və s.) təhlil edərkən mesajı ötürənin niyyəti xüsusi əhəmiyyətə
malikdir, çünki belə hallarda mətnin növü ilə niyyəti arasında bir
əlaqə olur. Bu mətnləri təhlil etmək üçün mütərcim müəllifin
həyatı, mühiti, yaradıcılığına təsir etmiş hadisə, cərəyan və
şairəyə müraciət etməlidir. Şübhəsiz ki, tərcümə məqsədilə mətni
təhlil edəndə mütərcim ixtiyannda olan bütün vasitələrdən
istifadə etməlidir. Ancaq yadda saxlamalıdır ki, tapdığı
incəliklərin doğrudan da təhlil etdiyi məxəz mətnə aidiyyatı var,
ya yox. Mütərcim müəllifin öz reseptoru üçün nəzərdə tutduğu
məlumat səvİ
3
^əsində məlumata yiyələnməyə çalışmalıdır. Bədii
mətn üçün bu, ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan alim
səviyyəsi demək deyil, ancaq hər halda o, tənqidi təfəkkürə malik
bir reseptor olmalıdır.
Məsələn: a) Bertold Brext Almaniyada siyasi təmayüllü bədii
ədəbiyyatın nümayəndəsidir. Əgər reseptor yazıçının birinci
hekayəsi “Zorakılığa qarşı tədbirlər” 1930-cu ildə nəşr
olunduğunu bilirsə, onda dərhal başa düşür ki, müəllif oxuculan
nasistlərə qarşı ehtiyatla davranmaq üçün xəbərdar edir, b) Əgər
məqalə siyasi şərhlər həsr olunan qəzetdə dərc edilibsə, onda
mesajı ötürənin niyyəti, əlbəttə, son siyasi hadisələri şərh
etməkdir. c) Əgər mətn resept adı ilə dərc olunubsa, oxucu inanır
ki, mətndə müəllifin niyyəti müəyyən xörəyin hazırlanması
haqqında məlumat verməkdir.
Bəzən mesaj ötürücüsü özü öz niyyətini açıqlayır. Məsələn,
Peru yazıçısı Mario Varqas Llosa yazır: “Mən
Los cachorros adlı
hekayəmi nəsr kimi yox, mahnı kimi oxunmasını istəyirdim. Ona
görə də hər bir hecanı seçəndə istəyirdim ki, o, təkcə təhkiyyə
kimi deyil, həm də musiqi kimi səslənsin, istəyirdim ki, oxucu
hiss etsin ki, o, hekayəni oxumur, onu mahmtək, mu- siqitək
dinləyir.
Vermeer yazır: “Müəllifin bu etirafi heç də o demək deyil ki,
məxəz mətn onun niyyətini tam əks etdirir(21)”.
Dostları ilə paylaş: