Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə106/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 166 ____________________________ 
müqavilələrinə (Subordinasiya müqaviləsi dedikdə
şərtləri daha ümumi müqavilədə müəyyən edilmiş müqa-
vilə nəzərdə tutulur. Bu halda daha ümumi müqavilə 
dedikdə, servisin səviyyəsi barədəki razılaşma müqaviləsi 
başa düşülür) uyğunluğunu təmin edir; 

Prosesin daim yaxşılaşmasını həyata keçirir. 
Bu prosesdə əməkdaşın fəaliyyətinə nümunə olaraq fərz 
edək ki: biznes-sifarişçi elektron-poçtun 24x7 rejimində 
dəstəklənməsini tələb edir. İnformasiya sistemləri xidməti 
əməkdaşı güclərin idarə edilməsi meneceri ilə birgə müşayiət 
xidməti əməkdaşlarının bu tələbi yerinə-yetirməsi imkanlarını 
araşdırır. Bu yeni tələbata uyğun əlavə xərclər smetası tərtib 
edilir. Bu məlumatlar biznes-istifadəçiyə ötürülür. Razılıq əldə 
edildikdə yeni servisin səviyyəsi və yeni resurslar servisin 
səviyyəsi barədə razılaşma müqaviləsində qeyd edilir. 
İnformasiya sistemləri xidməti maliyyəsinin idarə 
edilməsi prosesi (Financial Management) sifarişçilər, 
informasiya texnologiyalari servisləri və istifadəçilər üzrə faktiki 
xərcləri izləyir və bunun əsasında informasiya sistemləri 
xidmətinin daxili qiyməti hesablanır. 
Xərclərin idarə edilməsi prosesinin əsas vəzifəsi 
informasiya texnologiyalari servisləri ilə bağlı xərclərin, biznes-
istifadəçilər üçün servis qiymətlərinin hesablanmasından və 
bunların azaldılması yollarının axtarılmasından ibarətdir.
Güclərin idarə edilməsi prosesi (Capacity 
Management) real yüklənmə şəraitində informasiya 
texnologiyalari infrastrukturunun servislər toplusunu təmin 
etmək qabiliyyətinə nəzarət edir. Bu prosesin əsas vəzifəsi 
informasiya texnologiyalari servisinin müqavilədə razılaşdırılmış 
şərtlərə uyğun səviyyədə dayanıqlı işləməsini təmin etməkdən 
ibarətdir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin