Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetləri



Yüklə 0,96 Mb.
səhifə99/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   219
beynelxalq huquq

Beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetləri

Beynəlxalq təşkilatlar və onlann əməkdaşları öz fıınksiyalannı normal həyata keçirmək üçün müvafiq dövlətin (və ya dövlətlərin) hakimiyyət orqanlannın nəzarətindən kənarda qalmalıdırlar. Bununla əlaqədar beynəlxalq hüquq normalannda onlar üçün diplomatik imtiyaz və immunitetlər müəyyən olunmuşdur.

Beynəlxalq təşkilatlann, məsələn. Birləşmiş Millətlər Təşkilatının və BMT-nin ixtisaslaşmış təsisatlannm imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin yuxanda şərh etdiyimiz imtiyaz və immunitetləri ilə tam üst-üstə düşür.

Beynəlxalq təşkilatlann əməkdaşlanmn imtiyaz və immunitetlərinə gəlincə isə, diplomatik imtiyaz və immunitetlər tam həcmdə yalnız bu təşkilatlann on yüksək icraçı şəxsləri üçün nəzərdə tutulmuşdur. Qalan əməkdaşların imtiyaz və immunitetlərinin əsasında funksional zərurət prinsipi durur. Öz xidməti vəzifələrini yerinə yetirərkən onlar yerli yurisdiksiyadan immunitetə malikdirlər, habelə vergi immunitetindən, gömrük imtiyazlanndan və s. istifadə edirlər.

Birləşmiş Millətlər Təşkilatı üçün müəyyən missiyanı həyata keçirən ekspertlər tapşınğın yerinə yetirilməsi müddətinə bir sıra imtiyaz və immunitetlərə malik olurlar: a) həbsə alınmaqdan və ya tutulub saxlanmaqdan immunitet; b) törətdikləri istənilən hərəkətə görə məhkəmə-prosessual immuniteti; c) sənədlərin toxunulmazlığı; ç) şifrdən istifadə etmək və kuryer vasitəsilə rəsmi yazışmalar aparmaq hüququ; d) şəxsi baqajla bağlı diplomatik nümayəndələrə verilən eyni güzəştlər və b.

151


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin