Ağlın müstəqilliyi şagirdlərin hadisələrin mahiyyətinə nüfuz edib sərbəst, şüurlu şəkildə fikir yürütməsində; ağlın tənqidiliyi fakt və hadisləri təhlil süzgəcindən keçirib doğru və yanlış təsəvvürləri aydınlaşdırmaq və başa düşmək qabiliyyətində; ağlın dərinliyi – hər hansı bir təzahürün, hadisənin mahiyyətini tamın aydınlıqla anlamaqda, nəticəni öncədən görməkdə; ağlın çevikliyi – bu və ya digər problemə münasibətdə sürətli, düzgün qərar qəbul etmək, yaranmış situasiyadan baş çıxarmaqda; fikrin sürəti- hər hansı bir məsələyə qısa müddətdə münasibət bildirmək bacarığında; fikrin məntiqiliyi məntiqi dəlilləri əsas götürərək, inandırmağı, sübut etməyi, bacarmaqda öz ifadəsini tapır.
Hər bir şəxsin, o cümlədən şagirdin ağlı, əqli və intellektual inkişafı onun qazandığı biliklərin həcmində, geniş dünyagörüşə malik olmasında, yaradıcı idrakın müstəqilliyində idrakın səmərəli yollarını müəyyənləşdirməkdə, zehni bacarıq və qabiliyyətlərində özünü göstərir.
Dostları ilə paylaş: |