Xəzər gölünün bcynəlxalq-hüquqi statusu
Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, habelə onun dibi və orada olan təbii ehtiyatlar ilə bağlı mürəkkəb suallar ortaya çıxdı: bu ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər bölünməli- dirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir?
Azərbaycan Respublikasının mövqeyi onun Konstitusiyasında birmənalı şəkildə bəyan olunmuşdur. Konstitusiyanın 11-ci maddəsinə görə. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası
na mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Qeyd edək ki, Xəzər heç bir digər dənizə və ya okeana çıxışı olmayan qapalı daxili dəniz və ya daha doğrusu, göldür. SSRİ-nin dağılmasına qədər, yalnız iki Xəzəryanı dövlət var idi: İran və SSRİ. Problem burasındadır ki, Xozərdə Sovet-İran sərhədləri heç bir vaxt müəyyən olunmamışdı. Məsələn, bu iki dövlət arasında 1954-cü ildə bağlanmış Sərhədlərin nizamlanması haqqında Müqavilə Xəzərin hər iki tərəfində sərhədi müəyyən edir, lakin dənizin özündəki sərhədlə bağlı isə heç nə demirdi. Bundan əvvəl bağlanmış müqavilələrdə də dəniz sərhədi haqqında bir göstəriş yoxdur. 1940-cı il Sovet-İran müqaviləsi (Ticarət və Gəmiçilik haqqında Müqavilə) hər iki tərəf üçün «10 dəniz mili həddində öz sahil sularında müstəsna balıqtutma azadlığı» nəzərdə tuturdu. 1935-ci il və 1940-cı il Sovet-İran müqavilələrinə əlavə olunmuş notalar mübadilələrində bəyan olunurdu ki. Xəzər «hər iki Hökumət tərəfindən Sovet və İran dənizi sayılır» (1935-ci il) və «tərəflər hesab edir ki, Xəzər İrana və Sovet İttifaqına məxsusdun> (1940-cı il). Bu və digər müqavilələr İran və SSRİ-nin gəmilərinin Xəzər dənizinin hər bir yerində sərbəst və bərabər naviqasiya hüququnu nəzərdə tuturdu. Xəzərin «Sovet İttifaqına və İrana məxsus ol- ması» haqqında yuxanda göstərdiyimiz müddəalann mənası ondan ibarət idi ki, heç bir üçüncü dövlət burada hər hansı hüquqa, o cümlədən naviqasiya hüququna malik deyildi. Qeyd edək ki, Sovet İttifaqı
«qapalı dəniz» doktrinasının qızğın tərəfdan idi və o bu doktrinanı Qara dənizə də şamil etməyə can atmışdı. İran Xəzərin qapalı dəniz olması ilə razılaşmışdı. Belə ki. Kontinental şelfın tədqiqi və istismarı haqqında 1953-cü il 19 iyun tarixli İran qanununda deyilirdi: «Xəzər dənizinə gəlincə, buraya beynəlxalq hüququn qapalı dənizlərə aid olan normaları şamil olunur».
Uzun illər ərzində Sovet İttifaqı Xəzər dənizində, əsas etibarilə, Azərbaycana yaxın sahədə tədqiqat və istismar işləri aparırdı və bu fəaliyyət əslində 10 mildən artıq ərazini də əhatə edirdi. SSRİ heç vaxt bundan əldə etdiyi gəlirin yarısını İrana ödəməmişdi və heç təklif də etməmişdi və onu heç vaxt bu fəaliyyətə hər hansı bir formada cəlb etməmişdi. Sovet İttifaqında belə bir mövqe
mövcud idi ki, Xozərin dibi və buradakı ehtiyatlar dənizin müvafiq sahələrində SSRİ-yə və İrana məxsusdur. İran SSRİ-nin Xəzərdəki neft fəaliyyətinə heç bir vaxt etiraz etməmişdi və bu fəaliyyətdən gələn gəlirin bölünməsinə iddia etməmişdi; İran da özünə yaxın sahədə birtərəfli fəaliyyət aparırdı.
SSRİ dövründə respublikalar arasında Xəzər dənizində formal sərhədlər müəyyən olunmamışdı, praktikada isə neftçıxarma əməliyyatları bu və ya digər respublikanın müvafiq müəssisəsinə - həmin respublikanın dəniz zonasına yaxınlıq əsasında - həvalə olunmuşdu. Belə ki, bugünkü
«Günəşli», «Çıraq», «Azəri» və «Kəpəz» yataqlarının daxil olduğu zona Azərbaycanda yerləşən Kaspmor Neftqaz-a həvalə olunmuşdu. Türkmənistanın oxşar müəssisəsi «Kəpəz»dən şərqə olan zona üçün məsul idi. Göstərilən dörd yataq Kaspmor Neftqaz tərəfindən kəşf olunmuşdu və
«Gü- nəşli» artıq sovet dövründə istismar olunurdu.
«Azəri» yatağının yerləşdiyi zona 1991-ci ilin yanvannda SSRİ Neft və qaz sənayesi nazirliyi və Azərbaycanın Nazirlər Soveti tərəfindən birgə tenderə qoyulmuşdu. Tenderə icazə verən qərarda deyilirdi ki, «Xəzər dənizinin Azərbaycan sektorunda dörd nəhəng neft və qaz yatağı kəşf edilmişdin>. SSRİ parçalandıqdan sonra «Günəşli», «Çıraq» və «Kəpəz» yataqları üçün kontraktlar üzrə danışıqlar yalnız Azərbaycan hökuməti tərəfindən apanlırdı. Eynilə, Xəzər dənizinin Qazaxıstana bitişik sektorunda təbii ehtiyatlarla bağlı «Kaspişelf Konsorsiumu» ilə danışıqlar yalnız Qazaxıstan hökuməti ilə aparılırdı.
Beləliklə, Sovet dövründəki praktika və adət hüququ Xəzərdə respublikalar arasında daxili inzibati sərhədlərin olmasını de facto tanıyırdı. Sovet İttifaqının dağılmasmdm sonra bu de facto sərhədlər varis dövlətlər tərəfindən qəbul edildi; bu zaman onlardan hər biri öz de facto dəniz ərazisi hüdudlarında dəniz ehtiyatlannı istismar etməkdə davam etdilər. Azərbaycan belə bir konkret təklif vermişdi: «sahil xəttinin davamı kimi orta xətt çəkilir; bu xəttin hər bir nöqtəsi Xəzərin bitişik və ya əks tərəflərində yerləşən dövlətlərin ilkin sahil xəttindən bərabər məsafədə olur». Rusiya isə bu bölgünün əleyhinədir və hesab edir ki, Xəzərin ehtiyatlan ümumilikdə hamıya (bütün sahilyanı dövlətlərə) məxsus olmalıdır.
Bəs beynəlxalq hüququn mövqeyi necədir?
Məlumdur ki, okean sularına aid olan geniş normalar sistemi daxili dənizlərə tam və birbaşa tətbiq olunmur. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası öz prcambulasında yalnız «dəniz və okeanlar»dan danışır; Konvensiyanın IX hissəsi «Qapalı və yarımqapalı dənizlər» adlanır, lakin 122-ci maddəyə görə, həmin dənizlərə «başqa dənizə və ya okeana çıxışı olmayan» dənizlər aid deyildir.
Lakin dəniz hüququnun bütövlükdə daxili dənizlərə birbaşa şamil olunmamasının səbəbi ondadır ki, dəniz hüququnun fundamental prinsipi olan gəmiçilik azadlığı daxili dənizlərə tətbiq olunmur. Daxili dənizlərin və göllərin sərhədyanı dövlətləri həmişə belə bir mövqedən çıxış etmişlər ki (SSRİ və İranın Xəzər dənizi ilə bağlı mövqeyi məhz belə olmuşdur), onlar başqa dövlətlərin gəmiçiliyinə icazə verməyə də bilərlər və bu mövqelər hamılıqla qəbul olunmuşdur. Lakin məlum deyildir ki, nəyə görə dəniz hüququnun digər nonnalan daxili dənizlərə tətbiq oluna bilməz. Məsələn, dəniz dibinin və buradakı ehtiyatların sahilyanı dövlətlərin arasında, bərabərliyi və mütənasibliyi təmin etməklə, bölünməli olması haqqında norma bütünlüklə daxili dənizlər üçün uyğundur. Müasir beynəlxalq hüquq dəniz dibi və buradakı ehtiyatlar üzərində müstəsna hüquqlan artıq tanımışdır, çünki bu ehtiyatları texnoloji baxımdan istismar etmək mümkün olmuşdur. Bu texnoloji inkişaf eynilə daxili dənizlərə və göllərə də aid edilməlidir.
Əslində, əksər çaylar və göllər sahilyanı dövlətlər arasında, hələ beynəlxalq məhkəmələr mövcud olmamışdan qabaq, razılaşmalar yolu ilə bölünürdü. Çaylar üçün adətən müəyyən olunan sərhəd talveqdir, yəni ən dərin kanalın orta xəttidir. Göllər üçün, adətən, sərhəd kimi orta və ya ekvidstansiya xətti götürülür (bəzən xüsusi hallarla bağlı bu dəyişdirilə bilər). Qeyd etmək lazımdır ki, indiyə qədər daxili dənizə və ya gölə sahib olma məsələsi ilə bağlı heç bir iş beynəlxalq məhkəməyə və ya arbitraja verilməmişdir. Əgər belə bir iş verilsəydi, beynəlxalq məhkəmə Alman federal məhkəməsinin 1920-ci ildə gəldiyi nəticəyə gələrdi. Beynəlxalq hüquq prinsiplərini tətbiq etməklə, federal məhkəmə vurğulamışdı ki, Konstansa gölü ekvidstansiya sərhədləri ilə bölünmüşdür. Məh
kəmə dedi: “Belə bir nöqteyi-nəzərə üstünlük verilməlidir ki, orta xətt sərhəd təşkil edir. Beynəlxalq hüququn ümumi normalan kon- dominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.
Sahilyanı dövlətlərin müstəsna hüquqlannı ayıran sərhəd xətləri anlamı o qədər inandıncıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, - əgər xüsusi coğrafi və tarixi faktlar başqa bir nəticəni şərtləndirmirsə, - beynəlxalq adət hüquq norması olması nəticəsinə gəlmək olar.
Nəhayət, belə bir suala cavab verək: Xəzərin dənizaltı ehtiyatları hamıya məxsus olmalıdırmı? Belə bir arqument irəli sürülür ki. Xəzərin dibi və yeraltı ehtiyatları sahilyanı dövlətlər arasında bölünməməlidir və onlann hamısına və ya hər halda dörd keçmiş sovet respublikasına məxsus olmalıdır. Bu arqument üç faktora söykənir: 1) 1935-ci və 1940-cı il Sovet-İran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir; 3) Beynəlxalq Məhkəmənin (daha doğrusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz sərhədləri mübahisəsinə aid iş (Salvador/Honduras, Nikaraquanın müdaxiləsi ilə) üzrə 1992-ci ildə çıxardığı qəran.
Əvvəla, qeyd edək ki, tarixdə heç vaxt göl və ya daxili dənizlərin kondominiumu olmamışdır.
1-ci arqumentin əsassız olmasını belə sübut etmək olar. 1940- cı il müqaviləsi müstəsna balıqçılıq hüquqlannı sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu ki. Xəzərin qalan hissəsində bu hüquqlar ümumi idi. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10 millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir. Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tuturdu ki, üçüncü dövlətlərin Xəzərdə heç bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər” İran və SSSR olur. Əlbəttə ki, heç bir varis dövlət belə bir təfsirlə razılaşmaz ki, guya Xəzərin bütün ehtiyatlannın 50%-i İrana verilir
və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş yoxdur.
Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas vermir ki. Xəzərin dibi və yeraltı ehtiyatlan ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə problemləri ilə mübarizə məqsədilə müqavilə bağlaya bilər; belə bir müqavilədə, məsələn, ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə hallan haqqında xəbərvermə və s. məsələlər nizama salma bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz dibinə və yeraltı ehtiyatlara sahiblik hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada arasındakı; ABŞ, Trinidad və Tobaqo və digər Karib ölkələri arasındakı müvafiq sazişləri və Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional konvensiyasını misal göstərmək olar.
Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qeyd edək ki, həmin işin bir aspekti Salvador, Honduras və Nikaraquanın sahilyanı dövlət olduğu Fonseka körfəzi üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdı ki, körfəzin tarixi boğaz statusu vardır və onun suları (sahildən üç mildən kənarda olan) göstərilən üç dövlətin kondominiumuna məxsusdur. Lakin Xəzər Fonseka körfəzindən köklü surətdə fərqlidir. Beynəlxalq Məhkəmə sözügedən işdə belə bir fakta əsaslanmışdı ki, Fonseka körfəzinə. Xəzərdən fərqli olaraq, uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirmişdilər. Bundan əlavə, müstəsna olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdı ki, körfəzin coğrafiyası elədir ki, onun hər hansı formada bölünməsi həll olunmaz praktik çətinliklər yaradardı və ən azı, göstərilən dövlətlərdən birini açıq dənizə çıxışsız qoyardı. Xəzərdə situasiya tamamilə başqa cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər bölünsə, hər halda dəniz dibi və yeraltı ehtiyatlara müstəsna hüquqlar baxımından, heç bir praktik çətinlik ortaya çıxmazdı.
Beləliklə, beynəlxalq hüquq Xəzər dənizində sərhədlərin deli- mitasiyasmı tələb edir və burada sərhədlər, əsas etibarilə, ekvid-
Dostları ilə paylaş: |