Şəkildə gördüyünüz AutoCalculate zonasında sağ düyməni basaraq orada işləyən aktiv
funksiyanı dəyişmək mümkündü.
Dərs 7. Cədvəlin düzlənməsi. -
---
Bə'zən cədvəli hər hansı bir amil ilə düzləndirmək lazım olur. Məs., cədvəldə olan ad və
soyadlarının əlifba sırası ilə, və ya əmək haqqının kiçikdən böyüyə və s.Bunu iki üsul ilə
etmək olar. Məsələn bir verilənlər sırasını başqa müvafiq sıraları dəyişmədən
düzləndirmək üçün Sort düymələrindən istifadə etmək olar.
Sadəcə olaraq diapazonu seçib düymələrdən birini basmaq kifayətdir.
Düzlənməni bütün cədvəl ilə etmək üçün Data menyusunda olan Sort əmri istifadə
olunur. Mütləq olaraq bütün cədvəli seçin və Data>Sort seçin.
Burada Sort By sətrində cədvəl başlıqlarından biri göstərilməlidir.Orada başqa məlumatı
görsəz pəncərənin aşağı hissəsində olan My List has variantlarından Header Row seçin,
bu əməliyyat da gömək etməsə cədvəli yenidən seçməlisiniz (bu dəfə düzgün
seçin).Burada gördüyünüz Ascending variantı mətn üçün A-dan Ə-hərfinə (A-Z) rəqəmlər
üçün isə 0-dan böyük rəqəmə düzləndirir, Descending variantı isə əksinə.işləyir.
Ünvanlara köməkçi məlumatlar.(Comments)
Kifayət qədər yer olmadığına görə və ya başqa səbəblərə görə başlıqda yazılan
məlumat bə'zən lazım olan qədər dolğun yazılmır. Buna görə də həmin başlıqlara
köməkçi məlumatlar əlavə etmək məqsədə uyğun olar.
1. Köməkçi məlumatlar əlavə etmək istədiyiniz ünvanı seçin
2. Insert menyusundan Comments seçin.
3. Məlumatı daxil edin, lazım olan şrifti seçin, rəngi seçin və s.
4. Başqa bir yerdə mausun düyməsini bir dəfə basın .
Köməkçi məlumatlar əlavə etdiyniz ünvanın yuxarı sağ küncü qırmızı rənglə işarə olunur
və mausun oxunu yaxınlaşdırdıqda köməkçi məlumatı görə bilərsiniz.
Köməkçi məlumatları silmək üçün:
1. Köməkçi məlumatlar əlavə etdiyiniz ünvanı seçin
2. Üzərində mausun sağ düyməsini bir dəfə basın
3. Delete Comments seçin.
Köməkçi məlumatların məzmununu dəyişmək üçün üçün:
1. Köməkçi məlumatlar əlavə etdiyiniz ünvanı seçin
2. Üzərində mausun sağ düyməsini bir dəfə basın
3. Edit Comments seçin.