Sərhədlərin pozulmazlığı prinsipi
Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi və suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. Helsinki Yekun aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı prinsipi digər regionlarda - Afrika və Cənubi Amerikada da imperativ norma kimi tanınmışdır. Dövlətin razılığı olmadan onun sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsilə ifadə oluna bilər.
Prinsipin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:
mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sayılır;
dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;
dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina etməlidir.
Dostları ilə paylaş: |