Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə15/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   219
beynelxalq huquq

{opinio juris).


Beynəlxalq hüquqi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir: a) dövlətlərin «faktik» fəaliyyəti b) mübahisələrlə bağlı bəyanatlar; e) dövlətdaxili qanunvericilik; ç) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası.

Adət normasınm təşəkkül tapması üçün dövlətlərin praktikası, bir qayda olaraq, aşağıdakı tələblərə cavab verməlidir:



      1. ardıcılf səbatlı eyni cür olmalıdır.

      2. ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada

«payı» olmalıdır

e) adət normasının formalaşması üçün dövlətlərin praktikası uzunmüddətli olmalıdır.

Beynəlxalq hüquqi adətin yaranması üçün dövlətlərin ardıcıl, ümumi, eyni cür və uzunmüddətli praktikasının olması kifayət deyildir. Bu praktikanın hüquqa çevrilməsi üçün dövlətlər həmin praktikanı məcburi norma kimi qəbul etməlidirlər. Başqa sözlə, praktikanın, sadəcə, adət yox, məhz məcburi yerinə yetirilməli olan norma olmasına dövlətlərdə inam, yəni opinio juris olmalıdır.

Beynəlxalq hüquqi adətin indiki dövrdə başlıca əhəmiyyəti ondan ibarətdir ki, o, hər hansı bir universal müqavilənin iştirakçıları ilə bu müqavilənin iştirakçısı olmayan dövlətlər arasındakı münasibətləri nizama salır.


Beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət müasir beynəlxalq hüququn ən mühüm və ən çox istinad edilən mənbələridir. Əgər bu iki mənbə eyni və ya oxşar öhdəliklər nəzərdə tutursa, müqavilənin iştirakçıları müqavilə ilə, iştirakçı olmayan dövlətlər isə beynəbcalq hüquqi adətlə bağlı olacaqlar.




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin