Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


St andartlaşdırma üzrə normativ sənədlərin



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
Azf-295386


10.4. St

andartlaşdırma üzrə normativ sənədlərin 

kateqoriyaları və standartların növləri 

 

Standartlaşdırılma  üzrə  normativ  sənədlər  aşağıdakı  kateqori-

yalara bölünür: 

İSO standartları; 



- dö

vlətlərarası standartlar (ГОСТ); 

Azərbaycan Respublikasının dövlət standartrları (AZS); 



sahə standartları (SSAZ); 

texniki şərtlər (TŞAZ); 



müəssisə standartları (MS); 

Elmi-

texniki  və  mühəndis  cəmiyyətlərinin  standartları 



(birliklər, assosiasiyalar və başqa cəmiyyətlər birliyi) (ETMCS). 

vlət tikinti norma və qaydaları, həmçinin texniki-iqtisadi və 



sosial  informasiya  üzrə  dövlət  təsnifatları,  dövlət  standartları 

səviyyəsində sayılır. 



319 

 

Azərbaycan  Respublikasının  dövlət  standartları  məcburi  və 



vsiyə olunan tələbləri özündə əks etdirir. 

Məcburi tələblərə aşağıdakılar aiddir: 

məhsulların  (işlərin,  xidmətlərin)  insanın  həyatı,  sağlamlığı 



və əmlakının təhlükəsizliyini, onların qarşılıqlı əvəzolunmasını, ətraf 

mühitin qorunmasını təmin edəcək tələblər və bu göstəricilərin sınağı 

(yoxlanması) üsullarına olan tələblər; 

-  m


arkalanma,  qablanma,  daşınma,  saxlanılma  və  təkrar 

istifadəyə olan tələblər; 

müvafiq norma və qaydalara istinad edilmənin təhlükəsizlik 



texnikası və əmək gigiyenası tələbləri; 

-  ö


lçmələrin  dəqiqliyini  və  vəhdətini  təmin  edən  metroloji 

norma, qayda, tələb və müddəalar; 

məhsulun  işlənib  hazırlanması,  istehsalı,  istismarı  (tətbiqi) 



zamanı texniki vəhdəti təmin edəcək müddəalar. 

vlət  standartlarının  məcburi  tələbləri  müvafiq  standartların 



təsiri  şamil  edilən  bütün  icra  hakimiyyəti  orqanları  və  təsərrüfat 

subyektləri tərəfindən mütləq yerinə yetirilməlidir. 

vlət  standartlarının  tövsiyə  olunan  tələbləri  aşağıdakı 



hallarda mütləq yerinə yetirilməlidir: 

bunlar  qüvvədə  olan  qanunvericilik  aktlarında  nəzərə 



alınmışsa; 

bu tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi 



üzrə müqavilədə göstərilmişsə; 

məhsulu  hazırlayan  (tədarükçü)  tərəfindən  məhsulun  bu 



standartlara uyğunluğu bəyan edilmişsə. 

Azərbaycan  Respublikasının  dövlət  standartları  AZS  1.2-yə 

əsasən işlənib hazırlanır və təsdiq edilir. 

Sahə  standartları  məhsula,  xidmətə  aid  dövlət  standartları 

olmadıqda işlənib hazırlanır. 

Sahə  standartlarının  məcburi  tələbləri  dövlət  standartları-nın 

tələblərinə  zidd  olmamalıdır.  Sahə  standartlarının  məcburi  tələblə-

rini,  onları  təsdiqləmiş  idarəetmə  orqanlarına  daxil  olan  müəssisə, 

idarə və təşkilatlar tərəfindən mütləq yerinə yetirilməlidir. 

Sahə  standartlarını  təsdiqləmiş  idarəetmə  orqanlarına  daxil 

olmayan,  lakin  bu  standartlardan  məhsulun  hazırlanıb  göndəril-


320 

 

məsində  istifadə  edən  müəssisə  idarə  və  təşkilatlar  sahə  standartla-



rının məcburi tələblərinə əməl etməlidirlər. 

Sahə  standartlarının  işlənib  hazırlanması,  təsdiqi,  uçotu  və 

tətbiqi qaydalarını standartlaşdırma işlərinin təşkili üzrə səlahiyyətə 

malik olan nazirlik (idarə) təyin edir. 

Texniki  şərtlər  konkret  məhsula  (işə,  xidmətə)  olan  tələbləri 

müəyyənləşdirir.  Texniki  şərtlər  AZS  1.3  üzrə  işlənib  hazırlanmalı, 

razılaşdırılmalı, təsdiq edilməli və qeydə alınmalıdır. 

Müəssisə  standartları  ancaq  daxili  tələbat  üçün  müəssisədə 

hazırlanan məhsul (iş, xidmət) üçün işlənib hazırlanır və təsdiq edilir. 

Müəssisə standartları dövlət və sahə standartlarının məcburi tələbləri 

ilə ziddiyyət təşkil etməməlidir. 

Müəssisə  standartlarının  işlənib  hazırlanma  və  tətbiq  edilmə 

qaydalarının  müəssisə  və  müəssisə  birlikləri  AZS  1.4  üzrə  yerinə 

yetirməlidirlər. 

Məhsullara  (işlərə,  xidmətlərə)  dövlət  standartları,  sahə 

standartları,  texniki  şərtlər  və  onlara  ediləcək  dəyişikliklər 

ARSMPDK – da dö

vlət qeydiyyatından keçməlidir. 

vlət qeydiyyatından keçməyən standartlar, texniki şərtlər və 



onlara ediləcək dəyişikliklər qanuni qüvvəyə malik deyildirlər. 

Standartlaşdırma  obyektinin  spesifik  xüsusiyyətinə  və  ona 

verilən  tələblərin  məzmununa  görə  standartlaşdırma  üzrə  müxtəlif 

kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib 

hazırlanır: 

əsasverici standartlar; 



məhsul, xidmət standartları; 

proseslər üçün standartlar; 



nəzarət üsulları (sınaq, ölçmə, analiz) standartları. 

Əsasverici  standartlar  müəyyən  fəaliyyət  sahəsi  üçün  ümumi 

təşkilati-metodik  qaydaları,  eləcə  də  məhsulun  yaradılma  və  istifadə 

proseslərində qarşılıqlı anlaşmanın müxtəlif elm, texnika və istehsalat 

sahələrinin texniki vəhdətini və qarşılıqlı əlaqəsini təmin edən ümumi 

texniki  tələbləri,  ətraf  mühitin  qorunması,  məhsulun,  proseslərin  və 

xidmətin  insanların  həyatı  və  əmlakı  üçün  təhlükəsizliyi  və  başqa 

ümumi texniki tələbləri təyin edir. 


321 

 

Proseslər  üçün  standartlar,  müxtəlif  fəaliyyət  növlərində 



istifadə  edilən  proseslərdə  işlərin  (əməliyyatların)  yerinə  yetirilmə 

ardıcıllığına və metodlarına (üsullarına, rejimlərə, normalara) verilən 

və  proseslərin  öz  təyinatına  uyğunluğunu  təmin  edən  əsas  tələbləri 

təyin edir. 

Nəzarət  üsulları  (sınaq,  ölçmə,  analiz)  standartları  məhsulun, 

prosesin,  xidmətin  müxtəlif  nəzarət  növləri  və  obyektləri  üçün  iş 

(əməliyyat) ardıcıllığını, fəndləri (qaydaları, rejimləri, normaları) və 

onların yerinə yetirilməsində lazım olan texniki vəsaiti təyin edir. 

vlət  standartlarının  tərtibi,  şərhi  və  sənədləşdirilməsinə 



verilən ümumi tələblər AZS 1.5 üzrə, texniki şərtlərə verilən həmin 

tələblər  isə  AZS  1.3  üzrə  təyin  edilir.  Respublika  nazirlikləri  və 

müxtəlif təşkilatlar tərəfindən təsdiq edilən standartların tərtibi, şərhi 

və  sənədləşdirilməsi  qaydaları  Dövlət    standartlaşdırma  sistemi 

standartlarının tələblərini ödəməlidir. 

Azərbaycan  Respublikasının  dövlət  standartlarının,  dövlətlə-

rarası standartların, standartlaşdırma üzrə beynəlxalq və regional təş-

kilatların standartlarının və tövsiyələrinin nəşri və yenidən nəşri hü-

ququ yalnız ARSMPDK–ə məxsusdur. 

Digər  ölkələrin  milli  standartlarının  nəşrini,  həmin  ölkələrlə 

bağlanmış  müqavilə  və  razılaşmalara  uyğun  olaraq  ARSMPDK-i 

həyata keçirir. 

vlət standartlarının, sahə standartlarının, texniki şərtlərin və 



müəssisə standartlarının nəşrini,yenidən nəşrini həmin sənədləri təs-

diqləmiş  orqanlar  (təşkilatlar)  və  ya  bu  sənədlərin  əslini  saxlayan 

müəssisələr həyata keçirirlər. 

ARSMPDK-


i  İnformasiya  fondunun  yaradılmasını,  onun 

fəaliyyətini  və  marağı  olan  istehlakçıların  Azərbaycan 

Respublikasının  dövlət  standartları,  beynəlxalq, regional  və  başqa 

ö

lkələrin  milli  standartları,  texniki-iqtisadi  və  sosial  informasiya 



təsnifatları  haqqında  rəsmi  məlumatla  təmin  edilməsini  həyata 

keçirir. 

Azərbaycan  Respublikasının  qüvvədə  olan  dövlət  standartla-

rının yeniləşdirilməsi və ləğvi AZS 1.2 üzrə aparılır. 



 

 

322 

 

10.5. 



Standartlaşdırma sahəsində beynəlxalq 

elmi-

texniki əməkdaşlıq 

 

Standartlaşdırma 

sahəsində 

beynəlxalq 

elmi-texniki 

əməkdaşlığın əsas vəzifələri aşağıdakılardır: 

Azərbaycan  Respublikasının  dövlət  standartlaşdırma 



sisteminin  beynəlxalq,  regional  və  başqa  ölkələrin  qabaqcıl  milli 

standatrlaşdırma sistemləri ilə hormonikləşdirilməsi; 

beynəlxalq  regional  və  başqa  ölkələrin  milli  standartları 



əsasında  respublikanın  standartlaşdırma  üzrə  normativ  sənədlərinin 

təkmilləşdirilməsi  və  elmi-texniki  tərəqqi  nailiyyətlərindən 

maksimum istifadə edilməsi; 

respublikada  istehsal  edilən  məhsulların  keyfiyyətinin    və 



onların dünya bazarlarında rəqabətə davamlılığının yüksəldilməsi; 

-  dö


vlət  standartları  əsasında,  o  cümlədən,  iki  və  çoxtərəfli 

əməkdaşlıq nəticəsində yaradılmış yeni, rəqabət qabiliyyətli, məhsul 

vləri  və  texnologiya  üçün  beynəlxalq  və  regional  standartların 



işlənib hazırlanması; 

Azərbaycan  Respublikasının  başqa  ölkələrlə  ticarət-iqtisadi 



v

ə elmi-texniki əməkdaşlığının normativ təmininin yaxşılaşdırılması 

və beynəlxalq əmək  bölgüsündə iştirakı; 

beynəlxalq  və  regional  standartlar  işlənib  hazırlandıqda  Azər-



baycan Respublikasinin mənafeyinin müdafiəsinin təmin edilməsi; 

başqa ölkələrlə ölçmə vəhdətinin (eyniliyinin) təmin edilməsi; 



sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması. 

Standartlaşdırma  üzrə  beynəlxalq  əməkdaşlıq,  standartlaş-

dırma üzrə beynəlxalq, regional təşkilatlarla, başqa ölkələrin müvafiq 

təşkilatları  ilə  iki  və  çoxtərəfli  əlaqələrlə,  Azərbaycan  hökumətinin 

qərarları,  iqtisadi  və  elmi-texniki  əməkdaşlıq  üzrə  hökumətlərarası 

komissiyaların  qərarları,  bu  qərarlara  uyğun  razılaşmaların, 

müqavilələrin  və  əməkdaşlıq  haqqında  protokolların,  nəhayət 

Azərbaycan  Respublikasının  standartlaşdırma  üzrə  beynəlxalq  və 

regional  təşkilatlarda  iştirakından  irəli  gələn  vəzifələrin  əsasında 

həyata keçirilir. 

Azərbaycan  Respublikasının  standartlaşdırma  üzrə  beynəlxalq 

əməkdaşlığı,  bu  təşkilatların  işində  bilavasitə  iştirakından, birinci 


323 

 



vbədə  beynəlxalq  və  regional  standartların,  BMT,  EİK  və  başqa 

təşkilatların  qaydalarının  işlənib  hazırlanmasında,  eləcə  də  onların 

xalq  təsərrüfatında  və  partnyor  ölkələrlə  müqavilə-hüquq 

münasibətlərinə tətbiqini təmin etməkdən ibarətdir. 

Standartlaşdırma  üzrə  iki  və  çoxtərəfli  əməkdaşlıq,  partnyor 

ö

lkələrin  milli  standartları  ilə  harmoniklikləşdirmə  işlərindən, 



standartların  birgə  işlənib  hazırlanmasından,  birgə  elmi-tədqiqat, 

təcrübə  və  məlumat  mübadiləsi,  qarşılıqlı  məslə-hətləşmələr, 

kadrların hazırlanması və s. işlərin aparılmasından ibarətdir. 

Standartlaşdırma üzrə beynəlxalq əməkdaşlıq işlərinin təşkili və 

aparılması ARSMPDK-nin  müəyyən etdiyi qaydalarla, İSO, BEK və 

standartlaşdırma  ilə  məşğul  olan  digər  beynəlxalq  və  regional 

təşkilatlar tərəfindən qəbul edilmiş metodik sənədlər nəzərə alınmaqla, 

eləcə  də  respublikada  qüvvədə  olan  və  Azərbaycan  Respublikasının 

partnyor  ö

lkələrlə  ikitərəfli  elmi-texniki  əməkdaşlıq  üzrə  işlərin 

qaydalarını müəyyənləşdirən sənədlərlə həyata keçirilir. 

   


10.6. 

Standartların tətbiqi 

 

Azərbaycan 



Respublikasının 

dövlət 


standartlarından, 

Azərbaycan  Respublikasının  ərazisində,  mülkiyyət  forması  və 

tabeçiliyindən asılı olmayaraq müəssisələr, fərdi əmək fəaliyyəti ilə 

məşğul  olan  vətəndaşlar,  nazirlik  (idarə),  Azərbaycan  Respublika-

sının  başqa  dövlət  idarəetmə  orqanları,  eləcə  də  yerli  idarəetmə 

orqanları istifadə edirlər. 

Azərbaycan  dövlət  standartlarından  insanların  həyatının  və 

sağlamlığının, 

əmlakının 

təhlükəsizliyinin, 

ətraf 

mühitin 


qorunmasında, uyğunlaşdırmada və qarşılıqlı əvəzolunmada, eləcə də 

nəzarəti  və  nişanlama  üsullarının  vahidliyini  təmin  etmədə  istifadə 

edilir.  Məhsulun,  işin,  xidmətin  keyfiyyətinə  yönəldilən  məcburi 

tələbləri idarəetmə  orqanları, müəssisələr,  fərdi  əmək fəaliyyəti ilə 

məşğul olan vətəndaşlar, eləcə də ictimai və başqa təşkilatlar yerinə 

yetirməlidirlər. 

Azərbaycan  Respublikasının  digər  standartlarının  başqa 

tələbləri aşağıdakı hallarda məcburi yerinə yetirilməlidir: 



324 

 



Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərə 

alınmışsa; 

bu  tələblər  məhsulun  layihələndirilməsi,  istehsalı  və 



ndərilməsi,  işlərin  görülməsi,  xidmətlərin  göstərilməsi  üzrə 

müqaviləyə daxil edilmişsə; 

məhsulun,  iş  və  xidmətin  həmin  tələblərə  uyğunluğunu, 



məhsul göndərən, iş və xidmət icraçısı sənədlərdə göstərmişsə. 

Sahə  standartlarından  Azərbaycan  Respublikası  ərazisində 

uyğun  nazirliklərin  (idarələrin),  müəssisələrin,  eləcə  də  könüllülük 

əsasında digər müəssisələr və fərdi əmək fəaliyyəti ilə məşğul olan 

vətəndaşlar istifadə edirlər. 

Az

ərbaycan  Respublikasının  yeni  və  yenidən  baxılmış  dövlət 



standartlarını,  həmin  standartların  qüvvəyə  minmə  tarixindən  əvvəl 

mənimsənilmiş məhsullara aid etməmək olar. 

Müəssisə  standartlarından  uyğun  müəssisədə  və  həmin  stan-

dartları təsdiqləmiş birliyə daxil olan müəssisələrdə istifadə edilir. 

Müəssisə standartlarından həmin standartları təsdiqləmiş birlik 

və  müəssisələrlə  razılaşdırıldıqdan  sonra  başqa  müəssisələrdə  də 

istifadə edilməsinə yol verilir. 

Qüvvədə olan standartların (TS) məcburi tələblərini ödəməyən 

məhsullar  məcburi  sertifikatlaşdırmalıdırlar.  Sertifikatlaşdırma 

sınağından müsbət nəticə ilə çıxmayan məhsullar satıla və ya həmin 

təyinatla başqasına verilə bilməz. 

İdxal edilən məhsul Azərbaycan Respublikasının qüvvədə olan 

vlət  standartlarının  təhlükəsizlik  və  ekologiya  üzrə  məcburi 



tələblərinə  uyğun  olmalıdır  və  bu,  uyğunluq  sertifikatı  ilə 

təsdiqlənməlidir. 

Digər  ölkələrin  beynəlxalq  (regional)  və  milli  standartları, 

onların  tələbləri  xalq  təsərrüfatının  tələblərini  ödəyirsə,  əməkdaşlıq 

haq

qında  beynəlxalq  razılaşmalar  (müqavilələr)  əsasında,  yaxud 



uyğun  regional  təşkilatların  və  milli  orqanların  razılığı  ilə  istifadə 

edilə bilər. 

Digər  ölkələrin  beynəlxalq  (regional)  və  milli  standartlarının 

Azərbaycan  Respublikasının  dövlət  standartları  kimi  istifadəsi, 

ARSMPDK müəyyən etdiyi qaydalarla həyata keçirilir. 


325 

 

Digər ölkələrin beynəlxalq, regional və milli standartlarından, 



onların  Azərbaycan  Respublikasının  dövlət  standartı  kimi  qəbul 

edilməsinədək, istifadə edilməsinə yol verilir. 

Digər  ölkələrin  beynəlxalq,  əsaslandırılmış  hallarda  isə 

regional və milli standartlarından istifadəyə hazırlıq bir qayda olaraq, 

marağı  olan  müəssisə  və  təşkilatlar  tərəfindən,  onların  layihələri 

alındıqdan sonra başlanır. 

Başqa  ölkələrin  beynəlxalq  (regional)  və  milli standartlarının 

tələbləri  istehlakçıları  qane  edirsə  və  Azərbaycan  Respublikasının 

qüvvədə  olan  dövlət  standartlarının  məcburi  tələblərindən  aşağı 

səviyyədə  deyilsə,  onların  dövlət  standartları  kimi  qəbul 

edilməsinədək müəssisələr tərəfindən istifadəsinə yol verilir. 

Məhsulların  beynəlxalq  (regional),  milli  və  xarici  ölkələrin 

standartlarına uyğun olaraq hazırlanmasına və göndərilməsinə, həmin 

ö

lkələrin  istehlakçısının  (sifarişçisinin)  təklifi  ilə,  müqavilə 



(kontrakt) əsasında yol verilə bilər. 

Standartların  tələblərinin  pozulmasına  yol  verən  şəxslər 

Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  uyğun 

olaraq məsuliyyət daşıyırlar. 

Azərbaycan  Respublikasının  standartlaşdırma  üzrə  normativ 

sənədləırindən  başqa  dövlətlər,  onların  hüquqi  və  fiziki  şəxsləri 

əməkdaşlıq  haqqında  müqavilə  və  ya  razılaşmalar,  yaxud  həmin 

sənədləri təsdiqləmiş Azərbaycan Respublikasının uyğun orqanının, 

müəssisəsinin və təşkilatlarının icazəsi əsasında istifadə edə bilərlər. 

 

10.7. Standartlara əməl edilməsinə dövlət nəzarəti 



 

Azərbaycan  Respublikasının  dövlət  standartlarının  eləcə  də 

vlətlərarası  standartların  məcburi  tələblərinə  riayət  edilməsinə 



vlət  nəzarətinin  Azərbaycan  Respublikası  ərazisində  ARSMPDK 

və  öz  səlahiyyətləri  daxilində  başqa  dövlət  idarəetmə  orqanları 

həyata keçirirlər. 

Standartlara  riayət  edilməsi  üzrə  dövlət  nəzarətinin  əsas 

vəzifəsi,  özündə  standartlaşdırma  obyektlərinə  verilən  məcburi 

tələbləri  əks  etdirən,  Azərbaycan  Respublikası  qanunlarının  və 


326 

 

Azərbaycan  Respublikası  standartlarının  pozulma  ehtimalının 



qabağını almaqdan ibarətdir. 

vlət nəzarəti obyektlərinə aşağıdakılar daxildir: 



standartlaşdırma üzrə normativ sənədlər və texniki sənədlər; 

məhsul, xidmət və proseslər; 



-  dö

vlət  nəzarəti  üzrə  qüvvədə  olan  qanunvericiliyə  uyğun 

başqa obyektlər. 

vlət nəzarəti aşağıdakı hallarda həyata keçirilir: 



məhsulıun işlənməsində, istehsalında, realizə edilməsində (o 

cümlədən  ixracatında),  istismarında,  təmirində,  saxlanmasında, 

daşınmasında, görülən işlərdə və göstərilən xidmətlərdə standartların 

tələblərinə riayət edilməsinin yoxlanması; 

məhsulun sınağı, o cümlədən sertifikatlaşdırma sinağı. 



ARSMPDK-

nın  dövlət  nəzarəti  orqanları  və  başqa  dövlət 

idarəetmə orqanları öz səlahiyyətləri daxilində fəaliyyətlərini həyata 

keçirdikdə, idarəetmə orqanları və istehlakçıların ictimai təşkilatları, 

sığorta  cəmiyyətləri  (assosiasiyaları),  hüquq  mühafizə  orqanları  ilə 

qarşılıqlı  əlaqədə  olur,  həvalə  edilmiş  vəzifələrin  yerinə 

yetirilməsində köməklik göstərirlər. 

Qarşılıqlı  əlaqə,  standartların  və  texniki  şərtlərin  təkmilləşdi-

rilməsi,  məhsulun  keyfiyyətinin  və  istehsalın  effektliliyinin yük-

səldilməsi,  insanların  həyatının,  sağlamlığının  və  əmlakının  təh-

lükəsizliyinin  təmin  edilməsi,  ətraf  mühitin  qorunması  məqsədilə 

yaradılır. 

ARMSPDK-

nın  dövlət  nəzarəti  orqanları  və  başqa  dövlət  ida-

rəetmə orqanları öz səlahiyyətlərinə uyğun olaraq idarəetmə orqanlarına 

və ictimaiyyətə məhsulun keyfiyyəti haqqında məlumat verir. 

 

10.8. Standartlaşdırmanın metodiki əsasları 

 

Standartın  yüksək  keyfiyyəti,  buraxılan  məhsulun  yüksək 

keyfiyyətini  xarakterizə  edir.  Standartlaşdırma  təcrübəsi  göstərir  ki, 

standartların yüksək keyfiyyətini və effektivliyini təmin etmək üçün 

onların  işlənməsi  mərhələlərində  bir  sıra  vacib  prinsipləri  həyata 

keçirmək lazımdır. 



327 

 

1.   Sistemlilik prinsipi. 

Texniki  tərəqqi  və  məhsulun 

keyfiyyətinə verilən yüksək tələblər istehsal prosesinə (insan əməyi, 

istifadə  edilən  avadanlıqlar,  tərtibatlar,  alətlər,  nəzarət  vasitələri) 

sistemli yanaşmağı tələb edir. Sistem kimi, fəaliyyəti ən az məsrəflə 

maksimum  effektivlik  təmin  edən  qarşılıqlı  əlaqəli  elementlərin 

məcmuu  başa  düşülür.  Sistemin  elementlərinin  say  əlaqələri 

qanunauyğun  (determinləşmiş)  və  təsadüfi  ola  bilər.  Sistemə  daxil 

olan  qarşılıqlı  əlaqəli  elementlərin  məcmuu,  müxtəlif  səviyyələrdə 

tabeçilik asılılığını qurmağa imkan verən strukturu yaradır. 

2.   Komplekslilik 

və  optimal  məhdudiyyət  prinsipi. 

Standartları işləyərkən, standartlaşdırmanın son obyektinə təsir edən 

bütün  əsas  elementləri  nəzərə  almaq  lazımdır.  Standartlaşdırmada 

əmək  tutumunu  azaltmaq  məqsədi  ilə  əsas  obyektə  cüzi  təsir  edən 

elementlər  nəzərə  alınmır.  Burada  qarşılıqlı  əlaqəli  maddi  və  qeyri 

maddi elementlərin kompleksi üçün xüsusiyyət və tələblər sisteminə 

baxılır.  Bu  prinsipdə  elementlərə  verilən  tələblər,  standartlaşdırma 

obyektinə verilən tələblərdən asılı olaraq müəyyənləşdirilir. 



3.   

Mütərəqqilik  və  standartların  optimallaşdırılması 

prinsipi. 

Standartlarda    təyin  edilən  norma,  xüsusiyyət  və  tələb 

stəriciləri elmin, texnikanın və istehsalın dünya səviyyəsinə uyğun 



o

lmalıdır. Onlar standartlaşdırılan obyektlərin inkişaf meylini nəzərə 

almalıdırlar.  Burada  məhsulun  elə  optimal  keyfiyyət  göstəriciləri 

təyin  edilməlidir  ki,  onlar  nəinki  məhsulun  yeni  keyfiyyətinin 

effektevliyini,  eyni  zamanda  onun  hazırlanmasını,  materialına  və 

istismarına  sərf  olunan  məsrəfləri  də  nəzərə  alsın,  yəni  ən  az 

məsrəflərlə maksimum iqtisadi səmərə əldə edilsin. 

4.   

Standartlaşdırılan  məmulların  funksional  qarşılıqlı 

əvəzolunmasının  təmin  edilməsi  prinsipi.  Məmulların  istismar 

stəricilərinə  görə  qarşılıqlı  əvəz  olunmasına  imkan  verən  bu 



prinsip,  kompleks  və  qabaqlayıcı  standartlaşdırmada,  həmçinin 

məmulların standartlaşmasında, onlara texniki şərtlərin işlənməsində 

və s. əsas aparıcı rola malik prinsipdir. 

5.   

Standartların  qarşılıqlı  əlaqələndirilməsi  prinsipi.  Bey-

nəlxalq  və  milli  ümumi  texniki  srandartların  müxtəlifliyini  və 

çoxsaylı olduğunu nəzərə alaraq, onların qarşılıqlı əlaqəsini yaratmaq 

lazımdır. Kompleks standartlaşdırma metodu bu prinsipin vacibliyini 



328 

 

və effektivliyini sübut edən ən inandırıcı misaldır. Bu prinsip bütün 



standartlara  aiddir.  Bundan  başqa  standartlaşdırmanın  müxtəlif 

terminlərinin  və  anlayışlarının  qarşılıqlı  əlaqəsini  təmin  etmək  də 

mühüm məsələlərdən biridir. 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin