Semantik hafizə – insanın sözlər və başqa verbal simvollar, onların mənası və referensiyası, qarşılıqlı əlaqəsi, bu simvolların, anlayışların və münasibətlərin manipulyasiya qaydaları, formulları, alqoritmləri haqqında bilikləri əhatə edir.
Sərbəst (eksternat) təhsil – müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.
Sinfin idarə olunması – sinif həyatını mümkün qədər məhsuldar və qənaətbəxş etmək üçün müəllimin sinif qaydalarını təşkil və idarəetmə yoludur. Bəzi təhsil işçiləri bunu məhdud şəkildə başa düşərək “intizam” adlandırırlar.
Subbakalavr – orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir.
Standartlar – termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir. Bu standartlar adətən tədris proqramlarında iki formada olur:
1) Məzmun standartları. Bu standartlar şagirdlərin müxtəlif fənlər üzrə (məsələn, riyaziyyat, fizika, oxu) bilməli və etməli olduqlarını müəyyənləşdirir.
2) İcra standartları. Bu standartlar – gözlənilən icra standartları məzmun standartlarının yerinə yetirilmə səviyyələrini qiymətləndirir. Son illərdə müəllimlərin bilməli və etməli olduqlarını dəqiq müəyyən edən standartlar da işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: |