Əsas insan hüquq vo azadlıqlarına hörmət edilməsi prinsipi
Bu prinsip ilk dəfə olaraq BMT Nizamnaməsində (1-ci, 55-ci və 56-cı maddələr) ümumi formada təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il Ümum’ dünya İnsan Hüquqları Bəyannaməsində dəqiqləşdirilmişdir. Yuxarıda göstərmişdik ki, beynəlxalq hüququn müstəqil prinsipi kimi,
0, Helsinki Yekun aktında oks olunmuşdur. Prinsipin dövlətlorin üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan hüquqlarına hörmət etsinlər və buna beynəlxalq səviyyədə dəstək versinlər. Bu gün, bütün insan hüquqlarına əməl etmək və onların həyata keçirilməsini təmin etmək kimi ümumi beynəlxalq hüquq normasının mövcudluğundan danışmaq hələ tezdir. Buna görə də sözügedən prinsipə əməl olunmamasından o halda söhbət gedə bilər ki, dövlət insan hüquqlannı kobud və kütləvi surətdə pozmuş olsun.
Dostları ilə paylaş: |