Dərslik II hiSSƏ 2



Yüklə 19.54 Mb.
Pdf просмотр
səhifə1/52
tarix10.06.2017
ölçüsü19.54 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   52
20086

 

 
 
 
 
 
 
 
 
 
 
Anar İsayev  Ramil Rəhimov 
 
Abituriyentlər üçün vəsait 
 
AZƏRBAYCAN 
T A R İ X 
 
interaktiv dərslik 
 
II HİSSƏ 
 

 

 
ÖN SÖZ 
 
Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-
metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır.  
Azərbaycan  Tarixi  fənni  üzrə  interaktiv  dərs  vəsaitinin  hazırlanması  zamanı  məktəb 
dərsliklərindən,  TQDK-nın  Test  Bankından,  Azərbaycan  tarixi  üzrə  audiovizual  tədris 
vəsaitlərindən istifadə olunmuş, orta məktəb dərsliklərinin tam  məzmunu nəzərə alınmış  və 
heç bir ixtisar aparılmamışdır. 
Vəsait  hazırlanarkən,  qabaqcıl  təcrübə  öyrənilərək  ümumiləşdirilmş,  təcrübədə  tətbiq 
olunan müasir metodika və texnologiyalardan,  üsul və vasitələrdən,  xüsusilə testləşdirmədən 
geniş  istifadə  edilmişdir.  Burada  TQDK  tərəfindən  təsdiq  olunmuş    proqramda  nəzərdə 
tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdı.  
Vəsait didaktik istiqamətdə işlənmişdir. Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin 
formalaşdırılması bir biri ilə bağlı olan bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin ən əsası 
şagirdlərə biliyin mənimsədilməsi prosesidir. Biliyin tam mənimsədilməsi üçün əsas vasitə isə 
dərslikdir.  Dərsliyin  didaktik  baxımından  nə  qədər  yaxsı  və  son  texnologiyalarla  işlənməsi 
şagirdlərə  biliyin  mənimsədilməsinə  çox  kömək  edir.  Odur  ki,  şagirdlərdə  nəzərdə  tutulmuş 
bilik,  bacarıq  və  vərdişləri  formalaşdırmaq  üçün  öyrənmə  üsulları  müəyyənləşdirilmiş, 
materiallar didaktik məqsədlərə görə təsnif edilmişdir.. Bu da şagirdlərdə motivasiya yaradır, 
düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə öyrənməyə imkan verir,. Hadisələr aydın, 
təhlil formasında, müqayisə oxşarlıq,  xüsusiyyətləri, səbəb-nəticə əlaqələri  aydın  verilmiş, 
əsas diqqət  faktların təhlilinə, onlar arasında oxşar və fərqli cəhətlərə  yönəldilmişdir. Bu isə 
passiv  öyrənməni  tamamilə  aradan  qaldırır.    Vəsait  terminlər  və  xronologiya  ilə  təchiz 
olunmuşdur.
 
 
 
 
 
 
 

 

 
 
AZƏRBAYCAN XVII ƏSRİN İKİNCİ YARISINDA 
 
XVII əsrin ikinci yarısında Azərbaycanda siyasi vəziyyət 
 
Azərbaycanın inzibati və idarəetmə sistemi 
XVII  əsrin  ikinci  yarısı  dinc  inkişaf  şəraiti  ilə  əlamətdar  idi.  Bu  dövrdə  Azərbaycan  Səfəvilər  dövlətinin  tərkibində  olub 
ərazisi inzibati cəhətdən bəylərbəyliklərə  ona tabe olan vilayətlərə  bölünmüşdür. XVII əsrin ikinci yarısında Azərbaycan ərazizi 
dörd bəylərbəyliyə bölünmüşdür: 
1.
 
Təbriz (Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi). 
2.
 
Qarabağ (mərkəzi Gəncə şəhəri idi). 
3.
 
Çuxursəd (mərkəzi İrəvan şəhəri idi). 
4.
 
Şirvan (mərkəzi Şamaxı şəhəri idi). 
XVII  əsrdə  Naxçıvan  vilayəti  Çuxursəd  bəylərbəyiliyinin  tərkibində  idi.  Ən  iri  inzibati  vahid  kimi  bəylərbəyilik,  daha  sonra 
mahal və vilayətlər Səfəvilər imperiyasının əsasən sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili vilayətlər isə şah sarayının bilavasitə 
hakimiyyətində idi. Həmin vilayətlərdən dövlət vergiləri və töycülərindən yığılan gəlir birbaşa şah sarayına çatdırılırdı.  
XVII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan – Səfəvilər dövlətinin idarəetmə sisteminə aşağıdakı rütbələr daxil idi: 

 
Şah – dövləti idarə edən qeyri məhdud hakimiyyətə malik birinci şəxs idi. 

 
Vəkil şahdan sonra ikinci şəxs, şahın dünyəvi və dini işlərdə tamhüquqlu müavini idi. 

 
Əmir-ül-üməra - Səfəvilər dövlətində ordunun baş komandanı, başçısı idi. 

 
Qorçubaşı - Şahın Azərbaycan tayfalarından ibarət olan və çərik adlanan xüsusi hərbi dəstəsinə  rəhbərlik edirdi. 

 
Sədr - ölkənin baş rühanisi, şahın nəvvabı-müavini idi 

 
Şeyxülislam, qazı  müftilər - şəriət normaları ilə faliyyət göstərən məhkəmə orqanlarına başçılıq edən şəxslər idi.  
XVII əsrdə inzibati əraziləri aşağıdakı şəxslər idarə edirdilər: 

 
Bəylərbəyi – yerlərdə ali hakimiyyət nümayəndəsi və bəylərbəyiliyi idarə edən şəxs idi. 

 
Vəzir – bəylərbəyilərin maliyyə işlərini yerinə yetirirdi. 

 
Qolbəyi – bəylərbəyiyə tabe edilmiş mahal hakimi idi. 

 
Naib -  mahalları idarə edirdi 

 
Xan - ali hərbi inzibati mövqe tutan şəxs idi. 

 
Sultan - daha kiçik inzibati bölgə başçıları idi (Sultanlar qolbəyilərə, bəzən isə bəylərbəyiyə tabe idilər). 

 
Məlik - Qarabağda  Şirvanda əyanların ali nümayəndələrinin daşıdığı titul idi. 

 
Kələntər – şəhərləri idarə edirdi. 

 
Kəndxuda – kəndləri idarə edirdi. 
Səfəvilər dövlətinin idarəetmə sistemində Bəylərbəyilər xüsusi yer tuturdu. Bəylərbəyilər: 

 
Yalnız Şah tərəfindən təyin edilirdi 

 
Yerlərdə ali hakimiyyət nümayəndələri idi 
Bu dövrdə bəylərbəyiliklərdə ümumi qaydalar mövcud idi. Həmin qaydalara aiddir:  

 
Bəylərbəyilik qoşununun əsasını təşkil edən silahlı hərbi qulluqçular saxlayırdılar. 

 
Bəylərbəyiliklərdə maliyyə işlərinə vəzirlər başçılıq edirdi. 

 
Bəylərbəyilər şaha əlamətdar hadisələr münasibətilə hədiyyə və bəxşişlər göndərirdilər. 

 
Bəylərbəyiliyin başlıca gəlir mənbəyi yığılan vergilər idi. 

 
Qoşun bəylərbəyiliyin gəliri hesabına saxlanırdı. 

 
Bəylərbəyiliyin  qoşunlarından  iki  məqsəd  üçün  -  xarici  təhlükə  yaranarkən  onların  dəf  edilməsində  və  dövlət  əleyhinə 
irimiqyaslı çıxışların yatırılmasında istifadə edilirdi. 
 
XVII əsrdə inzibati ərazilərin idarə olunmasında iştirak edən şəxslər (ardıcıllıqla) 
 
 
 
I BÖLMƏ 
 
Bəylərbəyi 
 
Qolbəyi 
 
Sultan, xan 
 
Kəndxuda 
 

 

 
XVII əsrin II yarısında Azərbaycanda ərazisinin inzibati cəhətdən bölündüyü bəylərbəyiliklər
 
 
 
  
XVII əsrdə Səfəvilər dövlətinin idarəçiliyində irsilik prinsipinin saxlanılması 
Səfəvi  imperiyasının  həm  mərkəzində,  həm  də  əyalətlərində  iri  torpaq  sahiblərinin  özləri  və  ailə  üzvləri  üçün  vəzifə  ələ 
keçirmək  və  bu  vəzifədə  möhkəmlənmək  meyli  çox  güclü  idi.  İdarəçilikdə  irsilik  prinsipi  gerçəkləşirdi.  İrsi  idarəçilik  sistemi 
müəyyən mənada hakimlərin ölkənin abadlaşdırılmasına, təsərrüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimləri 
vəfat  etdikdə,  yaxut  vəzifədən  kənar  edildikdə  onların  yerinə  seçilən  yeni  hakim  mərkəzi  hökumətin  –  şahın  xüsusi  fərmanı  ilə 
vəzifəsinin icrasına başlaya bilərdi. Bu zaman hökumət  irsilik prinsipinin (qaydasının) saxlanılmasına can atırdı. Ölkənin vilayətləri 
illər  boyu  bəylərbəyilərin  yaxın  adamları,  bəzən  də  ikinci  dərəcəli  şəxslər  tərəfindən  idarə  olunurdu.  Belə  vəziyyət  isə  çox  vaxt 
Azərbaycanın iqtisadi və siyasi həyatına müsbət təsir göstərirdi.  
  
1653-1662-ci illər  Səfəvi-Rusiya münaqişəsi 
XVII əsrin ikinci yarısında iki mühüm məsələ Səfəvi-Rusiya münasibətlərində gərginlik yaratmışdır: 

 
Birincisi  –Rusiyanın Şimali Qafqazda qalalar tikdirməyə başlaması. 

 
İkincisi - Dağıstan ərazisinin hansı dövlətə mənsub olması məsələsi. 
XVII əsrin ortalarında, Səfəvi hökmdarı II Şah Abbasın (1642-1666) hakimiyyəti dövründə rusların Şimali Qafqazda bir 
sıra  qalalar  tikməyə  başlaması  II  Şah  Abbasın  sarayında  etirazla  qarşılandı  və  1653-1662-ci  illər  Səfəvi-Rusiya  münaqişəsinə 
səbəb oldu. Bu zaman II Şah Abbas rusların həyata keçirtdikləri tədbirlərə mane olmaq  məqsədilə xüsusi fərman verdi.  Nəticədə, 
1653-cü  ildə  Səfəvi  hərbi  hissələri  ilə  ruslar  arasında  toqquşma  baş  verdi.  Şahın  hərbi  qüvvələrinə  Şirvan  hakimi  Xosrov  xan 
başçılıq edirdi. Münaqişə 1662-ci ildə başa çatdı və Rusiya bu münaqişənin daha da genişlənməsinə imkan vermədi. 
 
 
 
 
 
 
 
 
 
Bəylərbəyiliklər
 
Çuxursəd 
 
Şirvan 
Təbriz 
Qarabağ
 
Rusların Şimali Qafqazda bir-sıra qalaların inşa  
etməsi 
 
Rus çarlarının Xəzər dənizində Şərq ölkələrinə 
müdaxilə kimi baxmaları 
 
Dağıstan ərazisinin hansı dövlətə mənsub olması 
məsələsi 
 
Rusiyanın Xəzər dənizi hövzəsində 
möhkəmlənməyə can atması 
 
XVII əsridə Səfəvi-Rusiya münasibətlərində gərginlik 
yaradan məsələlər 
 
 
Səfəvilər dövlətinin Rusiya ilə ticarət 
əlaqələri genişləndi 
 
Rusiya ilə Səfəvilər dövləti arasında 
sərhədd toqquşması baş verdi 
 
Rusiya Xəzər dənizi hövzəsində 
möhkəmlənməyə can atdı 
 
Ruslar Şimali Qafqazda qalalar inşa 
etməyə başladılar 
 
II Şah Abbasın 
dövrü 
(1642-1666) 
 

 

1667-ci il Səfəvi-Rusiya ticarət müqaviləsinin imzalanması 
Rusiya  qızılbaş  ipəyini  Haştərxan  vasitəsilə  Moskvaya  və  Qərbi  Avropaya  daşımaq  hüququnu  inhisara  almaq  üçün  Şah 
Süleymanın  hakimiyyəti  dövründə  Səfəvi  dövləti  ilə    1667-ci  ildə  ticarət  müqaviləsi  imzaladı.  Bu  müqavilə  -  Səfəvilərin  bütün 
hakimiyyəti  dövründə  ruslara  gömrüksüz  ticarət  etmək  hüququ,  karvansaralarda  və  bazalarda  imtiyazlar  verirdi.  Bu  illərdə 
Səfəvi hökmdarı Şah Süleymanın (1667-1694) verdiyi fərmanında da yerli hakimlərə - rus tacirlərinə xüsusi ehtiram göstərmək 
tapşırılmışdır. Bəhs edilən dövrdə kazakların quldur dəstələrinin qarşısını almaq məqsədilə Səfəvilərlə rusların karvanları silahlı 
mühafizə dəstələri ilə qorunurdu. Buna baxmayaraq karvanlar tez-tez kazak dəstələrinin basqınlarına məruz qalırdı. 
 
S.Razinin başçılığı ilə don kazaklarının Azərbaycana qarətçi yürüşü (1667) 
XVII əsrin ikinci yarısında Xəzəryanı bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında 
mühüm yer tuturdu. Hələ, 1647-ci ildə kazakların bir dəstəsi neft üçün Bakıya gələn Fərahabad taciri Hacı Bağırın üzərinə hücum 
edib, onun 6-7 yüz tümənlik malını almış, özünü isə 130 tümənə satmışdılar.  
Rusiyanın  Azərbaycan  və  başqa  ölkələrlə  ticarət  əlaqələrində  Volqa-Xəzər  yolu  mühüm  rol  oynadığı  üçün  Rusiya  dövləti 
nəyin  bahasına  olursa  olsun  Xəzər  dənizində  gəmilərinin  təhlükəsizliyinə  böyük  əhəmiyyət  verir,  Xəzərin  hövzəsini  və  sahillərini 
kazakların  basqınlarından  qorumağa  çalışırdı.  Don  kazaklarına  o  zaman    S.Razin  başçılıq  edirdi.  S.Razin  Cənubi  Qafqaz  üçün 
təhlükəli  idi.  Onun  Azov  dənizinə  çıxmaq  cəhdi  baş  tutmadıqdan  sonra  Volqa-Xəzər  su  yoluna  getməyə  qərar  verdi.  Odur  ki, 
S.Razin Volqa-Xəzər su yolu vasitəsilə 1667-ci ildə Xəzər dənizinə çıxdı. 
1668-ci  ilin  yayında  Azərbaycan  və  İranın  digər  sahil  vilayətlərinə  hücuma  başlayan  S.Razin  kazakların  atamanı  Sergey 
Krivoyun  digər  bir  quldur  dəstə  ilə  birləşərək,  Dərbənd  sahilinə  çıxdı,  Niyazabad  və  Şabranı  qarət  etdi.  Sonra  isə  Bakıya  doğru 
irəlilədilər.  Yolda  müqavimətə  rəst  gəlib,  Maştağa  kəndinə  tərəf  dönərək  kəndi  talan  etdilər.  Kazaklar  sonra  Xəzərin  cənub 
sahillərinə, Gilana, Rəştə basqınlar edərək xeyli qənimətlə geri qayıtdılar. Lakin S.Razin Rusiya tərəfindən tutularaq  1671-ci ildə  
edam  edildi.  S.Razinin  edam  edilməsi  Səfəvi-Rusiya  arasındakı  mehriban  qonşuluq  münasibətlərinin  pozulmamasına  və 
aralarındakı ticarət əlaqələrinin inkişaf etdirilməsinə xidmət edirdi
QEYD:  Soyğunçuluq  və  qənimət  əldə  etmək  məqsədi  ilə  XVII  əsrdə  Stepan  Razinin  başçılığı  ilə  kazakların  və    X  əsrdə 
slavyanların Azərbaycana yürüşlər etməsində oxşarlıq təşkil edir.  
 
Kazak basqınının qarşısının alınmasında Rusiyanın Səfəvilərlə yaxınlaşması 
Kazakların  dağıdıcı  yürüşlərinə  baxmayaraq  XVII  əsrin  ikinci  yarısında  Volqa-Xəzər  su  yolu,  həmçinin  Azərbaycandan 
keçən quru ticarət yolu ölkələrarası əhəmiyyətini saxlayırdı. 
XVII əsrin ikinci yarısında bəzi Avropa ölkələri, xüsusilə Rusiya Yaxın Şərq ölkələri ilə ticarət  əlaqələrini gücləndirmək 
məqsədilə Volqa-Xəzər su yolundan istifadə etməyə çalışırdı. Ona görə də Rusiya Volqa-Xəzər su yolu ilə Səfəvi hakimiyyəti ilə 
Qərbi Avropa arasında vasitəçi olmağa çalışırdı. Bu baxımdan kazak hərəkatının yatırılmasında Səfəvi dövləti ilə Rus dövləti eyni 
dərəcədə  maraqdı  idilər.  Rus  dövləti  üsyanı  yatırmaqda  sabitliyi  bərpa  edir,  Səfəvi  dövləti  isə  talançı  və  qarətçi  yürüşlərə  məruz 
qalmaq təhlükəsindən xilas olurdu. 
Beləliklə,  Azərbaycanla  Rusiya  arasında  yaranmış  qonşuluq  münasibətləri,  Azərbaycan  mallarının  Rusiya  və  Avropa 
ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər iki tərəfə böyük iqtisadi səmərə verirdi. 
 
 
 
 
XVII əsrin ikinci yarısında Rusiyanın Azərbaycanla bağlı işğalçılıq planları 
XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasət planlarına aşağıdakı məsələlər daxil idi: 
1.
 
Ölkənin cənub sərhərlərini yeni işğallar hesabına genişləndirmək. 
2.
 
Cənubi Qafqazda İngilis mövqelərinə zərbə vurmaq. 
3.
 
Osmanlı dövləti ilə Səfəvilər arasında gərginlik yaratmaq. 
4.
 
Xəzər dənizi hövzəsində möhkəmlənmək. 
 
Rusiya ilə Volqa-Xəzər yolu vasitəsilə 
ticarət əlaqələri genişləndi 
 
Xəzəryanı vilayətlər S.Razinin 
yürüşlərinə məruz qaldı 
Çuxursəd vilayətində qacar və bayat 
tayfaları üsyan qaldırdı 
 
Rusiya ilə Səfəvi dövləti arasında ticarət 
müqaviləsi bağlandı 
 
Şah 
Süleymanın 
dövrü 
(1667-1694) 

 

XVII əsrin sonunda Səfəvi hökmdarı rus çarının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək  təklifinə mənfi münasibətini 
bildirdi. Bu təklifin qəbul olunmamasına Səfəvilər dövlətinin hərbi potensialının zəifləməsi ilə izah etmək olar. Bu dövrdə Rusiya 
çarları Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar.  
 
 
XVII əsrin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi vəziyyət 
 
Hakim təbəqə - Feodal zümrəsi 
XVII əsrin ikinci yarısında Azərbaycanda torpağın sahibi olan hakim təbəqə - feodal zümrəsi hüquqi
 
cəhətdən şərti olaraq 
üç qrupa bölünürdü:
 
1.
 
Hərbi feodal əyanlar. 
2.
 
İri torpaq sahibləri olan ali rühanilər. 
3.
 
Mülki əyanlar. 
Feodal zümrəsinin birinci qrupuna daxil olan Azərbaycanın hərbi-feodal əyanları da öz növbəsində üç təbəqəyə bölünürdü: 
1.
 
Qızılbaş hərbi-feodal əyanları. 
2.
 
Qızılbaş tayfasından olmayan yerli türklərdən ibarət əyanlar. 
3.
 
Şah qulamları içərisindən çıxmış hərbi sərkərdələr. 
Feodal zümrəsinin ikinci qrupuna daxil olan ali ruhani təbəqəsinin nümayəndələrinin mövcudluğu əsasən vəqf torpaqlarının 
idarə edilməsi ilə bağlı idi. Ümumiyyətlə ali ruhani təbəqəsi: 

 
Vəqf torpaqlarını idarə edir və mülki hüquqlara malik idilər. 

 
Mülki işlərə baxılması tamamilə onların əlində idi. 

 
Onlardan şəriət məhkəmələrini aparan seyxülislam, qazı təyin olunurdu. 

 
Şiəliyi yaymaqla ölkədə öz təsirini gücləndirirdilər. 

 
Ölkənin ictimai siyasi həyatın inkişafına kömək edirdilər. 

 
Rühanilərə sədr başçılıq edirdi. Sədr: 

 
Ölkənin baş rühanisi hesab edilirdi 

 
Şahın nəvvabı-müavinə sayılırdı 
Feodal zümrəsinin üçüncü qrupuna daxil olan mülki əyanlar içərisində yerli türklərin xüsusi rolu var idi.   Qızılbaş əyanları 
Azərbaycanda yaşamağı və onu idarə etməyi üstün tuturdular. Əyanların mövqeyi daha güclü olan Qarabağda və Şirvanda onların 
ali nümayəndələri məlik titulu daşıyırdılar. 
 
XVI əsr – XVII əsrin birinci yarısında Səfəvilər dövlətində 
feodal zümrəsi 
XVII əsrin ikinci yarısında Səfəvilər dövlətində 
feodal zümrəsi 
1.
 
Şah və hakim sülalə üzvləri 
2.
 
Yarımköçmə qızılbaş hərbi əyanları 
3.
 
Ali şiə ruhaniləri 
4.
 
Mülki bürokratiyanın yuxarı təbəqəsi 
5.
 
Qədim oturaq əyanlar 
 
1.
 
Hərbi feodal əyanlar. 
2.
 
İri torpaq sahibləri olan ali rühanilər. 
3.
 
Mülki əyanlar. 
 
 
 
Kəndli qrupları 
XVII  əsrdə  Azərbaycanda  cəmiyyətin  əsas  istehsalçısı  və  istismar  olunan  təbəqəsi  kəndlilər  idi.  Bu  dövrdə  vergi  verən 
kəndlilər (rəiyyət) - əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: 

 
Hampa - İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. 

 
Əkər  (rəncbər)  -  Təsərrüfatsız  və  yardımçı  kənd  təsərrüfatı  işlərində  çalışanlar  (gözətçi,  çoban,  bağban  və  s.)  və 
məşğuliyyəti olmayan yoxsul kəndlilər idi. 

 
Elat - yaylaq və qışlaq maldarlığı ilə məşğul olan və yarımköçəri həyat sürən əhali idi. 
Azərbaycan kəndliləri içərisində elatların xüsusi çəkisi var idi. Elatlara aiddir: 

 
Köçəri həyat sürür və orduda qulluq etməli idilər. 

 
Elat başçıları “elxan” titulu daşıyırdı. 

 
Hərbi yürüş elan edilən vaxt hər elat-tayfa süvari qoşun verməli idi. 

 
Hər bir elatın mövqeyi onun verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. 

 
Elatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verir və mükəlləfiyyətlər icra edirdilər. 

 

XVII əsrdə elat təsərrüfatlarının hələdə davam etməsinin və  onların oturaq həyata  keçməsini ləngidən bir çox səbəblər var 
idi. Həmin səbəblər aşağıdakılar idi: 
a)
 
Elatlar içərisində patriarxal qalıqların hələ də güclü olması . 
b)
 
Suvarma şəbəkəsinin bərbad vəziyyətdə olmaslı. 
c)
 
İrriqasiya tikililərinin çatışmazlığı. 
d)
 
Suvarılan torpaqların məhdudluğu və.s. 
 
Kənd təsərrüfatı 
XVII  əsrin  ikinci  yarısında  da  Azərbaycanın  iqtisadiyyatında  kənd  təsərrüfatı  əsas  yer  tuturdu.  Bu  dövrdə  təsərrüfatın 
əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Cəmiyyətin başlıca vergi verən təbəqəsi isə kəndlilər idi. Onlar feodallara  dövlətə 
mənsub torpaqlarda əkinçiliklə məşğul olurdular. Azərbaycanda su ehtiyatları və süni suvarma şəbəkəsi də feodalların və dövlətin 
mülkiyyətində idi. 
Azərbaycanda  demək  olar  ki,  bütün  kənd  təsərrüfatı  bitkiləri  yetişdirilirdi.  Bu  dövrdə  Azərbaycanda  olmuş  türk  səyyahı 
Övliya Çələbi - Təbriz ətrafında buğdanın 7 növü və arpa becərildiyini xüsusilə qeyd etmişdi. Arazın cənub sahilləri, xüsusilə 
Ərdəbil vilayəti buğda əkini sahələrinin məhsuldarlığı ilə seçilirdi. 
Azərbaycanda çəltik və paxla əkininə böyük əhəmiyyət verilirdi. Çəltik və paxla Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa 
 Naxçıvanda yetişdirilirdi. Əylisli Zəkəriyyə yazırdı: “Marağada Hindistan çəltiyindən də keyfiyyətli çəltik yetişdirildi”
Azərbaycanın  kənd  təsərrüfatında  pambıqçılıq  mühüm  yer  tuturdu.  Övliya  Çələbi  yazırdı  ki,  Şirvan,  Xoy,  Gəncə  və 
Naxçıvanda pambığın 7 növü yetişdirilir.  
Bağçılıq əhalinin ən böyük gəlir mənbəyi idi. Xəzəryanı vilayətlərdə sitrus bitkiləri, zeytun yetişdirilirdi. Ölkədə müxtəlif 
üzüm  növləri  var  idi.  Fransız  səyyahı  Şardenin  məlumatlarına  görə,  yalnız  Təbrizdə  üzüm  növlərinin  sayı  60-a  çatırdı.  Övliya 
Çələbinin yazdığına görə, Şəmaxıda üzümün 7 növü yetişdirilirdi. 
Azərbaycanda  tərəvəzçilik    bostançılıq  da  geniş  yayılmışdır.  Şəhərlərin  ətrafında  bostan  bitkiləri  yetişdirilən  sahələr 
olurdu. Əldə olunan məhsul yalnız daxili tələbatı ödəyirdi və satışa verilmirdi. 
Tut,  çəkil  ağaclarının  becərilməsi  ilə  əlaqədar  ipəkçilik  Şəkidə,  Şirvanda    Qarabağda  əhalinin  qədim  və  ənənəvi 
məşğuliyyət sahələrindən biri idi. 
Azərbaycanda  hələ  qədimdən  toxuculuqda  işlənən  və  öz  keyfiyyəti  ilə  fərqlənən  boyaqotu  (qızılboya)  becərilirdi.  Əsasən 

Каталог: Elaveler
Elaveler -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
Elaveler -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
Elaveler -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
Elaveler -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
Elaveler -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
Elaveler -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
Elaveler -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
Elaveler -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
Elaveler -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
Elaveler -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   52


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə