1.16. Elitar və kütləvi mədəniyyət
sosial-mədəni fenomen kimi
Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə və zümrələrə
parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu
parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də
mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır.
Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi
cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq
etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik
yaşantılara cəlb olunmasının bu və ya digər qatını əks etdirərək mədəniyyət və incəsənət tarixində həmişə fəal
ideyalar törətmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
70
Mədəniyyətdə bu təbəqələşmənin səbəbini və mənşəyini, ictimai köklərini araşdırmaq üçün bu sosial
hadisənin tarixi və inkişafı prosesinə müraciət etmək zəruridir.
Mədəniyyətin unikallığı ondan ibarətdir ki, o, həm ayrı-ayrı fərdlərin yaradıcılığı, həm də kollektiv fəaliyyət
nəticəsində inkişaf etmişdir. Tarixən yaranmış insan birlikləri içərisində elələri vardır ki, onlar sinfi, dövlət, dini
birliklərdən fərqli olaraq etnik formada mövcud olub, dil, adət və mədəniyyətin digər xüsusiyyətləri ilə üzə çıxır.
Belə insan birlikləri tayfa, xalq və millətdir. Tayfa, xalq və millətlərin mədəniyyətləri heç vaxt qapalı, bir-birindən
ayrı mövcud olmayıb, milləti təşkil edən bütün siniflər üçün xarakterik olan xüsusiyyətlər – ümummilli
xüsusiyyətlər adlanır. Bunlar ümumi, təbii mühit, tarixi şəraitin təsiri ilə formalaşan spesifik etnik xüsusiyyətlər,
bütün siniflərin mənafeyinə xidmət edən və hamının iştirak etdiyi siyasi hərəkatlar və s.- dir. Belə ümumilli «et-
nik» xüsusiyyətlər dil, mədəniyyətin ənənəvi formaları (yaşayış yeri, geyim, qida), adət-ənənə, psixi xüsusiyyətlər
aiddir.
Mədəniyyət ictimai tarixi proses kimi inkişaf və cəmiyyətin ən vacib formalarından biri kimi insanların
həyatına nüfuz etdikcə onun nəzəri problemlərinə də maraq artır və kulturologiya, sosiologiya elmində əsas
tədqiqat obyektinə çevrilir. Beləliklə, digər ictimai şüur formaları kimi mədəniyyət haqqında da müxtəlif
nəzəriyyələr yaranır. Bu nəzəriyyələr mədəniyyətin bütün aspektlərini əhatə edir.
Mədəniyyət tarixində maraq doğuran nəzəri məsələlərdən bir də onun incəsənətin yaradıcıları və
ümumiyyətlə mədəniyyətin kimlərə aidiyyatı olan müxtəlif konsepsiyalardır. Həmin məsələlərlə əlaqədar
mədəniyyətə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Onların bəzilərinə nəzər yetirək.
Mədəniyyətə marksist yanaşma konsepsiyasında mədəniyyətin mənsubiyyətini sinfi hesab edərək hər bir
milli mədəniyyətdə inkişaf etməmişdə olsa mütləq iki mədəniyyətin hakim sinfin və istismar olunan
məzlumların mədəniyyətinin mövcud olduğu da iddia edilir. Onlar sovet hakimiyyəti illərində bu konsepsiyanı
özlərinə strateji bir fəaliyyət proqramı seçərək «mədəni inqilab» siyasətini həyata keçirməyə çalışmış proletar
mədəniyyət nümunələrini hər vasitə liə təbliğ etməyə, inkişaf etdirməyə, bəşəriyyətin yaratmış olduğu zəngin
milli mədəniyyət nümunələrini isə qeyri proletar mədəniyyəti kimi qanundan kənar elan etməyə çalışmışlar; onu
burjua mədəniyyətinin nümunələri saydıqları üçün ona laqeyd münasibətin bəslənilməsinə, sıxışdırılıb, aradan
çıxarılmasına nail olmuşlar. Bu da öz növbəsində milli mədəniyyətlərin inkişafına böyük zərbə vurmuş, uzun
illər bu ölkə daxilində «Rus-Sovet» tipli yeni bir xalqın və mədəniyyətin yaradılması istiqamətində mənasız
cəhdlər göstərilmişdir. Təbii ki, «sovet xalqı» kimi vahid sovet mədəniyyəti anlayışları da demokratik proseslər
başlayanda sabun kimi partlamış, özünü real həyatda təsdiq edə bilməmiş və ancaq kağız üzərində quru bir
nəzəriyyə şəklində mövcud olmuşdur.
Mədəniyyətin mənsubiyyətinə yanaşma məsələsində digər yayılmış konsepsiya «elitar və kütləvi
mədəniyyət» haqqındakı nəzəriyyələrdir. Xüsusilə bu yanaşmalar müasir Qərb mədəniyyətşünaslığında möhkəm
yer tutmuşdur. «Elitar mədəniyyət konsepsiyasının nəzəriyyəçiləri bu mədəniyyətin mahiyyətini «mədəniyyət
mədəniyyət üçündür» və ya «sənət sənət üçündür» tezisi ilə ifadə etməyə çalışırlar. Bu nəzəriyyənin müəllifləri
mədəniyyət və incəsənəti yalnız bir qrup adamın malı hesab edir, xalq kütlələrinin bu zəngin mənəvi sərvətdən
məhrum olduqlarını, onu başa düşmədiklərini elan edirlər. Bu konsepsiyanın müəlliflərinin fikirlərinə görə
mədəniyyəti yaradan da, istiqamətləndirən də «elitar» sayılan təbəqənin nümayəndələridir. Xalq isə, nə onun
yaradılmasında, nə də bu sərvətlərdən bəhrələnməkdə iştirak etmir.
Bu qısa icmaldan göründüyü kimi, cəmiyyətin təbəqələşməsi kimi, mədəniyyətin də təbəqələşməsi
məsələsini üzə çıxaran nəzəriyyəçilər elitar mədəniyyəti elitarizmin əsas tərkib hissələrindən biri kimi
qiymətləndirirlər. Əvvəlki fəsildə biz elitar təbəqənin spesifik xüsusiyyətlərini şərh edərək bu problemi müxtəlif
aspektlərdən izah edənlərin fikirləri üzərində dayandıq. cəmiyyətin elitasını bəziləri hakim təbəqədə görürsə,
digərləri onu qnoseoloji mənşə ilə əlaqələndirərək bu təbəqəyə yalnız düşünən «beyinləri» aid edirlər. Onlar
ictimai tərəqqini təmin edənlərdir.
Elitarizmin əsas ideya istiqamətlərindən birini də cəmiyyətdə elitanın mövcudluğunun zərurəti haqqındakı
tezis təşkil edir. Həmin tezisə görə cəmiyyətdə elitanın mövcudluğunun vacibliyi ona görədir ki, o,
«mədəniyyətin yaradıcısı», sivilizasiyanın təminatçısıdır. Bu fikrə proletariatın rəhbəri kimi tarixə düşmüş
V.İ.Leninin ifadəsində də rast gəlirik: «…Hər bir milli mədəniyyətdə, inkişaf etməmiş də olsa demokratik və
sosialist mədəniyyət ünsürləri vardır, çünki bir millətdə zəhmətkeş və istismar olunan kütlə vardır və onun həyat
şəraiti labüd surətdə demokratik və sosialist ideologiya dövrüdür. Lakin hər bir millətdə, habelə burjua, çox za-
man isə hətta qaragüruhçu və klerikal mədəniyyət də vardır. Həm də yalnız «ünsürlər» şəklində deyil, hakim
mədəniyyət şəklindədir.
Mədəniyyətdə də təbəqələşmə prinsipini zəruri hesab edənlər onun əsas köklərini sosial amillərlə izah
etməyə çalışırlar. Bu cür izahı, xüsusilə «sosialist və burjua ideologiyası»nın mövcudluğunu iddia edən
nəzəriyyəçilərin tədqiqatlarında aydın hiss etmək mümkündür. Marksist nəzəriyyəçi hesab edilən V.İ.Leninin
yuxarıdakı fikri hakim sinfin və geniş kütlənin ayrı-ayrılıqda mədəniyyətə sahib olmasını təsdiqləsə də, o, hər
iki mədəniyyətdən bir vahid «proletar mədəniyyəti»nin formalşdırılmasını sosializmin ən böyük vəzifələrindən
hesab edirdi. «İncəsənət xalqa məxsusdur!», «Mədəniyyət hamı üçündür!» - ifadələri də bu ideyanın qısa tezisi
idi.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
71
Beləliklə, kommunist ideologiyasında «elitar mədəniyyət», «kütləvi mədəniyyət» anlayışları ona yad və
yabancı hallar kimi uzun illər ciddi tənqid edilir və sosializmdə belə mədəniyyətlərin qeyri-mümkünlüyünün
sübutu haqqında dəlillər gətirilir. Sosialist ideologiyası nəzəriyyəçiləri elitar mədəniyyəti əməyin bölgüsü
nəticəsində mədəniyyət sahəsində yaradıcı fəalların mənəvi elita təbəqəsinə mənsubluğunu iddia edirlər. Bunun-
la onlar antaqonist cəmiyyətdə bir-birinə əks qütb olan iki fəaliyyətin – maddi və mənəvi istehsalın qarşı-qarşıya
durduğunu təsdiqləyirlər.
Elitar mədəniyyətin müasir konsepsiyalarının mənbələri haqqında şərh verərkən onların maarifçilik
ideologiyaları ənənələrini də qeyd etmək vacibdir. Bu ideologiyaya görə maariflənmiş elita kütlələrə
mədəniyyət bəxş etməklə onları xoşbəxt edir. lakin onu da qeyd etmək lazımdır ki, elitar mədəniyyət
nəzəriyyələrinin mühafizəkar-aristokrat nümayəndələri elitanın kütlələrə mədəniyyət və incəsənət bəxş edərkən
onun (mədəniyyətin) «kütləviləşmə»sinə imkan yaratmamağı tövsiyə edirlər. Əks təqdirdə, elitar mədəniyyətin
həqiqiliyi, kubarlığı itirilə bilər. Digər tərəfdən isə elitanın məqsədi məxfilik və yüksək mədəniyyəti qorumaq
şərtilə kütlələri maarifləndirmək, lakin onların səviyyəsinə enməməkdir. Bu «aristokrat» variant «elitar
mədəniyyət» doktrinasının «əlifbası» hesab edilir.
Elitizmdə olduğu kimi, elitar mədəniyyət haqqındakı konsepsiyaların bir çoxunda seçilən təbəqə olan elita
sinfi mənsubiyyətinə görə deyil, əqli və yaradıcı fəaliyyətinə görə təhlil edilir. Kulturologiyada bu istiqamətin
nümayəndələri elitar mədəniyyətin həm istehsalçı, həm də istehlakçılarını elə elitanın özündə təsəvvür edirlər.
İtaliya sosioloqları R.Mixels, və Q.Mosk kütlələrlə müqayisədə elita fəaliyyətinin yüksək səviyyəsi,
məhsuldarlığı və fəallığı ilə xarakterizə olunur. Fəlsəfə və kulturologiyada elita anlayışını cəmiyyətin spesifik
mənəvi qabiliyyətlərə mənsub olan xüsusi təbəqəsi kimi dərk etmək qəbul olunmuşdur. Bu nöqteyi-nəzərdən
elitanın cəmiyyətin sadəcə olaraq yüsək, ali, hakim, idarəedən təbəqəsi kimi anlamaq düzgün hesab edilmir. Eli-
ta hər bir ictimai sinfə, zümrəyə xasdır. Elita cəmiyyətin yüksək və estetik bacarıq və qabiliyyətlərə, habelə
mənəvi fəaliyyətə mənsub olan bir hissəsidir. Məhz o, ictimai təcəssüm təmin etdiyindən incəsənət onun tələb
və tələbatlarının təmininə yönəldilməlidir.
Mədəniyyətin elitar konsepsiyalarının əsas elementləri A.Şopenhauerin və F.Nitsşenin fəlsəfi əsərlərində
öz əksini tapmışdır. Elitizm nəzəriyyələrində bu haqda müəyyən təhlillər aparmış alman romantiki
A.Şopenhauer özünün 1844-cü ildə tamamladığı «Dünya azadlıq və tamaşa kimi» əsərində bəşəriyyəti sosioloji
planda iki hissəyə bölür: «dahi insanlar» (yəni estetik təcəssümə və bədii yaradıcılıq fəaliyyətinə mənsub olan-
lar) və «faydalı insanlar» (sırf praktiki və utilitar fəaliyyətə yönəlmiş insanlar). O, «utilitarizmin cansıxıcı alə-
mini», «faydalı insanların» və «bacarıqsızlar dəstəsinin» iç dünyasını üzə çıxararaq «dahi insanlar» arasında
belələrinin olmamasını təsdiq edir.
Şopenhauer hesab edir ki, dahi əsərlər publika, kütlə tərəfindən dərk edilə bilməz və dahilərin yaratdıqları
kütlə çoxluq üçün deyil. Onlar bunları anlamaqda çox acizdirlər.
Yuxarıdakı fəsildə qeyd etdiyimiz kimi, F.Nitsşe «kütləyə qarşı qiyamın» ən parlaq ifadəçisi idi. Öz elitar-
ist konsepsiyalarını bu filosof aşağıdakı fəlsəfi əsərlərində irəli sürmüşdür: «Faciənin musiqinin ruhundan
doğulması» (1872), «Fövqəlinsanlıq» (1878), «Şən elm» (1872), «Zaratuştra belə söyləmişdir» (1884). Bu
əsərlərində Nitsşenin elitarizmi «Fövqəlinsan» ideyası üzərində təzahür edir. Bu «Fövqəlinsan» cəmiyyətdə
imtiyazlı mənsəbə malik olub, həm də unikal estetik həssaslıq və qavramaya xasdır.
O qeyd edir ki, cəmiyyətdə kütlə mühüm rol oynasa da, hamı qarşısında adiliyi ilə çıxış edir. Müəllif kapi-
talizm böhranı dövrünün mədəni şəraitinin real tərəflərini üzə çıxarmağı bacarmış, məhz bu cəmiyyət üçün xa-
rakterik olan «meşşan» mədəniyyəti təhlil etmişdir. F.Nitsşe qeyri-kamil, hövsələsiz, tələsik mahiyyət kəsb edən
bu meşşan mədəniyyəti «aristokrat ruhlu» mədəniyyətə qarşı qoyaraq kütlənin səviyyəsinə enən və incəsənəti
təhrif edənləri ifşa edir.
F.Nitsşe ilə Şpenqler mədəniyyətin tənəzzülünü «kütləviləşmə» fenomei ilə izah edirdilər. Sivilizasiya
mədəniyyəti əvəz edir; həqiqi mənəvi elita özünü «kütləviləşmiş» incəsənətdə təsdiq edə bilmir, o pullu
istismarçı və siyasətçilərdən ibarət yalançı elita ilə əvəz olunur.
Şpenqler «nəfis və son dərəcə gözəl» səviyyəsi ilə seçilən mədəniyyətin dövr və epoxaları ilə fəxr edirdi.
Bu mədəniyyətlərin ideya, dil və formaları «yüksək ali tipə mənsub olan insanları» təşkil edən azlıqlara aid olur.
Şpenqler təsdiq edir ki, «intibah ayrılıqda seçilmiş zəkaların yaratdığı»dır. Göründüyü kimi o, mədəniyyət tarix-
inin, xüsusilə intibahı birtərəfli şərh edərək onu yalnız elitanın məhsulu kimi qiymətləndirir.
XX əsrin əvvəllərində Şpenqler, F.Nitsşe və A.Şopenhauerin elitar ideyaları X.Orteqa-i-Qassetin kultoro-
loji konsepsiyalarında yekunlaşdırılıb. İspan filosofunun elitar mədəniyyət haqqındakı konsepsiyası «kütləvi
mədəniyytə» qarşı qoyularaq «sənət sənət üçün» tezisini irəli sürürdü. O, yalnız professionallara xas olan
incəsənəti dəstəkləyərək onu da editar incəsənət adlandırırdı. Orteqa-i-Qasset estetik qavramanın elitar tipini
kütləyə qarşı qoyurdu. Öz əsərində o, qeyd edir ki, əvvəllər kütlələr «öz yerini bilirdi, heç nəyə iddia etmirdi, …
indi isə, azlığı sıxışdırıb aradan çıxarmaqla o, sosial həyatın səhnəsinə doğru irəliləməyə can atır». Bununla da,
ispan filosofu müasir mədəniyyətin faciəsini məhz bunda görür. Orteqa-i-Qassetin konstitusiyasına görə
kütlənin maraqları sırf maddi xarakter daşıyır; onlar kobud və vülqardırlar: onların «alçaq, rəzil niiyyətlərini»
«həqiqi, əsil elita»nın yüksək ideallarına qarşı qoyulur. İspan filosofu belə bir proqnoz verir ki, kütlələrin
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
72
mədəniyyətə basqını prosesi davam edərsə, dünya yenidən özünün əvvəlki vəziyyətinə – barbarlığa qayıdacaq.
Sözsüz ki, Orteqa-i-Qassetin bu fikirlərindəki qətilik və sərtilik kütlələrin mədəniyyət tarixindəki rolunun
inkişaf etməsi ideyasından irəli gəlirdi. Lakin həqiqətdə isə, ispan filosofu bu məsələdə müəyyən mənada səhv
mövqe tuturdu. Orteqa-i-Qassetin həmin fikri qorxu, təhlükə məzmunu kəsb edirdi. Əslində isə kulturoloq və
sosioloqların dəfələrlə söylədikləri fikirlərdə mədəniyyətin tərəqqipərvər inkişafında xalq kütlələrinin imkanları
və rolu əhəmiyyətli dərəcədə qiymətləndirilir. Orteqa-i-Qassetin elitar mədəniyyət haqqındakı ideya və
müddəaları 1925-ci ildə nəşr olunmuş «incəsətin dehumanistləşməsi» adlı görkəmli fəlsəfi əsərində
özünəməxsus şəkildə təhlil olunmuşdur. Bu əsərində müəllif yeni və köhnə incəsənət, mədəniyyət anlayışlarını
izah edir və onların ictimai, sosial, mədəni köklərini, əlamətlərini üzə çıxarır. Köhnə və yeni incəsənət
problemlərinə toxunaraq Orteqa-i-Qasset hər iki incəsənət arasındakı fərqi yeni mədəniyyətin cəmiyyətin kütlə
təbəqəsinə deyil, məhz elitasına ünvanlandığında görür. Bu tezisdən irəli gələrək müəllif belə bir fikri də iddia
edir ki, yeni mədəniyyətin, incəsənətin populyar olması, daha doğrusu, ümuminsani olması və hamı tərəfindən
dərk edilməsi mütləq deyil və həm də mümkün deyil!
Yeni incəsənət, əksinə, insanları real həyatdan kənarlaşdırmalıdır. «Dehumanistləşmə» - XX əsr yeni
incəsənətinin bünövrəsini təşkil etməlidir, - Orteqa-i-Qassetin irəli sürdüyü tezis budur. Həmin tezisin təhlilini
müəllif aşağıdakı kimi izah edir: «…yeni incəsənət publikanı iki sinfə - onu başa düşənlər və onu başa
düşməyənlərə bölür… Yeni incəsənət – xalis bədii sənətdir». (Orteqa-i-Qasset X.Gstetika. Filosofiə kulğturı. M.
1991 s.224).
Orteqa-i-Qassetə görə elita - cəmiyyətin irsi aristokratiyası və ya imtiyazlara malik təbəqəsi deyil o,
cəmiyyətin xüsusi «qavrama, həssaslıq orqanına» malik olan hissəsidir. Məhz cəmiyyətin bu hissəsi ictimai
tərəqqini yaratmağa qadirdir. Bütün professionallar öz yaratdıqları əsərlərlə cəmiyyətin bu hissəsinə müraciət
etməlidirlər.
İspan filosofu yeni incəsənətin cəmiyyətin elitar hissəsi üzərindəki şəkildə ifadə etmişdir. Yeni incəsənət
«…yaxşıların» özünü dərk etməsinə, … mövqelərinin dərkinə; azlıqda olmaqla çoxluqla mübarizə aparmağı bir
vəzifə kimi başa düşməsinə …» köməklik göstərməlidir.
Kütlə mədəniyyətinə etinasızlıq, bəzən də nifrət, elitar mədəniyyətə isə rəğbət və onun müdafiəsi XX
əsrin bir sıra kulturoloqlarının əsərlərində qırmızı xətlə keçir. c.Santayana yazırdı: «Mədəniyyət çətin
vəziyyətdir: əgər o, dərin və mötəbərdirsə nadir hesab edilməli, geniş yayılıbsa orta səviyyəli hesab
edilməlidir… Aritstokratiyanı məhv etmək … mədəniyyəti törədən mənbəni məhv etmək deməkdir». Şair və
publisist kimi tanınan T.Eliot və E.Paund hesab edirlər ki, mədəniyyət sırf mənəvi elitaya aid olub, xalqla heç
bir əlaqəsi yoxdur. Əksinə, «ətalətli kütlə» mədəniyyət yaradıcısının fərdilik və novatorluğunu boğur.
T.Adornaya görə, elitar mədəniyyət onu yaradanların özünütəzahürü, özünüifadəsidirsə, «kütləvi
mədəniyyət» kütlənin tələbatına görə yaradılır, - yəni bu istehlak mədəniyyətidir. Adorno hesab edir ki, elitar və
«kütləvi» mədəniyyət dilemması ümumsosioloji deyil, tarixi fenomendir. Belə ki, «kütləvi mədəniyyət»- tarixdə
görünməmiş hadisədirsə, elitar mədəniyyət səbəb deyil, «kütləvi» mədəniyyətin nəticəsidir; belə ki, o, öz sənət
əsərlərinin kütləvi standartlar səviyyəsinə enməsini arzulamayan sənətkarın sığınacağıdır. Əsil, həqiqi mədəni
elita kütlə üzərində hökmranlığa can atmağ istəyənlər deyil, əksinə, kütlədən ayrılıb özünə qapılanlardır.
T.Adorno öz ideyalarında həm liberal, həm də anarxist mövqedən çıxış edir. Belə ki, o, bir tərəfdən, inhisarçı
dövlətin konformist mədəniyyətinə qarşı çıxış edir, digər tərəfdən, özünü anarxist qrupun mövqelərinin
müdafiəçisi kimi təzahür etdirərək tərəqqipərvər qüvvələrlə əlaqəsi olmadığını nümayiş etdirir. Tərəqqipərvər
qüvvələrdən ehtiyat edərək T.Adorno hesab edir ki, onlar doqmatizm və konformizm qorxusu törədir.
Bu fikirlərlə, xüsusilə, elitar mədəniyyət haqqında irəli sürülən konsepsiya və ideyalarla barışmayan və
uzun müddət onun mövcudluğunu aradan qaldırmaq üçün yollara əl atan proletariatın rəhbəri V.İ.Lenin məşhur
şüarı olan «incəsənət xalqa məxsusdur» ilə məzmunca yeni bir mədəniyyətin təşəkkülünə cəhdlər göstərirdi.
Bunlar həm də «incəsənət elitaya məxsusdur» tezisinə qarşı qoyulmuşdur. Bu şüarı irəli sürənlər kulturoqlar idi.
Amerikalı sosioloq J.Barzan bu fikrə tərəfdar çıxaraq göstərirdi ki, kapitalizm kütlələri elə bir vəziyyətə salıb ki,
onların icsənət və mədəniyyət ilə maraqlanmağa belə həvəsləri və imkanları yoxdur.
Müasir cəmiyyətdə elita dedikdə T.Eliot və digər tənqidçilər Qərbin hakim-iqtisadi, siyasi elitasını deyil,
«mənəvi elitasını nəzərdə tuturdu». Əlbəttə, bu tənqidçilərin hakim elitanın mənəvi simasındakı şübhələrinə
müəyyən əsasları vardı. Sosioloqların tədqiqatları göstərdi ki, maliyyə oliqarxiyası elitasının səviyyəsi çox aşağı
mədəni standartlarla xarakterizə edilir. Sosioloji tədqiqatlarda qoyulan «Niyə biznesmenlər ciddi kitablar
mütaliə etmirlər?» sualına cavab aşağıdakı məzmunda ifadə olunurdu: bir qayda olaraq biznesmenlərin mütailə
dairəsi çox məhdud xarakter daşıyaraq yalnız əyləncəvi məzmun kəsb edir.
Mədəniyyətin sosial forması kimi qiymətləndirilən elitar mədəniyyətin ictimai proses və hadisələrə, xüsusilə,
kütləvi mədəniyyətin vüsəti nəticəsində bəzi keyfiyyət dəyişikliklərinə məruz qalması haqqında müasir kultorolo-
giyada ideya və fikirlər səslənməkdədir. Müasir kulturologiya bunu, hətta elitar mədəniyyətin kütləvi mədəniyyəti ilə
müəyyən mənada birləşmək meylləri ilə izah edir. Xüsusilə, son vaxtlarda hər iki mədəniyyətin sintezi «zövq
mədəniyyəti» anlayışının formalaşmasına səbəb olmuşdur: yəni mədəniyyət istehlakçılarının ehtiyaclarına uyğun bir
mədəniyyət.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
73
Ümumiyyətlə, kulturoloq və sosioloqlar mədəniyyətin elitarlığının keyfiyyət və həm də kəmiyyət
dəyişikliklərinin zəruriliyi haqqında öz konsepsiyalarında müxtəlif müddəalarla çıxış etmişlər. Bunun
səbəbəbini bir neçə amillə izah etməyə də çalışmışlar. Bu amillərdən ən başlıcası, kütləvi mədəniyyətin geniş
vüsəti ilə izah edilir.
Rus mühafizəkar filosof-ekzistensialisti N. Berdyayev elitar mədəniyyətin «katakombası»
konsepsiyasında bu mədəniyyətin üzə çıxması və «kütləviləşmə»də ölməsi fikrini irəli sürür. «Yüksək
mədəniyyət yalnız az adama lazımdır. Bəşəriyyətin orta səviyyəli təbəqəsi üçün orta səviyyəli mədəniyyət
gərəkdir. Elm və incəsənət, fəlsəfə və poeziya demokratik yolla yaradıla bilməz. Mədəniyyətin aritsokratik
mənbələrinin bağlanması – bütün mənbələrin itməsi deməkdir».
Artıq XX əsrin 60-70-ci illərində elitar və kütləvi mədəniyyət arasındakı fərqlərin şərtilik və nisbiliyini
təsdiq edən mülahizələrə rast gəlmək mümkündür.
Fikrimizi Orteqa-i-Qassetin kulturoloji nümunəsi əsasında izah edə bilərik. O, elitar və kütləvi
mədəniyyət arasındakı fərqləri mütləqləşdirərək popyular və qeyri-populyar incəsənəti ayırır. Bu mənada Orte-
qa-i-Qasset bir fikri də belə izah edir ki, populyar müəyyən zaman çərçivəsində qeyri-populyara keçə bilər.
Yalnız «prinsipial cəhətdən qeyri-populyar olan» populyara çevrilə bilməz. Ancaq sonuncu söylədiyimiz, filoso-
fun fikrincə həqiqi elitar olub, ötürülməz dəyərə malikdir. Nümünə kimi Orteqa-i-Qasset Pikasso və Brakın
rəngkarlığını, Pirandellonun dramlarını, Debüssi və Stravinskinin musiqisini misal göstərir. Lakin Orteqa müa-
sir günümüzə qədər yaşasaydı (0, 1955-ci ildə vəfat edib), bu təsnifatın nə qədər ötəri olduğunun şahidi olardı.
Belə ki, adlarını fəxrlə çəkdiyi bu sənətkarların əsərlərinin min nüsxələrlə tirajlandığının və geniş tamaşaçı
kütləsi qarşısında popylarlaşdığının şahidi olardı.
60-cı illərdə isə, T.Adorno Orteqa-i-Qassetin təsnifatına uyğun elitar və kütləvi mədəniyyətə yönəldilmiş
bədii şüurun tipologiyasını yaratmışdır. O, «təmiz elitardan» (yüksək mədəniyyətə malik, ali təhsilli dinləyici)
başlamış şlyagerlə fəxr edən, ruhların emosional dinləyici tiplərinə qədər olan musiqi dinləyicilərinin səkkiz
tipini müəyyən etmişdir. Bu tədqiqat zamanı Adorno belə bir nəticəyə gəlir: demək olar ki, şüurun xalis elitar və
ya kütləvi tipi yoxdur, qarışıq tiplər üstünlük təşkil edir. Bu isə onu təsdiq edir ki, xüsusiləşdirilmiş elitar və
kütləvi mədəniyyətlər yoxdur, sadəcə olaraq daxilən parçalanmış vahid mədəniyyət fenomeni mövcuddur.
Kulturoloqların fikrincə elitar və kütləvi mədəniyyətlərin uyğunlaşma və ya birləşməsində qeyri-adi bir
şey yoxdur. Sadəcə olaraq elitar mədəniyyət kütləvi mədəniyyətin törəməsi kimi zəruri formada meydana çıxır.
Kütləvi mədəniyyətin ekspansiyası cəmiyyətdə bir submədəniyyətin digəri ilə əvəz olunmasına şərait yaradır ki,
bu da elitar avanqard mədəniyyət səviyyəsində özünü təzahür etdirir.
Deməli, əslində elitar və kütləvi mədəniyyətlər vahid bir mədəniyyətin ayrı-ayrı formaları kimi təşəkkül
tapır. 60-cı illərin sonunda «kütlə tərəfindən dərk edilməyən» azlığın mədəniyyəti məxfi şəkildə «avanqard
mədəniyyət» adı altında kütləvi mədəniyyətin amansız düşməni kimi özünü göstərməyə başlayır. Sonralar
müşahidə olunmağa başlayır ki, bu mədəniyyət elitarlığın bir təbəqəsini təşkil edir. Bu, elitar avanqardizm
adlandırılır.
Azərbaycan incəsənətində elitar avanqardizm, xüsusilə, musiqi sahəsində görkəmli yer tutmuşdu. Fəlsəfə
elmləri namizədi V.Gərayzadənin bu sahədəki elmi tədqiqatı və onun nəticələri bu fikirləri təsdiqləyən ən ciddi
elmi mənbələrdəndir. Müəllif «Elitar və kütləvi incəsənət Azərbaycan mədəniyyəti kontekstində» adlı
namizədlik dissertasiyasında bu mədəniyyət formalarının ölkəmizdəki təzahürünü şərh etmişdir. Xüsusilə, mu-
siqi timsalında tədqiqatçı «pop-musiqi»ni kütləviliyin fenomeni kimi təhlil edirsə, caz musiqisini elitarlığın ən
bariz nümünəsi kimi sübüt edir. Bu tədqiqat əsərində caz musiqisinin tarixi inkişaf məsələləri və elitar
incəsənətin nümunəsi kimi təkamülü araşdırılır. Amerika və Afrika folkloru ilə sıx bağlı olan və zənci xalqının
yaratdığı enerjini təcəssüm etdirən caz musiqisinin rəngarəng emosional – cəlbedicilik xüsusiyyətləri onun tarixi
inkişaf prosesində beynəlmiləl xarakter kəsb etməsinə səbəb olur. Artıq XX əsrin 60-cı illərində caz daha da
mürəkkəbləşərək elitarlıq kəsb edir, kütlələr tərəfindən daha çətin dərk olunmağa başlayır. 70-ci illərin
əvvələrində bir sıra harmonik, ritmik və texniki xüsusiyyətləri saxlamaqla caz-rok və digər istiqamətlər meyda-
na çıxır. Sözsüz ki, bu incəsənət növü yalnız onu dərk edənlərin «malına» çevrilərək öz elitarlığını sübut etdirir.
Müəllif öz tədqiqatında elitarlığı yaradıcılığının estetik üsul və istiqamətləri ilə əlaqələndirir.
Musiqidə avanqard cərəyanların ən yeni nümayəndələri, Ştokhauzendən başlamış Keyçə qədər bu
xususiyyətləri elmi şəkildə təhlil edirlər.
Azərbaycan musiqisinin elitar formasının təşəkkülündə Qərb və Şərq musiqilərinin qovuşmasının
müstəsnalığı Andre Malro, Qassetin fəlsəfi-estetik əsərlərində özünəməxsus yer tutmuşdur. Xüsusilə,
Azərbaycan musiqi həyatında bu qovuşma Qara Qarayevin («Yeddi gözəl» baleti), Fikrət Əmirovun
(«Azərbaycan kapriççiosu», «Min bir gecə» baleti) və s. əsərlərində hiss olunmaqda idi.
Mədəni sintezin qeyri-adi məhsulu olmaqla caz Azərbaycanda, muğam sənəti zəminində təşəkkül tapdi.
İlk vaxtlar nəinki kütlələr tərəfindən, hətta professionallar tərəfindən belə narazılıqla qarşılanan Azərbaycan cazı
müəyyən zaman müddətində öz unikallığı ilə elitar bir sənət olduğunu sübut etdi. Tezliklə elitar avanqard musi-
qinin bir növü kimi caz Azərbaycan musiqi sənətinin digər səviyyələrində özünü nümayiş etdirməyə başladı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
74
Görkəmli maestro Niyazi və bəstəkar T.Quliyevin birgə təşkil etdikləri ilk caz-orkestri SSRİ kimi nəhəng
bir ölkənin ən aparıcı musiqi kollektivlərindən biri kimi tanındı. Bu orkestrin bir çox musiqiçiləri sonralar SSRİ-
nin müxtəlif orkestr kollektivlərində fəaliyyətlərini davam etdirirlər. Belələrindən əfsanəvi saksofon çalan
P.Rüstəmbəyov, Eddi Rozner, truba çalan İ.Kələntərov, əvvəlcə Boris Renskinin orkestrində çalışmış, sonradan
ilk sovet myuzik-holunun rəhbəri olmuş, daha sonralar Gürcustanın dövlət cazına rəhbərlik etmiş K.Pevzner.
50-ci illərdə Bakıda daha yeni caz orkestri yaradıldı. Bəstəkar Həsən Rzayevin «Miniatür» caz orkestri,
T.Əhmədovun rəhbərliyi ilə radio və televiziya estrada-simfonik orkestri yaradılır.
60-cı illərdə bəstəkar Rauf Hacıyevin caz-orkestri yaradılır. Həmin illərdə cazda özünü nümayiş etdirən
yeni musiqiçilər dəstəsi formalaşır: V.Mustafazadə, R.Babayev, V.Sadıqov, A.Hüseynov, «Qaya» vokal kvarte-
ti. Onlar Azərbaycan cazını beynəlxalq və dünya səhnəsində nümayiş etdirir. 1967-ci ildə Tallində təşkil olunan
beynəlxalq caz festivalında Azərbaycanlı cazmenlər, xüsusilə, Vaqif Mustafazadə çox böyük gurultuya səbəb
olan konsert nümayiş etdirirlər. Amerikalı tənqidçi Uillis Kanoverin söylədiyi rəydən məlum oldu ki,
V.Mustafazadə caz sənətinə novatorluq bəxş edərək «caz-muğam»ı dünyaya ilk dəfə eşitdirdi və bununla da,
Azərbaycanda caz sənətinin yeni bir mərhələsi başladı.
Caz sənətinin ən incə bilicisi U.Saulski V.Mustafazadə yaradıcılığını, o cümlədən Azərbaycan cazını
yüksək qiymətləndirərək onun elitarlığını bir daha vurğuladı. Bu məqamda o, tamamilə bir-birinə yad, lakin
zəngin olan şərq muğamı və Afrika-Amerika cazının sintezini yaradan Vaqif Mustafazadə yaradıcılığına
xüsusilə çox böyük qiymət verərək bu elitar sənət növünün Azərbaycan mədəniyyətinə böyük zənginlik
gətirdiyini ifadə edirdi. Azərbaycan cazının elitarlığı bir də onunla izah edirdi ki, muğam öz çoğrafi mövqeyinə
görə stabil olduğuna görə o yalnız yaxın və orta şərq regionunda mövcuddursa, caz məkanca daha hərəkətli və
tez yayılandır. Lakin bir-birinə əks qütblü olan bu sənət növlərini (muğam və caz) birləşdirən əsas amil onu
yaradanın müstəqil improvizasiya və özünütəcəssümünün özünəməxsus ruhudur ki, bu da hər cür eklektizmdən
kənardır.
Vaqif Mustafazadə və Rafiq Babayevin yaradıçılığı milli musiqi ilə sıx bağllıq təşkil edərək həm də mod-
ern və avanqard cazdan bəhrənələrək Azərbaycan caz sənətinin genezisinin əsasını qoymuşlar. Azərbaycan caz
ənənələri (daha doğrusu,- şəhər mədəniyyət fenomeni kimi) vaxtilə Sovet İttifaqında və onun hüdudlarından
kənarda tanınmışdır. Belə ki, professional cəhətdən güclü ifaçılar Vaqif Sadıqov və Arzu Hüseynov bu elitar
sənətin digər nümayəndələridir. Vaqif Sadıqov güclü, incə və həssas fortepiano texnikasına malik olmaqla
yanaşı, caz klassikasının və improvizasiyanın təkrarolunmaz bilicisidir. Bu cür keyfiyyətləri digər sənətçi olan
truba çalan Arzu Hüseynova da aid etmək olar.
Hazırda bu elitar sənət növünün ən layiqli davamçılarından biri də Əzizə Mustafazadədir. Görkəmli caz-
men Vaqif Mustafazadəyə şöhrət gətirən «Əzizənin həsrətində» adlı kompozisiyasının səbəbkarı olan qızı Əzizə
sonralar özü dünya caz sənətinin ən istedadlı nümayəndələrindən biri oldu. O, bir sıra nüfuzlu festival və
müsabiqələrin qalibi olmaqla Avropa və ABŞ-da diskləri birincilik təşkil edən ifaçılardan hesab edilir. Hazırda,
Əzizə Mustafazadə Azərbaycan caz sənətinin öndə duran nümayəndəsidir.
Beləliklə, Azərbaycan cazı-orijinal hadisə olmaqla dünya caz xəzinəsinə öz dəsti-xəttini verən elitar sənət
növüdür. O, dünya caz kaleydoskopuna günü-gündən inteqrasiya etməkdədir.
XX əsrin əvvəllərində elitar mədəniyyətin cəryanları kimi inkişaf etməyə başlamış bir sıra istiqamətlər –
modernizm və onun rəngarəng formaları, növləri Azərbaycan bədii incəsənətində də özünü təzahür etdirməkdə
idi. Belə ki, bu, incəsənətin elitar konsepsiyasındakı təkamül sisteminin, yəni bədii estetik sistemin
formalaşması ilə əlaqədar idi.
Modernizm incəsəntdə yeni formaların yaradılması uğrunda mübarizə apararaq mədəniyyət tarixindən
kənara çıxmağı da tövsiyə edirdi. D. Bella görə, modernizm «xalis elitar» xarakterə malik olaraq incəsənətin
«müqəddəs sirləri»ni özündə əks etdirən dar peşəkarların işidir. Modernizm özünün məntiqi ilə bir sıra bədii
ideya, cərəyan və istiqamətləri təzahür etdirir: ekspressionizm, kubizm, futurizm, fovizm, sürrealizm, abstrak-
sionizm, pop-art və b.
Ekspressionizm (fr. sözü olub-ifadə deməkdir)-ifrat fərdiyyətçi, subyektivist və mistik cərəyan olub,
dünyanı təzadların toqquşması şəklində çatdırır. Bu cərəyan Almaniya və Avstiya mədəniyyətində daha böyük
üstünlük təşkil edir.
Ekzistensializm də modernizmin tərkib hissələrindən olub, həyatın mənasızlığını, ictimai fəaliyyətin
faydasızlığını, əxlaqın əsassızlığını sübut etməyə çalışan cərəyandır. Fransız nəsrində ekzistensializm İkinci Dünya
müharibəsindən sonra J.P.Sartr, A.Kamyunun əsərlərində, A. Malro, S-de Bovuar, Q.Marsel və J. Anuyun
yaradıcılığında kamil səviyyədə özünü təzahür etdirmişdir.
Rəngkarlıq cəsənətində müəyyən mövqe tutan kubizm cəryanı da modernizmin tərkib hissələrindəndir. Bu
cərəyanın mahiyyətini obyekti və ya bədii sürətləri ən sadə həndəsi fiqurlar şəklində təsvir etmək təşkil edir. Bu
modernist istiqamətin mahir rəssamı Pablo Pikasso hesab edilir.
Modernistlərin fikrincə müasir dünyanın dərk edilməsində teatr da əzəmətli rol oynaya bilər. Fransız filo-
sofu və modernizmin ideoloqu J.Lakan hesab edir ki, insanın mənəvi pozuntularına səbəb olan nevroz, psixoz və
s. əsas törədçi amilləri insani «mən»in teatral effektləridir. Öz həqiqi «mən»in axtaran hər bir fərd özünü bu və
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
75
ya digər obrazda təsəvvür edərək udub-uduzmaqdan həzz alır. Bu keyfiyyətləri nəzərə alaraq İngiltərə, Alma-
niya, Rusiya, Fransa modernist rejissorları səhnə incəsənətinin yenidən qurulması ideyası ilə çıxış etdilər.
Modernist teatrda faciəvi feart ideyası ingilis rejissor-islahatçısı Qordon Kreçə aiddir. Q.Kreçin fikrincə
incəsənətin bu əzəmətli növü çoxdandır ki, realist xaosa məruz qalıb. Ona görə də o, rejisorlara ilham
mənbələrini «teatrın içindçn deyil, xaricindən» tapmağı məsləhət görürdü. O, qeyd edir ki, teatr əldə etdiyi
təəsüratları abstrakt, konkret məişət formasından təcrid olunmuş şəkildə təşkil etməyə bacarmalıdır.
Modernist incəsənətdə alman dramaturq və rejissoru Bertold Brextin erik teatrı da hadisələrdən birinə çe-
vrildi. B.Brextin bu teatrında aktyorun obrazla azad ünsiyyətinin yeni sistemini yaradılır. Brextin əsas prinsipi
aktyora səhnədə sərbəsltlik, azadlıq verilməsi ilə izah edilirdi. İfaçı canlı insandır, o personaja yuxarıdan aşağı
baxaraq, qəhrəmana hörmətlə, ehtiramla yanaşır. Brextə görə aktyor-qəhrəmanla, obrazla ədasız, nazsız rəftar
etməlidir. Q.Kreqə görə teatr həyat fəlsəfəsinin aydınlaşdıran hadisədir və o, öz teatrını bu məqsədə yönəldir.
Bertold Brextin məqsədi isə, tarixi hadisələri, dərsləri tamaşaçılara şərh etməkdir. Bertold Brextin
konspepsiyasının mahiyyətini o təşkil edir ki, aktyor personajlara oyun aparan ideoloqdur.
Bir qayda olaraq teatr maskası sosial tipin canlı simasının fərdi xüsusiyyətlərini daha da ümumləşdirərək
onu donuq, müti vəziyyətə salır. V.Meyerxoldun tamaşılarında bir-birilə münasibətdə olan qəhrəmanlarla
ünsiyyət zəif xarakter daşıyırdı. Hər personaj tamaşaçı zalına müraciət edərək özü haqqında auditoriyaya
məlumat verir. Aktyor yaradıcılığı üçün vacib material olan insanın daxili aləmini tamamilə rədd edən
V.Meyerxold teatr oyununun biomexainiki sistemini yaratdı. O, aktyorun ustalığını zahiri ifadə vasitələrinin
sərhi ilə qəbul edirdi. Belə ki, Meyerxold aktyordan obrazın yaradılmasında daxili imkanlardan çox müxtəlif
plastik rakurslarda obrazın tələb etdiyi özünəməxsus jonqlyorluğu tələb edir.
Azərbaycan teatrında modernizm elementləri özünü, xüsusilə, müasir gündə təzahür etdirməkdədir.
Xüsusilə, rejissor Vaqif Həsənovun (İbrahim oğlu) yaradıcılığında və təşkil etdiyi «Yuq» teatrında bunların şahidi
oluruq. Gözəl Azərbaycan yazıcısı Anarın eyni adlı «Səhra yuxuları» povesti əsasında səhnələşdirilmiş tamaşada
əsərə qeyri-adi yanaşma açıqcasına hiss olunmaqdadır. Rejissorun yaradıcılığında bu günə kimi tətbiq edilməyən
priyomlar özünü təzahür etdirir. Teatr materialına rejissorun qeyri-adi yanaşması hazırkı dövrdə teatr incəsənətində
yeni bir hadisədir. «Yuq»un tamaşaçılarında başlıca qəhrəman hərəkətdir.
Məhz hərəkət-jest, hərəkət-rəqs, hərəkət-konvulsiya, hərəkət-gərginlik, hərəkət-sakitlik sözlərlə birləşərək
lazımi ahəngdarlığı, harmoniyanı verir. Səhnə illüstrisiyasının özünəməxsusluğu, hərəkət, rəqs – bütün bunlar şərq
təfəkkürünə yaxın olan amillərdir.
Modernizm Azərbaycanın təsviri sənətində daha geniş mövqe əldə etmişdir. 60-cı illərdə Səttar
Bəhlulzadənin metafizik palitrası, cavad Mircavadovun «fovist» brutallığı, Rasim Babayevin kinayəli, eyni za-
manda mifopoetik məkanı, Əşrəf Muradoğlunun zahiri tərki-dünyalıq ədası özünü təzahür etdirir. Bundan əlavə,
adları qeyd olunan bu rəssamların zəngin konsepsiyaları mövcuddur. Xüsusilə, c.Mircavadov, R.Babayev,
A.Muradoğlu, M.Abbasov, F.Xəlilovun yaradıcılığında «insan-dünya» münasibətləri fəlsəfi-kosmoloji konsep-
siyadan çıxış edir. Hər hansı həyat hadisəsinin «gizli mənası» ilə dərki demək olar ki, bütün Azərbaycan
rəssamlarına xas olan keyfiyyətdir. Bu rəssamların «intellektual istiqamət»inin stilistik təşəkkülünə El Qreko,
Rembrandt, Qoyya, Van Qoq, Sezann, Pikasso, S.Dali, Meksika monumental rəssamlığı, Afrikanın ənənəvi
incəsənəti çox böyük təsir göstərmişdir.
Ötən əsrin 70-ci illərinin rəssamlarının yaradıcılığında «primitivlik» istiqaməti daha üstünlük təşkil etdi.
Lakin bu primitivizm «klassik» primitivizmdən yeni əlamətləri ilə fərqlənir. Bu dövrdə rəssamlar üçün primiti-
vizm bədii təcəssümün yeganə forması olmasa da, bir çoxları, məhz bu formalardan proqram kimi istifadə
edirlər. Xüsusilə, Kamal Əhmədov bu istiqamətin ən layiqli nümayəndələrindən hesab olunur. Onun yaradıcılığı
əhəmiyyətli dərəcədə ikonoqrafik xarakter daşıyır. Plastik cəhətdən ifadə edilən işarələr bir rəsmdən digər rəsmə
köçürülərək sanki rəssamın yaradıcılığının özünəməxsus ideya kodunu yaradır. Bu mənada onun «Leyli və
Məcnun» rəsminin iki variantı maraq doğurur. Birinci variantda mövzunun «kosmik» şərhi verilir: Leyli və
Məcnun «planetlər arasında» tam çəkisizlik vəziyyətindədirlər. İncəsənətdə bu motiv yeni olmasa da, əsərdə
məhəbbət, sevginin gücü təcəssüm olunur. İkinci kompozisiya da bu cür məcazi məna kəsb edir: Leylinin başı
ağ dəvənin belinə köçürülüb, dəvənin gövdəsi isə, zolaqla örtülüb, kənarda yeni bir rəsmdə aypara ilə işıqlanmış
boşluqda molbert önündə əlində çıraq əyləşən rəssamın avtoportret təsvir olunur. Bu elementlərin hər biri
müxtəlif zəngin assosiasiyalar oyadaraq rəsmin «hərfi» mənasının anlaşmasından başlamış onun kultoroloji və
fəlsəfi ümumiləşdirmələr verməsində əsas mənbə rolunu oynayır.
Modernizm kino sənətində də özünəməxsus yer tutmuşdur. Bildiyimiz kimi, kino incəsənətin ən
mürəkkəb sintetik növlərindəndir. Bu sənət özünün əsas əlamətləri – təsvir, səs, musiqi, sözlə incəsənətin bütün
növlərini özündə cəmləşdirir. Müasir gündə kinoda abstraksionizm cərəyanı özünü çılpaqcasına nümayiş
etdirməkdədir. Fransız rejissoru və kino nəzəriyyəçisi Lui Dellyukun yeni üslubu «fotogeniya» adlandırılır.
Üslubun belə adlandırılması ətraf aləmin xüsusi ifadəlilik aspekti ilə, təsviri ilə əlaqədardır. Fotogeniya üçün
tezləşdirilmiş və ağır çəkiliş, assosiativ montaj, ikiqat kompozisiya metodları xarakterikdir. L.Dellyuk kommer-
siya filmlərinin şit gözəlliyinə qarşı çıxış edərək bildirdi ki, fotogeniyanın «gözəl görünməklə» heç bir əlaqəsi
yoxdur. O çəkiliş obyektlərinin daxili əhəmiyyəti, xarakteri, ifadəsi, sirri ilə maraqlanırdı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
76
Artıq ötən əsrin 20-ci illərində Dellyukun tərcümələrindən sonra kinonun semiotikasına maraq güclənir.
Bu sahədə rus kinorejissoru Sergey Eyzenşteynin monumental üslubu adlı eksperimentləri maraq doğurur.
S.Eyzanşteyn nəzəri və praktiki cəhətdən təsvirlərdən ibarət olan daimi kino şəraitlərinin yaradılmasına cəhd
göstərdi. Bu da kino dilinin formalaşmasına ciddi kömək etdi. Modernist teatrların ardıcılı kimi S.Eyzenşteyn
incəsənətə jestlərin dili kimi baxırdı. O, qeyd edirdi ki, jest dialektikdir; onda həm hissilik, həm də abstraktlıq
mövcuddur. Bununla belə, jest çoxşəkillidir: o, həm sosial, ekzistensial, həm də tarixi ola bilər. Jest işarədən
üstündür, çünki onu ifaçı yaradır. Ona görə də Eyzenşteyn filmlərdə jestləri vacib hesab edir.
Bu montajın mahiyyəti aşağıdakılardan ibarətdir: heç nə xarakterizə edilmədən, heç nəyə ad verilmədən
bir anlığa hadisə nümayiş etdirilir, bunu görən, seyr edən taamşaçı ona qiymət verməyə başlayır. Eyzenşteynin
filmlərində forma və ritorika sosial məsuliyyət kəsb edirdi, elə ona görə də müəllifin yaradıcı üslubu «monu-
mental» adlandırıldı.
Alman rejissor və ssenaristi Rayner Varner Fasbinderin «post-Hollivud» üslubu da modernizm kino
sahəsindəki yeniliklərindən idi. Həmin illərdə müasir Azərbaycan kinosunun bəzi nümayəndələrinin
yaradıcılığında modernist adamlar görmək mümkündür. Xüsusilə son illərdə rejissor Vaqif Mustafayevin rejis-
sorluq etdiyi filmlərin bir qismini misal göstərmək olar. Rejissorun hadisələrə öz subyektiv prizmasından
yanaşması və qiymətləndirməsi kino əsərlərinin unikallığını artırır. Elitar səviyyəyə qalxan bu filmlərin bəziləri
beynəlxalq festivallarda yüksək qiymətləndirilir. Bu cəhətdən «Fransız» adlı film yüksək dəyərləndirilən kino
əsəri hesab edilir. Əgər kinematoqraf modernizmin məhsulu hesab edilirsə, akademik musiqi, klassik incəsənət,
onun estetik norma və ənənələriilə qarşılıqlı vəhdət yaradır. Ona görə də müxtəlif tarixi mərhələlərdə «musiqidə
modernizm» müxtəlif mənaları verirdi. XIX əsrin sonunda bu anlayış impressionist bəstakarlar – K.Debüssi,
M.Ravelya, R.Ştrausun yaradıcılığını; keçən əsrin 20-ci illərində isə fransız bəstakarı E. Satinin, həmin əsrin
ortalarından isə bu anlayş Debüssi, Ravelya, Satini rədd edən avanqard bəstəkarların yaradıcılığını nəzərdə tu-
turdu.
Aleatorika cərəyanı nümayəndələri musiqiyə rəngarəng metodlarla təsadüfilik, gözlənilməzlik elementləri
gətirir. Bu musiqi vaxtilə Qərbi Almaniyada və Fransada (1957-ci ildə) meydana çıxıb. Onun tərəfdarları muasir
musiqi avanqardının görkəmli nümayəndələri – alman bəstəkarı, pianoçu və dirijoru Karlxayns Ştokhauzen və
fransız bəstəkarı Pyer Bulezdir.
Puantilizm də müasir modern musiqisinin cərəyanlarından biri hesab edilir. Burada musiqinin mənası
melodiyaların köməyilə deyil, bir-birindən qısa fasilələr və 2-3 kəsik səslərin vasitəsilə şərh olunur. buraya,
həmçinin müxtəlif tembrli səslər səs-küy effektləri, zərblər də əlavə edilir. Bu cərəyanın görkəmli nümayəndəsi
Avstriya bəstakarı və dirijoru Anton Vebern hesab edilir.
Elitar avanraqd musiqisi kimi təşəkkül tapan elektron musiqi də müasir zəmanənin məhsulu hesab edilir.
Bu musiqi cərəyanı elektron-akustika və səs yaradan apparat və cihazların köməyilə yaradılıb. Elektron
musiqisində bəstakarın işinin obyekti təkcə səs, mövzu və kompozisiya deyil, həm də musiqi çalarları və
dalğavari əyri səs-küylərin vəhdəti ilə kompozisiya yaratmaqdır. Bu sahədə ilkin yaradıcılıq alman bəstəkarları
H.Eymert, K.Ştokhauzen və V.Mayer-Epperə aiddir.
Adları qeyd olunan bu cəryanların Azərbaycan modern musiqisində də təzahürünə rast gəlmək olar. Hələ
keçən əsrin ortalarında dünya şöhrətli bəstəkarımız Qara Qarayevin üçüncü simfoniyası həmin dövrdə Sovet
İttifaqında qəti qadağan edlmiş kompozisiya sistemi üzərində – dodekafoniya prinsipləri əsasında yaradılmışdır.
O, rəsmi tənqidlərə dözərək böyük riskə gedib, nəinki Azərbaycan musiqisində, o cümlədən bütövlükdə sovet
musiqisində kökündən sistematik irəliləyiş etdi. Q.Qarayevin professional və ictimai nüfuzu sayəsində bu
yaradıcılıq qələbəsindən sonra Azərbaycan musiqisində eksperimentər üçün əlverişli şərait yaradıldı. Bunun
nəticəsində milli musiqi məktəbinin A.cəfərova, A.Əlizadə, İ.Hacıbəyov, F.Qarayev, F.Hüseynova, R.Həsənova
kimi bəstakarları «kütləvilik» doqmalarını yararaq Azərbaycan musiqisini elitar səviyyəyə qaldırdılar.
Azərbaycan musiqisinin ifaçılıq sənətində də elitarizmi hiss etmək mümkündür. Xüsusilə bu sahədə
muğam sənətinin aparıcı nümayəndələri olan klassik əsərlərin ifaçı müğənnilərini, estrada ifaçılarının
özünəməxsusluğunu göstərmək olar. Bunların içərisində muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilən
respublikanın xalq artisti Alim Qasımovun adını xüsusi çəkmək lazımdır. İfaçılıq fəaliyyyətinin ilk vaxtlarında
çox böyük təzyiq və tənqidlərə məruz qalmış Alim Qasımov sənətinin əsil qiymətini muğam üzrə beynəlxalq
müsabiqələrdə almışdır. Bu ifaçı öz sənətində klassik muğama modern elementləri daxil etməklə istər klassik
muğamat ənənəsinə, istərsə də onun ifa edilməsinə öz «dəsti-xətti»ni əlavə etmişdir. Əslində müğənni bu
yeniliklərin modern, elitar elementlər olub-olmamasını bilmir, sadəcə olaraq onun dərk etdiyi, qavradığı
muğamat ifa etdiyi kimidir. Yəni Alim Qasımov muğamda etdiyi improvizasiyaları «moda» xətrinə deyil, ruhu-
na uyğun formada ifa edir. Öz musahibələrində müğənni həmişə xüsusi vurğulayır: «Mən muğamı başa
düşdüyüm, hiss etdiyim şəkildə ifa edirəm !». Onu klassik muğam ənənələrini köbudçasına pozmaqda
günahlandıran ifaçılar və musiqi tənqidçiləri bir şeydə yanılırlar: əsil istedad odur ki, səndən öncələri
öyrənməklə, ifa etməklə yanaşı, ona öz ruhunu, öz qabiliyyətini də əlavə edib və onu seçilənlər sırasına daxil
etsin. Elitar incəsənətin ən mühüm keyfiyyətlərindən biri də elə budur. Məhz elitar incəsənətin Avropa
ölkələrində geniş yer tutmasının nəticəsidir ki, Alim Qasımovun ifası «unikal sənət» kimi alqışlarla qarşılanır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
77
Azərbaycanın müasir ədəbi həyatında da elitar ədəbiyyat nümunələrinə rast gəlmək olur. Xüsusilə 70-80-
cı illərin nəsrində «zaman və insan» problemini əhatə edən bədii-estetik konsepsiya üzərində çalışan Ə.Əylisli,
M.Suleymanlı, R.Rövşən, S.Əhmədov kimi yazıçı–nasirlərin zamanı qabaqlayan əsərlərini nümunə göstərmək
olar. Əkrəm Əylislinin yaradıcılığında reallıq və xəyalın, xülyanın çox gözəl şəkildə birləşdirilməsi, Mövlud
Suleymanlının əsərlərində əfsanəvilik üslubu, Sabir Əhmədovun romanlarında ətraf aləminin modelləri
kontekstində «insan-zaman», cəmiyyət və şəxsiyyət problemləri öz unikal həllini tapır.
Elitar mədəniyyətin bir təzahürü kimi modernizm heç zaman geniş popyularlığa can atmayıb. Təbiəti
etibarilə onun estetikası, ruhu heç vaxt kütləvi, hamı üçün anlaşılan ola bilməz. Modernizmin məhsuldarılığı
onun yeni nə isə yaratması ilə deyil, incəsənətin daxili narahatlığının təzahürü ilə izah edilir.
Beləliklə, modernist yaradıcılığın əsas qayəsini məkan və zaman, insan və kosmosun vəhdəti, arxaik və
arxitipik, rahatlıq və narahatlıq, təcəssüm və hərəkət, maddi və qeyri-maddinin bir-birilə əlaqəsinin təzahürü
təşkil edir. Bu isə, elitar mədəniyyəti təcəssüm etdirən əsas amillərdir.
1983-cü ildə nəşr olunan fəlsəfə üzrə ensiklopediya lüğətində kütləvi mədəniyyət haqqında belə qeyd
olunmuşdu: «XX əsrin ortalarından başlayaraq burjua mədəniyyətinin vəziyyətini kütləvi mədəniyyət özündə
əks etdirir». Bu kiçik ifadədən aydın görünür ki, kommunist ruhlu ideoloqlar kütləvi mədəniyyətin ictimai-
siyasi, tarixi mənşəyinin əsil qiymətini və ya həqiqiliyinin düzgün təhlilindən yan qaçıblar. Kütləvi cəmiyyət
haqqında konsepsiya və nəzəriyyələrin işıqlandırılması prosesində bu problemin tədqiqinin hələ qədim
filosofların diqqət mərkəzində olduğunu aydın gördük. Əldə etdiyimiz elmi nəticələrdən belə qənaətə gəlmək
olar ki, cəmiyyətin kütləviləşməsi prosesində kütləvi mədəniyyət amili, fenomeni zəruri və həm də vacib
əhmiyyət kəsb edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu fenomen əsrlər boyu iki, bir-birinə zidd duran
dünyagörüşləri, ideoloogiyaları (burjua ideologiyası və kommunist ideologiyası) arasında özünün əcaib
məzmununu «qazanmışdır». Bir məqamla razılaşmaq olar ki, vaxtilə bu problem ətrafında söylənilən zidd
konsepsiyaların hər birində kütləvi mədəniyyətin müxtəlif elementləri haqqında həqiqətləri əldə etmək
mümkündür.
Çox zaman kütləvi mədəniyyət aşağı qiymətli «istehsalat» üçün istiqamətləndirilmiş mədəniyyət kimi
qəbul edilir. «Kütləvi mədəniyyət» fenomeninə çoxsaylı sosioloq, sosial psixoloq, filosof, kulturoloqların
diqqəti cəlb olunmuşdur. Onun mahiyyəti iti diskussiya və mübahisələrə səbəb olmuşdur. B. Rozenberq yazır:
«Kütləvi mədəniyyət yaramazlıq, yoxsa heç bir kəsə ziyanlıq gətirməyən xeyir-dua vasitəsidir? Bu mübahisədə
heç kəs öz qənaətindən əl çəkmək istəmir». Qərb tədqiqatçılarının çoxu «kütləvi mədəniyyət»i müasir texnika
və texnologiyanın tendensiyaları və sosial strukturu ilə əlaqə və vəhdəti olmayan ümumbəşəri hadisələrdən biri
kimi qiymətləndirirlər. Bir sıra sosioloqlar «kütləvi mədəniyyətə» kulturoloji aspektdən yanaşaraq ona «kütləvi
cəmiyyət»in sosial fenomeni kimi baxırlar.
Mədəniyyət kütləvi cəmiyyət şəraitində insanların ünsiyyətini, informasiya və məlumat dövriyyəsini, so-
sial nizamlanmanı formalaşdırır. Bununla yanaşı, sosioloqların çox hissəsi kütləvi mədəniyyətin demokratizmini
kütlələrin istehlakında görürdülər. Beləliklə, kütləvi mədəniyyətin əsas sosial funksiyası üzə çıxır: kütlələrin
cəmiyyət ilə inteqrasiyası bu mədəniyyətin əsas, aparıcı növlərindən olan kommunikasiya vasitəsilə daha opera-
tiv və daha optimal şəraitdə həyata keçirilir.
Ümumiyyətlə, sosiologiya və kulturoloogiyada kütləvi mədəniyyəti tədqiqat subyekti kimi müxtəlif
nöqteyi nəzərlərdən həyata keçirmək qəbul edilmişdir; estetik mövqedən bu mədəniyyət dəyərləri ənənəvi
incəsənətdəki möhtəşəm sənət səviyyəsi ilə eyniləşdirilmədir, yayılma formasına görə isə, yuxarıda qeyd et-
diyimiz kimi, kütləvi kommunikasiya kanalları vasitəsilə milyonlarla insanın malına çevrilir.
Dünya sivilizasiyasında müasir zamanda baş verən demokratik dəyişiklik və irəliləyişlər sosial
münasibətlərin düzgün nizamlanması və bu münasibətlərə həqiqi və düzgün qiymətin verilməsi zamanın, tarix-
in, tarixi şəraitin reallığına çevrildi. Artıq müasir kulturorlogiyada elitar mədəniyyət problemləri kimi kütləvi
mədəniyyətin mahiyyəti, sosial məzmun və funksiyalarının dəqiqləşdirilməsinə diqqət artırıldı. Müasir
tədqiqatçılar kütləvi mədəniyyətə «kapitalist», burjua mədəniyyəti kimi yanaşma ideyalarını ciddi tənqid edərək
bu mədəniyyətin bütün insanlar tərəfindən istehlakı fikrini irəli sürürlər. Kütləvi mədəniyyətdən yaşadığı ölkə
və yerindən asılı olmayaraq bütün insanlar istifadə edir. Bu mədəniyyət müxtəlif kanallarla, o cümlədən kütləvi
informasiya və kommunikasiya vasitələri də daxil olmaqla geniş kütlə auditoriyasına istiqamətləndirilmiş
gündəlik həyatın mədəniyyətidir.
Bu məqamda haqlı olaraq məntiqi bir sual ortalığa çıxır: kütləvi mədəniyət nə vaxt təzahür edib, onun ta-
rixi, mənşəyi necədir? Kütləvi mədəniyyətin tarixi haqqında mənbələri kulturologiya bir neçə aspektdən izah
edir. Bunlardan ən geniş yayılmış nöqteyi-nəzərlər aşağıdakılar hesab edilir:
1.
Tədqiqat nəticələrinə əsasən bir sıra kulturoloqlar sübut etməyə çalışırlar ki, kütləvi mədəniyyət mənşəyinə görə
bəşər tarixi ilə eyni vaxtda yaranıb. Belə ki, kütləvi mədəniyyət üçün əlverişli şəraiti insanlığın yaranış tarixi,
xristianlıq sivilizasiyasının başlanğıcı ilə əlaqələndirən kulturoloqlar geniş auditoriya üçün oxunulan, mütaliə
edilən sadə müqəddəs kitabları («Bibliya») buna aid edirlər.
2.
Kütləvi mədəniyyətin tarixi kökləri XVII-XVIII əsrlərdə Avropa ədəbiyyatında macəra, detektiv, avantür
romanların yaranması ilə izah edilir ki, bu da geniş tirajlar nəticəsində böyük oxucu kütləsini öz ətrafında
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
78
cəmləşdirməyə başladı. Bir qayda olaraq, nümunə timsalında iki yazıçının yaradıcılığı haqqında danışmaq
məqsədə müvafiqdir: bunlardan biri ingilis yazıçısı Daniel Defo (1660-1731) hesab edilir ki, onun məşhur
«Robinzon Kruzo» adlı əsər-romanı nəinki o dövrün, hətta müasir oxucuların böyük əksəriyyətinin ən maraqlı
əsərinə çevrilmişdir. Digər yazıçı isə 481 sayda müxtəlif həyat tərzinə malik olan və böyük risk tələb edən peşə
adamlarının – müstəntiq, hərbçi, oğru, fahişə və s. obrazlar yaradan Matvey Komarovdur (1730-1812). Onun
«İngilis milordu Georginin macəraları haqqında povesti» və digər populyar kitablarının adlarını çəkmək olar.
Hər iki müəllifin əsərləri sadə və aydın dildə yazılmışdır ki, bu da kütləvi mütaliə, üçün ən zəruri şərtdir.
3.
1870-ci ildə Böyük Britaniyada qəbul edilmiş məcburi ümummilli savadlılıq haqqında Qanun kütləvi
mədəniyyətin inkişafına ciddi təsir göstərdi. Bu Qanun XIX əsrdə bədii yaradıcılığın əsas növü olan roman
janrının inkişafına böyük təkan verdi.
Yuxarıda qeyd olunanların hamısı kütləvi mədəniyyətin ilkin tarixidir. Amma kütləvi mədəniyyətin
konkret tarixi Amerika Birləşmiş Ştatlarına, XIX-XX əsrlərə aiddir.
Tanınmış Amerika politoloqu Zbiqnev Bjezinski bu haqdı çox yerində deyilmiş bir ifadə işlətmişdir:
«Əgər Roma dünyaya hüququ, İngiltərə parlament fəaliyyətini, Fransa – mədəniyyət və respublika millətçiliyini
bəxş etmişsə, müasir ABŞ – elmi-texniki inqilab və kütləvi mədəniyyəti vermişdir».
Kütləvi mədəniyyətin təzahür fenomeni aşağıdakı qaydada müəyyən olunur. XIX-XX əsrlər Avropa və
Amerika həyatının kütləvi şəkildə dərk edilməsi xarakterik və səciyyəvi idi. Kütləviləşmə prosesinin mahiyyəti
və məzmunu haqqında əvvəlki fəsildə çox geniş təhlillər verilmişdir. Təkrar olmasın deyə, sadəcə onu qeyd
etmək kifayətdir ki, bu kütləviləşmə iqtisadiyyat, siyasət, idarəetmə və insanların ünsiyyəti kimi cəmiyyətin
bütün sahələrini əhatə edir.
«Kütləvi mədəniyyət»in daha dərin təhlili Kanada sosioloqu M.Maklyüen (1911-1980) tərəfindən
verilmişdir. O da D.Bell kimi belə bir nəticəyə gəlir ki, kütləvi kommunikasiya yeni mədəniyyət tipini yaradır,
formalaşdırır. Özünün «Quterberqin qalaktikası», «Rabitə vasitələrinin dərki» (1964), «Mədəniyyət bizim
işimizdir» adlı əsərlərində Maklyüen xüsusi olaraq qeyd edir ki, «sənaye və tipoqrafik insan» tarixi dövrünün
çıxış nöqtəsini XV əsrdə İ.Quttenberqin kəşf etdiyi «çap dəzgahı təşkil edir. Maklyüenin sözlərinə görə kütləvi
informasiyanın müasir vasitələri «yeni insan» yaradır. Bu yeni insanı qədim əcdadlarından fərqləndirən əsas
cəhət «elektron informasiya»nın formalaşmasıdır. Bu müəllifin fikrinə görə, çap texnikası – publikanı, elektron
texnikası isə – kütləni yaratmışdır. İncəsənəti mənəvi mədəniyyətin aparıcı elementi kimi müəyyən edən
Maklyüen bədii mədəniyyətin eskeynietik (real həyattdan uzaqlaşdırma) funksiyasını xüsusi ayırmışdır.
Əlbəttə, bizim müasiri olduğumuz tarixi mərhələdə kütlə əhəmiyyətli dərəcədə dəyişmişdir. Kütlələr daha
təhsilli, hər şeydən xəbərdar və fəal olmuşlar. Bundan əlavə, kütləvi mədəniyyətin subyektləri təkcə kütlənin
özü deyil, onlarla müxtəlif əlaqəyə daxil olan ayrı-ayrı fərdlərdir. İnsanlar eyni vaxtda həm fərd, həm lokal
qrupların, həm də kütləvi sosial birliklərin üzvləri olmaqla «kütləvi mədəniyyət»in subyektinə ikili mövqedən –
fərdi və kütləvi aspektdən yanaşırlar.
Kütləvi mədəniyyət bir sıra özünəxas cəhətlərlə seçilir. Bunlardan biri odur ki, kütləvi mədəniyyət sosial
planda özündə «orta sinif» adlanan yeni ictimai təbəqəni formalaşdırır. Mədəniyyət sahəsində təbəqənin
formalaşması və fəaliyyəti fransız filosof və sosioloqu E.Morenin «Zamanın ruhu» (1962) adlı əsərində ifadə
olunaraq konkretləşdirilmişdir. «Orta sinif» anlayışı Qərb mədəniyyəti və fəlsəfəsində başlıca və əsaslı yer tutur.
Bu «orta sinif» sənaye cəmiyyətinin qayəsini təşkil edərək populyar kütləvi mədəniyyəti formalaşdırır.
Kütləvi mədəniyyət təbiət və insan cəmiyyətində baş verən real prosesləri sadəlövh tərzdə təcəssüm
etdirir. Şüurda rasional başlanğıcın inkarı baş verir. Kütləvi mədəniyyətin məqsədi adamların, kütlələrin asudə
vaxtının təmini, gərginlik və stresslərin aradan qaldırılmasından çox, tamaşaçı, dinləyici, oxucu şüurunun
formalaşdırılması təşkil edir ki, bu da həmin mədəniyyətin yeni tipinin yaranmasına təsir göstərir. Formalaşan
bu yeni insan tipi isə tez zamanda manipulyasiyaya məruz qalır.
Kütləvi mədəniyyətin təşəkkülü asudə vaxtın sərf edilməsi problemi ilə sıx bağlıdır. Amerikalı sosioloqlar
c.Ramni və Meyer belə yazırlar: «Kütlələr yalnız XX əsrdə asudə vaxt əldə edə bildilər. İş vaxtının azaldılması
və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi dövrün özünəməxsus problemini törətdi: asudə
vaxtda nə etmək və ya «vaxtı necə öldürmək». Milyonlarla insan isə öz əmək fəaliyyətindən zövq ala
bilmədiyindən öz «mən»ini məhz asudə vaxtda tapmaq məqsədilə kütləvi mədəniyyətin bilavasitə istehlakçısına
çevrilir.
İstehsal qüvvələrinin inkişafı istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması mədəni istehlak
əşyalarının, formalarının kütləvi tirajlarla istehsalı üçün çox əlverişli şərait yaratmışdır. Lakin bu mədəni
məhsulun satılması üçün əlverişli bazarın olması da vacibdir. Kütləvi mədəniyyət istehlakında fərdi zövqlər əsas
deyildir. Məhz buna görə də auditoriyanı lazımi ruhda tərbiyə etmək üçün kütləvi kommunikasiya, reklam
kanallarından geniş istifadə olunur. Bu mənada kütləvi mədəniyyəti istehsal edənlərin fəaliyyətini ticarətlə
məşğul olanların işi ilə eyniləşdirmək olar. Belə ki, kütləvi mədəniyyət istehlakçıları da əyləncələri
hazırlayarkən yalnız öz mənfəətlərini güdürlər. Müasir kinorejissorlar, müğənni və yazıçılar kütlənin maraq və
meyllərini öyrənib, ona güvənərək yaradıcılıq məhsullarını ortalığa çıxarırlar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
79
Tanınmış müasir sosioloqlardan biri olan Van den Haaq kütləvi mədəniyyəti bazar münasibətləri ilə
əlaqələndirərək mədəni dəyərləri əmtəə kimi qiymətləndirir. O, kütləvi mədəniyyətin səbəbini cəmiyyətin
strukturundan əlavə onun kütləviliyi və kütləvi kommunikasiyanın təsiredici qüvvəsində də axtarırdı.
Kütləvi mədəniyyət əsərləri öncə rəssam, bəstəkar, kinorejissor və s. özünütəcəssüm vasitəsi kimi deyil,
kütləvi auditoriyaya satış məqsədilə, əmtəə kimi yaradılır.
Kütləvi mədəniyyət kütlələri hazır məhsulun passiv istehlakçısı simasında görür. Kinorejissor F.Fellininin
fikrinə görə, bu mədəniyyətin əsas məqsədi kütlələri idraki cəhətdən çox düşünməkdən azad etməkdir.
«Kütləvi mədəniyyət»in Orteqadan başlamış digər tənqidçilərinə qədər hamısı istehlakçılıq mövqeyinə
görə yeni «publika»nın formalaşması fikrini irəli sürür.
Kütləvi cəmiyyətdə istehlakçılıq bəzən nüfuzlu, bəzən də status xarakteri kəsb edir. Bəzən bu mədəniyyəti
istehlak edən insanlar onun həqiqətən meyl və maraqları tələb etdiyinə görə deyil, sadəcə olaraq sosial statusuna görə
reallaşdırır. İncəsənət əsərini bəzək əşyası kimi satın alan hər kəsi bu işə təhrik edən əsas amil estetik zövq deyil,
onun sosial statusunun təmin olunması amilidir.
Abstrakt sənət əsərini əldə edən bu meşşanların məqsədi həmin mənəvi sərvətdən xoşlanmaq yox, onları
əhatə edən mühitdə bunların «dəbdə» olmasıdır. Belə şəraitdə mədəniyyət əşyasının mənimsənilməsi simvolik
əhəmiyyət kəsb edir. Amerika sosioloqu M.Benton bu haqda yazır ki, simvollar kommunikasiyanın vasitəsi
kimi mühüm rol oynayır. «Mədəniyyət simvolları» kütləvi cəmiyyət normalarına uyğun olaraq insanların
davranışını nizamlayır.
Belə şəraitdə də insanların şüur və zövqlərinin manipulyasiyası üçün geniş imkanlar açılır. M.Şerif və
S.Eşanın eksperimentləri göstərir ki, qrup üzvləri həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq çoxluğun
rəyilə razılaşmamağa meyllidir. M.Raylinin qeydlərinə görə ayrı-ayrı fərdlərin bu və ya digər televiziya
proqramına tamaşası onun inam bəslədiyi adamların məhz bu verilişə baxması faktı ilə izah edilir.
Lakin bir amilə də diqqət yetirmək lazımdır ki, kütləvi mədəniyyət kütlələr üzərində özbaşına
manipulyasiya deyil. Müasir zamanda və şəraitdə kütləvi mədəniyyətin yayılması kütləvi auditoriyanın sosial-
psixoloji xüsusiyyətlərinin dərindən öyrənilməsinə əsaslanır. Bu xüsusiyyətlərə görə kütləvi mədəniyyətin sosial
funksiyası kütlələr üzərində mənəvi hökmranlığın mövcudluğunu sübut edir.
Kütlələrin manipulyasiya imkanlarının üzə çıxarılması üzrə tədqiqatlarında K.Hovlend, İ.Yanis və Q.Kelli
belə qeyd edirlər ki, kütlə manipulyativ idarəetməyə çox həssasdır. Kütləvi mədəniyyət isə manipulyativ idarə
üçün müəyyən vasitələr verir ki, bu da kütləvi şüurun formalaşması üçün ən vacib amildir.
Tədqiqatçıları bir problem maraqlandırır ki, yeni ideologiyaya inamı, partiyaya səs verməni, mədəni
zövqləri dəyişmək üçün kütləvi ünsiyyət vasitələrinin səmərəsi nədən ibarətdir?
Kütləvi ünsiyyət vasitələrinin təsiri altında «kütləvi cəmiyyət» üzvlərinin təfəkkürü standartlaşır.
Standarlaşdırılmış insan isə öz müstəqilliyini, fərdiliyini hətta öz əqli ilə yaşamaq qabiliyyətini belə itirir.
Kütləvi mədəniyyət təcrübəsində kütləvi şüur özünün spesifik təzahür vasitələrinə malikdir. Çox hallarda
kütləvi mədəniyyət real obrazları deyil, süni surətdə yaradılmış obrazlara (imic) və stereotiplərə yönəldilmiş
olur. Kütləvi mədəniyyətdə formula (imic və stereotipin mahiyyəti bundadır) birincidir. Bu vəziyyət kor-koranə
sitayişə şərait yaradır. Müasir gündə «süni Olimp ulduzlarının» fanat pərəstişkarlarının sayı qədim
bütpərəstlərin sayından daha çoxdur.
Bədii yaradıcılıqda kütləvi mədəniyyət spesifik sosial funksiyaları yerinə yetirir. Bunların içərisində ən
başlıcası xəyali tarazlaşdırıcı funksiyadır. Bu, insanın dünyada xəyali iştirakını təcəssüm edir. Bütün bunlar isə hakim
həyat tərzinin açıq və ya gizli təbliğinə qulluq edir ki, burada da son məqsədi kütlələlri sosial fəallıqdan
uzaqlaşdırmaq, mövcud şəraitə uyğunlaşdırmaq təşkil edir.
Məhz elə bu səbəbdən kütləvi mədəniyyətdə incəsənətin detektiv, vestern, melodram, müzikl, komiks
kimi janrlarından geniş istifadə olunur. Məhz elə bu janrlar çərçivəsində ən sadələşdirilmiş həyat versiyaları
yaranır. Sosial şər qüvvələr psixoloji və mənəvi amillərlə üzləşdirilir.
Kütləvi mədəniyyətin ritual formulları olan «xeyirxahlıq həmişə mükafatlandırılır», «məhəbbət və inam»
(özünə və Allaha) hər zaman qələbə çalır.
Kütləvi mədəniyyətin məzmunsuzluğuna baxmayaraq onun müəyyən fəlsəfi bünövrəyə malik olan dəqiq
dünyagörüşünə əsaslanan proqramı vardır.
Kütləvi kommunikasiya vasitələri – radio, televiziya, kino, qəzet və illüstrasiyalı jurnalların nəhəng
tirajları, ucuz «cib» kitabçaları və s.-nin inkişafı və vüsəti prosesi antaqonist cəmiyyət çərçivəsində daxili
ziddiyyətlərlə üzləşir; belə ki, qüvvələr, bir tərəfdən onun xeyrinə çalışan işçi qüvvələrinin «savadlı», texnikanı
idarəetməyi bacaran, kütləvi kommunikasiya vasitələrinin vüsətini razılıqla qarşılayır, digər tərfdən onların
sosial-siyasi savadının yüksəldilməsinə qulluq edən bu vasitələrin get-gedə inkişafı həmin hakim qüvvələri çaş-
baş salır. Məhz ona görə də, inhisarçı dövlətdə hakim dairəni «kütləvi cəmiyyət» prinsiplərinə tam cavab verən
kommunikasiya vasitələri maraqlandırır.
Bir çox «kütləvi mədəniyyət» nəzəriyyəçiləri onu məhz kütləvi ünsiyyətin texniki vasitələrinin güclü
inkişafının nəticəsi kimi qiymətləndirməyə çalışırlar. Onların fikrinə görə, kütləvi kommunikasiya – «kütləvi
mədəniyyət»in mövcudluğunun maddi vasitəsidir. Bəzi nəzəriyyəçilər isə kütləvi mədəniyyətə geniş kütlələrə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
80
kütləvi kommunikasiya vasitələri ilə çatdırılan mədəni dəyərlərin toplusu kimi baxır. Bu fikirlərin o məqamı ilə
razılaşmaq olar ki, cəmiyyətin istehsal qüvvələrinin kütləvi kommunikasiyasının inkişafı mədəniyyətin texniki
vasitələrdən asılılığını daha da zəruri edir.
Kütləvi kommunikasiya vasitələri çox nəhəng tərəqqipərvər əhəmiyyət kəsb edir: belə ki, onlar insanların
müxtəlif hadisələrdən xəbərdar və bilavasitə onun iştirakçısı olmasını təmin edir, elmi və mədəni
müvəffəqiyyətlərdən kütlələrə məlumat verir. Şəxsi mülkiyyət şəraitində kütləvi kommunikasiya vasitələrinin
sahibləri məlumatların çatdırılmasında bəzi dəyişikliklərə də yol verməyə malikdir. Bu dəyişiklik, sözsüz ki,
onların mənfeyinə xidmət edir. Belə nəticə çıxır ki, hakim siniflər kütlələrə hansı məlumatın verilməsini
müəyyənləşdirir. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq kütləvi mədəniyyətin məhz kütləvi kommunikasiya
vasitələri ilə cəmiyyətin çox hissəsi əhatə olunur.
Kütləvi mədəniyyətin çox sevilən mövzu və süjetləri – milyonçu və kino ulduzlarına çevrilən insanların
tərcümeyi-halı, amansız döyüş və qəddarlıq, terrorizm, narkomaniya hesab edilir. Bu mədəniyyət nümunələrinin
finalı isə «həppi-end», yəni «xoşbəx sonluq»la bitməsidir. Bu xüsusiyyət mədəniyyət nümunələrinin hamısına
xas olan cəhətdir. Amerika yazıçısı Pol Sveyq çox haqlı olaraq belə qeyd edir ki, kütləvi mədəniyyətin həddən
artıq şişirdilmiş qəhrəmanları, əslində həyatımızda rastlaşdığımız insanlar deyil.
Bu cür yüngül qrotesk şousunun mühüm mövzularından biri də zorakılıqdır. Bu mövzu kütləvi
mədəniyyət üçün həm səciyyəvi, həm də ənənəvidir. Çox vaxt antaqonist cəmiyyətdə zorakılıq təbii hadisə kimi
təbliğ olunur.
Kütləvi mədəniyyətdə zorakılıq mövzusu muasir dünyanın real mənzərəsini əks etdirir. Amerika mətbuatı
qeyd edir ki, XX əsrin 80-ci illəri zorakılıq təbliğ edən filmlərin çoxluğu ilə xarakterizə edildir. ceyms Bond
haqqında filmlərin sayı 13-ə çatmışdır. Burada atıcılıq, döyüş və qətlə yetirmə səhnələri daha çox üstünlük təşkil
edir. Filmdə 97 sayda zorakılıq və qəddarlıq aktı səhnələri nümayiş olunur. Amerika meyyarlarına görə bu
rəqəm rekord hesab edilir.
Hesablamalara görə ABŞ-ın televiziya vaxtının 40%-i zorakılığa həsr edilmiş verilişləri əhatə edir. İnsan
qanı ilə qidalanan vampirləri, görkəmli mafiozların «qəhrəmanlıq»larını, qanqsterlərin öz aralarındakı
mübarizələrini, müxtəlif qəzaları səhnələşdirən filmlər kassa xarakteri kəsb edir. Yuxarıda qeyd etdiyimiz kimi,
bu film-tamaşalara bir əlamət çox xasdır ki, bu da onların xoşbəxt sonluqla bitməsidir: baş qəhrəman bütün
mümkün olmayan çətinliklərdən azad olur, bu da tamaşaçıda öz şəxsi təhlükəsizliyi üçün xoş təəssürat hissi
oyadır.
Amerika statistiklərinin rəyinə görə hər bir Amerikalı tamaşaçı öz mənzilindəki ekranda 30 min qətlin
müşahidəçisi olur. Çox zaman bu telesüjetlər həmin qətl və qəddarlıqların «texnologiyası»nı xırdalıqlarına qədər
açıqlayırlar. Bütün bu dəhşətləri seyr edən tamaşaçı onu, yəni zorakılığı norma kimi dərk edir.
Kütləvi kommunikasiya vasitəsilə bu kimi nümayişlərin gənc nəslin nümayəndələrinə, xüsusilə, uşaqlara
təsiri çox da qənaətbəxş olmur. Uşaq psixologiyasının əsas xüsusiyyətlərindən biri odur ki, onlar reallıqla
uydurma arasındakı səddi çox çətinliklə anlayırlar. Televizor ekranı onların reallığına çevrilir, onlar burada
şahidi olduqları hər şeyi həyata keçirməyə cəhd göstərirlər. Biz bu cür təəssüratların nəticələrinə real
həyatımızda rast gəlirik. Səkkiz yaşlı Nyu-Yorklu oğlan tapança ilə öz bacısını qətlə yetirərək belə bir hərəkətə
onu təhrik edən həmin anda televiziyada eyni səhnə ilə rastlaşdığı film olduğunu bildirmişdir.
Bu məqamı nəzərdən buraxmayan Amerikalı psixoloqlardan biri haqlı olaraq qeyd etmişdir ki, Amerika
televiziyası – cinayətkarlığın özünəməxsus məktəbidir. Bu fikri təkcə Amerika deyil, bütün digər ölkə
televiziyalarına və filmlərinə də şamil etmək olar.
Lakin bu cür təbliğat həm də gəlir gətirir. Zorakılığa haqq qazandırmaq məqsədilə biznes ixtisaslı vəkil və
psixoloqların xidmətindən də istifadə edilir. Amerikalı sosioloq S. Feşbax bu məqsədlə Aristotelin katarsis
nəzəriyyəsinə iqtibas edir. O qeyd edir ki, bu filmlərə baxan tamaşaçı anadangəlmə aqressiv impulslardan
«təmizlənir», bu səhnələr «həyəcan və gərginliyi» aradan götürür. Bu ideyaya müvafiq Feşbax eksperiment də
həyata keçirmişdir. Lakin söhbət onda deyil ki, gənc oğlan və ya qız bu kimi səhnələrə baxdıqdan sonra mütləq
gedib hansısa qətl və zorakılığı həyata keçirəcək. Əsas mahiyyət ondadır ki, bu səhnələr gənclərdə arzuolunmaz
meyllərin formalaşmasına, aqressivliyin inkişafına kömək edir.
Kütləvi mədəniyyətin əsas yayılan mövzularından biri də pornoqrafiyadır. Hazırda bu sahə kütləvi
mədəniyyətdə «janr» formasında təcəssümünü tapmışdır. Pornofilmlərə tamaşa etmək ABŞ-da çox ucuz başa
gələn tədbirlərdir. Çünki bu filmlərdə nə süjet, nə də tutarlı məzmun vardı. Heç bir mətni olmayan bu filmlər
yalnız müəyyən primitiv səhnələrin nümayişindən bəhs edir. Xüsusilə «ağır porno» adı ilə tanınan filmlərdə
qadınların alçaldılması, sadizm, zorakılıq, o cümlədən uşaq pornoqrafiyası insanlarda ən iyrənc hisslərin
oyanmasına səbəb olur. Birləşmiş Ştatlar bu sahədə xüsusi sənaye mərkəzinə çevrilmişdir. «Pornobiznes» də
məhz bu mərkəzin əsasnda formalaşmışdır.
Kütləvi mədəniyyətin vətəninin ABŞ hesab edildiyindən öz tədqiqatımızda, əsasən, bu ölkə
mədəniyyətinə istinad edirik. Dünya dominantlıq vəziyyətinə cəhd göstərən ABŞ Qərbi Avropa ölkələrinə öz
ideologiya və həyat tərzini kütləvi mədəniyyət vasitəsilə açıqlamağa çalışır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
81
ABŞ-da kütləvi mədəniyyətin formalaşmasının iqtisadi, siyasi və mədəni zəmini mövcud idi. II Dünya
müharibəsindən sonra bu ölkədə sənayenin yüksək templərlə inkişafı kütləvi mədəniyyət üçün əlverişli şərait
yaratdı. Filmlərin, ədəbi əsərlərin istehsalı, o cümlədən televiziya, video yazı kimi yeni texniki sahələrin
yaranması dünyada ən ilkin və görülməmiş hadisələrdən idi. ABŞ-nın qazandığı bu nailiyyətlər Avropanın digər
ölkələrinə eksport edilməyə başlamışdır.
Tarixin son dövrlərində ABŞ heç zaman hərbi əməliyyatların məkanına çevrilməmiş, qəsp edilməmiş,
buradakı əhali nə soyuq, nə də aclıqdan çətinlik çəkməmişdir. Ona görə də bu dövlətin əsas diqqəti ölkənin
iqtisadiyyatının, sənayesinin inkişafına yönəldildi. Bunun əsasında mədəniyyətdə yeni sahə və formalara əsaslı
şərait yarandı.
1948-ci il yanvarın 27-də ABŞ-da «Smit-MundT qanun» adını alan informasiya mədəniyyət mübadiləsi
haqqında qanun imzalandı.
Təbii ki, Avropaya təşrif aparmış Amerikalılar – hərbi işçilər, biznesmenlər, müxtəlif sahələr üzrə
məsləhətçilər, təbliğatçı və turistlər özləri ilə Avropaya «yüngül», bayağı ədəbiyyat, qəzet, videodisklər,
əyləncəli filmlər, reklam prospektləri kimi kütləvi mədəniyyət nümunələri də aparırdılar. Tezliklə bu
kompaniyaya ABŞ-ın İnformasiya Agentliyi də (1953-cü ildə yaranıb) qoşuldu.
Kütləvi mədəniyyət estetikasının ilk və həqiqi təşəbbüskarı Hollivud oldu. Hollivud kino əsərlərinin
konveyer üsulunu ilk dəfə həyata keçirərək yaradıcı istedadların kommersiya rəqibi əsasında yarışlarını yerinə
yetirir. Hollivud filmlərinin əsas süjetini Amerika həyat tərzinin ideallaşdırılması təşkil edir. Bu kinonun digər
ana xəttini, ideallaşdırılmış amerikanizmin romantik tərəfini kovboy filmləri, vesternlər təbliğ edir. Daha çox
əyləncəvilik janrına xidmət edən bu kinolar kommersiya məqsədli olub, macəra, qayğısız, şən əhval-ruhiyyə
məzmunludur.
«Hollivudlaşma» yavaş-yavaş kitab nəşri, mətbuat və rəngkarlıq, musiqinin reproduksiyasına da nüfuz
edir. Bütün bunlar kütləvi mədəniyyət sahiblərinin tələblərinə tam cavab verir. Bonn ideoloji mərkəzinin rəhbəri
Hans Yan bu haqda öz fikrini aşağıdakı kimi ifadə etmişdir: «İnsanın təfəkkür prosesini o dərəcədə
yüngülləşdirmək lazımdır ki, sonda o, bundan tam azad olsun».
Hal-hazırda Avropa mədəni bazarı Hollivud filmləri, Amerika kitabları, musiqisi, televiziya, radio
proqramları ilə zəngindir. Amerika ideyaları kütləvi kommunikasiyanın çoxsaylı informasiya kanalları vasitəsilə
həyata keçirilir. Xüsusilə reklam işində Amerikalı konsernlər əyani şəkildə üstünlük təşkil edirlər. Dünyada hər
10 məşhur iri reklam agentliklərindən yeddisi məhz ABŞ-a məxsusdur.
YUNESKO-nun apardığı hesablamalara görə, dünya televiziya proqramlarının ümumi həcminin 75%-i,
informasiyanın 65%-i, kinofilmlərin 50%-i, video və audio kassetlərinin 60%-i, kommersiya informasiyasının
89%, ticarət reklamlarının 65%-i məhz ABŞ-a aiddir.
Vətəni əsasən ABŞ hesab edilən kütləvi mədəniyyət bütün dünya ölkələri mədəniyyətində də
özünəməxsus mövqeyə malikdir. Bu cəhətdən Azərbaycanda da kütləvi mədəniyyət özünü müxtəlif formalarda
təzahür etdirməkdədir. Bu problemi öz tədqiqat obyektinə çevirən gənc alim Vagif Gərayzadə Azərbaycanda
kütləvi mədəniyyətin tipologiyasının milli incəsənətin bir sıra növlərində təzahürünü sübut edir.
Azərbaycanda incəsənətin ən kütləvi növü kimi teatr mühüm əhəmiyyət kəsb etməyə başlayır. Hələ XIX
əsrin 70-ci illərində Azərbaycan kütlələrinin mənəvi mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Sosial-
iqtisadi inkişafdakı yeni tendensiyalar Azərbaycanın teatr həyatında əks olunmağa başlayır. Köhnə feodal
klerikal mədəniyyətin mövqeyi nə qədər möhkəm olsa da, Azərbaycan teatrı öz üzünü kütlələlrə çevirə bildi.
Məhz teatr incəsənəti sayəsində Azərbaycan yavaş-yavaş Avropa mədəniyyətinə qoşula bildi. Milli teatrın kökü,
mənşəyi hələ lap qədimlərə aid olunduğundan ilk xalq adət və ənənələri, səhnə oyunları, təqvim mərasimləri
əslində kütləvi xarakter daşımış və beləliklə kütləvilik, xəlqilik elementləri tarixən Azərbaycan teatrının
mahiyyətini əks etdirmişdir. Xalq əyləncələri təkcə tamaşa və ya komikliyinə görə deyil, həm də sosial
istiqamətliliyinə görə kütləvi xarakter daşımışdır. Milli incəsənətimizdə xalq teatrının kütləvi formaları kimi
kukla tamaşaları, şəbeh və ya meydan teatrları digər kütləvi xarakterli sənət növləri – mahnı, rəqs melodiyaları,
muğam, faciə xarakterli ağılarla müşayiət olunurdu.
Görkəmli Azərbaycan maarifpərvər xadimləri H.Zərdabi, M.F.Axundov, N.B.Vəzirov, N.Nərimanov və
başqaları teatrın məhz bu xüsusiyyətini – kütləviliyini yüksək qiymətləndirərək onun yayılmasını təbliğ
edirdilər. Qısa tarixi arayışdan bir daha aydın olur ki, ən kütləvi sənət növü kimi teatr Azərbaycan
mədəniyyətinin ən spesifik sahələrindən birini təşkil edir. Bu sənət növünün kütləvilik xüsusiyyətinin nəzərə
alınması şərtilə milli dramaturqlarımız bu kütləvi sənət növünün bir sıra yeni formalarını – tamaşa-mitinq,
konsert-mitinq, xatirə-tamaşalar yaratmışlar. Digər tərəfdən, Azərbaycanda kütləvi tamaşaların geniş vüsəti də
teatr sənətinin ölkəmizdə təbliğinin nəticəsi kimi qiymətləndirilir. Kütləvi tamaşalar Azərbaycanda ictimai-
sosial məzmun daşısa da o, xalqın ictimai və milli şüurunun formalaşmasınqda tərbiyəvi əhəmiyyət kəsb edir.
Kütləvi tamaşaların milli mədəniyyətimizə gərəkliliyini və aktuallığını nəzərə alaraq bu sahə üzrə ixtisaslı
mütəxəssislərin, rejissor, prodüserlərin hazırlanması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində eyni adlı ixtisas fakültələri fəaliyyət göstərir. Hər il bu ixtisas üzrə onlarla ali təhsilli mütəxəssis
praktikaya cəlb olunur.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
82
Müasir Azərbaycan həyat və məişətində kütləvi tamaşalar müxtəlif siyasi, ictimai hadisələrlə yanaşı milli
bayram və ənənələrdə özünü daha çox təzahür etdirir. Baharın gəlişinə həsr edilmiş Novruz mərasim və bayramları
daha böyük əhəmiyyət kəsb edir.
Musiqi də kütləvi mədəniyyət fenomeninin mühüm formalarından biri hesab edilir. Milli professional
musiqimizin banisi Ü. Hacıbəyov və onun ardıcılı M.Maqomayev milli musiqi sənətinin inkişaf yolunu
Azərbaycan musiqi mədəniyyəti ənənələri ilə dünya klassik musiqi nailiyyətlərinin məntiqi vəhdətində görürdü.
Milli Azərbaycan musiqisi, aşıq musiqisi muğam üzərində təməl taparaq özünün bir sıra kütləvi formalarını
təzahür etdirmişdir. Xüsusilə, teatr və kino musiqisi sahəsində yaradılan ən gözəl nümunələr kütlələrin
sevimlisinə çevrilmişdir. Kino, teatr özü kütləvi sənət növü olduğu kimi bunlar üçün bəstələnmiş musiqi də
kütlə tərəfindən anlaşıqlı, aydın və şən, sadə mahiyyət kəsb etməli idi. Azərbaycan professional musiqisində
Tofiq Quliyev, Rauf Hacıyev, cahangir cahangirov və digərləri kimi kütlələrin ruhunu tələbini duyan gözəl
bəstəkarlar yetişmişdir. Bu bəstəkarların yaratdıqları mahnılar zaman və dövründən asılı olmayaraq kütlələrin
böyük həvəs və həyəcanla dinlədikləri musiqi nümunələridir.
Hələ professional musiqinin təməli qoyulan dövrlərdən görkəmli bəstəkarımız Ü.Hacıbəyov xalq
kütlələrinin mənəvi zənginliyini formallaşdırmaq və təkmilləşdirmək məqsədilə sadə anlaşıqlı musiqinin
yaradılmasına çox yüksək qiymət verirdi. Görkəmli bəstəkar nəinki təkcə musiqidə, bütövlükdə milli
mədəniyyət və incəsənətdə «kütləvilik» tendensiyasını alqışlayır. Bu tendensiyanın kökündə geniş xalq
kütlələrinin tələb və marağına cavab verən prinsiplər – sadəlik, aydınlıq, anlaşıqlıq dururdu. «Sovetləşdirmə»
mərhələsində bu tendensiyaya daha böyük tarixi ehtiyac vardı.
Müasir gündə Azərbaycan musiqisində «pop-musiqi» kütləviliyin fenomeni olub, gənclər sənəti kimi
qiymətləndirilir. Bu musiqi özünün «yüngüllüyü», «əyləncəviliyi» ilə seçilir.
Qərbi Avropa və ABŞ-da kütləvi musiqinin saysız-hesabsız lirik, məişət rəqsləri, rok-musiqi, folk-rok,
art-rok, xard-rok, latin-rok kimi növləri formalaşır ki, onun təzahürləri Azərbaycanda özünü nümayiş etdirir.
Son illər musiqinin bu kütləvi sahəsində respubliikamızda bir sıra yeni musiqi qrupları, dəstələri
yaradıcılıq fəaliyyəti göstərir. Bu musiqi qruplarının əksəriyyəti öz yaradıcılıq üslublarını milli klassik
musiqimizin bünövrəsi sayılan muğam üzərində quraraq çox maraqlı pop, rok musiqi nümunələrini yaradırlar.
Bu sahədə Azərbaycan gəncləri arasında çox populyar qrup sayılan «Rast» rokla yanaşı, muğamın da təbliğində
böyük tərbiyəvi rol oynayır.
Azərbaycvanda kütləvi mədəniyyətin ən spesifik forması kimi kino da özünəməxsus tərbiyəvi əhəmiyyət
kəsb etmişdir. Azərbaycan kinosu öz kütləvi xarakterinə görə keçmiş sovet ölkələri içərisində seçilib-
sayılanlardan olmuşdur. Əvvəla, öz yaranma tarixinə görə Zaqafqaziyada ilkin sayılan Azərbaycan kinosunun
kütləviliyi onun mövzu və məzmun dairəsində, forma aydınlığında, yüngül qavranılmasında idi. Xüsusilə,
«sovetləşdirmə» dövrünün məhsulları kimi qiymətləndirilən «Ögey ana», «O olmasın bu olsun», «Arşın mal
alan», «Əhməd haradadır», «Sehirli xalat», «Bir qalanın sirri», «Böyük dayaq», «Görüş» və digər filmlər məişət
xarakterli olmaqla yanaşı, həm də öz sadəliyi, əyləncəviliyi ilə kütlələrin ruhuna, əhvalına hopurdu. Məhz elə bu
keyfiyyətlərinə görə həmin filmlər onları müasir gündə də baxımlı edir. Müasir tamaşaçı üçün bu gün çox bəsit,
həddən artıq sadəlövh görünən həmin filmlər kütləviliyin əlaməti ilə izah edilir.
Beləliklə, kütləvi mədəniyyət ictimai kökləri ilə tarixin dərinliklərinə gedib çıxan sosial-mədəni
hadisələrdən biri olmaqla, elmi-texniki tərəqqi sayəsində XX əsrdə daha geniş vüsət tapmış bir fenomendir.
Dostları ilə paylaş: |