DərsliK İqtisad elmləri doktoru, professor


§ 2. K.MARKS TƏLİMİNİN İQTİSADİ MAHİYYƏTİ



Yüklə 0,6 Mb.
səhifə67/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   121
referat 921

§ 2. K.MARKS TƏLİMİNİN İQTİSADİ MAHİYYƏTİ

VƏ XÜSUSİYYƏTLƏRİ
K.Marks öz iqtisadi fikirlərini formalaşdırmaq məqsədilə ciddi olaraq siyasi iqtisad tarixinə dair, iqtisadi tarixə aid olan və burjua həqiqətini özündə əks etdirən əsərlərlə məşğul olmağa başlayır. Belə ki, o, öz iqtisadi nəzəriyyəsini sistem halına salmağa cəhd edir. K.Marks yazırdı ki, mənim məqsədim müasir cəmiyyətin, yəni burjua cəmiyyətinin istehsalını idarə edən qanunları tədqiq etməkdən ibarətdir.

K.Marks ilk əvvəl D.Rikardonun pul nəzəriyyəsinin tərəfdarı idi. Lakin sonralar o pul haqqında nəzəriyyələr barədə prinsipial mövqe tutur. K.Marksın əlyazmalarında göstərilirdi ki, pul ilə dəyər arasında daxili bir əlaqə mövcuddur. Pulun nəzəri təhlili göstərdi ki, pul ümumi əməyin təzahür formasıdır, onu mübadilə dəyəri yaradır. Nə qədər ki, mübadilə dəyəri məhsulun ictimai forması kimi qalır, yəni, əmtəə mövcud olduqca pul da zəruri vasitə kimi qalacaqdır və pulu ləğv etmək olmaz. Əmtəə təsərrüfatının və mübadilənin dərinləşməsi və inkişafı ilə əlaqədar olaraq məhsul kimi əmtəənin təbiəti ilə onun ümumi təbiəti olan mübadilə arasında ziddiyyət mövcud olacaqdır.

Məlumdur ki, əmtəə-pul münasibətləri kapitalizmə qədər mövcud idi, lakin bu əlaqələr tabeçilik xarakteri daşıyırdı və fəaliyyət dairələri məhdud idi. Klassik burjua siyasi iqtisadı ilə müqayisədə K.Marks qeyd edirdi ki, bu məktəbin əksinə olaraq kapitalın inkişafını, onun yaranma mənbəyini dəyər anlayışı ilə, dəyərin pul forması ilə əlaqələndirdi. İqtisadi əlyazmalarında K.Marks ilk dəfə olaraq göstərirdi ki, kapital dəyərdir və mənfəət gətirir.

Kapitalın dialektik təbiətinin K.Marks tərəfindən açılması, kapitalın daimi hərəkətdə, tədavüldə olmasının açılması prinsipial əhəmiyyət kəsb edirdi. Bu münasibətləri burjua cəmiyyətində sadə anlayış deyil, proses halında götürməklə K.Marks kapitalın elmi təhlilini verirdi. Məhz bu baxımdan kapitala tərif verərək K.Marks göstərirdi ki, kapital mübadilə dəyəridir, o tədavüldən öz hərəkətini başlayır və tədavül vasitəsilə mövcudluğunu saxlayır.

K.Marksın müəyyən etdiyi kimi, kapitalın digər tərəfi, onun digər xüsusiyyəti ondan ibarətdir ki, göstərilən proses zamanı kapital əmək tərəfindən istehlak olunmalıdır. Məhz buna görə də kapital öz ilkin kəmiyyətinə nisbətən artmalıdır. Lakin bu proses xüsusi iqtisadi münasibətlər daxilində olmalıdır, yəni kapitalistlə muzdlu işçi arasında olan münasibətlər əsasında baş verməlidir.

Göstərdiyimiz fikrə uyğun olaraq K.Marks kapitalı keçmiş əməklə və canlı əməklə, yəni canlı əməyin subyekti olan muzdlu fəhlənin əməyilə əlaqələndirirdi. O yazırdı ki, istehlak dəyərini yaradan əmək eyni zamanda dəyəri yaradır. K.Marks göstərirdi ki, bu istehlak dəyəri iki prosesi ifadə edir. Birincisi, sadə mübadilə nəticəsində kapitalist özgə əməyinə sərəncam verir, fəhlə isə əməyinin sərfinin ekvivalentini (əmək haqqı) alır, ikincisi, kapitalist yaşadır, o hətta kapitalı artırır.

Digər tərəfdən, K.Marks artıq zəruri və izafi əmək arasında olan fərqi də aşkar edə bilmişdi. Lakin hələlik izafi dəyərlə mənfəət ararsında olan əlaqəni tam aça bilmirdi. İzafi əməklə zəruri əməyi araşdırdıqdan sonra K.Marks izafi dəyəri və mənfəəti elmi baxımdan izah etməyə başlayır. Beləliklə, o, mənfəətin mahiyyəti olaraq qeyd edirdi ki, mənfəət izafi dəyərin çevrilmiş formasıdır, yəni mənfəət izafi dəyərdən törəyir. D.Rikardo izafi dəyərlə mənfəət arasında olan bu münasibəti bilmədiyi üçün K.Marksın iqtisadi fikirləri artıq D.Rikardonun fikirlərini üstələmişdi.

K.Marksın böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, siyasi-iqtisad elmində sabit və dəyişən kapitalın tam elmi şərhini vermişdir. O qeyd edirdi ki, məhsuldar qüvvələr artdıqca sabit kapitalın hissələri dəyişən kapitala nisbətən tez artır, yəni maşın və avadanlıqların artım tempi əmək haqqı fondunu üstələyir.

Nəhayət, qeyd edək ki, K.Marks irəliyə doğru daha bir addım ataraq göstərirdi ki, kapitalistlərlə fəhlələr arasında spesifik bir münasibət mövcuddur. Bununla da o, kapitalın spesifik təbiətinin elmi xarakteristikasını vermiş oldu. Öz sələflərilə müqayisədə K.Marksın belə bir elmi nəticəyə gəlməsi o demək idi ki, kapitalın nəzəri anlayışında yeni tarixi bir mərhələ kəşf edilmişdi. Digər tərəfdən K.Marks sübut etdi ki, kapital meydana gəlməklə sonrakı inkişafında öz-özünə artan dəyərə çevrilir. Burjua iqtisadçıları kapitalı yığılmış əmək kimi izah edirdilər. Buradan da belə bir nəticə çıxırdı ki, burjua cəmiyyəti təbii və əbədi istehsal üsuludur.

K.Marks tərəfindən irəliyə doğru atılan addım o demək idi ki, kapitalın tarixi xarakteri xüsusi qeyd edilməklə açıqlanırdı ki, burjua cəmiyyətində yaranan iqtisadi münasibətlər bir-birinə qarşı ilkin şərt kimi, yəni səbəb və nəticə kimi çıxış edirlər. Bu səbəbdəndir ki, kapitalist istehsal üsulu özünə məxsus daxili dialektik inkişafa malikdir.

Qeyd edək ki, K.Marks "Kapital" haqqında bir neçə kitab yazmaq fikrində idi.

Birinci 3 kitabda (kapital, muzdlu əmək və torpaq mülkiyyəti haqqında) K.Marks göstərirdi ki, burjua cəmiyyətinin üç sinfinin yaşamasının iqtisadi şərtləri şərh ediləcəkdir. Axırıncı üç kitabda isə (dövlət, xarici ticarət, dünya bazarı) o tamam yeni fikirlər üzərində dayanacağını vurğulayırdı.

K.Marksın iqtisadi fikirlərinin formalaşmasının yeni mərhələsində o, aşağıdakı problemlər üzərində düşünürdü: necə olur ki, pul kapitala çevrilir? Və ya hansı yollarla pul sahibi (əmtəə sahibi) kapitalist olur:

Göstərdiyimiz suallara cavab vermək məqsədilə K.Marks öz tədqiqatına kapitalın ümumi formulası P-Ə-P-nin təhlilindən başlayırdı. O göstərirdi ki, P-Ə-P münasibətləri, P-Ə-P olan sadə əmtəə tədavülündən irəli gəlir. Bu formulaların daxili ziddiyyətlərinin açılması o deməkdir ki, kapital haqqında yeni iqtisadi nəzəriyyə yaranacaqdı. K.Marks yazırdı ki, pulun həqiqi kapitala çevrilməsi üçün xüsusi əmtəə olan iş qüvvəsinin mövcudluğu vacib şərtdir. Bu da xüsusi bir tarixi şəraitin olmasını tələb edir: fəhlənin şəxsi azadlığı və onun istehsal vasitələrindən ayrı düşməsi.

K.Marksın iqtisadi fikirlərinin formalaşmasının ilkin mərhələsi ilə bu mərhələ ararsında olan fərq ondan ibarət idi ki, bu mərhələdə iş qüvvəsi əmtəəsinin xarakteristikası üzərində sözün geniş mənasında çox dayanırdı. Burada o daha dəqiq olaraq əmək və iş qüvvəsi arasında olan fərqi artıq açıqlayırdı. Bütün əmtəələrdən fərqli olaraq iş qüvvəsi əmtəəsinin spesifikliyi müəyyən edilirdi.

İlk dəfə olaraq K.Marks spesifik əmtəə olan iş qüvvəsinin dəyərini artıq müəyyən etmişdi. İş qüvvəsinin dəyəri həyat vasitələrinin (yaşayış vasitələrinin) dəyərilə müəyyən edilirdi. O yazırdı ki, iş qüvvəsinin dəyəri müxtəlif ölkələrdə və müxtəlif mədəniyyət şəraitində eyni deyildir.

D.Rikardoya görə əmtəənin istehlak dəyəri iqtisadi kateqoriyaların (mübadilə dəyəri, pul, kapital və s.) sadə ilkin şərtləridir. K.Marks isə göstərirdi ki, iş qüvvəsi əmtəəsinin istehsal prosesi zamanı istehlakı bu iqtisadi münasibətlərin spesifikliyini göstərir və nəticə etibarı ilə izafi dəyər yaradılır. Bu izafi dəyər isə iş qüvvəsi dəyərindən artıqdır.

K.Marksa qədərki siyasi iqtisadda iddia edilirdi ki, əmək və kapital arasında olan münasibətlər "mübadilə" kateqoriyasına əsaslanır və bu çərçivədən kənara çıxmırdı. K.Marks isə ilk dəfə olaraq izafi dəyərin mənşəyinin elmi izahını verirdi. Çünki əməyin alınıb-satılması anlayışını K.Marks iş qüvvəsi əmtəəsinin alınıb-satılması ilə əvəz etdi. Məhz bu səbəbdəndir ki, pulun kapitala çevrilməsi prosesinin təhlilinə iş qüvvəsi əmtəəsi də daxil edilmişdi.

Çünki bu dəyər yeni dəyər yaradır, yeni yaradılan dəyərdə isə izafi dəyər var. Bu izafi dəyər isə kapitalist istehsalının spesifik məqsədini xarakterizə edir. Marks tərəfindən əmək prosesinin və dəyərin artması prosesinin ciddi surətdə elmi baxımdan müəyyən edilməsi sabit və dəyişən kapital anlayfışının açıqlanmasına səbəb oldu. Bu da imkan verirdi ki, kapitalistlər ilə fəhlələr ararsında olan mübadilə münasibətləri dialektikcəsinə başa düşülsün.

K.Marks göstərirdi ki, iş qüvvəsi dəyərinin ödənilməsinə zəruri iş vaxtı uyğun gəlir. İş vaxtının müəyyən hissəsində fəhlə kapitalist üçün işlədiyinə görə bu vaxta izafi iş vaxtı uyğun gəlir. İzafi iş vaxtında fəhlə izafi dəyər istehsal edir ki, bunu da kapitalist özgə əməyinin nəticəsi kimi havayı mənimsəyir. Belə bir anlayış əsasında K.Marks mütləq və nisbi izafi dəyər istehsalının izinə düşə bildi.

İzafi dəyər istehsalını tədqiq edərkən K.Marks belə bir nəticəyə gəlirdi ki, kapitalist münasibətləri o zaman yaranıb meydana çıxır ki, məhsuldar qüvvələr müəyyən inkişaf səviyyəsinə nail olsun, yüksək səviyyəli əmək məhsuldarlığı olsun. Bütün bunları K.Marks təbiətin vergisi deyil, tarixi inkişafın nəticəsi adlandırırdı.

Qeyd edək ki, nisbi izafi dəyər istehsalını K.Marks kapitalın inkişafı ilə, fəhlə kooperasiyası, əmək bölgüsü (manufaktura) və maşınlı istehsalla əlaqələndirirdi: Kooperasiya, manufaktura və maşınlı istehsalı K.Marks belə xarakterizə edirdi: əməyin məhsuldar qüvvəsinin artması ilə nisbi izafi dəyər istehsalı və spesifik kapitalist istehsalının, kapitalist istehsal üsulunun qərarlaşması və inkişaf etməsi əmək prosesinin xüsusiyyətlərinə daim diqqət yetirən K.Marks, xüsusilə maşınlı istehsalın, texnologiyanın tarixinin, istehsal prosesinin texniki tərəflərinin, texnikanın və texnologiyanın daxili ünsürlərinin də elmi şərhini verirdi.

K.Marks burjua siyasi iqtisadının tənqidini qarşısına məqsəd kimi qoymamışdı. Onun məqsədi bu idi ki, burjua siyasi iqtisadını tənqid etməklə, ümumiyyətlə, siyasi iqtisadı bir elm kimi inkişaf etdirsin. O göstərirdi ki, izafi dəyərin mahiyyətini açmaq üçün hökmən dəyər anlayışını təhlil etmək lazımdır. Dəyər onu yaradan əməyin miqdarı ilə müəyyən olunur.

K.Marks göstərirdi ki, dəyər istehsal fəaliyyətilə əlaqədar olaraq təzahür edən münasibətlərdir. Lakin dəyərin daxili aləmi ona sərf olunan əməyin miqdarını ifadə edir. Əmtəənin pula mübadiləsi hökmən funksional olmalıdır və bu mübadilə prosesində baş verməlidir. Məhz mübadilə prosesində pul yaranır və dəyərin pulla ifadəsi olan qiymət təzahür edir.

K.Marks göstərirdi ki, dəyərin mahiyyətini açmaq üçün dəyər əməyə müncər edilməlidir, izafi dəyər isə izafi məhsulda ifadə edildiyinə görə izafi dəyər izafi əməyə müncər edilməlidir. Bu problemlər burjua siyasi iqtisadında, ziddiyyətli xarakter daşıyırdı. İzafi dəyər münasibətləri ilə əlaqədar olaraq burjua siyasi iqtisadı iki problemi həll edə bilməmişdi. Birinci, dəyər qanunu əsasında kapitalla əmək arasında olan mübadilədə izafi dəyərin mənşəyini; ikinci, dəyər qanunu əsasında orta mənfəətin yaranması mexanizmini.

Burjua iqtisadçılarının fikirlərini tənqid edərkən, K.Marks belə bir nəticəyə gəlirdi ki, A.Smit və D.Rikardo dəyər, izafi dəyər və mənfəət kateqoriyalarının tədqiqi və təhlilində məhdud və birtərəfli analitik metoddan istifadə etmişlər. Bu iqtisadçılar üçün iqtisadiyyatı tədqiq edəndə hadisələrə dialektik yanaşma məhdud idi. Bu iqtisadçılar üçün bütün iqtisadi formalar, o cümlədən, əmtəə, pul, kapital, mənfəət, əmək haqqı, torpaq rentası və i. guya irəlicədən məlum iqtisadi kateqoriyaları olan empirik kateqoriyalar idi. K.Marksın qeyd etdiyi kimi, klassiklər bu kateqoriyalara bu və ya digər obyektiv iqtisadi proseslərin və münasibətlərin nəticəsi kimi baxmırdılar.

İzafi dəyərlə əmək haqqı ararsında olan nisbətə K.Marks ciddi fikir yetirməklə əməyin formal və real olaraq kapitala tabe olması üzərində geniş dayanırdı. O göstərirdi ki, əməyin formal olaraq kapitala tabe olması mütləq izafi dəyər istehsalına uyğun gəlir. O qeyd edirdi ki, muzdlu əmək sahibi özünün və ailəsinin yaşaması üçün zəruri əmək sərf edir və əvəzində əmək haqqı alır. Eyni zamanda o izafi əmək sərf etməklə izafi məhsul, yəni izafi dəyər yaradır ki, bu izafi dəyəri kapitalist mənimsəyir.

K.Marks göstərirdi ki, əmək bölgüsünə əsaslanan manufaktura əməyi real olaraq kapitala tabe edir və onun nəticəsində nisbi izafi dəyər istehsalı artırılır.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin