Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı sahələrində əməkdaşlığın beynəlxalq-hüquqi tənzimlənməsi
Beynəlxalq ticarət hüququ
Beynəlxalq ticarət hüququ beynəlxalq iqtisadi hüququn aparıcı yanmsahəsidir. Onun əsas mənbələri aşağıdakılardır:
ticarət müqavilələri - ikitərəfli əsasda bağlanır, tərəflər arasında ticarətin ümumi hüquqi əsasını müəyyən edir; adətən, uzun müddətə və ya müddətsiz bağlanır. Tərəflər bu müqavilələrdə, adətən, aşağıdakı məsələləri həll edirlər: ticarət və ya iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən edirlər; bir-birinə bu və ya digər sahədə müvafiq hüquqi rejim verirlər; bir-birinin ərazisində öz fiziki və hüquqi şəxslərinin fəaliyyətinin hüquqi rejimini müəyyən edirlər və s.
əmtəə dövriyyəsi haqqında sazişlər - ikitərəfli əsasda qısa müddətə bağlanır; tərəflər arasında əmtəə dövriyyəsini təşkil edən mallann kontingentini müəyyən edir. Bu müqavilələrə əsasən, tərəflər müəyyən edilmiş malların idxal və ixracı üçün maneəsiz lisenziyalar verilməsini təmin etməlidirlər.
v) beynəlxalq əmtəə sazişləri - ticarət sahəsində çoxtərəfli sazişlərdir; mineral və kənd təsərrüfatı xammalını idxal və ixrac edən dövlətlər arasında bağlanır. Bu sazişlərdə dövlətlər müvafiq
malın alğı-satqısı üzərində kvotalar müəyyən etməklə, qiymətlərin kəskin surətdə qalxıb-enməsinin qarşısını almağa can atırlar (hazırda buğda, kakao, kofc, qənd və s. üzrə bu cür sazişlər mövcuddur). Bəzi sazişlərin praktik həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar yaradılır (məsələn, Neft ixrac edən ölkələrin Təşkilatı (OPEK).
Beynəlxalq ticarət hüququ sahəsində aşağıdakı beynəlxalq təşkilatlar
və ya orqanlar mövcuddur:
Ümıımdünya Ticarət Təşkilatı (ÜTT). 1994-cü ildə QATT-m əvəzinə yaradılmışdır. Hazırda 150-dən çox dövlət bu təşkilatın üzvüdür. Əsas məqsədləri aşağıdakılardır: xarici ticarətin liberal- laşdırılması; gömrük tariflərinin aşağı salınması, ticarət sahəsində ayrı-seçkiliyə yol verilməməsi. Əsasında bütün üzv dövlətlər üçün nəzərdə tutulmalı olan ən əlverişli rejim prinsipi durur. ÜTT-nin üzv dövlətləri dünya ticarətinin 90%-dən çoxuna nəzarət edirlər. Təşkilata daxil olmaq istəyən dövlət bazar iqtisadiyyatına malik olmalı, öz qanunvericiliyini Təşkilatın çoxsaylı sazişlərinə uyğunlaşdırmalıdır.
Ticarət və inkişaf üzrə BMT Konfransı (YUNKTAD). 1964-cü ildə təsis olunmuşdur. BMT-nin avtonom orqanıdır. Əsas məqsədi beynəlxalq ticarətə, xüsusən xammal, sənaye malları ilə ticarətə, habelə ticarətlə bağlı maliyyələşdirmə sahəsində əməkdaşlığa dəstək verməkdən ibarətdir.
Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSITRAL). 1966-cı ildə təsis olunmuşdur. BMT Baş Məclisinin köməkçi orqanıdır. Başlıca məqsədi beynəlxalq konvensiyaların və digər sənədlərin layihələrini hazırlamaq yolu ilə beynəlxalq ticarət hüququnun inkişafına dəstək verməkdir. Beynəlxalq əmtəə alğı-satqısmda iddia müddəti haqqında 1974-cü il Konvensiyasını və bu Konvensiyaya 1980-ci il Əlavə Protokolunu, Dəniz yük daşınması haqqında 1974-cü il Konvensiyasını, Beynəlxalq əmtəə alğı-satqısı müqavilələri haqqında 1980-ci il BMT Konvensiyasını YUNSITRAL hazırlamışdır.
ç) Beynəlxalq Ticarət Palatası. 1920-ci ildə təsis olunmuşdur.
İşgüzar dairələrin nüfuzlu təşkilatı kimi fəaliyyət göstərir. Milli qanunvericiliyin unifıkasiyası üzrə iş apanr, fakültativ xarakterli beynəlxalq aktlar işləyib hazırlayır. Məsələn, praktikada məşhur
olan «Ticarət terminlorinin təfsirinin beynəlxalq qaydalan»nı (İn- kotcrms) Beynəlxalq Ticarət Palatası hazırlamışdır.
Oxşar funksiyalar 1926-cı ildə təsis olunmuş Xüsusi hüququn unifıkasiyası üzrə Beynəlxalq İnstitut (UNİDRUA) tərəfindən həyata keçirilir.
Beynəlxal maliyyə hüququ
Beynəlxalq maliyyə hüququ - dövlətlərarası valyuta-maliyyə münasibətlərini nizama salan beynəlxalq hüquq prinsip və normalarının məcmusuna deyilir.
Beynəlxalq maliyyə hüququnun (bəzən bu yarımsahə beynəlxalq valyuta hüququ adlandırılır) predmeti olan valyuta-maliyyə münasibətlərinə hesablaşma, kredit münasibətləri, kommersiya əqdlərinin maliyyə təminatı, valyuta bazarının təkmilləşdirilməsi, eləcə də valyuta-kredit təşkilatlarının yaradılması və fəaliyyəti üzrə münasibətlər daxildir.
Beynəlxalq maliyyə hüququnun əsas müqavilə mənbələri aşağıdakılardır: a) ticarət və ya iqtisadi əməkdaşlığa dair ümumi müqavilələr; əmtəə dövriyyəsi və ödənişlər haqqında sazişlər; b) kli- rinq sazişləri; c) ödəmələr haqqında sazişlər; ç) kredit sazişləri.
Göstərilən sahədə bir sıra mühüm beynəlxalq təşkilatlar mövcuddur:
Beynəlxalq Valyuta Fondu (BVF). Beynəlxalq valyuta-maliyyə təşkilatları sistemində mərkəzi yer tutur. 1945-ci ildə yaradılmışdır. 1947-ci ildən BMT-nin ixtisaslaşmış təsisatı statusuna malikdir. Hazırda 185 dövlət BVF-nin üzvüdür. BVF-nin əsas məqsədi - dövlətlərin valyuta-maliyyə siyasətini əlaqələndirmək və onlann ödəniş balanslarını və vaİ3mta kurslarını qoruyub saxlamaq üçün onlara kredit venuəkdən ibarətdir. BVF valyuta sahəsində beynəlxalq əməkdaşlığa və dünya ticarətinin inkişafına dəstək verir, dövlətlər arasında valyuta münasibətlərinin qaydaya salınması üçün tədbirlər görür.
BVF-nin ali orqanı olan İdarəetmə Şurasında Təşkilatın hər bir üzvünün səsvermə hüququ onun nizamnamə kapitalındakı payın
dan asılıdır. Bu pay dövlətin dünya iqtisadiyyatında yerindən asılıdır və İdarəetmə Şurası tərəfindən təsdiq edilir.
Dünya Bankı BMT ilə əlaqəli olan mürəkkəb beynəlxalq qurumdur; bu sistemə habelə tam müstəqil təşkilat sayılan üç filial - Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik (İTÇA) daxildir. Bu təsisatların ümumi məqsədi BMT-nin az inkişaf etmiş üzvlərinin iqtisadi və sosial inkişafına - maliyyə yardımı, məsləhət xidməti və kadr hazırlığında kömək göstərilməsi yolu ilə - dəstək verməkdir. BVF-də olduğu kimi. Dünya Bankında da üzv dövlət Bankın nizamnamə kapitalındakı öz payına uyğun səs sayına malikdir.
Dostları ilə paylaş: |