Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Təxəyyül – keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesdir. Ümumiləşdirmə



Yüklə 3,59 Mb.
səhifə431/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   427   428   429   430   431   432   433   434   ...   443
Təxəyyül – keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesdir.

Ümumiləşdirmə – obyektləri müəyyən əlamətlər əsasında qrup­laş­dırmaq, hər hansı bir obyekti başlıca əlamətlərinə görə müəy­yən anlayışlar sisteminə aid edilməsi prosesidir.

Universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mü­­tə­xəs­sislər hazırlığını, əlavə təhsil proqramlarını həyata ke­çi­rən, fun­damental və tətbiqi elmi tədqiqatlar aparan çox­pro­filli aparıcı ali təh­sil müəs­sisəsidir.

Ünsiyyət – birgə fəaliyyət tələblərindən irəli gələrək insanlar arasında mü­na­si­bətin yaradılması və inkişafı prosesidir. Onun kom­mu­nikativ (ünsiyyət informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir), perseptiv (insan­ların bir-birini qavraması və anlaması) kimi tərəflərini fərqləndirirlər.

Verbal – (latınca verbalis – sözlü) – məlumatın sözlə və ya işarələr, dil sistemi vasitəsilə ifadə olunmasını nəzərdə tutur.

Verbal öyrənmə – insanın bilik, bacarıq və vərdişləri şifahi izah, təlimat vasitələrilə əldə etməsi deməkdir.

Yaradıcılıq elə bir fəaliyyətdir ki, onun nəticəsində yeni maddi və mənəvi dəyərlər formalaşır. Mahiyyətcə mədəni-tarixi hadisə olan yaradıcılığın psixoloji aspektləri də vardır. Bu, şəxsi və prosesual aspektlərdir. Bunlar insanda elə qabiliyyətlərin, motivlərin, bilik və bacarıqların olduğunu göstərir ki, onların nəticəsində yaradılmış məhsul öz orijinallığı ilə fərqlənir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin