dövlətlərin iqtisadi və sosial inkişafına zərər yetirən cinayətlər
(saxta pul və qiymətli kağızların hazırlanması, qaçaqmalçılıq və b.)
ç) açıq dəniz və kontinental şelf rejiminə qarşı yönəlmiş cinayətlər (dəniz gəmiçiliyinin təhlükəsizliyi əleyhinə yönəlmiş qanunsuz aktlar, dənizdə kömək göstərməmək, kontinental şelf üzərində yerləşən stasionar platformalann təhlükəsizliyi əleyhinə yönəlmiş qanunsuz aktlar, dənizin zərərli maddələrlə çirklən- dirilməsi və b.).
hava nəqliyyatının təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlər və
s.
Aşağıda bir sıra xüsusilə təhlükəli beynəlxalq cinayətlərin anlayışı və
tərkib ünsürləri ətraflı şərh olunmuşdur.
Ayrı-ayrı beynəlxalq cinayətlərin tərkib ünsürləri
təcavüz
Təcavüz ən ağır beynəlxalq cinayət hesab olunur. Təcavüzün beynəlxalq cinayət «statusu» və beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması, hər şeydən əvvəl, beynəlxalq adət hüququndan irəli gəlir. Başlıca maddi-hüquqi əsas kimi 1928-ci il Brian-Kelloq Paktmı, Nümberq Tribunalının Nizamnaməsi və Hökmünü və müəyyən mənada, habelə hüquqi xarakterə malik olmayan, lakin çox böyük əhəmiyyət daşıyan
«Təcavüzün tərifi» haqqında BMT Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli Qətnaməsini göstərmək olar. Təcavüz haqqında müvafiq müddəalar habelə Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi Layihəsində (16-cı maddə) öz əksini tapmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (5-ci maddə) təcavüz Məhkəmənin yurisdik- siyasına aid edilsə də, onun tərifi verilməmişdir. Göstərilən səylərə baxmayaraq, iştirakçı dövlətlər təcavüzün elementləri barədə razılığa gələ bilməmişlər.
Ümumi beynəlxalq hüquqa görə, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və ya təşkilatçı kimi iştirak edən və ya bu barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır. Qeyd edək ki, təcavüz aktını yalnız müvafiq hakimiyyət səlahiyyətlərinə malik olan şəxslər törədə bilərlər. Başqa sözlə, bu halda söhbət «rəhbərlərdən» və ya «təşkilatçılardan» getməlidir; bu terminlər nəinki hökumət üzvlərini, habelə hərbi strukturlarda, diplomatik korpusda, siyasi partiyalarda və ya işgüzar dairələrdə yüksək vəzifələr tutan şəxsləri əhatə edir. Təcavüz aktının törədilməsində iştirak qəsdən olmalıdır və təcavüzkar plan və ya siyasət çərçivəsində bütün işin dərk edilməsi ilə həyata keçirilməlidir.
Fiziki şəxsin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsi ilə üzvi surətdə bağlıdır. Əslində dövlətin törətdiyi təcavüz cinayəti şəxsin (şəxslərin) cinayət mə-
205
suliyyotinin yaranması üçün zəruri şərtdir. Bu, həm də o deməkdir ki, dövlətin təcavüz törətməsi faktı müəyyən olunmasa, bu və ya digər fiziki şəxs təcavüz cinayətinə görə məsuliyyətə cəlb oluna bilməz. Digər bir tərəfdən, məlum olduğu kimi, BMT Nizamnaməsinin 39-cu maddəsinə görə, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir.
'fəcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva edir:
təcavüz aktının törədilməsi haqqında əmr verilməsi;
təcavüzkar müharibənin planlaşdırılması;
təcavüzkar müharibənin hazırlanması;
müharibənin başlanması;
müharibənin aparılması.
Praktikada bu mərhələlər bir-birindən aydın fərqlənmir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yalnız bir mərhələdə iştirak cinayət məsuliyyətinin yaranması üçün kifayətdir.
soyqırım
«Soyqırım» («gcnocidc») termini ilk dəfə, əslən polyak olan Rafael Lemkin tərəfindən işlədilmişdir. Soyqırım cinayətinin beynəlxalq fərdi cinayət məsuliyyəti yaratması ilk dəfə olaraq BMT Baş Məclisinin 1946-cı ildə qəbul etdiyi 97 nömrəli qətnaməsində təsbit olunmuşdur. Bu cinayətin hüquqi əsasını 1951-ci ildə qüvvəyə minmiş və prinsipial müddəaları Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya təşkil edir.
Konvensiyanın 2-ci maddəsində soyqınmın tərifi verilmişdir; bu tərif, demək olar ki, hamılıqla qəbul edilmişdir və bir neçə mühüm beynəlxalq sənəddə (məsələn, Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının Nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr). Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsinin Layihəsində (17-ci maddə) və bir çox dövlətlərin cinayət qanunvericiliyində (o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (103-cü maddə)) olduğu kimi əks olunmuşdur. Məmin maddədə deyilir: «Soyqırım
cinayəti hər hansı milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən aşağıdakı əməllərdən biridir:
belə bir qrupun üzvlərinin öldürülməsi;
belə bir qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi;
e) qəsdən hər hansı belə bir qrup üçün onun tamamilə və ya qismən fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması;
belə bir qrupun içərisində doğumun qarşısının alınmasına yönəlmiş tədbirlər;
zorla uşaqların bir qrupdan başqa bir qrupa verilməsi».
Gördüyümüz kimi, soyqırımın analıyışı iki mühüm ünsürdən ibarətdir: 1) niyyət və 2) qadağan olunmuş əməl.
Soyqırım üçün ən əhəmiyyətli ünsür spesifik niyyətin olmasıdır. Bu, soyqırımı obyektiv cəhətinə görə oxşar olan digər beynəlxalq cinayətlərdən, xüsusən insanlıq əleyhinə cinayətlərdən, eləcə də müharibə cinayətlərindən (soyqırım silahlı münaqişə şəraitində törədildikdə) fərqləndirən başlıca xüsusiyyətdir. Soyqırım cinayətinin tövsifedici əlaməti kimi, niyyət özündə bir neçə mühüm aspekti ehtiva edir:
niyyət, təsadüfən bu və ya digər konkret qrupa məxsus olan bir və ya bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubiyyəti soyqınmın bilavasitə qurbanlarını təyin etmək üçün həlledici meyardır.
niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqalarından fərqlənən bir ayrıca qurum kimi məhv edilməsindən ibarət olmalıdır. Bu baxımdan, soyqırım ilə adamöldümıə (homosid) cinayəti arasında fərq ondadır ki, soyqırım bütöv insan qruplanmn mövcudluq hüququnu tanımaqdan imtina, adamöldürmə isə ayrı-ayrı insan varlıqlannm yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələndirilir.
niyyət, qrupun «tamamilə və ya qismən» məhv edilməsindən ibarət olmalıdır.
niyyət yuxanda göstərilən qruplardan birinin, məhz milli, etnik, irqi və ya dini qrupun məhv edilməsindən ibarət olmalıdır.
Göründüyü kimi, digər qruplar, xüsusilə siyasi və ya sosial qruplar bu siyahıya daxil edilməmişdir. Qeyd etmək yerinə düşərdi ki, bir sıra ölkələrin (b'fiopiya, Sloveniya və b.) cinayət qanunvericiliyində siyasi qruplar də soyqırım cinayətinin obyekti kimi nəzərdə tutulmuşdur.
Soyqırım haqqında Konvensiyanın V maddəsində göstərilir ki, bu cinayət Konstitusiya əsasında məsul olan rəhbər şəxs, vəzifəli şəxslər və ya adi şəxslər tərəfindən törədilə bilər.
Soyqırımın obyektiv cəhətinə aid olan «məhvctmə» anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki məhv olunmasını bildirir; burada söhbət qrupun milli, dil, dini, mədəni və ya digər özünəməxsusluğunun məhv olunmasından getmir. Başqa sözlə, soyqınm cinayətinin obyektiv cəhətinə
«mədəni soyqınm» (yəni bu və ya digər qrupun dilini, dinini və mədəniyyətini məhv etmək məqsədilə qəsdən törədilən istənilən əməl, məsələn, qrupun gündəlik həyatda və ya məktəblərdə istifadəsinin və ya bu dildə nəşrin qadağan olunması; kitabxanalann, muzeylərin, məktəblərin, tarixi abidələrin, dini sitayiş yerlərinin və digər mədəni obyektlərin məhv edilməsi və ya istifadəsinin qadağan olunması və s.) aid edilmir.
Xüsusilə vurğulanmalıdır ki, soyqınm cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb olunmur. Kifayətdir ki, yuxarıda haqqında bəhs etdiyimiz hər hansı əməldən biri müəyyən qrupun özü-özlüyündə tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilsin.
Soyqınm cinayətinin elementlərinin şərhi və bu cinayət əməlinin düzgün tövsifı baxımından Ruanda tribunalının çıxardığı hökmlər böyük əhəmiyyətə malikdir.
e) insanlıq əleyhinə cinayətlər
İnsanlıq əleyhinə cinayətlər ilk dəfə olaraq Nümberq Tribunalının Nizamnaməsinin 6-cı maddəsində aşağıdakı kimi təsbit olunmuşdur:
«İstənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövründə. Tribunalın yurisdiksiyasında olan hər hansı bir cinayətlə bağlı törədilən adamöldüiTnə, kütləvi qırğın, kölə
vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və ya... siyasi, irqi, yaxud dini əsasda təqiblər.
Beynəlxalq praktikanın və beynəlxalq hüquq elminin sonrakı inkişafı nəticəsində insanlıq əleyhinə cinayətlərin tərkibi bir qədər genişlənmişdir. Bu cinayətlər Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, aşağıdakı əməllər insanlıq əleyhinə cinayət kimi tövsif edilir:
adamöldürmə;
əhalini məhv etmə;
kölə vəziyyətinə salma; ç) işgəncə;
aparteid;
deportasiya və ya əhalinin məcburi köçürülməsi; ə) adamların məcburi yoxa çıxarılması;
siyasi, irqi, etnik, dini, mədəni və ya cinsi motivlərə görə təqib etmə;
beynəlxalq hüququn əsas normalarına zidd olaraq azadlıqdan məhrum etmə;
ğ) zorlama, fahişəliyə məcbur etmə; məcburi hamiləlik, məcburi sterilizasiya və ya cinsi zorakılığın istənilən digər formalan;
qəsdən güclü iztirablara səbəb olma vo ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər analoji qeyri-insani hərəkətlər.
Gördüyümüz kimi, insanlıq əleyhinə cinayətlərin obyektiv cəhəti olduqca genişdir və buraya müxtəlif xarakterli əməllər daxildir. Bu əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki ümumi şərt tələb olunur:
əməl {(sistematik və ya geniş miqyasda» törədilməlidir;
əməl hökumət və ya istənilən təşkilat tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.
Nümberq Tribunalının Nizamnaməsindən fərqli olaraq, insanlıq əleyhinə cinayətlərin müasir tərifi belə bir şərti nəzərdə tutmur ki, əməl müharibə zamanı və ya sülh əleyhinə cinayətlərlə, yaxud müharibə cinayətləri ilə bağlı törədilməlidir. Qüvvədə olan beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərin «avtonom» statusu qəbul olunmuşdur.
Belə ki, Yuqoslaviya və Ruanda tribunallannın Nizamnamələri (müvafiq olaraq 5-ci və 3-cü maddə) digər bir beynəlxalq cinayətlə əlaqənin olması tələbini nəzərdə tutmur. Bundan əlavə, Ruanda tribunalının Nizamnaməsində birbaşa göstərilir ki, insanlıq əleyhinə cinayətlər müharibə zamanı və ya dinc vaxtı törədilə bilər. Beynəlxalq silahlı münaqişənin insanlıq əleyhinə cinayətlər üçün zəruri şərt olmaması Yuqoslaviya tribunalı tərəfindən Duşko Tadiçin işində bir daha təsdiq olunmuşdur: «Hazırda belə bir beynəlxalq hüquq adət norması təşəkkül tapmışdır ki, insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir».
Dostları ilə paylaş: |