Beynəlxalq müqavilələrin etibarlılığı
Beynəlxalq müqavilənin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir.Beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyasx mövcuddur.
Beynəlxalq müqavilənin etibarsızlığı mütləq və nisbi ola bilər.
Mütləq etibarsızlıq müqavilənin, tərəflərin iradəsindən asılı olmayaraq, bağlandığı andan (ab initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır:
1.əgər müqavilə jus eogens normasına ziddirsə;2.müqavilə güclə hədələmə və ya güc tətbiqi vasitəsilə bağlanmışsa; 3) müqavilə dövlət nümayəndəsinə qarşı məcburiyyət tətbiq edilməklə bağlanmışsa.
Nisbi etibarsızlıq müqavilənin, yalnız tərəflərdən birinin onun hüquqauyğunluğunu şübhə altına alması ilə ortaya çıxır. Nisbi etibarsızlığın əsasları bunlardır: 1) dövlətdaxili qanunvericiliyin beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq şəkildə po2nılması; 2) müqavilənin bağlanması zamanı səhvin olması; 3) dövlət nümayəndəsinin qanunsuz yolla ələ alınması; 4) dövletin danışıqlarda iştirak eden digər dövlət tərəfindən aldadılması.
Dostları ilə paylaş: |