Gənclər təşkilatı sinif rəhbərləri tərəfindən daimi, gündəlik kömək aldıqda öz fəaliyyətini səmərəli şəkildə qurur. Şagirdlərin tərbiyəsində sinif rəhbəri və gənclər təşkilatının qarşılıqlı əlaqəsi aşağıda göstərilən bir sıra cəhətlərlə şərtlənir:
1) Gənclər təşkilatı X-XI siniflərin rəhbərlərini öz yığın- caqlarına dəvət edir. Həmin yığıncaqlarda bir çox məsələlərin müzakirəsi keçirilir. Buraya təşkilatın qarşısında duran vəzifələr, işin məzmunu, fəaliyyətin daha da təkmilləşdirilməsi perspektivləri: hesabatı, hesabat seçkisi, şagirdlərin təlim və tərbiyəsi, intizamı ilə bağlı məsələlər və s. daxildir.
2) Konkret şagirdlərin tərbiyəsi və intizamı ilə əlaqədar mə- sələnin müzakirəsi keçirilir;
3) Bu və ya digər ümuməktəb tədbirinin hazırlanıb həyata keçirilməsini təmin edir;
4) Məktəblilərin asudə vaxtını və tərbiyəsini təşkil edir;