Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sinif rəhbəri, məktəb uşaq və gənclər təşkilatı



Yüklə 3,59 Mb.
səhifə356/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   352   353   354   355   356   357   358   359   ...   443
13.3. Sinif rəhbəri, məktəb uşaq və gənclər təşkilatı
Məktəblərdə şagirdlərə məxsus olan mövcud üç mühüm təş- kilatın-gənclər təşkilatının, Uşaqlar birliyi təşkilatının və şagird ko- mitəsinin hər birinin ayrı-ayrı siniflərdə öz kiçik təşkilatları, nü- mayəndələri olur və fəaliyyət göstərir.

Belə ki, yuxarı siniflərdə, gənclər təşkilatının müəyyən nü- ma­yəndəsi, V-VIII siniflərdə Uşaq birliyi təşkilatının nüma­yən­də­ləri, V-XI siniflərdə isə sinif nümayəndəsi olur. Məktəbdə aparıcı rəh­bər şagird təşkilatı; IX-XI siniflərdə gənclər təşkilatı, V-VIII si­nif­lərdə isə Uşaqlar birliyi təşkilatlarıdır.

Bu üç mühüm şagird təşkilatları məktəbin müdiriyyəti, sinif rəh­bərləri və fənn müəllimlərinin bilavasitə rəhbərliyi altında öz­lə­rinin aidiyyəti olduğu ayrı-ayrı siniflərdə şagirdlərin əqli, əxlaqi, es­tetik və fiziki tərbiyəsini, idman oyunlarını, ictimai-faydalı işlərini, fəal istirahətini səmərəli təşkil edir və həmçinin şagirdlər üçün nü­mu­nəvi qaydalara, mədəni davranış və məktəbin daxili intizam qay­da­ları və rejiminə necə əməl edilməsinə düzgün nəzarətin apa­rıl­ma­sını təşkil edir. Bu işlərdə sinif nümayəndəsinin rolu daha bö­yük­dür. Sinif nümayəndəsi sinif rəhbərinin bilavasitə rəhbərliyi ilə ke­çi­rilən sinif iclasında uşaqların açıq səs verməsi və razılığı əsasında yaxşı təşkilatçılıq qabiliyyəti olan əlaçı, mədəni və işgüzar, fəal şagirdlərdən seçilir.

O, sinif rəhbərinin bilavasitə rəhbərliyi və göstərişləri ilə sinifdə möhkəm qayda-qanun və intizam yaradır, sinifdə müəyyən cədvəl üzrə şagirdlərin müntəzəm növbətçiliyini və təmizlik işlərini təşkil edir və ona nəzarət edir, sinifdənkənar təlim-tərbiyə işlərinin təşkili və keçirilməsində sinif rəhbərinə və məktəbin başqa şagird təşkilatlarına yaxından kömək göstərir.

Qabaqcıl sinif rəhbərləri sinifdə təlim-tərbiyə işlərini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Uşaqlar birliyi təşkilatının (V-VIII siniflərdə), yaxud gənclər təşkilatının nümayəndəsi (IX-XI siniflərdə), sinif nümayəndəsi və sinif divar qəzetinin redaktorun- dan ibarət tərkibdə bir üçlük yaradır və həm də müəyyən vaxtlarda bu üçlüyü-bu üç nəfər rəhbər, təşkilatçı şagirdi öz yanına xüsusi dəvət edib, onlarla bir yerdə, onların bilavasitə fəal iştirakı ilə sinfin sinifdənkənar cari, həftəlik, aylıq, rüblük və s. təlim-tərbiyə işlərini planlaşdırır, keçiriləcək hər hansı yeni bir tədbirin mövzusunu, planını, təşkili məsələlərini və bu işlər üçün məsul şəxsləri və s. müzakirə edib aydın müəyyənləşdirir.

Sinif şagird təşkilatının tərbiyə işlərinin səviyyəsi və müvəf- fəqiyyəti məktəb şagird təşkilatlarının işinin necə təşkili ilə sıx əla­qədardır və ondan xeyli dərəcədə asılı vəziyyətdə olur. Lakin bu tə­sir ilə yanaşı, yenə hər bir sinif rəhbəri öz sinfində vahid, möhkəm və işgüzar kollektivin təşkil olunmasına və sinifdəki şagird təş­ki­lat­la­­rı üzvlərinin tərbiyə vəzifələri istiqamətində məqsədyönlü, plan­lı, mün­tə­zəm fəal mübarizə aparmasına ciddi cəhd göstər­mə­li­dir. İlk növ­bədə, o, tədris ilinin əvvəlində sinif nümayəndəsini seçir, onun fəal iştirakı ilə sinifdə həftənin hər bir günündə növbətçilik edəcək şa­girdləri müəyyən edib, növbətçiliyin normal aparılmasını təşkil edir.

Bununla bərabər, o, sinfin rəhbər şagird təşkilatlarının razılı­ğı və iştirakı ilə sinfin sanitariya komissiyasını, divar qəzetinin redak­si­ya heyətini müəyyənləşdirib təyin edir, ictimai-kütləvi tədbirləri təşkil etmək üçün xüsusi bir nəfər rəhbər, ictimai-faydalı işləri təşkil etmək üçün başqa bir rəhbər, səlahiyyətli təşkilatçı seçir.

Bundan sonra, sinif rəhbəri ayrı-ayrı sahələrə təhkim edilmiş hər bir rəhbər şagirdin vəzifəsini və işinin məzmununu açıqlayıb on­lara aydın başa salır və öyrədir. Sonra da hər bir rəhbər seçilmiş şagirdə öz vəzifəsi və işini daha ləyaqətlə düzgün aparılması üçün gündəlik xüsusi qayğı və köməklik göstərir və hər bir rəhbərin vaxtaşırı sinif iclaslarında şagird kollektivi qarşısında məsuliyyətlə konkret hesabat verməsini təşkil edir.

Məktəb islahatı sənədlərində göstərilir ki, gənc nəslin tərbi- yəsi işinin təşkilinə kompleks qaydada yanaşılsın, məktəbli uşaq- ların ideya-siyasi, əxlaqi, əmək, estetik və fiziki tərbiyəsinin bir-biri ilə sıx əlaqədar şəkildə həyata keçirilməsinə xüsusi fikir verilsin və diqqət artırılsın. Bu prinsip məktəbin tərbiyə işində sinif rəhbəri və müəllimlərin şagird təşkilatları ilə düzgün qarşılıqlı əlaqəli işləməsi zəruriyyətini yaradır. Məktəbli uşaq və gənclərin ideya-siyasi və əxlaq tərbiyəsini məktəbin və sinfin şagird təşkilatlarının fəal işti­rakı vasitəsilə daha maraqlı, rəngarəng formada və müvəf­fəqiyyətli şəkildə həyata keçirmək mümkündür. Çünki hər bir sinifdə tərbiyə işlərini yüksək səviyyədə, keyfiyyətli təşkil edib həyata keçirmək, müəllimlərlə bərabər, həm də Uşaqlar Birliyi təşkilatları ilə gənclər təşkilatının mühüm vəzifəsidir.

O, sinif rəhbəri, həm də sinifdəki Uşaqlar Birliyi və gənclər təşkilatlarının fəalları ilə birlikdə sinif şagirdlərinin “Şagirdlər üçün qaydalar”a necə riayət etməsi işinə göz qoyur, sinfin ictimai təş­ki­lat rəhbərlərinin qaydalara düzgün icra etmələrinə xüsusi fikir ver­mə­­sini və bu məsələ üzərində müntəzəm nəzarət etməsini təşkil edir.

Nümunəvi qaydalara ciddi riayət etməyən, onları tez-tez ye­rinə yetirməyən, intizamsızlıq edən uşaqlarla fərdi tərbiyəvi söhbət edib, onlara yenidən təsir göstərir və şagirdləri məktəbin daxili inti­zam qaydalarını düzgün gözləməyə və yerinə yetirməyə təhrik edir, istiqamətləndirir.

Gənclər təşkilatının tədris ocağındakı qurumu və şagird ko­mi­təsi özünüidarə prinsiplərinə əsasən fəaliyyət göstərir. Odur ki, sinif fəallarının məktəb özünüidarə orqanlarında təmsil olunması sinif rəhbərlərinin diqqətindən yayınmamalıdır. Şagird komitəsi və Gənc­­lər təşkilatı əlahiddə orqan deyildir. Bu təşkilatın fəalları, rəh­bər­ləri, üzvləri başqa tədris müəssisələrindən deyil, məktəbdəki şa­gird­lərdən, ayrı-ayrı siniflərdən təşkil olunur. Hansı sinfin şagirdi da­ha çox təşkilatçılıq qabiliyyətinə malikdirsə, o, diqqət mərkəzində da­yanır və fəaliyyətə cəlb edilir.



Müəllimlər rəhbərlik etdikləri siniflərdə belə təşkilatçıların sa­yı­nın artması qayğısına qalmalıdır. Bundan başqa, gənclər təşkila- tın­da, əsasən, yuxarı sinif şagirdləri təmsil olunurlar. Kiçik yaşlı məktəblilər orta məktəb yaşı dövründən uşaq birliyi təşkilatının üz­vü­dürlər. Sinif şagird kollektivinin təşkili və tərbiyəsində gənclər təşkilatı sinif rəhbərinin yaxın köməkçisi rolunu oynayır. Eyni za­man­da gənclər təşkilatının qarşısında duran başlıca vəzifələrin hə­yata keçirilməsində sinif rəhbəri bu təşkilata öz köməyini gös­tə­rir. Müəllimlər rəhbərlik etdikləri X-XI siniflərdə gənclər təşkilatına üzv olmasına nail olur, hər bir məktəbliyə ictimai vəzifə verir, tapşı­rılan işə onlarda cavabdehlik hissi formalaşdırırlar.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin