Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi



Yüklə 0,96 Mb.
səhifə177/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   219
beynelxalq huquq

Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi

Ətraf təbii mühitin raioaktiv maddələrlə çirklənmədən beynəl- xalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və neytron silahlannın sınağı və ya tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 2) «dinc atom»un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin qarşısının alınması və ya aradan qaldırılması.

Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılmaması haqqında 1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq: Nüvə silahının kütləvi qırğın silahlarının digər növlərinin dəniz okeanların dibində onun təkində yerləşdirilməsinin qadağan edilməsi haqqında J 97 I - il Konvensiyası; Antarktika haqqında 1959-cu il Müqaviləsi Ay digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvosiz zonalar yaradılmışdır.

İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları göstərmək olar: Nüvə gəmilərinin operatorlarının məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası; Nüvə materiallarının dəniz daşınmaları sahəsində mülki məsuliyyət



283
haqqında 1971-ci il Konvensiyası; Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-ci il Konvensiyası; Nüvə qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyası.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin