Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyi, səhba nədir.
Gərçi janandan dili- şeyda üçün kam istərəm
Sorsa anan bilməzəm kami- dili- şeyda nədir.
Vəsldən jün aşiqi müstəğini eylər bir vüsal
Aşiqə məşuqdan hərdəm bir istiğna nədir?
Hikməti dünyavü mafiha bilən arif deyil,
Arif olur, bilməyə dünyəvü mafiha nədir.
Ahu fəryadın, Füzuli, injidibdir aləmi,
Gər bəlayi- eşq ilə xoşnud isən qovğa nədir?
1
Məhəbbət bu poeziyanın predmeti olmuş və heç bir şey istisna təşkil etməmişdir. Təfəkkür məhəbbətin
qüdrəti qarşısında susur. Hər şey onu heyrətə gətirib. Hər şey onun poeziyasının predmetidir. İnsanın daxili
aləmində onun ali və böyük xüsusiyyətlərindən tutmuş onu utandıran ən kiçijik jəhətlərə qədər hər şeyə təbiətdə
görünən və zahirən nə varsa hamısına eyni dərəjədə öz münasibətini bildirmişdir.
Fizuli ümumiyyətlə, sözə, dilə ruhani, sakral münasibət bəsləyir, onu «uja dərgahdan» gələn feyz hesab
edir: «Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli bir jövhər
tapmadım». Söz haqqında bu sözlər söz olub qalmır. «Leyli və Məjnun»un, «Divan»ın semantik stixiyası
doğrudan da ilahi, sirli, təhtəlşüur bir aləmdən xəbər verir. Şübhəsiz, Fizuli xalis simvolist şair və sürrealist
mütəfəkkir deyil. Həm sakral, həm də realist və romantik üslubi əda burada vahid bədii məkan – «Fizuli univer-
sumu» təşkil edir və ən azı üç bədii yozuma şərhə, açıma fəlsəfi açar verir. Elə ona görə hər Fizuli beyti də az
qala hər müqəddəs surə qədər izah və təfsiz tələb edir.
Buna nail olmaq üçün şair həmişə mənanı da dərinlikdə ilahilik və sehir səviyyəsinə bədii, biçimi, üslubu,
dili və vəzni də gözəllikdə nazənin, məşuqə və mələk səviyyəsinə qaldırır, sözü diriliyin, insanın («jan»ın) özü
ilə bərabər tutur.
Jan sözdür əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir jan…
Fizulinin qədim türk dünyasında məhz sözlə, yenidən yaratdığı vahid bədii məkan indi də davam edir.
Bütün Qafqazda və Orta Asiyada, Balkanlarda və Kiçik Asiyada türkün nəfəs aldığı hər yerdə mahnıdan,
musiqidən, dini mərasimdən tutmuş məktəb dərsliyinə, məişətə, məsjidə, meyxanaya qədər bu sabit dil məkanı
hiss olunur, yaşayır, boy verir.
2
Fizuli – vahid, bölünməz, bütöv məkanı yalnız tarixlər, mədəniyyətlər, rüzgarlar arasında yox, həm də göylərlə
yerlər arasında yaradır. Şairin sözdən jisim kəsb edən «jan evi»nə nə fələklər və insanlar, millətlər, dinlər və təriqətlər
hamısı eyni vaxtda sığışmır. Ona görə ki, Fizuli həm bizimlə, həm də göylərlə vahid məkanda yaşayır və özünü tanrı,
dünya və təbiətlə vəhdətdə dərk edir
.3
Əşya pratkik fəaliyyətdən fərqli olaraq estetik fəaliyyət, Hegelin qeyd etdiyi kimi, öz əşyasını onun təbii
mövjudluğundan məhrum etmir. O, yalnız əşyanı öz şəxsi məntiqi və potensial inkişaf imkanlarına uyğun olaraq
obrazda tamamlayır və ideala qədər ujaldır. Daha doğrusu arzu edilən və mümkün olan təsəvvür səviyyəsinə
qaldırır. Estetik baxımdan dəyişdirilmiş şey bəşər mədəniyyəti aləminə daxil edilir, orada o, öz oricinal
xüsusiyyətini saxlayaraq, insan üçün dəyərli olur. Burada estetik predmet insanın obyektiv (təbii və sosial) aləmi
ilə subyektiv aləmi arasında vasitəli vəsilə kimi çıxış edir.
Müasir tədqiqatçılar keçmiş dövr mütəfəkkirlərinin (Aristotel, Kant və başqalarının) məhdudluqlarını ara-
dan qaldıraraq dialektik əsasda estetik jəhətdən gözəl ideyaların, bütövlükdə estetik mədəniyyətin şəxsiyyətin
1
Физули. Ясярляри, 5-ъилддя, II ъилд, Б., 1958, с.204.
2
Йашар Гарайев, Тарих. Йахындан вя Узагдан. Б., 1995, с.183-184.
3
Йеня орада, с.187.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
25
təkmilləşməsinə kömək etdiyini xüsusi qeyd etmişdir. Gerçəkliyə etsteik münasibətin metodoloci mahiyyətini
açaraq tədqiqatçılar estetik mədəniyyətin inkişafının əsasını göstərmişlər. Onlar aydınlaşdırdılar ki,
- gerçəkliyin dərk edilməsi onun hissi qavrayışı ilə başlanır, bununla bərabər idrak prosesi hissi və
rasionallığın vəhdətidir;
- estetik hisslərin əmələ gəlməsi və inkişafının əsasında fəaliyyət durur;
- şəxsiyyətin estetik fəaliyyətinin əsasını insanların maddi həyat şəraiti təşkil edir;
- estetiklik insanların öz ideyalarına uyğun olaraq gerçəkliyin insan tərəfindən dəyişdirilməsinin məqsəd və
şəraitinə daxildir;
- estetiklik ümumbəşəri xarakteri ilə özünü göstərir;
- gerçəkliyə emosional hissi münasibət insanda müxtəlif qurujuluq məsələlərinə dərin maraq oyadır;
- estetiklik, bütövlükdə insanın mənəvi formalaşması kimi, həm praktiki problemlərlə, həm də digər
probelmlərlə əlaqədardır.
1
Estetik predmet özünə subyektin müəyyən münasibətini, onun baxışlarını və iştirakını daxil edir. Bunlar
obyektiv keyfiyyətlərlə yanaşı onun dəyərini müəyyənləşdirir. «Subyekt» anlayışının fərdin obyektə qarşı fəallı-
ğı onun bu fəallığının xarakterinə uyğun olaraq əhvali- ruhiyyəsini, məqsədini qeydə alır. Eyni bir adam
müxtəlif növ fəaliyyətin subyekti ola bilər. Estetik subyekti razılıq- narazılıq hissi ilə möhkəmləndirilmiş emo-
sional- obrazlı təfəkkür, səmərəli mülahizə, anlamaq qabiliyyəti fərqləndirir. Bu qabiliyyət inkişaf etmiş olanda
predmeti onun tam halında anlamağa, onun həyata keçməmiş, inkişaf imkanlarını götür- qoy etməyə, onu ideala
müvafiq surətdə tamamlanmış təsəvvür etməyə imkan verir.
Estetikanın çağdaş inkişafı onun predmetini üç əsas aspektdə müəyyənləşdirməyə yardımçı olur. Estetika
gerçəkliyin özündə olan estetiklik haqqında elmdir: o həm də insanın dərk edən, yaradan, dəyişən estetik
fəaliyyətini öyrənir, bundan başqa estetika injəsənətin əsas qanunlarını ümumiləşdirir.
Estetikliyin təbiətinin obyektivliyi problemi estetik düşünjənin qaynaqları ilə sıx bağlıdır (duyğu, həzz,
qiymət). Estetik düşünjənin, dərkin və qavrayışın qaynağı təkjə dünya ilə insan arasındakı münasibət deyildir.
Ən əsası obyektiv gerçəkliyin özüdür, onun təbiətidir. Məhz buna görə də estetik praktika təkjə insanın
mahiyyətinin injəsənətdə özünüifadəsi deyil, o həm də estetik düşünjə də idrak vasitəsi kimi çıxış edir, dünyanın
obyektiv mövjudluğunun mahiyyətini açır. Buna görə də özünüifadə bütövlükdə estetik praktika deyil, anjaq
dünyanın obyektiv estetikliyinin dərkinin müəyyən konkret janıdır. Deməli, estetik münasibət anjaq
gerçəklikdəki estetikliyin müəyyən, bir elementi olmaqla idrak obyektinin, yəni bütövün tərkib hissəsidir.
Estetik fəaliyyətin və mədəniyyətin subyekti abstarkt fərd deyil, ijtimai varlıqdır. O meydana çıxan kimi
nəinki hazır sosial münasibətlərlə, eləjə də müəyyən maddi və mənəvi nailiyyətlərlə, o jümlədən, əvvəlki inkişaf
nətijəsində yaranmış estetik dəyərlərlə rastlaşmalı olur. Bu dəyər insan varlığının obyektiv şərtləri olur və este-
tik fəaliyyəti üçün əsas rolunu oynayır. Sosial baxımdan qarşılıqlı təsir prosesində və məqsədyönlü tərbiyə
nətijəsində jəmiyyətin mənimsənilən estetik dəyərləri onun özünün gerçəkliyə estetik münasibtələrinin
istiqaməti kimi çıxış edir, estetik qiymətinin meyarı və eyni zamanda onun estetik fəaliyyətini təşkil etməyə im-
kan verən əsasa çevrilir.
Bədii mədəniyyətdə müəyyən olunmuş ijtimai əhəmiyyətli norma və sərvətlərin mövjudluğu estetik
fəaliyyəti subyektiv eqoizm elementlərindən azad edir.
Subyekt özünü estetik jəhətdən nə qədər sərbəst və oricinal ifadə edirsə, onun «ən böyük sərvət olan digər
adama ehtiyajı»
2
bir o qədər güjlənir. Digər adamla (adamlarla) ünsiyyətdə jəmiyyətin estetik mədəniyyəti
formalaşır, fərdin bilavasitə həyəjanının estetik dəyəri yoxlanılır, onun gerçəkliyə estetik münasibətinin
oricinallığı və spesifikliyi ümumi sərvət kimi təsbit olunur. Fəaliyyət və informasiyanın qarşılıqlı mübadiləsi
əsasında həm də gerçəkliyə, yeni dəyər sistemlərinə estetik münasibətlərin yeni prisipləri formalaşır.
Keçmiş jəmiyyətlərdə estetik subyektin ijtimai təbiəti həm mədəniyyətə münasibətdə və həm də dəyərlərə
istiqamət yönümündə müəyyən xarakter daşıyır. Subyektin sərvətlərə oriyentasiyasının müəyyən xarakteri
N.Ç.Çernışevskinin qeyd etdiyi kimi, hətta təbiət obyektlərinə münasibətində təzahür edir. İjtimai hadisələr və
proseslərə münasibətdə estetik qiymətləndirmənin sosial şərtlənməsi onun məzmunu üçün vajib və əhəmiyyətli
jəhətdir.
K.Marks qeyd etmişdir ki, ijtimai praktika «predmet fəaliyyəti» kimi mövjuddur, yəni o (predmet)
«insanın hissi fəaliyyəti» (Feyerbax haqqında birinji tezis) kimi mövjud olduğu zaman özünün «ikinji təbiətin»
yaradır və bununla da müstəqil mövjudluq tapır və etsteik idrakın obyektinə çevrilir.
3
Problemin əsas çətinliyi ondan ibarətdir ki, burada praktikanın yaradıjı mahiyyətinin düzgün anlaşılması
tələb olunur. İnsan praktikada gözəllik yaradırmı, yoxsa onun praktik fəaliyyəti sadəjə olaraq gerçəkliyin obyek-
tiv mövjud xassəsini açmağa yönəlmişdir?
1
Бах: Липский В.Н. Эстетическая культура и личность. М., 1987, с.28.
2
Маркс К., Енгелс Ф. Сочинение, т.2, с.125.
3
Бах: К.Маркс вя Ф.Енэелс. Сечилмиш ясярляри. Цч ъилддя, I ъилд, Б., 1978, с.1.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
26
Məlum olduğu kimi insan həm dərk edir və həm də yaradır, qurur. Sual oluna bilər. İnsana qədər təbiətin,
maddi varlığın estetik xassəsi mövjud olmuşdurmu? Əlbəttə ki, yox! Çünki hər şey insanla başlanır.
Estetik fəaliyyətin obyektə uyğun olaraq səmərəli xarakteri hər bir perdmetin estetik dəyərinin təsdiqində
reallaşır. Predmetin estetik dəyəri subyektin aşkara çıxardığı və qiymətləndirdiyi obyektiv daxili və xariji
əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir. Təbiət, yaxud sosial hadisə predmetinin estetik dəyəri o, nə qədər
böyük həjmdə qeyri- estetik sərvətlər əhatə edə və bir yerdə əlaqələndirə bilsə bir o qədər artır:
Elmi- texniki tərəqqinin şəxsiyyətin estetik mədəniyyətinə təsiri probelmi müasir estetikanın ən az
öyrənilmiş və mürəkkəb problemlərindən biridir. Problemin mürəkkəbliyi şəxsiyyətin esteik mədəniyyətinin son
nətijədə bütün jəmiyyətin bütöv inkişafı ilə müəyyən olunması ilə əlaqədardır.
Şəxsiyyətin estetik mədəniyyəti təkjə ijtimai münasibətlərlə, jəmiyyətin mədəniyyəti ilə, onun elmi- tex-
niki nailiyyətlərlə şərtləndiyi kimi eyni zamanda onların öz xüsusi fəallığının məhsulu kimi özünü göstərir.
İnsan ətraf aləmi təkjə passiv surətdə müşahidə etmir, həm də yaradıjılıqla onu dəyişdirdiyini başa düşür.
Deməli, insanın şüuru oybektiv dünyanı təkjə əks etdirmir, eyni zamanda onu yaradır.
Elmi- texniki tərəqqi estetik mədəniyyətin bir sıra dəyişikliklərində səbəbkar rolunda çıxış edir. Estetik
mədəniyyətin anlaşılmasının çıxış nöqtəsi fərdi yaradıjılıq formasında sosial və mənəvi dəyərlərin
mənimsənilməsidir. Elmi- texniki tərəqqinin təsiri altında təkjə estetik mədəniyyət deyil, həm də müasir həyat
tərzi də dəyişir.
1
Estetik dəyərin, tutaq ki, utilitar yaxud mənəvi dəyərdən fərqli olaraq bu jür qeyri- spesifikliyi» ona
ümumiləşdiriji universal xarakter verir. Estetik dəyər heç də əşyanın hər hansı müəyyən keyfiyyətləri ilə
məhdudlaşmır.
Estetik dəyər onu təşkil edən predmet keyfiyyətlərinin yüksək dərəjədə gərginliyinin ifadəsidir. Bu
«keyfiyyət qeyri- müəyyənliyinin» nətijəsində estetik dəyər həmişə yeni təjrübə üçün açıqdır, onu tələb edir və
qabaqjadan duyur. Lakin təjrübəini tamamlamaq və qabaqjadan duymaq qabiliyyətinin özü subyektin aləmə
münasibəti ilə şərtlənir və yalnız bu jəhətdən aktual mövjuddur.
Deməli, estetik dəyər dünyaya universal münasibət nəzərdə tutur və universallığı subyektdə formalaşdırır,
onu estetik münasibətlər sisteminə jəlb edir.
Gerçəklik, bizi əhatə edən aləm, estetik baxımından tərbiyədə mühüm rol oynayır. Tədqiqatçılardan biri
obrazlı şəkildə çox sərrast demişdir: gözəllik insan həyatına çoxsaylı qapılardan daxil olur. Günəşin doğmasından,
aylı gejədən quşların jəh- jəhindən qumda «sehirli qala» düzəldən uşağın yaradıjılıq fərəhindən və s. daxil olur.
Gözəllik hissləri daşa dönməyə, qloballaşmağa imkan vermir. Kobud, estetik hissləri inkişaf etməmiş insan nəinki
təbiət hadisələrinin və yaxud injəsənət əsərlərinin gözəlliyini duymur, həm də insanın dərdi və sevinji yanından
etinasızlıqla, biganəliklə keçib gedir, əsil gözəl olan şeyi saxta olan şeydən fərqləndirə bilmir.
Yaradıjılıq çoxjəhətlidir. Rəssamlıq əsəri və ya kinofilm yaradanlar və yaxud teatr səhnəsində müxtəlif
adamların obrazlarını janlandıranlar, zavod sexlərindəki dəzgahlarda gözəl detal yonanlar da yaradıjılardır.
İnsan hər işdə ustadır. Ona görə də injəsənətdə olduğu kimi, əməkdə mühüm bir qayda mövjuddur. Təkjə nə
düzəltmək deyil, nejə düzəltmək də vajibdir.
Göründüyü kimi, estetik fəaliyyətin subyektə uyğun olaraq səmərəliliyi subyektin gerçəkliyə estetik
münasibətində və yaradıjılıq fəaliyyəti qabiliyyətində reallaşır. Fərdin estetik münasibəti onun nəyə- təbiət
hadisələrinə, istehsal fəaliyyətinin məhsuluna və ya başqa adama oriyentasiyasından asılı olmayaraq- həmişə
dialoq xarakteri daşıyır: burada həm başqa fərd, həm təbiət perdmeti, həm də şəxsi «mən» insan üçün dialoq
münasibətlərinin eyni əhəmiyyətli partnyorlar kimi çıxış edir. Nətijədə estetik münasibətlər əsasında şəxsiyyət
nəinki predmetin dəyərini mənimsəmək hesabına, həm də digər şəxslərlə mənəvi zənginliklərin qarşılıqlı
mübadiləsi və öz dəyərini özünün dərk etməsi sayəsində hərtərəfli irəliləyir. İnsanın, janlı aləmin bütün
tərəflərinə istiqamətlənən estetik münasibəti ona başqa fəaliyyət sahələrində yaranmış sosial əhəmiyyətli təjrü-
bələrin müxtəlif variantlarını duymaq imkanı yaradır. Bu təjrübə estetik münasibətlər vasitəsilə elə mənimsənilir
ki, ijtimai ideal şəxsiyyətin daxili imperativ əhəmiyyətini qazanır. Obyektdən və ya şəraitdən kəskin asılılıqdan
azad estetik münasibətlər fantaziya üçün geniş meydan açır, subyektə bərqərar olmuş təfəkkür və davranış
stereotipləri çərçivəsindən kənara çıxmaq imkanı verir, insanın idrak və praktik fəaliyyəti üçün evristik bünövrə
formalaşdırır.
Həmin bünövrə üzərində qeyri- şablon təfəkkür və yaradıjı situativ darvanış formalaşır və inkişaf edir.
Estetik mədəniyyətin mühüm kateqoriyalardan birinin gözəllik olduğu heç kimdə şübhə doğurmur.
N.Q.Çernışevski yazırdı ki, təbiətin müxtəlif aləmləri üzrə gözəl həyatdır, insan və insana həyatı yaxından
xatırladan həyatdır- fikrini ətraflı bir surətdə sübut etməyi mən ona görə artıq bilirəm ki, təbiətdə gözəlliyi təşkil
edən, insanı xatırladan (və ya şəxsiyyətdən xəbər verən) keyfiyyətdir; sübut edirlər ki, təbiətdə gözəl yalnız ona
görə gözəldir ki, insana bir işarədir. Buna görə də insanda gözəlin həyat olduğunu göstərdikdən sonra bir daha
1
Долуханов С.И. Научно- технический прогресс и эстетическая культура личности// Эстетическое сознание и ху-
дожественная культура общества. Изд. Московского Университета, 1981, с.8-9.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
27
sübut etmək lazım gəlir ki, varlığın bütün başqa sahələrində olan və yalnız insandakı və onun həyatındakı gözələ
işarə etdiyi üçün insanın gözündə gözəl görünən gözəl də həyatdır.
1
İnsan gözəlliyə bənzərlikdir, oxşarlıqdır. Yer həyatı gözəlliyi insanın əlindən alıb, gözəlliyə çatan, ona
qovuşan insan deyil, çünki o insan imkanlarının bəndini qırıb, göyə yüksəlib. Bir sözlə, şərq düşünjəsində
gözəllik və ölməzlik, ölməzlik isə gözəllikdir. İnsanın böyüklüyü Qədim Şərq düşünjəsinə, əslində dar zamana
və məkana sığmazlıqdır.
Gözəllik zamansızlıqdır. Gözəllik anlayışı Şərq estetik fikrinin ilkinliyindən tutmuş onun ayrı- ayrı
çağlarında üç aspektdə başa düşülmüşdür. Bu üç aspekt mükəmməlin (kamilin) üç aşkarlığı ilə bağlıdır. Mütləq
üç şəkildə bəlliləşir. 1) Ruh; 2) qəlb; 3) Obraz və ya bədən.
Birinji sonsuzdur, ikinji müqəddəslik, üçünjü isə hər ikisinin forma konkretliyidir. Bədənə pərçimlənmiş
ruh və qəlb özünə yadlaşır, bu da insanı günah işləməyə vadar edir. İnsan öz ruhunu və qəlbini çirkləndirir, jis-
mani ehtiras və duyğuların köləsinə, quluna çevrilir. İnsan özünü tanımır. Mütləq azadlıqdır. Azadlıq isə
gözəlliyin ən mühüm atributudur.
Gözəllik həqiqətən əfsanəvi, həyatveriji qüvvəyə malikdir. Gözəllik onu yaradanları da, onu qavrayanları
da dəyişdirir.
İjtimai praktikanın inkişkafı və ijtimai əmək bölgüsü əsasında, yuxarıda qeyd edildiyi kimi peşəkarlaşma
baş verir və estetik fəaliyyət mənəvi- praktik bədii fəaliyyətin xüsusi növü- injəsənəti meydana çıxarır. Estetik
dəyəri utilitar, mənəvi, idrak dəyərlərindən ayrılmaz olan ijtimai praktikanın digər növləri ilə əlaqədar estetik
münasibətlərin və dəyərlərin istehsalına, onların diapazonunun genişləndirilməsinə və ijtimai əhəmiyyətinin
dərinləşdirilməsinə xüsusi yönəltmişdir. Əslində injəsənət elə növ estetik fəaliyyətdir ki, estetik dəyərlər özünün
mənəvi- predmet ifadəsini burada tapır. Bu isə onların mədəniyyətdə yığım imkanını və ümumi əlaqəsini
asanlaşdırır. İnjəsənətdə estetik dəyər öz predmet varlığını əldə edir, özünü estetik subyektin fəallığını nəzərdə
tutan xüsusi işarə- obraz kimi göstərə bilir.
İnjəsənətin spesifik estetik fəaliyyət növü olmaq etibarilə bu fəaliyyətin daxili planı və məqsədi kimi este-
tik münasibəti intensiv inkişaf etdirmək, fərdlərin həyat və sosial təjrübəsinə uyğun gələn yeni, hələ təşəkkül
tapmamış estetik dəyərlərə tələbatı qabaqjadan duymaq qabiliyyəti onun estetik mədəniyyətə münasibətdə
sistemyaradıjı amili və əsas funksiyasıdır.
Estetik mədəniyyət mürəkkəb, çoxfunksiyalı sistem yaradır. Tarixi inkişaf prosesində onun funksiyaları
diferensiasiya olur və ijtimai praktikanın müxtəlif sahələrinə aid müstəqil və ixtisaslaşdırılmış sahələrə çevrilir.
Onlar bir- biri ilə mürəkkəb koordinasiyada və subordinasiyada olur və mədəniyyətin fəaliyyətini, onun
bütövlükdə sosial gerçəkliklə qarşılıqlı təsirini təmin edir.
Estetik mədəniyyət spesifik daxili qanunlar əsasında inkişaf edir, bununla yanaşı ijtimai praktikaya azad
çıxış yolu olur.
Estetik mədəniyyətin əsas funksional- stuktur elementləri aşağıdakılardır:
a) ijtimai idealın sistemləşdiriji amili kimi çıxış edən estetik münasibət,
b) bədii sərvətlərin məjmu sistemi,
j) adamların xüsusi dəstəsi- professional səviyyədə bədii sərvətləri istehsal edən və eləjə də jəmiyyətdə
onların fəaliyyətini təmin edən ziyalılar,
ç) bədii sərvətlərin toplanmasını və translyasiyasını, onların estetik münasibətlər sisteminə daxil
edilməsini təmin edən tiraclama və kommunikasiya vasitələri,
d) dövlətin və bütövlükdə jəmiyyətin nəzarəti altında olan estetik mədəniyyəti və estetik tərbiyəni
paylaşdırma və yenidən istehsaletmə mexanizmləri və təsisatları.
Estetik mədəniyyət- ümumbəşəri dəyərlərin məjmuunu əks etdirir. O dünyanın estetik zənginliyi, onun
qavranılması, qiymətləndirilməsi, mənimsənilməsi, gözəllik qanunları yaradılan bir fenomendir.
Dünya mədəniyyətinin tipoloci keyfiyyətlərini, müxtəlif ərazilərdə yaşayan və ayrı- ayrı dil qruplarına
mənsub xalqların injəsənət və ədəbiyyatlarının inkişafında qarşılıqlı təsir və bəhrələnməni öyrənməkdə elmi
fikrin zəngin təjrübəsi olduğu halda milli, regional nəzəri- estetik fikrinin dialektik əlaqədə inkişafının xüsusi
tədqiqi təsadüfi xarakter daşıyır və bu sahədə konkret elmi metodoloci ənənə yaranmamışdır. Dünya xalqlarının
iqtisadi, siyasi və mənəvi həyatında Elmi- texnika tərəqqi əsrinin doğurduğu çoxşaxəli ünsiyyət bədii fikrin ta-
rixi inkişaf yolu haqqında ümumi nəzəri təlimlər yaratmağı dünya elmi qarşısında qoyur. Dünya nəzəri estetik
fikrində mövjud dövrün reallıqlarının əks olunması olduqja vajib bir məsələdir.
Müasir ijtimai və milli fikirdə mövjud demokratik prinsiplər, ideya- mənəvi dəyərlərə münasibətdə yeni
metodoloci mövqedən, rasional təhsil və qiymətləndirilmə üsullarından istifadə etməyi tələb edir. Milli, regional
və dünya bədii fikrinin inkişafındakı fərdi və tipoloci məqamları, onları şərtləndirən ijtimai- fəlsəfi, estetik- kul-
turoloci amillərin rolunu müəyyənləşdirməkdə və bu zaman «sosial» və «estetik» başlanğıjın yerini düzgün
təyin etməkdə müasir kulturoloci konsepsiyaların, o jümlədən estetik mədəniyyət sahəsindəki təjrübənin xüsusi
əhəmiyyəti vardır.
1
Чернышевски Н.Г. Сянятин варлыьа естетик мцнасибятляри, с.27-28.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
28
Müasir dünya nəzəri- etsteik fikrində estetik mədəniyyət probleminə yönələn ümumi maraq ədəbi- este-
tik- mədəni fikrin tarixi və müasir məsələlərinin hərtərəfli tədqiqi məntiqindən doğur. Elmi tədqiqatlarda etsteik
aləmin «estetik yaddaşın» rolunu üzə çıxarmağa artıq imkan əldə edilmişdir.
Estetik mədəniyyətin funksional strukturunu onun estetik fəaliyyətin müstəqil sahələrini təşkil edən
tərkibindən fərqləndirmək lazımdır.
1
Qeyd etmək lazımdır ki, haqqında danışdığımız «Estetik mədəniyyət» anlayışı «bədii mədəniyyət»
anlayışına tən gəlmir, o daha genişdir. İnjəsənətdən başqa o, «gözəllik qanunu əsasında» yaradıjı əməyin bütün
növlərini əhatə edir. Eyni zamanda hər bir bədii mədəniyyət heç də dərhal estetik mədəniyyətin malı olmur. Bu,
onun əhalinin tələbatının ideya- bədii dəyərinə və estetik idrak stereotipinə uyğunluğundan asılı olur. Müəyyən
hallarda məlum olur ki, dahi rəssamın əsərini xalq heç də dərhal başa düşmür, öz bədii dəyərinə görə ortabab bir
əsər isə daha çox tanınır. K.Marks yazmışdır ki, injəsənətdən zövq almaq üçün bədii jəhətdən savadlı adam ol-
maq lazımdır.
2
Bu isə xeyli dərəjədə adamların ümumi mədəni səviyyəsindən, maddi həyat şəraitindən, gərəkli
vaxt ilə asudə vaxt arasındakı nisbətdən, jəmiyyətin estetik idealda öz əksini tapmış məqsədli inkişaf və-
ziyyətindən asılıdır.
Ətraf aləm, əşyalar, hadisələr insan şüurunda müxtəlif formalarda: elmi qanunlar, siyasi görüşlər
formasında və injəsənətə xas olan formada əks olunur.
Bədii obraz – varlığa əks etdirməyin, onu eyni zamanda insanların iradəsi, fikri və hissinə təsir edən for-
mada ümumiləşdirməyin injəsənətə məxsus üsuludur. İnjəsənət obrazında sənətkar təkjə varlığın hər hansı bir
hadisəsini əks etdirmir, həm də öz dövrünün ijtimai ideallarının ifadəçisi, təbliğatçısı kimi çıxış edir.
Əslində injəsənət öz təbiəti etibarı ilə ideyalıdır. Sənətkar öz yaradıjılığında jəmiyyətin hər hansı bir
təbəqə və qruplarını təmsil etsə də, onun yaratdığı bütün jəmiyyətə məxsus olur. Jəmiyyətdə yaşamaq və eyni
zamanda jəmiyyətdən azad olmaq mümkün deyildir. Bu təkjə sənətkara deyil, həm də jəmiyyətin hər bir üzvünə
aiddir.
İnjəsənətin obrazı bir növ xariji aləmin surəti, onun modelidir, lakin xüsusi modelidir. Bədii obraz
dünyanın modeli olmaqla, eyni zamanda sənətkarın şüur və təxəyyülünün özünəməxsus qavrayışı ilə təsvir olu-
nan həyat hadisələrində ən mühüm, xarakter şeyləri əks etdirir. Lakin həqiqi bədii obraz nə fotoqrafiya, nə də
surət deyil. Axı sənətkar təkjə əks etdirmir, həm də dünyanı çək- çevir edərək, ona qarşı öz münasibətini bildirir.
Bədii mədəniyyət, daha dəqiq desək, injəsənət bədii dəyərlərin fəaliyyət göstərən sistemi kimi estetik
mədəniyyətin özəyini təşkil edir. Bütövlükdə mədəniyyətin insanın qeyri- genetik yaddaşı kimi yayılmış tərifi
daha çox halda məhz bədii mədəniyyətə uyğundur. Doğrudan da, əgər elm və texnika sahəsində yeni kəşf, ixtira
köhnəyə əlavə olaraq onu qeyri- tipik hadisə kimi ümumiləşdirir, bəzən isə tamamilə gərəksiz edirsə, bədii
mədəniyyət elə inkişaf edir ki, yeni bədii dəyərlər ümumbəşər mədəniyyətinə daxil olur, əvvəlki dövrlərin bütün
bədii mədəniyyətlərin məjmuyu- qədimdən qalma böyük və eyni zamanda sadədil eposdan tutmuş onun müasir
mürəkkəb formalarınadək- jəmiyyətin mədəniyyətinin sonrakı inkişafının əsası və eyni zamanda tükənməz
mənbəyi kimi özünü göstərir.
Kökləri ən qədim zamanlara gedib çıxan Azərbayjan şifahi xalq ədəbiyyatı- folklor dərin məzmuna və
canr zənginliyi ilə seçilir. Folklorun estetik və mənəvi tərbiyədəki rolu həmin məziyyətləri ilə müəyyənləşir.
Əslində folklorun etsteik mədəniyyətin formalaşmasında və inkişafında xidməti həmişə çoxjəhətli və rəngarəng
olmuşdur. Azərbayjan folkloruna məxsus nağıllar, dastanlar, atalar sözü, bayatılar və s. bilavasitə xalqın
mənəviyyatına təsir göstərmiş, zövqünü oxşamış və əyləndirmiş, eyni zamanda onu xoşbəxt güzaran, azadlıq və
ədalət uğrunda mübarizəyə ruhlandırmışdır.
Folklorun bu ejazkar qüdrətini çoxları qeyd etmişdir. «Xalq kitabının vəzifəsi kəndli axşamçağı işdən so-
nra yorğun halda evə qayıdanda onu əyləndirmək, jana gətirmək, üzüntülü əməyini unutmağa məjbur etmək,
onun daşlı tarlasını ətir saçan bağa çevirməkdir; ona öz güjünü, öz hüququnu, öz azadlığını anlamağa məjbur
etməkdir, ondakı mərdliyi, vətən məhəbbəti hissini oyatmaqdır».
3
Deməli, folklor xalqı əyləndirməklə, onun zövqünü oxşamaqla kifayətlənməmiş, həm də onu öz hüququ-
nu başa düşməyə məjbur etmiş, azad və xoşbəxt həyat uğrunda mübarizəyə səsləmişdir. Bununla bərabər folklor
estetik və ijtimai- fəlsəfi fikrin, konkret desək, estteik mədəniyyətin inkişafına güjlü təsir göstərmişdir.
Estetik mədəniyyətin sinkretliyi özünü bioantropomorfik bədii obpazların yaradılmasında göstərir. Bu
mədəniyyətdə insan özünü təbiətdən ayrımır və həm də təbii olanla bəşəri olanı fərqləndirmir. Bu özünü bədii
düşünjədə daha geniş şəkildə gerçəkləşdirir. Məsələn, «Dədə- Qorqud» dastanında «Təpəgöz boyunda təpəgöz
obrazı» əsatiri xatakter daşıyır. Onda təbiətə məxsus güj, nəhənglik və həm də insani keyfiyyətlər birləşir. O
duyur, düşünür, qəzəblənir, lakin xeyirlə- şəri ayırmır, öz güjündən kortəbii surətdə istifadə edir.
1
Бах: Мядяниййятин марксизм- ленинизм нязяриййяси Б., «Маариф» 1990, с.315.
2
Бах: Маркс К., Энгельс Ф. Сочинения, т.42, с.151.
3
Маркс К. и Энгельс Ф. Об искусстве. Т.2, М., 1967, с.530.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
29
Azərbayjan nağıl və əfsanələrində insandan başqa, çoxlu janlı iştirak edir: ilan, qurd, simurq quşu, at,
əcdaha, div və s. bu obrazlarda təbiət və insan bir- birinə keçir, həm də bu obrazlarda insan öz düşünjəsini
rəmzləşdidir. İlan xeyirxahlığın, div şərin rəmzidir. İnsana məxsus hərəkət və keyfiyyətlərin janlılar və təbiət
üzərinə keçirilməsit təbiətin özünə dini- mənəvi, hətta sirli- magik münasibətdir. Təbiət, onun hadisə və janlıları
insaniləşdirilir, rəmzləşdirilir.
İnsan təbiətə münasibətdə daima öz janlılığı və fəallığı ilə fərqlənir. Bu münasibət yaradıjı xarakter
daşıyır. Bu jür yaradıjı praktiki münasibət konkret gerçəkliyini əməkdə tapmışdır. Adətən, nağıl və
əfsanələrdəki şər qüvvələr daxilən eybəjər olmaqla yanaşı çox kobud və eybəjərdirlər. Məsələn, div, güpəgirən
qarı, zalım, xəsis və qəddar kosa, ədalətsiz padşah və bu kimi şər qüvvələrit təmsil edən obrazların zahiri
formaları onların məzmununu ifadə edirdi. Eybəjər sifət, yöndəmsiz bədən, pis gülüş, bij, kəmfürsətlik, jır-
jındır geyim və bu kimi əlamətlər qabaqjadan xarakterik keyfiyyət kimi çıxış edir. Deməli, estetik
mədəniyyətinin yaranışının ilk anından belə məzmun və forma vəhdəti əsas keyfiyyət kimi özünü göstərir.
Qeyd etdiyimiz kimi, həm bədii mədəniyyətin, həm də bütövlükdə estetik mədəniyyətin ən yüksəklik
dərəjəsi xalq injəsənətidir. Onun əsas növləri bunlardır: maddi- təsviri, mərasim- oyun və şifahi- poetik,
injəsənət, yaxud folklor. Xalq injəsənətində bəşəriyyətin qəbilə kollektiv təjrübəsi ümumiləşdirilmiş rəmzi for-
mada akkumulyasiya olur və onun ətraf təbii mühitlə, torpaqla əzəli və qədim əlaqəsi şəraitində inkişaf edir.
1
Xalq injəsənətinin estetik sərvətlərinin ümumbəşəriliyi də bundadır. Eyni zamanda insanın torpaqla əlaqəsini
bilavasitə- sadədil formada ifadə edən xalq injəsənəti onun regional- etnik təjrübəsi ilə bitir. Bu təjrübə onun
obrazlı quruluşundan, dilində, simvolikasında saxlanılır və milli spesifikasının xüsusiyyətlərini müəyyənləşdirir.
Xalq injəsənətinin mənəvi sərvətlərinin qarşılıqlı təsiri və mübadilə edilməsi hazırda dünya xalqlarının
əlaqəsinin, qarşılıqlı anlaşmasının onların mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinin çox mühüm
kanallarıdır. Xalq injəsənəti xalqın həyat ənənələrinin və ideallarının qoruyujusu və tükənməz mənbəyidir (Biz
bu barədə sonrakı fəsillərdə daha ətraflı danışajağıq).
Professional sənətin mühüm xüsusiyyət təşkil edən əlavəsi bədii özfəaliyyətdir. O, eyni zamanda estetik
mədəniyyətin müstəqil funksional elementidir. Estetik mədəniyyət sistemində bədii özfəaliyyət iki funksiya
yerinə yetirir. O, bir tərəfdən insanların yüksək professonal sənətə jəlb edilməsinin mühüm vasitəsidir. Təsadüfi
deyil ki, özfəaliyyət kollektivlərinin repertuarına çox vaxt hətta professional kollektivlərin heç də həmişə jürət
etmədikləri yüksək klassik əsərlər salınır. Bədii özfəaliyyət xalq sənəti ilə professional sənətin arasında əlaqə
funksiyasını yerinə yetirir. O, professonal injəsənət üçün xalq istedadlarının mənbəyidir və eyni zamanda pro-
fessional sənətdən ötrü injəsənəti başa düşən və ondan zövq alan adamlar formalaşdırır.
Bədii özfəaliyyətin ənənəvi formalarına hazırda injəsənətin texniki növləri ilə əlaqədar özfəaliyyət (kino
həvəskarları, foto həvəskarları və s.) getdikjə genişlənir.
Dünyanın estetik jəhətdən qavranılması əşya və insanın mürəkkəb qarşılıqlı əlaqəsindən ibarətdir.
Əşyadan alınan estetik hiss olmadan gerçəkliyi hərtərəfl dərk etmək qeyri- mümkün olur. Yalnız zövqlə, sakit
və xoş bir nəşə ilə müəyyən etmək olur ki, əşya gözəldir.
İnkişaf edən jəmiyyətin estetik mədəniyyətinin mühüm ünsürü vahid estetik tərbiyə sisteminin
mövjudluğudur. Hər hansı bir estetik mədəniyyətin subyekti olmazdan əvvəl insan estetik tərbiyə, ənənə, yaranmış
ijtimai fikir sistemi vasitəsilə reallaşan, daha dəqiq desək, həyata keçirilən təsir obyekti olur. Azərbayjan jə-
miyyətinin estetik mədəniyyəti böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu sübut etməkdən məhrumdur. Bunu
injəsənətin əksər növlərində müşahidə etmək mümkündür. Bu vəziyyətin aradan qaldırılması olduqja vajibdir. La-
kin insanların estetik mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü prosesdir. Eyni zamanda onu da
qeyd etmək lazımdır ki, estetik tərbiyəni mədəni- maarif vəzifələri isə məhdudlaşdırmaq həmçinin normal, mədəni
inkişaf etmiş şəxsiyyətin formalaşmasında onun rolunu mütəlqləşdirmək ağlabatan olmazdı. İdeya- siyasi, əmək,
mənəvi, estetik və fiziki tərbiyə və bütün təhsil sisteminin fəaliyyəti bu ümumi məqsədə yönəldilməlidir. Bizdə isə
çox vaxt hər işi tərsinə edirlər. Ali məktəb proqramlarından estetika, kulturologiya dərsləri çıxarılır, humanitar
fənnlərin yükü azaldılır. Nətijədə isə uduzan gənj nəsil olur. Ümumiyyətlə, tərbiyənin digər tərəfləri ilə üzvi
surətdə bağlı olan estetik tərbiyə insanın ideya- mənəvi yüksəlişinə, onda yüksək mənəvi keyfiyyətlərin inkişafına
kömək edir.
İnsanların dünyaya olan estetik münasibətləri onların ağlı ilə əlaqədar olsa da, hər şeydən əvvəl, emosion-
al münasibətlərdir. Estetik münasibətlər məhz bu jəhətdən fəlsəfi, praktiki, elmi və s. münasibətlərdən fərqlənir.
Həm varlığın gerçək hadisələri, həm də bizim onlardan zövq almağımızın xarakteri gözəllik sahəsində böyük rol
oynayır. Gözəllik haqqındakı mühakimə qavrayışın obyektiv və subyektiv tərəflərinin iştirak etməsi nətijəsində
yaranır. Əşyanın insana və insanın əşyaya münasibətindən ibarət olan bu vəhdətdən xarijdə gözəlliyin nə demək
olduğunu başa düşmək olmaz. Bu məsələnin, müxtəlif tərəflərinin bütün mürəkkəb dialektik əlaqəsini nəzərə
almadan birtərəfli izah edilməsi jəhdləri bəsitliyə və əsassız nətijələrə səbəb olmuşdur.
1
Бах: Некрасова М.А. Народное искусство как часть культуры М., 1983.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
30
Varlığın estetik jəhətdən qavranılması haqqında danışarkən xüsusilə demək lazımdır ki, gözəllik haqqında
mühakimələr müxtəlif səbəblərdən asılıdır.
Bədii mədəniyyət jəmiyyətin estetik mədəniyyətinin anjaq bir hissəsidir. Estetik fəaliyyət estetik
mədəniyyət sisteminə ijtimai praktikanın müxtəlif sferalarını jəlb edir. Eyni zamanda elmi- texniki inqilabın
estetik fəaliyyətə qarşılıqlı təsir prosesi baş verir. Bu iki tendensiya qovşağında estetik fəaliyyətin maddi istehsal
sistemində yeni növü- dizayn yaranmışdır. O, müasir estetik mədəniyyətin mühüm elementi olmuşdur. Dizaynın
məqsədi nətijə etibarı ilə maddi sərvətlər istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət- bədii konstruksi-
yalaşdırma əsasında estetik dəyər alır.
Maddi istehsal sistemində jismin estetik dəyəri onun istehlak keyfiyyətinin göstərijilərindən biri kimi
çıxış edir. Lakin dizayn anjaq hazır məhsul istehsalı ilə məhdudlaşmır. O, hələ öz rolunu itirməmiş köhnə
əşyanın modernləşdirilməsindən, jəmiyyətin tələblərini ödəyən yeni məmulat layihəsi verilməsindən başlana
bilər. Lakin dizayn insanın bütün əşya mühitinin estetik təşkili ilə başa çatmalıdır. Dizaynerin bilavasitə vəzifəsi
çox yaxud az dərəjədə məhdud görünə bilər: məmulatın funksiyaları və konstruksiya xüsusiyyətləri nəzərə
alınmaqla məqsədyönlü və mükəmməl formasının yaradılması. Lakin onun daha böyük vəzifəsi məhz insanın
tələblərinə uyğun münasib əşya mühiti təşkil etməkdir. Estetik jəhətdən mütəşəkkil mühitin (məişət və istehsalat
mühitinin) özü insanın davranışını jəmiyyətin qəbul etdiyi və bəyəndiyi normalara uyğun olaraq
istiqamətləndirir və həyata keçirir, yəni insanın davranış mədəniyyətində «əşyalaşır».
Dizaynın mədəni- estetik funksiyası bunula da qurtarmır. Dizayn injəsənət və istehsalat arasında
vasitəçidir, injəsənətin yaratdığı bədii sərvətləri və ifadəli vasitələri texnikaya çevirməyə imkan verir. Bədii
konstruksiyavermə, öz növbəsində texniki vasitələrin estetik baxımdan interpretasiyasına şərait yaradır.
Estetik baxımdan dəyərləndirmə, estetik tərbiyə insanın ideya- mədəni yüksəlişində kömək etməklə
yanaşı o bir sıra səjiyyəvi vəzifəyə malikdir. Həmin səjiyyəvi vəzifələr sırasında aşağıdakıları xüsusi qeyd
etmək lazımdır.
1. Milli vətənpərvəlik idealı əsasında estetik zövqün formalaşması;
2. İjtimai praktikanın hər bir sahəsində yüksək estetik fəaliyyətə qabiliyyət və tələbatın formalaşması;
3. Bədii yaradıjılıq üçün vərdişlərin və qabiliyyətlərin təkmilləşməsi və inkişafı;
Estetik mədəniyyətin tərkib hissəsi olan injəsənətin insanların formalaşmasında misilsiz rolu vardır. İdeal
öz konkret obrazlı təjəssümünü injəsənətdə tapır. İnjəsənət müxtəlif estetik təsir amillərini vahid sistemdə
birləşdirməyə imkan verir. Estetik ideal müəyyən tarixi şəraitdə ijtimai praktika əsasında əmələ gəlir və
jəmiyyətin dəyişməsi ilə dəyişir. Sənətkarın siyasi, fəlsəfi, etik, estetik baxışlarının təsiri altında qərarlaşan este-
tik idealı əsas etibarı ilə bədii metod və tendensiyanı, sənət əsərinin məzmunu və formasını müəyyən edir. Este-
tik ideala sənətkar müxtəlif üsullarla, bilavasitə müsbət qəhrəman obrazları yaratmaqla (S.Rəhimovun Şamo,
S.Vurğunun Vaqif, Anarın Təhminə obrazları) və yaxud bilavasitə təsvir olunan hadisələrə öz münasibətini
bildirməklə nail olur. İnjəsənətin müxtəlif canrlarında idealın bu və ya başqa şəkildə təjəssüm olunması üsulu
üstünlük təşkil edəf bilər.
Hələ qədim dövrlərdən estetik mədəniyyətin mühüm elementi memarlıq olmuşdur. Memarlığın
mütəşəkkil həyati mühit kimi əsasını təjrid olunmuş və eyni zamanda təbiətlə bağlı məkan təşkil edir. Memarlıq
məkanı onların həyat fəaliyyəti formalarına uyğun təşkil edərək insanların müəyyən davranış üsubunu müəy-
yənləşdirir.
Memarlıqda olan estetik prinsiplər qismən təbiətə, məsələn, praktiki memarlığına da nüfuz etmişdir. Lakin
bütövlükdə təbiət uzun müddət mədəniyyətin təsirindən kənarda qalmışdır. İntensiv urbanizasiya prosesi təbiəti
getdikjə daha inadla mədəniyyət sisteminə jəlb edir. Təbii mühitin o jümlədən Landşaftın estetik dəyərinin
qorunması inkişaf edən jəmiyyətin mühüm mədəni tələbatı olmağa başlamışdır. Bu aktual sosial- mədəni tələbatın
əsasında estetik mədəniyyətin yeni sferası- ekoloci estetika yaranmaqdadır.
Estetik tərbiyə sistemi estetik təhsilsiz mükəmməl sayılmaz. Estetik tərbiyə- insanda həyatda gözəllik və
ülviliyi qavramaq, düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bajarığının əldə edilməsinə və
təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemidir. Estetik tərbiyənin məqsədi jəmiyyət üzvlərinin əqli, siyasi,
əxlaqi və fiziki jəhətdən hərtərəfli inkişafına kömək etmək onlarda gözəllik hissini təkmilləşdirmək, gözəllik
qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır. Estetik tərbiyənin əhəmiyyəti və məqsədi estetik sərvətləri
dünyagörüşü səviyyəsinə qaldırmaq, onu şəxsiyyətin bütöv dünyagörüşü sisteminə qatmaqdadır. İnsan
tərəfindən dərk edilərək onlar şəxsiyyətin gerçəkliyə öz münasibətinin əsasını təşkil etməyə başlayır. Bəzən es-
tetik mədəniyyət sahəsinə injəsənətin elə növləri daxil olur ki, o insanların tərbiyəsindən çox, onların
pozulmasına gətirib çıxarır. Nətijədə milyonların zövqü korlanır. İnsanlar ənənəyə hörmət etmir, tarixi- etnik
köklərini unutmaq yolunu tuturlar. Simasızlıq, ideyasızlıq və ya dünyagörüşü dolaşıqlığı və s. bir çox injəsənət
əsərlərin sücetini, məzmununu təşkil edir. Milli mədəniyyət- musiqi, kino, teatr, ədəbiyyat və s. böhran
vəziyyətinə düşür. Bunun qarşısını isə dövlət səviyyəsində almaq lazımdır.
İnsanların həyat fəaliyyətinin əsas forması olan əməkdə estetik başlanğıjın aşkara çıxarılması xüsusi
əhəmiyyət kəsb edir. K.Marks əməyə yalnız yaşamaq vasitəsi kimi baxan, zövq almağı yalnız əməkdən azad vax-
tla bağlayan bir çox iqtisadçılarla mübahisəsində qeyd edirdi ki, hər bir insan normal vəziyyətində normal əmək
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
31
payına təbii tələbat duyur. Həqiqətən də yaxşı təşkil olunan, düzgün normalaşdırılan, növləri növbələşən,
istirahətlə əvəzlənən azad əmək insanın yaradıjı mənəvi və fiziki qüvvəsinin əsas təzahür və inkişaf formasına çe-
vrilir. Əməyin birinji həyati tələbata çevrilməsi əməkdə estetik başlanğıjla əlaqədardır. Mədəni və mənəvi tələbatın
ödənilməsinə yönəldilmiş əmək özü tələbata çevriləndə insana layiq olur, bu tələbatın sərbəstliklə təmin edilməsi
insana rəssamın sənət əsəri yaradarkən aldığı qədər zövq verir.
Tarixin bütün dövrlərində mövjud jəmiyyətlərdə müxtəlif ideallar- siyasi, əxlaqi, dini, estetik və s. ideal-
lar toplanmışdır.ideallar bu və ya digər qrupun, xalqın və ya bütövlükdə jəmiyyətin içərisində yaranan həsrət,
ümid və arzular toplusu halında ifadə olunmuşdur.
Məlum olduğu kimi idealın əsası insanların beynində, onların təxəyyülündə, fantaziyalarında deyil,
həyatın iqtisadi şəraitinin inkişafındadır. Varlıqla şüurun münasibəti mürəkkəbdir. İdeallar tarixi tərəqqinin
səbəbi deyil, nətijəsidir.
Estetik ideal jəmiyyət tərəfindən onun əxlaqi və fiziki inkişafında əldə edilmiş ən yüksək nailiyyətin
təjəssümüdür. Etsteik idealda dərin tarixi məzmun vardır və öz təbiətinə görə həyatın real təzahürləri ilə sıx
əlaqədardır. Estetik ideallar gələjəyi yalnız onun hal- hazırda artıq mövjud olduğu elementlər şəklində ifadə edir.
Həyatda və injəsənətdə estetik ideal fövqəladə dərəjədə mürəkkəb bir hadisədir. İdeal haqqındakı
təsəvvürlər anadangəlmə deyildir. Bu ideallar adamlarda onların həyati və etsetik təjrübəsi sayəsində yaranır.
Estetik mədəniyyət fərdin qarşısında nəinki sərvətlər dəsti kimi həm də jəmiyyətin sosial strukturuna dax-
il edilmiş və onun tərəfindən şərtləndirilmiş müəyyən sistem kimi durur. Estetik mədəniyyətin sosial
oriyentasiyası birinji növbədə, sosial təsisatlar (kitabxanalar, muzeylər, teatrlar, kütləvi mədəni kommunikasiya
vasitələri) vasitəsilə bədii sərvətlərin seçilməsi və onların ijtimai inkişafın aktual vəzifələrinə uyğun olaraq
interpretasiyası ilə həyata keçirilir. Bu jür seçilmiş və interpretasiya edilmiş bədii sərvətlər sistemdə
təmərküzləşir. Bu sistemin təşkilinin əsasını ijtimai ideal təşkil edir. Müasir jəmiyyətdə dövlət estetik mə-
dəniyyəti bütün xalqın mənafeyinə tabe teməyə çalışır, birinji növbədə sərvətlər istehsal olunan injəsənətə təsir
göstərir. İnjəsənətin kapitala oriyentasiyasının onun üçün ziyanlılığı birinji növbədə, ondan ibarətdir ki, o, Hege-
lin sözü ilə desək, əsl həqiqilik və həyatilik xarakterini itirir və gerçəklik aləmində öz əvvəlki yüksək mövqeyini
bərpa edə bilmir. Bu tezis müasir keçid jəmiyyətində geniş rezonans almış və injəsənətin yox olması
konsepsiyasında öz əksini tapmışdır.
Adətən, yazıçıları, artistləri, recissorları, rəssamları, bəstəkarları, memarları, bir sözlə, injəsənətə aid olan
hamını, bədii əsərlər və obrazlar yaradan hər kəsi sənətkar adlandırırlar. Lakin bu sözü daha geniş mənada
işlətmək mümkündür. Öz sənətinə yaradıjı surətdə yanaşan hər kəsin öz işinin sənətkarı adlandırılmağa haqqı
çatıp.
Sənətkar bütün hallarda yaradıjı sözünün sinonimi kimi işlədilə bilər. Bədii münasibət insanın ən ali
yaradıjılıq vəziyyətidir.
Qeyd etmək lazımdır ki, gözəllik, kamillik- məhdudluq və birtərəfliliklə bir yerə sığmır. Gözəllik həyatın
dolğun olduğu yerdə fiziki inkişafla zehni inkişafın həmahəng olduğu yerdə meydana gəlir. İnsanın gözəlliyə,
kamilliyə jəhdi fəal, yaradıjı olmalıdır. Estetik tərbiyənin məqsədi və mənası təkjə gözəlliyə heyran olmaqdan
ibarət deyil, həm də onu təsdiq etməkdən, həyata gətirməkdən ibarətdir. Əgər estetik tərbiyənin mahiyyətini bir
neçə sözlə ifadə etmək istəsək, həyat sənətkarlarını oyatmalı və inkişaf etdirmək lazımdır. İnjəsənətin əsas
vəzifəsi xüsusilə bundan ibarətdir.
1
Tədqiqatçılar keçmiş jəmiyyətlər şəraitində injəsənətin taleyinə bu bədbin münasibətə şərik deyillər. Bu
estetik mədəniyyətin bütün əhali təbəqələrini ona jəlb etmək, bədii və estetik fəaliyyəti hərtərəfli
stimullaşdırmaq yolu ilə qeyri- məhdud inkişafı üçün imkan yaradır.
Estetik mədəniyyətin kulturoloci aspektləri mədəniyyətə verilən müxtəlif təriflərdə özünü göstərir. Bu
təriflər artıq qeyd etdiyimiz kimi çoxdur və onları qruplaşdırsaq aşağıdakı ümumi növləri almaq mümkündür.
Dostları ilə paylaş: |