8. Ailədə böyüyən insana humanist və qayğıkeş münasibət prinsipi. Ailədə böyüyən uşaqlara valideynlər humanist, qayğıkeş münasibət bəsləməli, yaxşı nə varsa hamısı ilk növbədə uşaqlar üçün nəzərdə tutulmalıdır. Valideynlər övladlarının xoşbəxt, sağlam böyümələri üçün onlara hər zaman qayğıkeş münasibətdə olmalıdırlar.
9. Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi. Ailənin bütün üzvləri bərabərhüquqludurlar. Valideynlər övladları arasında ayrıseçkilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir. Ailə üzvləri ailənin bütün işlərinə cəlb edilməli, ailənin problemləri ailə üzvləri ilə birlikdə müzakirə edilib həll edilməlidr. Övladlar ailə işlərinə həmişə cəlb edilməli, ailə problemlərinin həllinə kömək etməlidirlər.
Dostları ilə paylaş: |