MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 231 ____________________________
Şəkil 34. Təqvim kub ölçüsünə nümunə kimi
Ölçünün tipindən asılı olaraq, səviyyəni 3 üsulla təyin
etmək olur. Müntəzəm ölçü üçün ölçü cədvəlindən səviyyə
üzvünü və ya komponentini müəyyən edən sütun seçilir.
Əcdad-törəmə tipli ölçü üçün ölçü cədvəlindən iki sütun seçilir.
Birinci sütun ölçü üzvünü müəyyən edir. İkinci sütun bu ölçü
üzvlərinin əcdadını təyin edir. Cədvəlin hər sətrində bu iki sütun
əcdad-törəmə əlaqəsini identifikasiya edir. Bütün əlaqələr
kombinasiyası ölçü iyerarxiyasını əmələ gətirir. Ölçü üzvlərinin
identifikatorlarını saxlayan sütun bütün ölçü üzvlərini əhatə
edir. Virtual ölçü üçün ölçü üzvlərinin xassələri ya digər
ölçüdən, ya da digər ölçü cədvəlinin sütunundan seçilir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 232 ____________________________
Cədvəl 10.
Təqvim parametrləri üzrə ölçülərin seçilməsi
İl
Rüb
Ay
2009
1
Yanvar
2009
1
Fevral
2009
1
Mart
2009
2
Aprel
2009
2
May
2009
2
Iyun
2009
3
Iyul
2009
3
Avqust
2009
3
Sentyabr
2009
4
Oktyabr
2009
4
Noyabr
2009
4
Dekabr
Verilənlər bazasındakı cədvəllər çoxluğu ölçü və ölçmələri
qurmaq üçün təməl təşkil edir. Bu çoxluğa kubun sxemi deyilir.
Kubun hər sxemi faktiki verilənlərin bir cədvəlini, ölçülərin isə
bir neçə cədvəlini özündə birləşdirir. Ölçmələri kubun faktiki
verilənlər cədvəlindəki sütunlardan, ölçüləri isə ölçülər
cədvəlinin sütunlarından alırlar.
Şəkil 35 və cədvəl 11-də kubun sxemi üçün nümunə
verilmişdir.
|