq folklorundan geniş istifadə idi.
Hələ XIX əsrdə bəstəkarlar demokratik janrlarda işləyirdilər. Bu dövrün bəstəkarları vətənpərvərlikləri ilə
fərqlənirdilər. Rumıniyanın böyük şəhərlərində musiqi ocaqları açılırdı.
XX əsrin birinci yarısında bəstəkarlıq məktəbi yaradılır. Məktəbin banisi XX əsrin məşhur musiqiçisi
c.Eneskdir. Onun simfonik, kamera əsərləri və «Edip» (1931) operası rumın musiqisinin klassik nümunəsidir.
Məşhur bəstəkarlardan M.Andrikin, D.Kuklinin, M.Joranın da adlarını çəkə bilərik.
Çexoslovakiya.
Təsviri sənət. XIX əsrin sonu-XX əsrin əvvəlində Çexiya xalqının milli mədəniyyət yaratmaq cəhdi
uğurla qarşılandı və bu istiqamətdə böyük uğurlar əldə edildi.
XIX əsrdə Çexiyada təsviri sənətin yaranması klassik və romantik ənənələrin sintezi, realist portretin,
mənzərə janrının yaranması ilə sıx bağlı olmuşdur. II mərhələ isə heykəltəraşlığın inkişafı ilə bağlı olan
mərhələdir (XIX əsrin sonu).
Təsviri sənətin bu ərazidə inkişafı Praqa Rəssamlıq Akademiyasının əsasının qoyulması ilə əlaqədardır
(1799). Əvvəllər xarici rəssamlar bu Akademiyada dərs desə də, sonradan elə bu Akademiyanın məzunları
xüsusi yerlər tutmağa başladılar. Onların yaradıcılığında əsas yeri klassisizmdən romantizmə keçid tuturdu. Bu
dövrün görkəmli nümayəndələrindən biri Frantiliek Tkadlin olmuşdur. «Aqar və İzmail səhrada», «Enio» kimi
alleqorik əsərləri var. Onun portret irsi daha diqqətəlayiqdir, ən məşhur portretlərindən biri «Yozef Dobrovski-
nin portreti»dir. «Qraf Otokar Çerninin portreti» də bu qəbildəndir.
Onun müasiri olan Antonin Maxek məşhur portretçi olmuşdur. Kompozisiya sadəliyi, insan obrazının
dəqiq təsviri, daxili hisslərin baxışlarda əks olunması onun bütün portretlərinə xas idi. «Heykəltəraş Malinskinin
portreti» (Praqa Milli Qalereyası) və «Yozef Yunğmanın portreti» dövrün görkəmli şəxsiyyətləridir. Peyzaj
rəngkarlığında böyük nailiyyətləri rəngkar Karel Posta əldə etmişdir. «Körpü ilə peyzaj», «Dəniz mənzərəsi
axşamçağı» onun məşhur peyzajlarıdır.
Digər peyzajçı rəssam Antonin Manes olmuşdur. «Pexiteyi qəsrinin görünüşü», «Palıd», «Buludlar» kimi
mənzərələrin müəllifidir.
Çex boyakarlarından danışarkən 2 rəssamı – Yozef Navratil və Yozef Manesin adlarını xüsusilə qeyd
etmək lazımdır.
Y.Navratil Mesenat Veyxin rezidensiyasını freskalarla bəzəmişdir. Onlar arasında xüsusi dekorativliyi ilə
fərqlənən «Vlastla qızlarının döyüşü» freskasıdır. Bundan başqa o, şah Ferdinandın yay rezidensiyalarını da
freskalarla bəzəməklə məşğul olmuşdur. Yaradıcılığının digər tərəfini məişət janrında işlənmiş əsərləri təşkil
edir – «Musiqi məktəbi», «Beşik», «Küçə musiqiçiləri» məhz bu mövzulu əsərlərdəndir. Onun bir çox
natürmortları vardır. Məs.: «Kəsilmiş portağallar», «Boşqabda balıqlar» və s.
Y.Manes isə əsasən dini-fəlsəfi və ədəbi-tarixi mövzularda əsərlər yazmışdır. «Luka Leydenskinin
ölümü», «Kannda məhəbbət» kimi əsərləri var (Milli qalereya, Praqa). «Səhər nəğməsi», «Beşik nəğməsi», «İlin
fəsilləri» kimi romantik əhval-ruhiyyəli əsərləri böyük ustalıqla ifa olunmuşdur. Onun yaradıcılığında portretlər
də xüsusi yer tutur.
Onun qardaşı Kvido da tarixi mövzularda əsərlər yaratmışdır. Tarixi janrda işləyənlərdən biri Çerpak
olub. «Quşçular aşırımı keçərkən» əsərində quşçular hərəkatının nümayəndələrini təsvir etmişdir. «Əsirlər»,
«Dalmatın toyu» əsərləri də bu janrda işlənmişdir.
Dövrün digər məşhur rəssamı Pikas olmuşdur. Onun «Rəssam emalatxanasında», «Kəndli daxması»,
«Qoca və ölüm» kimi realistik süjetli əsərləri var. Zadəgan təbəqədən olan Adolf Kosarekin yaradıcılığı üçün
aşağı, sadə insanların həyatının təsviri xarakterikdir – «Külək dəyirmanı», «Kəndli toyu» adlı əsərlər bunu bir
daha sübut edir. O tez vəfat etdiyindən əsərlərinin sayı da azdır. Lakin buna baxmayaraq çex rəngkarlığında
mənzərə janrının inkişafına onun böyük təsiri olmuşdur.
Bundan başqa Y.Marjak öz əfsanəvi və realistik əsərləri, A.Xitussi isə təbiət mənzərələrinin mahir ustası
kimi çex rəngkarlığına daxil olmuşlar.
XIX əsrin sonu-XX əsrin əvvəllərində çex boyakarlığında rəngkar və qrafik kimi fəaliyyət göstərən Miko-
las Aleşin böyük rolu var. Əsərlərinin çoxu onun ev muzeyində saxlanılır. «Quşçunun qəbri üzərində» onun ən
məşhur əsəridir. O, Praqa teatrının foyesi üçün karton üzərində olan eskizlərin müəllifidir. Onun əsərləri roman-
tiklik və ritorika ilə doludur. «Vətən» adlı eskiz foye üçün nəzərdə tutulmuşdur.
Milli teatrın dekor tərtibatında rəssam Frantişisk Jeniliek də iştirak etmişdir. Çex heykəltəraşlığı
rəngkarlıqdan bir qədər arxa planda idi. Dövrün məşhur heykəltəraşlarından klassik üslubda işləyən heykəltəraş
Vatalov Praxner olmuşdur. Onun ən məşhur işi Praqada Vatska meydanında yerləşən «Valtava» daşdan
hazırlanmış heykəlidir.
XIX əsrin 70-ci illərindən heykəltəraşlıq məktəbi dirçəlməyə başlayır. Salon akademizmindən uzaqlaşan
heykəltəraşlar realistik üsluba meyl yönəldirlər. Bu dövrdə Yozef Vatelov Mıslbek fəaliyyətə başlayır. O, alle-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
318
qorik heykəllər yaratmaqla məşğul idi. 80-cı illərldən Praqa körpüsü üçün heykəllər yaratmağa başlayır. Daha
diqqətəlayiq heykəl milli teatrın foyesi üçün hazırlanmış, poetik ruhlu «Musiqi» kompozisiyasıdır. Bu dövrün
memarlığı da klassik ənənələrlə bağlı surətdə inkişaf edirdi. Ansambl tikililərinin sayı artır. Şəxsi evlərin və ic-
timai binaların tikintisi çoxalır. Şəhər və şəhərdən kənar villaların tikintisi artır. Milli hərəkatla bağlı olaraq, mil-
li ruh oyanır və bu, 1867-1883-cü illərdə memar Y.Zitek tərəfindən milli teatr binasının tikilməsinə gətirib
çıxarır.
Plan quruluşuna görə fərqlənən tikililərdən Y.Zitekin rəhbərliyi ilə tikilən «Rudolfinium» binasını
göstərmək olar.
XIX-XX əsrlərdə Slovakiyada da Çexiyada olduğu kimi, milli mədəniyyət formalaşmağa başlayır. Ölkədə
olan şərait ziyalıları xaricdə təhsil almağa vadar edirdi, bu da Slovak mədəniyyətinə digər ölkələrldən ənənələrin
gəlməsinəsəbəb olurdu. Çoxları Macarıstanda təhsil alanlar idi. Buna görə də təsviri sənətin bütün sahələri ma-
car təsviri sənəti ilə bağlı inkişaf edirdi.
Memarlıqda klassik üslub aparıcı üsluba çevrilmişdi. Məşhur klassisist memarlardan A.Povolnı, İ.Feyqler
kimilərinin adını çəkmək olar.
Heykəltəraşların fəaliyyəti Vyana və Budapeştlə bağlı idi. Vavritsa Dunayski yaradıcılığını Budapeştlə
bağlamış heykəltəraşlardan idi.
Boyakarlıq məktəblərinin inkişafı olduqca ləng gedirdi. Yerli boyakarlıq məktəbləri Bratislava və Kaint-
sada yerləşirdi. Bu cür məktəblərdən birinin banisi rəngkar Daniyalı Yan Yakub Stunder olmuşdur.
Slovak rəngkarlığının inkişafında Y.B.Klemens, V.Klimoviç kimi rəngkarların böyük rolu olmuşdur.
Y.B.Klemens məşhur portret ustası kimi tanınmışdır.
V.Klimoviç portret janrında «Qocanın başı», «Qoca qarının başı» (Slovakiya Milli qalereyası) kimi
portretləri işləmişdir. Əsasən kəndli obrazları yaradırdı.
Məişət və portret janrını inkişaf etdirən rəssamlardan Kornel Boqun olmuşdur. Onun əsərlərinin bir çoxu
Slovakiya Milli qalereyasında saxlanılır.
Lirik və poetik əsərlərlə mənzərə janrını Slovakiyada inkişaf etdirən Lodislav Mednyaski olmuşdur. Onun
poeziyası təkcə Polşada deyil, digər ölkələrdə də geniş yayılmışdır.
Ədəbiyyat. 1848-ci il inqilabı yatırıldıqdan sonra bir çox siyasi dəyişikliklər baş verir, repressiyalar
nəticəsində radikal demokratlar həbsə məruz qalırlar.
İnqilabi, satirik, publisistik əsərlərin əhəmiyyəti olduqca artır.
İ.V.Freç (1829-1890). Şerlərinin çoxu o, həbsdə olarkən yazılsa da, yalnız 25 il sonra çapa izn alır və
«Qaladan məktublar» adı altında nəşr olunur.
K.Y.Erben (1811-1862) XIX-XX əsrlərdə ballada janrının ən görkəmli nümayəndəsidir. «Çələng» adlı
kitabında milli ruh, vətənpərvərlik hissləri duyulur. B.Neletsova (1820-1862) çex ədəbiyyatında nəsrin banisi
hesab edilir. Yazıçı olmaqla yanaşı o, görkəmli publisist, vətənpərvər və demokratik ideyaların müəllifi kimi də
çıxış etmişdir. «Nənə» povestini yazmaqla o, ilk dəfə çex ədəbiyyatına monumental, lirik kəndli obrazı
gətirmişdir. Bu obraz xalq müdrikliyinin simvoluna çevrilmişdir.
XIX əsrin 60-80-cı illərində çex ədəbiyyatında realizm ünsürləri yaranmağa başlayır. Realizmin
yaranması bir çox ideyaların açılmasına kömək etdi. Realizmin görkəmli nümayəndələri İ.V.Siadeka (1845-
1912), S.Çexa, V.Qallepa, Y.Neruda olmuşlar.
Y.Neruda (1834-1891) şair, dramaturq, publisist, ədəbi tənqidçi kimi fəaliyyət göstərmişdir. Çex teatrına,
musiqisinə, təsviri sənətinə dair bir çox məqalə və resenziyaların müəllifidir. Onun hekayələri «Arabeskalar»
adı altında nəşr olunmuşdur.
«Bosyaş» povestində ilk dəfə xalq kütləsinin alman təbəqəsini təsvir etmişdir.
Poeziya janrında yazılmış əsərlərinə «Şerlər kitabı», «Kosmik nəğmələr», «Ballada və romanslar» aiddir.
Nəsr inkişaf etməyə başlayır, onun aparıcı motivi burjua cəmiyyətində olan meşşanlığın ifşası olur:
«Dünyanın mələyi», «Frantina». Nəsrin ilkin nümayəndələrindən biri A.İrasek olmuşdur (1851-1930).
Romanlarının bir çoxu tarixdə baş vermiş hadisələrlə bağlıdır. Ən çox kəndli üsyanları təsvir olunmuş əsərləri:
«Skalani» və «Psoxqlavbsi»dir. Bir çox əsərlərində isə o, quşçular hərəkatını təsvir etmişdir: «Bizdə»,
«Qardaşlıq».
XIX əsrin sonu-XX əsrdə çex poeziyası öz çiçəklənmə dövrünü keçirir. Bir çox yazıçılar da hərdən bu ja-
nra müraciət etmişlər. Qalena, Neruda, Sladena. Vixmetski kimi yazıçıların bu janrda şerlər kitabları nəşr
olunmuşdur. «Axşam nəğmələri», «Təbiət» buna nümunədir.
Slovak ədəbiyyatı XIX-XX əsrlərdə buradakı tarixi şəraitlə əlaqədar digər mədəniyyət sahələri kimi ləng
inkişaf edirdi. Yaranan əsərlərin çoxu romantizm cərəyanı ilə sıx əlaqədar idi. Romantizmin ən parlaq nümunəsi
Y.Bottonun (1829-1881) yazdığı «Yanamkonun ölümü» əsəridir. Bu əsərdə müəllif slovak ədəbiyyatında ilk
dəfə olaraq quldur obrazına müraciət etmişdir.
Folklor janrını yaradıcılıqlarında inkişaf etdirən ədəbiyyatçılar A.Sladkoviç və S.Xalunka olmuşlar.
Romantik nəsr az da olsa yayılmışdı. Y.Kalinçak bu janrı inkişaf etdirirdi. «Məhəbbət və qisas», «Rahib»,
«Serkilər» onun ən məşhur əsərləridir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
319
Bədii zövqün formalaşmasına əcnəbi ədəbiyyat yaxından kömək etmişdir, çex xalqı alman, polyak, macar
ədəbiyyatı ilə dərindən tanış olmuşlar.
P.O.Qvezdoslov (1849-1921) poeziyasında romantizm və realizmin sintezindən istifadə etmişdir: «Yay
qaçışları», «Sonetlər», «Psalm və himnlər». Xalqın mənəviyyatı onun üçün xüsusi əhəmiyyət kəsb etdiyindən
əsərlərinin əsas ideyasına çevrilmişdir.
S.Y.Vayanski (1847-1916) yaradıcılığının əsasını sosial-psixoloji povestlər təşkil edir. Bu povestlərin hər
biri millilik, vətənpərvər, coşqun hisslərlə doludur: «Liliya», «Uçan kölgələr», «Quru budaq».
S.V.Vayanski yaradıcılığının təsiri ilə yazıb-yaradan qadın şairə T.Vantsova olmuşdur (1857-1842). Ailə-
məişət mövzusunda bir çox əsərlərin müəllifidir. Bir ailənin dramatik faciəsini əks etdirən əsəri «Podramskilərin
yetimi» romanıdır.
Musiqi. Çexoslovakiya musiqi mədəniyyəti Çex və Slovakiya vəhdətində formalaşmışdır. Burada profes-
sional musiqi yaradıcılarından bəstəkar B.Smetananın, A.Dvorjakın, İ.Fibixanın və b. adlarını çəkə bilərik.
Polşa.
İncəsənət. XIX əsrdə Polşa incəsənəti-Polşa mədəniyyəti tarixində parlaq səhifədir. Bu dövrdə Polşa
siyasi cəbhədə güclü bir dövlət deyildi. XIV əsr Polşa mədəniyyətində vətənpərvərlik ideyaları ön plana
çəkilirdi. Yazıçılar, şairlər, musiqiçilər, rəssamlar daim bu ideyalar üzərində işləyirdi. Belə ziyalılara misal ola-
raq F.Şopeni, Slavatskonu göstərmək olar. Milli vətənpərvərlik hissi Polşa incəsənətində ayrılmaz fikir idi.
Polşanın bədii həyatı mürəkkəb şəkildə inkişaf edirdi. Bu elə bir dövr idi ki, Y.Norblii və A.Oraovski ölkədən
çıxıb getmiş, M.Poqonski və K.Voynakovski vəfat etmişdilər. Bu çətin illərdə incəsənətin ən fəal ocağı Vilna
(Vilnüs) şəhəri idi. Universitetlər bu dövrdə mədəniyyət mərkəzləri sayılırdı (Litva üçün), eyni zamanda bu
şəhər Polşa mədəniyyətinin də mərkəziidi. Krakovda Mixail Staxoviçi (1768-1825) kəndlilərin həyatından
götürülmüş səhnələr maraqlandırırdı.
Polşa tarixi üçün yeni dövr növbəti onillikdə – 1815-ci ildən sonra başlayır. Əvvəllər olduğu kimi,
Varşavaya mədəniyyətin mərkəzi rolu qaytarılır. Memarlar XVII əsr Polşa klassisizminə arxalanaraq yeni
dövrdə memarlığı daha da inkişaf etdirməyə çalışırlar. Onlar bunu daha mürəkkəb monumental formalarda
işləyirlər. 20-30-cu illərdə şəhərsalma işi gücləndirilir. Bu dövrdə Varşavanın mərkəzi hissəsinin tam şəkildə
formalaşdırılması başa çatır. 1824-1825-ci illərdə Bankov meydanı tikilir. Memarlıq həlli baxımından Bankov
meydanına yaxın olan digər bir tikili Böyük Teatrın yerləşdiyi Teatr Meydanı kompleksi idi. Bu kompleks
1825-33-cü illərdə Koratsinin layihəsi əsasında tikilmişdir. Koratsinin işləri polyak klassisizminin inkişafında
mühüm rol oynamışdır. XVIII əsr ənənələrinə Yakob Kubitski yaxın olmuşdur. O, 1818-1820-ci illərdə özünün
ən yaxşı əsərlərindən biri sayılan Varşava şəhərində Belveder sarayını inşa edib. Klassisizm başqa ölkələrə
nisbətən Polşa krallığında daha çox qalır. Məs., XIX əsrin ortalarında sırf klassik üslubda işləyən memar Henrix
Markoni (1792-1863) Sakson bağında Potia məbədi Tivalini Xapifladan qüllə tikir. Burjuaziyanın Polşada
çiçəklənməsi ilə əlaqədar olaraq portret janrı Polşada çox geniş inkişaf etməyə başlayır. Bu dövrdə fəaliyyət
göstərən rəssamlardan biri Varenavalie, rəssam Antoni Brodovski (1784-1832) Paris şəhərində Jerarda təhsil
almış, fransız tipik portretlərini çox gözəl öyrənmişdir. Bu rəssam öz əsərlərində insanın daxili aləmini, onun
hisslərini əks etdirməyə çalışır. Rəssamın ən yaxşı işlərinə misal olaraq Brodovskinin qardaşının portretini
göstərmək olar. Brodovskinin qardaşı da rəssam idi. O, əsasən realistik məişət janrında işləyirdi. Brodovski eyni
zamanda mifoloji kompozisiyalarda işləmişdir. Buna misal olaraq rəssamın «Edip və Antiqona» (1828) əsərini
göstərmək olar. Bu əsərdə rəssam akademik rəsm rəngkarlığına sadiq qalmışdır. Polyak mədəniyyəti üçün
dəhşətli zərbə çarlığın Varşava və Vilen universitetlərinin bağlanması oldu. 30-40-cı illərdə I mədəniyyət
mərkəzi Qalşaya və Krakov, II isə bir çox polyak ziyalılarının mühacirət etdiyi Paris olmuşdur. Parisdə bu
illərdə yaşayan Mitskeviç öz mili epopeyası olan «Pon Todeuş»u yazmışdır. Bu illərdə Şopenin də maraqlı
əsərləri yaranır. Burada eyni zamanda rəngkarlardan Q.Rodkovski, P.Mixaylovski, P.Kaplin işləmişlər. Bu
dövrdən Fetiks Pivarskinin ətrafında olan bir qrup rəssam çox fəal yaradıcılıqla məşğul olurdu. Pivarski öz
əsərlərinin prototipini xalqın həyatından götürürdü. Pivarskinin yaradıcılığında romantik istiqamət üstünlük
təşkil edirdi. Onun bir çox tələbələri var idi. Yaradıcılığı XIX əsrin 40-50-ci illərinə təsadüf etmiş rəssamlardan
biri də Henrix Rodakevski (1823-1894) idi. Bu rəssam özünü mahir portretçi kimi göstərmişidr. Onun məşhur
portretlərindən biri atasının portretidir. Parisdə yaşayarkən rəssam «General Q.Dembinski»nin portretini çəkir.
Rəssam generalın obrazını çox kədərli, oturan tərzdə yaratmışdır. Bu portret çox sakit, zeytuni boz rəng
qammasında çəkilmişdir. Polşa incəsənətindən danışanda P.Mixaylovskinin adını çəkməmək mümkün deyil. Bu
rəssam əsil-nəcabətinə görə aristokrat olub. Rəssamlıq təhsili almamışdır. O tez-tez Fransaya səyahət edir,
oranın ziyalıları ilə görüşürdü. O, ispan rəssamlarından F.Qoyya və D.Velaskesin yaradıcılığını dərindən
öyrənmişdir. Onu rəngkarlıqda dinamik gərginlik cəlb edirdi. Uzun müddət atlar, atlılar və döyüşlər rəssamın
yaradıcılığında sevimli mövzulardan idi. Sonralar rəssam portret janrına müraciət etmiş, bir çox realist portret
əsərləri yaratmışdır. Onun sevimli rəng qamması boz, zeytuni-qəhvəyi, kül rəngi, göy-qırmızı rənglərdən ibarət
idi. Yaradıcılığının daha da püxtələşdiyi dövrlərdə rəssam daha çox azad manerada işləyirdi. Mixaylovski öz
yaradıcılığında kəndli mövzusuna müraciət etmiş və onun bu mövzuda çəkilmiş əsərləri polyak incəsənətinin
məşhur əsərlərindən sayılır (XIX əsr).
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
320
Bu portretlərdə rəssam xalqın xarakterini çox gözəl göstərə bilmişdir. O öz portretlərində kəndlilərin
obrazlarını realist manerada əks etdirə bilmişdir. O, təsvir olunmuş insanın daxili aləmini, fikirlərini inandırıcı
göstərməyə çalışır. XIX əsrin II yarısından başlayaraq polyak incəsənətində romantik janr geniş inkişaf edir.
Varşava sərgilərində, daha sonra isə Krakov sərgilərində 50-60-cı illərdə daha ciddi kompozisiya janrları
üstün yer tuturdu. Burada yenilik ondan ibarət idi ki, rəssamlar xalq məişətinin real şərtlərini təsvir etməklə
yanaşı həm də onun sosial vəziyyətinə də öz münasibətlərini bildirirdilər. Doğrudur, xalqa olan münasibət
məhdud, sentimental xarakter daşımaqla kasıbın qəmli həyat şəraitini əhatə edirdi. Bu halda rəssamlar xalqla
hesablaşmağa, onun öz hüquqlarına nail olmasına çalışmağa can atırdılar.
Realist məişət janrının yüksəlişini əsasən Polşanın Rusiyaya aid hissəsindəki rəssamlar edirdi. 1863-cü
ildə baş vermiş üsyan kəndli mövzusunu irəli çıxarmışdı. Bu dövrdə Polşada rus əhval-ruhiyyəsinin geniş
yayılması rus rəssamlarının əsərlərini xatırladırdı. Bu istiqamətdə bir sıra Varşava rəssamları çalışırdı. Bunlar-
dan F.Kostşevski (1826-1911) «Daşyonanlar» (1862, Milli Muzey), V.Qerson (1831-1901), «Kəndlinin atı ilə
vidalaşması» (1856) və s. göstərmək olar.
Yüzef Şertientovskinin (1833-1876) əsərləri daha tipik xarakter daşıyırdı. O, 60-cı illərin Varşava janrları
arasında xüsusi yer tuturdu. Şertientovskinin yaradıcılığında «janr-mənzərə» kompozisiyası üstünlük təşkil edir-
di ki, burada da başlıca cəhət hərəkət və süjet deyil, ümumi əhval-ruhiyyə təşkil edirdi. Onun əsas xarakterik
əsərlərindən biri «Kəndlisayağı dəfn» əsəridir (1862, Varşava Milli Muzeyi). Bu əsərin əsas məzmununu öz
yaxınını itirmiş iki kəndlinin təsviri təşkil edir. Kəndli mövzusuna Şertientevski həm də daha sonralar
«Təhkimlilər» (1873) əsərində müraciət etmişdir.
Polşanın Avstriyaya aid hissəsində məişət janrı heç də böyük üstünlüyə malik deyildi. Bu dövrün tanınmış
rəssamlarından Aleksandr Kotsisa (1836-1877) xüsusi yer tutur. Bu rəssam öz əsərlərində Krakov yaxınlığında
vaxtını keçirdiyi kəndlilərin təsvirinə üstünlük verirdi. Onun əsas əsərini «Ananın ölümü» (1867, Lvov Şəkil
qalereyası) təşkil edir. Əsərin təsvirində daxma həyatının kasıb görkəmi xüsusi yer tutur. Burada yataqda ölmüş
kəndli qadının fiquru təsvir olunmuşdur. Üç uşaq isə çarpayının yanında ayaq üstə dayanmış və özlərinin
gələcək faciələrini dərk etmirlər. Onların ayaqları altında dovşanlar qaçışır. Rəssamın uğurlu yaradıcılıq
nümunələrindən birini «Sonuncu yaxşılıq» (1870, Varşava Milli muzeyi) əsəri təşkil edir. Bu dövrdə
özünəməxsus yer tutan rəssamlardan biri də Qalitsiyalı Artur Qratqer idi (1837-1867). O özünün bir sıra qrafik
əsərləri ilə tanınmışdır. Onun əsərlərindən «Varşava» (1862), «Polşa»nı (1863) misal göstərmək olar. Bu
əsərlərdə Polşa xalqının milli azadlıq mübarizəsi öz təsvirini tapmışdır. 1863-cü il üsyanı ərəfəsində və ondan
sonrakı dövr Polşa incəsənətində əsaslı dönüş dövrü olmuşdur. Bu dövr artıq bütövlükdə demokratik realizmin
inkişafı ilə xarakterizə olunurdu. İncəsənətin romantik dövrü artıq geridə qalmışdı. Buna baxmayaraq xalqın
romantik əhval-ruhiyyəsi bu dövrün iri tarixi rəngkarlıq sənətkarı olan Mateynonun əsərlərində xüsusi yer tutur.
Yan Mateyno (1838-1898) Polşa incəsənətinin və mədəniyyətinin xüsusi bir dövrünü təşkil edir. Mateynonun
birinci yaradıcılıq dövrü XIX əsrin 60-70-ci illərini təşkil edir. Bu dövr onun əsərlərində vətənpərvərlik
hisslərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunurdu. Onun yaradıcılığının sonrakı dövrü isə XIX əsrin 80-
90-cı illərində daha çox ənənəvi-rəsmi xarakter daşıyırdı. Rəssamın sonuncu yaradıcılığı dövründə monumental
dekorativ üslub üstünlük təşkil edirdi. Bunun özü də Polşa incəsənətində yenilik idi. XIX əsrin 70-80-cı illərində
Polşa krallığının ərazisində fəaliyyət göstərən rəssamların yaradıcılığında xüsusilə demokratik realizmin inkişafı
yüksəliş dövründə idi. 60-cı illərin islahatından sonra ölkədə kapitalizm sürətlə inkişaf edirdi. Bu da öz təsirini
incəsənətdə göstərirdi. Bu zaman bədii prinsiplərin inkişafı ön plana keçirdi. Bu dövrdə tanınmış rəssamlardan
biri Huzef Xelmonski idi (1849-1914). Onun əsərlərində Polşa kəndlisinin həyatı üstünlük mövzunu təşkil edir-
di. Həmçinin bu dövrdə tanınmış rəssamlardan biri də Maksimskyan Qerimski idi (1846-1874). Bu rəssam öz
əsərlərində incə və dəqiq, aydın və musiqili təsvirlər yaradırdı. O özündə realist və həqiqi şair təəssüratı
yaratmışdır. Onun əsərlərindən «Povstaşçesk patrul»u (1871, Varşava Milli muzeyi) göstərmək olar. Bu əsərdə
1863-cü il üsyanından səhnə təsvir edilmişdir. Bu dövrdə daha yüksək ustalığı ilə seçilən realist rəngkarlıq sis-
teminin nümayəndələrindən sayılan Aleksandr Qerimski olmuşdur (1850-1901). Məhz onun yaradıcılığında
Polşada ilk kapitalist şəhərinin təsviri öz ifadəsini tapmışdır. Onun Varşava silsiləsinə «Trompik» (1884, Kra-
kov Milli muzeyi), «Vislayanı qum karxanasında» (1887) əsərləri daxildir. Onun həm də Parisin təsvirinə həsr
olunmuş əsərləri vardır: «Parisin gecə operası» (1891, Poznan Milli muzeyi). Polşa xalqının milli azadlıq
hərəkatının təsvirinə həsr olunmuş əsərlərin müəllifi kimi Yatek Malçevski özünəməxsus yer tutur (1854-1929).
O öz əsərlərində sürgün həyatının təsvirini yaratmışdır. Bu əsərlərdən «Ölüm mərhələsi» (1891), «Şaxtada
istirahət» (1882), «Siyasi sürgünlər» (1883) və sairə əsərləri göstərmək olar.
ƏdəbiyyatDostları ilə paylaş: |