Dərs 4. Mətn ilə əməliyyatlar -
---
Mətni cədvəldə bir neçə variantlarla yerləşdirmək olar
Vəzifə
Əmək haqqı
Sığorta
Gördüyünüz bu cədvəl hissəsində mətn 3 müxtəlif vəzziyyətdə yerləşdirilib. Bunu
müvafiq olaraq Left, Center və Right düymələri ilə etmək olar. Bu düymələrdən heç biri
basılmayıbsa mətn avtomatik olaraq solda yerləşir.
Mətnin vertikal şəkildə yerləşdirməsini də dəyişmək olur.
Bu variantları tədbiq etmək üçün Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsini seçirik və buradan Vertical siyahısından bir variant
seçirik.
Burada Top sətri seçdiyiniz diapazonda mətni yuxarıda, Center mərkəzdə, Bottom isə
aşağıda yerləşdirir. Mətn bir neçə sətirdən ibarətdirsə Justify sətirləri bərabər yerləşdirə
bilər.
Mətni bir neçə sətirdə yazmaq üçün iki əsas üsul var. Birincisi: mətni daxil etdiyiniz
zaman onun ikinci sətrini yaratmaq üçün Alt+Enter basılır. Artıq daxil edilmiş mətni bir
neçə sətirdə yerləşdirmək lazım olsa Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsini seçirik və Wrap Text’in üzəridə işarə qoyuruq.
Mətnin başqa yazılış formalarını Format meyusunun Cells sətrini seçib açılan
pəncərənin Alignment hissəsində Orientation ilə müəyyən etmək olar, burada mətni
yuxarıdan aşağı və bucağ altında yerləşdirmək olar.
Word proqramında olduğu kimi burada mətn ilə işləmək üçün AutoCorrect, Replace və c
imkanlar var.
Məlumatın köçürülməsi
Hər hansı bir ünvanı seçin (və ya ünvan diapazonunu) və mausun göstəricisini onun
kənarına gətirin və köstərici oxa çevriləndə mausun düyməsini basılı saxlayaraq onun
yerini dəyişin. Bu əməliyyatı etdikdə Ctrl düyməsini basılı saxlasaz məlumatın ikinci
nüsxəsini yaratmaq olar. Məlumatı başqa səhifəyə keçirmək üçün Alt düyməsini basılı
saxlamaq lazımdı.
Cut, Copy və Paste düymələrindən istifadə edərək yuxarıdakı əməliyyatları etmək üçün:
1. Köçürmək istədiyiniz ünvan üzərində Copy düymənsini basın. Yerini dəyişmək
istədiyiniz ünvan üzərində Cut düyməsini basın
2. Yeni yeri təyin edin
3. Paste və ya Enter’i basın.
Məlumatı ardıcıl köçürmək üçün:
Hər hansı bir ünvanı seçin (və ya ünvan diapazonunu) və mausun göstəricisini onun
kənarına gətirin və köstərici qara xaç işarəsinə çevriləndə mausun düyməsini basılı
saxlayaraq onun yerini dəyişin.
|