Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə141/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 219 ____________________________ 
Şəkil 28. OLAP-sistemdə informasiyanın çoxölçülü təsviri modeli 
OLAP-sistemin ən mühüm cəhəti təhlili iterativ rejimdə 
aparmağa kömək etməsidir. Çünki bu halda bir sıra sorğulara 
verilən cavablar alternativ imkanları tədqiq etmək üçün başqa 
sorğular doğurur. Bu isə o deməkdir ki, 
OLAP-sistem qarşılıqlı 
fəaliyyət kontaktına asanlıqla uyğunlaşmaqla, müştərilərlə real 
vaxt rejimində dialoq yaratmağa imkan verir. Odur ki, 
müştərilərlə münasibətlərin idarə edilməsi üçün yaradılacaq 
“müştəriyönümlü” sistemin qurulmasında 
OLAP-təhlildən 
istifadə edilməsi məqsədəuyğundur.
 
 
 
 
 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 220 ____________________________ 
 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 221 ____________________________ 
MÜŞTƏRİLƏRİN İDARƏ EDİLMƏSİNƏ 
YÖNƏLDİLMİŞ SİSTEMİN ŞƏBƏKƏ 
TƏMİNATI
 
 
OLAP-sistemlər adətən verilənlər bazasını idarə edən 
sistem (VBİS) tərkibində qurulduğundan, bunlar üçün “müştəri-
server” arxitekturası daha münasibdir. Bu arxitekturada kublar 
üçün aparılan hesablamaların və verilənlərin alınması model-
lərinin əsas ağırlığı server üzərinə qoyulur və müştəri yalnız 
verilənlərin lokal işlənməsi kontekstində konkret əlavələr üçün 
nəzərdə tutulan çoxölçülü formatda işləyir.
Bu 
arxitekturada 
serverin 
əsas 
funksiyaları 
aşağıdakılardan ibarətdir: 

Relyasiyalı verilənlər bazası əsasında (başlıca olaraq 
verilənlərin saxlandığı yaddaşda) kubların yaradılması və 
emalı; 

Kublardakı verilənlərin çoxölçülü strukturlar şəklində və 
ya relyasiyalı bazalarda, ya da kombinələşdirilmiş 
formada saxlanması; 

Kublar əsasında və ya relyasiyalı bazalarda (başlıca 
olaraq verilənlərin saxlandığı yaddaşda) verilənlərin 
alınması modelinin yaradılması; 

Verilənlərin əldə edilməsi modellərinin çoxölçülü 
strukturlar şəklində relyasiyalı verilənlər bazalarında və 
ya proqnoz modelləri şəklində standart 
XML formatında 
saxlanması.
Kublar, verilənlərin alınması modelləri və digər server 
obyektləri relyasıyalı verilənlər bazasında metaverilənlər 
bölməsində saxlanan metaverilənlərdən istifadə edirlər. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin