Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüququn özü də yoxdur.
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsipləri tətbiqi və təfsiri zamanı onların hər biri bütün digər prinsiplərin kontekstində nəzərdən keçirilməlidir.
Qeyd etdiyimiz kimi, müasir beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır. Lakin bunlardan bəziləri məqsəd və ya ümumi öhdəlik kimi ifadə olunmuşdur. Sonralar dövlətlər bu prinsiplərin məzmununu dəqiqləşdirməyə və onları məcəllələşdirməyə çalışmışlar. Bu, BMT Baş Məelisinin qətnaməsi əsasında yuxanda adı çəkilmiş Bəyannamənin qəbul olunması ilə nəticələnmişdir. Doğrudur, Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsip əks olunmuşdur:
güc tətbiq ctoıəmək və ya güclə hədələməmək prinsipi;
Dostları ilə paylaş: |